|
Pakistanda sərnişin qatarının və yük maşınının iştirakı ilə baş verən yol qəzasında azı 1 nəfər ölüb, 8 nəfər isə xəsarət alıb. Yol-xeber.az xəbər verir ki, insident ölkənin şimal-şərqində yerləşən Pəncab əyalətinin Sarqodha şəhərində qeydə alınıb.
Məlumata görə, Sarqodhadan-Lahor marşrutu ilə hərəkət olan qatar, eyni anda yolu keçmək istəyən yük maşını ilə toqquşub. Zərbənin təsirindən qatar relsdən çıxaraq aşıb.
Nəticədə köməkçi maşinist dünyasını dəyişib. Yaralılar “təcili tibbi yardım”ın maşınları ilə xəstəxanalara çatdırılıblar.
Bildirilir ki, yük maşınının sürücüsü qəzadan sonra qaçıb.
Hüquq-mühafizə orqanları tərəfindən təhqiqatlara başlanılıb.
Çili Hərbi Hava Qüvvələrinə (HHQ) məxsus “Hercules C130” təyyarəsi dekabrın 9-da radarlardan itib. Yol-xeber.az xəbər verir ki, təyyarə ilə əlaqə Punta-Arenas şəhərindən havaya qalxdıqdan 1.5 saat sonra kəsilib.
Bildirilir ki, hava gəmisinin göyərtəsində 38 nəfər olub. Onlardan 17-si ekipaj üzvü, 21-i isə sərnişindir. Təyyarə Çilinin Antarktikada yerləşən prezident Eduardo Freya Montalva adına aviabazasına uçurmuş.
HHQ-nin məlumatında görə, təyyarə neft boru kəmərinə xidmət edən personalı aparırmış.
Axtarışlara hərbçilər və xilasedicilər cəlb edilib.
Rusiya Federasiyasının yol polisi əməkdaşları DYP maşınına şüşə təmizləmək üçün maye əvəzinə “Jack Daniels” viskisi töküb.
“Vesti”nin məlumatına görə, bu barədə video sosial şəbəkələrdə paylaşılıb.
Polislərin danışığından belə anlaşılır ki, şüşəni təmizləmək üçün su bitib və onlar onun yerinə viski tökmək qərarına gəliblər.
“Mən onu Yeni il üçün saxlamaq istəyirdim, amma iş daha vacibdir”, - deyə polislərdən biri deyir. Sonra isə gülərək əlavə edir ki, DYP əməkdaşı kimi bunu özünə icazə verə bilər.
Avtomobildə pəncərə təmizləyici sistemi işə salındıqdan sonra yol polisi əməkdaşlarından biri güclü alkoqol qoxusu gəldiyini söyləyir.
Video ilə bağlı artıq RF DİN-də yoxlamalara başlanılıb.
Volkswagen konserni Türkiyədə tikilən və dəyəri 1,4 milyard dollar olan zavodun inşasını dayandırıb. Bloomberg agentliyinin bildirdiyinə görə, bu Türkiyənin Suriyada apardığə hərbi əməliyyat ilə bağlıdır. "Yeni zavodun inşasının dayandırılması qərarı şirkətin idarə heyəti tərəfindən qəbul edilib. Vəziyyəti diqqətlə izləyirik və baş verənlər bizi çox narahat edir" - Volkswagen konserninin bəyənatında bildirilir. Xatırladaq ki, oktyabrın əvvəlində konsern Türkiyənin qərbindəki Manisa şəhərində ildə 300 min avtomobil buraxacaq zavodun inşa edilməsi barədə qərar qəbul etmişdi. Yeni zavod konsernin dünyadakı 123-cü zavodu olmalı idi.
Yol-xeber.az autograph.az-a istinadən bildirir ki, Türkiyə Suriyada həyata keçirdiyi "Barış pınarı" adlı əməliyyata 9 oktyabr tarixində başlayıb. Türkiyə hökuməti əməliyyatın PKK və "İslam dövləti" terrorçularına qarşı apardığını bəyan edib. Ankara terrorçuları öz sərhədlərindən uzaqlaşdıraraq təhlükəsizlik zonası yaratmaq istəyir. Bu zonada Suriyadan olan qaçqınların yerləşdirilməsi nəzərdə tutulur. Lakin, ABŞ və Avropa birliyi ölkələri Türkiyəninin torrorçulara qarşı apardığı hərbi əməliyyatdan çox narahatdırlar.
Türkiyənin Kırıkkale vilayətində “Dayan” əmrinə tabe olmayan sürücünün avtomobilini qovalayan Yol Polisi Xidmətinin əməkdaşları qəzaya düşüblər. Yol-xeber.az xəbər verir ki, hadisə ötən gün gecə saatlarında Kırıkkale – Kayseri avtomagistralında qeydə alınıb.
Məlumata görə, gecə reydi aparan yol polisləri Qadir Ərdəm və Mücahit Qanca, saxta qeydiyyat nömrə nişanlı olduğu müəyyən edilən avtomobili saxlamaq istəyiblər.
Ancaq polisin “Dayan” əmrinə tabe olmayan şəxsiyyəti naməlum sürücü, avtomobillə Kaysrei istiqamətinə qaçmağa başlayıb.
Asayiş keşikçiləri də 71 A 5444 qeydiyyat nömrə nişanlı avtomobili təqib ediblər. Şübhəlini təxminən 30 dəqiqə qovalayan polislərin olduğu maşın, yolun əks istiqamətində hərəkətdə olan Adəm Göçmənin idarə etdiyi 35 AH 9432 qeydiyyat nömrə nişanlı minik avtomobillə toqquşub.
Nəticədə Qadir Ərdəm, Mücahit Qanca və Adəm Göçmən xəsarətlər alıb. Yaralılar, hadisə yerinə çağırılan ambulanslarla xəstəxanaya çatdırılıblar.
Polislərin, qovaladıqları saxta qeydiyyat nömrə nişanlı avtomobil isə qaçaraq gizlənməyə müvəffəq olub.
Hüquq-mühafizə orqanları tərəfindən axtarışlara başlanılıb, araşdırmalar aparılır.
Rusiyanın Moskva şəhərində üç piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
REN TV-nin xəbərinə görə, Lokomotiv piyada keçidində sürücü avtomobili piyadaların üzərinə sürüb.
Nəticədə, üç piyada yerindəcə keçinib, daha ikisi isə yaralanıb.
Kaliforniyada polislər uzun müddətdir axtarılan narkotik tacirini, tapançasını gec çıxartdığına görə güllələyiblər. Yol-xeber.az xəbər verir ki, xüsusi əməliyyatın videosu Modesto şəhər polis departamentinin “Facebook” səhifəsindən yayımlanıb.
Noyabrın 29-da polislər narkodilerin gizləndiyi motelə gəliblər. Hüquq-mühafizə orqanları nömrənin qapısını döyüblər, ancaq qapını heç kim açmayıb. Bundan sonra onlar qapını katr vasitəsi ilə açıblar və içəridə olan qadından çıxmasını xahiş ediblər. Bu arada axtarılan şübhəli gizləndiyi ayaqyolundan otağa keçib, o çarpayıya yaxınlaşaraq oradan yavaşca nə isə çıxarmağa çalışıb. Bir müddət sonra isə şübhəli tapança çıxararaq polislərə tərəf tuşlamaq istəyib. Ancaq asayiş keşikçiləri tərəfindən güllələnərək öldürülüb.
İstintaq tədbirləri davam etdirilir.
Hindistanda avtobusla yük maşınının toqquşması nəticəsində azı 9 nəfər ölüb, 23 nəfər isə xəsarət alıb. Yol-xeber.az xəbər verir ki, insident bu gün səhər saatlarında Madhya Pradeş ştatında qeydə alınıb.
Bildirilir ki, toqquşmanın şiddətindən avtobusun 4 sərnişini hadisə yerindəcə keçinib. Yaralılar xəstəxanalara yerləşdiriliblər. Onlardan 10-unun vəziyyəti ağır qiymətləndirilir.
Hüquq-mühafizə orqanları tərəfindən təhqiqatlara başlanılıb.