Türkiyəli dizayner "danışan avtomobil" hazırladı - VİDEO
stənilən dili seçib əməliyyatları sadəcə səslə demək kifayətdir

Türkiyəli Ərbakan Malkoç "danışan avtomobil" düzəldib. Yol-xeber.az xəbər verir ki, "Dizi" adlandırdığı sistemin köməyi ilə avtomobildə istənilən hərəkti sadəcə demək kifayət edir. Məsələn pərdələrin bağlanması, masanın açılması, şüşənin qapanması və.s sadəcə istədiyin dili seçib əmr verə bilərsən nəticədə avtomobil sistematik olaraq bunu icra edəcək.

Qeyd edək ki, bu gün Dizayn Vip markası ilə dünyanın ən yaxşı avtomobil dizaynerlərindən birinə çevrilən, dünyanın sayılan iş adamları, sənətçiləri və idmançıları üçün vertolyotlar, yaxtalar və avtomobillər hazırlayan Ərbakan Malkoç, Avropanın ən yaxşı avtomobil dizayneri mükafatını alıbdır. Türkiyəni dünyaya tanıtmaq və bu sektorda ən yaxşı şəkildə təmsil etməkdədir. 9 yaşında bir avtomobil təmir sexində bir şagird kimi çalışmağa başladı, ancaq avtomobili almaz kəsici ilə cızdığına görə işdən qovulduğu bu dövrləri heç unutmadığını bildiribdir.

Bu gün 100% yerli türk markası olan Dizayn Vip-in qurucusu və İdarə Heyətinin sədridir.

 

Sizlərə təqdim olunan video Cenevrə 2019 avtosalonunda baş tutmuş sərgindəndir.

 
Dəmiryolçular tətil edir
Sərnişinlərin hava limanına çatdırılması üçün avtobuslar işə salınacaq

İtaliyada dəmir yolu işçilərinin genişmiqyaslı tətili keçirilir. Yol-xeber.az-ın Trend-ə istinadən məlumatına görə, tətilə Pyemont və Liquriya vilayətlərindən başqa digər vilayətlərin dəmiryolçuları qoşulub. Qeyd olunur ki, qatarlar gün ərzində yalnız səhər saat 06:00-09:00 və axşam saat 18:00-21:00 saatlarında sərnişin daşıyacaq. Milan şəhərində sərnişinlərin hava limanına çatdırılması üçün avtobuslar işə salınacaq.
Avtobus polislərin olduğu maşınla toqquşdu: 2-si polis, 7 yaralı - FOTO
Yaralılar hadisə yerinə çağırılan ambulanslarla xəstəxanaya çatdırılıblar

Türkiyənin Mardin vilayətində minik avtomobilinin və servis avtobusunun iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib. Yol-xeber.az xəbər verir ki, insident ötən gecə Qızıltəpə - Mardin avtomagistralında qeydə alınıb.

Məlumata görə, fabrika işçilərini daşıyan Nüsrət Yalçınqayanın idarə etdiyi 47 S 2129 qeydiyyat nömrə nişanlı avtobus, polislərin olduğu minik maşını ilə toqquşub. Zərbənin şiddətindən sürüklənərək səkiyə dəyən avtobus aşıb.

Nəticədə 2-si polis olmaqla 7 nəfər xəsarət alıb. Yaralılar hadisə yerinə çağırılan ambulanslarla

 

Qızıltəpə Dövlət Xəstəxanasına çatdırılıb. Deformasiyaya uğramış nəqliyyat vasitələri isə evakuatorlarla avtomobil dayanacağına aparılıblar.

Faktla bağlı araşdırmalara başlanılıb.

 

Azərbaycan və Rusiya polisi birgə əməliyyat keçirdi – DİN-dən açıqlama
İtkin düşmüş 8 nəfər tapılaraq ailələrinə təqdim edilib

Azərbaycan Respublikasının və Rusiya Federasiyasının daxili işlər nazirləri arasında əldə olunmuş qarşılıqlı razılaşmaya əsasən, cari il noyabrın 18-dən 23-dək hər iki ölkənin sərhədyanı rayonlarının ərazisində «Sərhəd» şərti adı altında birgə kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər keçirilib. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Yol-xeber.az-a verilən məlumata görə, əməliyyatın əsas məqsədi transmilli mütəşəkkil cinayətkar dəstələrin və terrorçu təşkilatların üzvlərinin ifşa edilərək zərərsizləşdirilməsi, silah-sursatın, partlayıcı maddələrin və qurğuların, narkotik vasitələrin, eləcə də digər hüquqazidd əməllərin həyata keçirilməsinə yönələn maliyyə və maddi vəsaitlərin daxilolma kanallarının müəyyənləşdirilib qarşısının alınması sahəsində birgə kompleks təşkilati-praktiki tədbirlərin, həmçinin sərhədyanı əməkdaşlıq məsələləri ilə bağlı qəbul edilmiş qərarların icrasının yerinə yetirilməsi olub.  
Rusiya Federasiyası Dağıstan Respublikasının sərhədyanı bölgələrini və ölkəmizin Qusar, Quba, Xaçmaz, Zaqatala, Şəki, Balakən, Qəbələ, Qax və Oğuz rayonlarını əhatə edən tədbirlər nəticəsində hüquq mühafizə orqanları tərəfindən axtarışa verilmiş 69 nəfər,  o cümlədən müxtəlif cinayətlər törətdiklərinə görə 25 şəxs (onlardan 22-si RF üzrə), dövlətə borclu qismində axtarılan 44 nəfər saxlanılıb, həmçinin, itkin düşmüş 8 nəfər tapılaraq ailələrinə təqdim edilib.
Qanunsuz saxlanılan ümumilikdə 117 silah, o cümlədən 9 avtomat silahı, 2 qumbaraatan, 8 tapança, 98 tüfəng,  44 qumbara, 35 ədəd silah sandıqçası, 18 ədəd səs qumbarası, şaşka və bıçaq, 9 ədəd bıçaq və beşbarmaq, 10 minə yaxın müxtəlif çaplı patron götürülüb.
Ümumən insan və vətəndaş hüquq və azadlıqlarının qorunmasına, həmçinin hər iki dövlətin milli maraqlarına, qanunçuluq prinsiplərinə ciddi riayət olunmaqla gerçəkləşdirilən belə birgə kompleks əməliyyat-axtarış tədbirlərinin gələcəkdə də keçirilməsi planlaşdırılır.
Yolu keçmək istəyən piyadanı avtomobil vurdu: qız havada “uçdu” - VİDEO
Yeniyetmə qıza ağır vəziyyətdə xəstəxanaya çatdırılıb

Türkiyənin İstanbul şəhərində yolu keçmək istəyən piyadanı maşın vurub. Yol-xeber.az xəbər verir ki, hadisə Əsənyurd rayon Üçevlər məhəlləsinin Bağçayolu küçəsində qeydə alınıb.

Məlumata görə, 24 yaşlı Xədicə E. yolun qarşı tərəfinə keçmək istəyərkən, bu arada hərəkətdə olan 34 ANM 460 qeydiyyat nömrə nişanlı Güvən G.-nin idarə etdiyi avtomobil gənc qızı vurub.

Zərbənin təsirindən havaya uçan qız sərt şəkildə yerə çırpılıb. Qəzanın görən ətrafdakı vətəndaşlar tez qızın köməyinə qaçıblar. Vəziyyəti ağır olan yeniyetmə hadisə yerinə çağırılan ambulansla xəstəxanaya çatdırılıb.

 

Sürücü polis tərəfindən saxlanılaraq bölməyə aparılıb.

Hadisənin görüntüləri isə təhlükəsilik kamerasına düşüb.

 

 

Hava limanlarında 30-a yaxın reys təxirə salınıb və ya gecikir
Gecikmələrin səbəbi açıqlanmayıb

Moskvanın hava limanlarında 30-a yaxın reys təxirə salınıb və ya gecikir. Yol-xeber.az “Report”a istinadən xəbər verir ki, bu barədə informasiya “Yandeks.Cədvəl” portalında yerləşdirilib. Məlumata əsasən, Vnukova hava limanında 5 reys gecikir və 2 reys ləğv edilib. Domodedovoda 3 reys gecikir, 14 reys ləğv edilib, Şerementyevoda isə ümumilikdə 2 reys gecikmə ilə həyata keçiriləcək. Jukovski hava limanındakı uçuşlarda isə gecikmə və ləğvetmə yoxdur. Gecikmələrin səbəbi açıqlanmayıb.
Polis aksiya iştirakçılarının bir neçəsini saxlayıb
Deputatların parlamentin bugünkü plenar iclasında iştirakına imkan verməyəcəklər

Gürcü polisi Tbilisidə parlamentin binası qarşısında toplaşmış mitinq iştirakçılarını dağıtmaq üçün su şırnaqlarından istifadə edib. Yol-xeber.az-ın "Report"a istinadən məlumatına görə, bu barədə "Reuters" bildirib. "Yeni Gürcüstan" Partiyanın lideri Qeorqi Vaşadze bilddirib ki, polis tərəfindən bir neçə nəfər saxlanılıb. Onlar arasında müxalif siyasətçilər də var.

Qeyd edək ki, ötən gün Tbilisidə Gürcüstan parlamentinin binası qarşısında növbəti kütləvi aksiya başlayıb. Gürcüstan müxalifətçiləri ilk öncə Birinci Respublika Meydanından parlamentin binasının qarşısına qədər yürüş edib. Gecə saatlarında aksiyaçılar qanunverici orqanın binası qarşısında çadırlar qurublar. Onlar bildiriblər ki, deputatların parlamentin bugünkü plenar iclasında iştirakına imkan verməyəcəklər.

Aksiyaçıların tələbi 2020-ci il parlament seçkilərinin proposional sistem üzrə keçirilməsidir.

Yolda qalmış turistə polis köməyə gəldi - FOTO
Sürücü çətin durumdan xilas etdiyinə görə Azərbaycan polisinə minnətdarlığını bildirib

Dünən Xızı rayon ərazisinə yağan qar nəticəsində Rusiya Federasiyasından ölkəmizə istirahətə gələn turistlər çətinliklərlə üzləşiblər. Belə ki “Hyundai” markalı avtomobilin sürücüsü qarlı yolda idarəetməni itirib. Nəticədə həmin nəqliyyat vasitəsi yol kənarına sürüşüb, maşında olan sürücü və sərnişinlər gecə vaxtı, şaxtalı havada köməksiz vəziyyətdə qalıblar.
Hadisə ilə bağlı məlumat alan Xızı Rayon Polis Şöbəsinin əməkdaşları dərhal turistlərə köməklik ediblər. Avtomobil oradan çıxarılıb, sürücü və sərnişinlərə ilkin tibbi yardım göstərilib.
Sürücü və sərnişinlər onları çətin durumdan xilas etdiyinə görə Azərbaycan polisinə minnətdarlığını bildirib.

 

 
Dominikanda baş verən avtobus qəzasında 17 nəfər xəsarət alıb
Qəzada xəsarət alan şəxslər xəstəxanalara aparılıb

Dominikan respublikasının El Naraho vilayətində sərnişin avtobusunun iştirakı ilə baş verən yol-nəqliyyat hadisəsi nəticəsində azı bir nəfər ölüb, 17 nəfər xəsarət alıb.

“Report” “TASS”a istinadən xəbər verir ki, bu barədə “El Nacional” nəşri yazıb.

Qeyd olunub ki, nəqliyyat vasitəsinin sürücüsü sürüşkən yolda idarəetməni itirib və nəticədə avtobus xəndəyə aşıb. 

 

Qəzada xəsarət alan şəxslər xəstəxanalara aparılıb. 

Qatarlarda yüksək sürətli internetin tətbiqi ildə 300 milyon dollar gəlir gətirə bilər
21,5 milyard rubl (300 milyon dollar) gəlir gətirə bilər

Rusiyada 2022-ci ilədək qatarların və təyyarələrin yüksək sürətli internetlə təmin edilməsi planlaşdırılır.

Bu barədə “İzvestiya”ya Milli Texnologiya Təşəbbüsünün mətbuat xidmətindən bildirilib.

Qeyd edilir ki, layihələndirilən simsiz əlaqə sistemi mövcud peyk standartlarına və mobil əlaqələrə (3G, 4G və 5G) uyğun olacaq. Bundan başqa, o, real rejimlə pilotsuz təyyarələri idarə etmək imkanı da verəcək.

 

"Aeronet"in işçi qrupunun rəhbərlərindən biri Sergey Jukov qeyd edib ki, nəqliyyat vasitələrində şlüz yerləşdiriləcək və istifadəçilər yüksək sürətli internetə qoşula biləcəklər. Hər retranslyator 150 kilometr radiusunda işləyəcək.

Mütəxəssislərin fikrincə, yüksək sürətli internetin təkcə dəmir yolunda tətbiqi ildə 21,5 milyard rubl (300 milyon dollar) gəlir gətirə bilər.

Xəbər lenti