![]() |
|
Rusiya Müdafiə Nazirliyinin Beynəlxalq Ərazilərinin Minalardan Təmizlənməsi Mərkəzinin hərbçiləri xüsusi təlim keçmiş itlərlə birlikdə Dağlıq Qarabağda minadan təmizləmə əməliyyatına göndərilib.
“Qafqazinfo” xəbər verir ki, “RİA Novosti” Telegram kanalı tərəfindən yerləşdirilən videoda Rusiya hərbçilərinin xüsusi xidmət itləri ilə birlikdə təyyarəyə mindiyi əks olunur.
Mərkəzin yüzdən çox mütəxəssisinin artıq İrəvana gəldiyi və Xankəndiyə doğru yola düşdüyü bildirilib. Bundan əlavə əməliyyata robotlar da daxil olmaqla xüsusi texnikanın da cəlb olunduğu qeyd olunub.
Report xəbər verir ki, naş nazirin gözlənilmədən mühafizəçilərinin sayını xeyli artırması yerli mətbuatın diqqətini cəlb edib. KİV bildirib ki, Paşinyan və xanımı kilsənin ərazisinə girən kimi mühafizəçilər onun qapılarını bağlayıblar.
Qeyd edək ki, Ermənistan müxalifəti artıq bir neçə gündür ölkə hakimiyyəti əleyhinə kütləvi etiraz aksiyaları keçirir. Paytaxt Yerevan və digər şəhərlərdə keçirilən aksiyalarda etirazçılar Paşinyanın hakimiyyət komandasının istefasını tələb edirlər. Akasiyalar zamanı hökumət rəsmilərindən bir neçəsi, eləcə də etirazçılar xəsarət alıb.
Səudiyyə Ərəbistanının Ciddə şəhərində yerləşən neft-qaz dövlət şirkəti “Saudi Aramco”nun stansiyası raket atəşinə tutulub.
Oxu.az xəbər verir ki, Səudiyyə Ərəbistanında fəaliyyət göstərən xarici şirkətlərə bu cür əməliyyatların davam edəcəyi üçün diqqətli olmaları tövsiyə edilib.
Bundan əvvəl də Səudiyyə Ərəbistanında “Saudi Aramco”nun dünyanın ən böyük neft emalı zavodlarından birinə hücum etmək üçün husi qruplaşması 10 pilotsuz təyyarədən istifadə etmişdi.
Eyni zamanda, ölkənin ikinci ən böyük neft yatağı olan Xurayisə hücum da həyata keçirilib. Nəticədə, həm zavodda, həm də neft yatağında böyük yanğın baş verib.
Oxu.az xəbər verir ki, bu sözləri Rusiya Federasiyasının Federal Təhlükəsizlik Xidmətinin direktoru Aleksandr Bortnikov deyib.
A.Bortnikovun sözlərinə görə, əlavə olaraq 188 hərbi qulluqçu və zəruri sayda texnika ayrılıb. Bununla bağlı Azərbaycan tərəfi də məlumatlandırılıb.
"Ermənistan və Azərbaycanın xüsusi xidmət orqanları ilə, həmçinin sərhəd qurumları arasında qarşılıqlı fəaliyyət baxımından zəruri tədbirlər görülüb, 24 saat məlumat mübadiləsi aparılır”, - deyə A.Bortnikov bildirib.
Bu dəfə polis Ermənistanın Milli Məclisi Aparatının keçmiş rəhbəri Ara Saqatelyan həbs edib.
Bu barədə "News.am"a onun vəkili Akop Yenokyan bildirib.
Vəkilin sözlərinə görə, Saqatelyan hakimiyyət əleyhinə mitinqlərin təşkilində şübhəli bilinir.
O, qeyd edib ki, məhkəmədə Saqatelyanın saxlanılmasına etiraz edəcək.
“Ən qısa zamanda Türk əsgərləri Azərbaycandakı vəzifələrinin icrasına başlayacaq”.
“Report” xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar bildirib.
“Quru qoşunlarımız hazırlıq işlərini başa çatdırır”, - o qeyd edib.
Azərbaycan Silahlı Qüvvələri 30 ilə yaxın bir müddət ərzində Ermənistanın işğalı altında qalan torpaqlarını geri almaqla böyük bir uğura imza atdığını deyən Hulusi Akar Qarabağla bağlı razılşamaya əsasən, Rusiya ilə görüşlər keçirdiklərini söyləyib:
“Azərbaycanlı qardaşlarımızın bütün hüquq və mənafelərinin qorunması üçün nə lazımdırsa onu etmişik və edəcəyik. Azərbaycanla bağlı məclisdə qanun layihəsi qəbul olundu. Hazırlıqlarımız tamamlandı”.
Amerikanın əczaçılıq nəhəngi “Pfizer” ilə Almaniyanın “BioNTech” firmasının yeni tip koronavirusa (“COVID-19”) qarşı hazırladıqları potensial vaksinin qiyməti açıqlanıb.
Razılaşma çərçivəsində Aİ-nin 300 milyon dozaya “Pfizer” və “BioNTech” şirkətlərinə 4.65 milyard avro ödəyəcəyi açıqlanıb.
Bununla, koronavirus peyvəndinin hər dozası üçün 15,5 avro ödəniləcək.
Qeyd edək ki, Almaniyanın “BioNTech” firmasının həmtəsisçiləri, türk əsilli iki həkim cütlük Dr. Özlem Türeci ilə Prof. Dr. Uğur Şahin tərəfindən ixtira edilən potensial vaksinin virusa qarşı 90% təsirli olduğu açıqlanıb. Onlar 21 milyard dollar sərvəti ilə Almaniyanın ən zəngin 93-cü cütlüyüdür.
Ermənistanda son sutka ərzində daha 1667 nəfərdə koronavirusa yoluxma faktı aşkarlanıb.
Bununla da yoluxanların sayı 123 min 646 nəfərə çatıb.
Daha 30 nəfərin vəfatı ilə koronavirusdan ölənlərin sayı 1900-ə yüksəlib.
Qeyd edək ki, Ermənistanda epidemiyaya görə, martın 16-dan etibarən tətbiq olunan fövqəladə vəziyyət rejimi 11 yanvar 2021-ci ilə qədər uzadılıb.
Gürcüstanda son sutka ərzində koronavirusa gündəlik yoluxma sayında yeni bir rekord yaşanıb.
“Qafqazinfo” xəbər verir ki, son 24 saatda 3 768 nəfərdə “COVID-19” aşkarlanıb. Bununla da, ölkədə koronavirusa yoluxma halı 96 min 860-a çatıb.
Ölkədə xəstəlikdən bir gündə 41 nəfər vəfat edib. Bununla da ölüm sayı 894-ə çatıb.
Son sutkada 4055 nəfər sağalıb.
ABŞ dövlət katibi Mayk Pompeo İsraildə rəsmi səfərdədir.
“Qafqazinfo” xəbər verir ki, Amerika rəsmisi Qərbi Qüdsdə İsrail Baş naziri Binyamin Netanyahu ilə görüşündən sonra münaqişə zonası hesab edilən Qərbi Şeriaya gedib.
O, İordan çayının qərb sahilində yerləşən Psaqot da daxil olmaqla bir çox yəhudi məskənlərini ziyarət edib. Bununla da, Pompeo Qərbi Şeriaya səfər edən ilk ABŞ rəsmisi olub.
Dövlət katibi Psaqotda “Pompeo” adlandırılan şərab evini də ziyarət edib.
İsrail Xarici İşlər Nazirliyinin yaydığı məlumatda Pompeonun Golan təpələrinə hərbi helikopterlə getdiyi, onu XİN rəhbəri Qabi Aşkenazinin müşayiət etdiyi qeyd edilib.
Dövlət katibi Prezident Donald Trampın İsrailin Golan təpələrinə sahibliyini tanıdığını açıqlayıb. O, Avropa rəsmilərinin torpaqların Suriyaya qaytarılması çağırışlarını qınayıb.
Pompeo Netanyahu ilə keçirdiyi ortaq mətbuat konfransında Qüdsü İsrailin paytaxtı kimi tanıdığını vurğulayıb:
“Ötən gecə Davud (Silvan) şəhərinə getdim. Bu gün isə Şərqi Qüdsdə Baş nazirlə görüşdüm. İsrail yəhudi xalqınının vətənidir. Qüds İsrailin paxtaxtı qəbul edildi. Səfirliyimizi Qüdsə köçürdük. Bu, doğru və ədalətlidir”.
Dövlət katibi bildirib ki, Amerika XİN uzun müddətdir bu yerlər haqqında yanlış fikirdə olub: "Bu gün isə əksinədir və doğru olduğuna əminik”.
Qeyd edək ki, Qərbi Şeriada yaşayan 400 mindən çox yəhudi ilə fələstinlilər arasında mütamadi olaraq toqquşmalar yaranır.