14 yaş özlüyündə psixoloji dəyişimin sevgi, əyləncə, özünütəsdiq, eqoistlik, fərqlilik, nəzarətdən qaçma, yasaqlara meyil və s. ən sərt qaydalarını uşaqlara yoluxdurur.

Kult.az xəbər verir ki, bu sözləri millət vəkili Fazil Mustafa 162 nömrəli tam orta məktəbin 8-ci sinif şagirdinin intihar etməsi ilə bağlı yazılanlara münasibət bildirərkən deyib. O, məktəblinin intiharında bir faktorların rolu olduğunu bildirib:

“Doğrudur, “günahkar kimdir” sualının cavabını hüquqi anlamda istintaqın gedişi müəyyən edəcək. Ancaq anlaşılan bir gerçək var ki, evdə də, məktəbdə də mənəvi mühit arzuolunan səviyyədə deyil. Əlbəttə, dünyagörüşü məhdud bir direktorun ifadələri "günah keçisinin" varlığı barədə ictimai təskinliyi qismən yaratmış oldu, ancaq yenə də bir sual açıq qaldı ki, bu direktor olmasaydı, intihar baş verməyəcəkdimi? Bu intiharda Nobel mükafatı laueratı Markesin məşhur "Gözlənilən bir qətlin tarixçəsi" əsərinin süjetini doğrudanmı xatırlamadınız? Uşaq məktəbə virusu ailədən daşıyır. Boşanmaların sayının artmasından, narkomaniyanın, alkoqolizmin, əxlaqsızlığın bir qisim ailələrin içində şaxələnməsi səbəbinə görə bu virusun uşaqlara necə yoluxmasından xəbərsizikmi? Eyni zamanda uşaq məktəbdən virusu ailəyə daşıyır. Savadsız direktor, məktəbə, bağçaya sadəcə iş yeri kimi baxmağa məhkum edilmiş ideyasız müəllim çoxluğundan xəbərsizikmi? Ailə başçısı ilə məktəb başçısı, habelə sinif başçısı bir çox hallarda uşaq üçün yaxşı və ya pis mənada oxşar obrazlardır. Azərbaycanda bu gün ailə dəyərləri də, məktəb dəyərləri də mənəvi kateqoriya olmaqdan çıxıb, statistik meyarlara calaq edilib. 2 uşaq, 100 manat müavinət, 4 repititor, 12 illik təhsil, 1-ci ixtisas, 450 bal və s.”

Millət vəkili qeyd edib ki, ailə ilə məktəb arasındakı uçurumun üzərindəki körpü özlüyündə elə intihar körpüsüdür:

“50 il öncə də, bu gün də fərqli ictimai-siyasi formasiyalarda təhsilə qeyri-ciddi yanaşan bir cəmiyyət özəlliyimizi hələ də dəyişməmişik. Bir intihar hadisəsi üzərindən nəticə çıxarmaq düşüncəsində deyiləm. Psixoloji səbəblər, məktəb yoldaşlarının lağlağısı, ailədəki psixoloji sarsıntı və yaxud şantajı da səbəb ola bilər. Hətta bəlkə də bu məsələdə ən günahsız "köntöy" ifadəsi ilə gündəmə gələn və işdən qovulan direktor ola bilər. Ehtimalları və ailələrdəki vəziyyəti bir kənara qoyuram. Çünki bir çox hallarda yaxınlarımızın belə arzuladığımız ailə qurmasına çox vaxt müdaxilə edə bilmirik. Ancaq müdaxilə edə biləcəyimiz bir sfera var, o da məktəbdir. Drektorlarla da, müəllimlərlə də çoxlu təmaslarım olur. Vallah, intellektual olaraq söyləmirəm, heç virtual olaraq da, vizual olaraq da xeyli hissəsi direktora, müəllim obrazına bənzəmirlər. Bu təyinatların doğru meyarını tapmaq lazımdır. Şagirdi intihardan saxlaya biləcək qüdrətə, təfəkkürə sahib direktoru, müəllimi kəşf etmək çətin deyil. Marsdan gətirmək imkanımız yoxdur. Ancaq savadlı, sağlam düşüncəli, gözəl əxlaqlı, ideyalı insanları məktəblərin, universitetlərin, peşə məktəblərinin, kolleclərin, bağçaların başına gətirmək Marsa uçmaq qədər çətin deyil".

Qeyd edək ki, 4 aprel tarixində 162 nömrəli tam orta məktəbin 8-ci sinif şagirdi Elina Hacıyeva özünü məktəbin 3-cü mərtəbəsindən atıb. Məktəbli çanaq sümüyünün sınığı, döş qəfəsinin, ağ ciyərin, yumşaq toxumaların əzilməsi diaqnozu ilə Klinik Tibbi Mərkəzinə yerləşdirilib. İki gün sonra xəstəxanada dünyasını dəyişib.

188 nəfərlik təyyarə bir nəfər üçün uçdu
 
Litva vətəndaşı Skirmantas Strimaytis Vilnüsdən İtaliyaya uçan "Boeing 737-800” tipli təyyarənin yeganə sərnişini olub.
 
188 nəfərlik sərnişin daşıma qabiliyyətinə malik təyyarədə litvalı sərnişin İtaliyanın Bergamo aeroportuna iki pilot və beş bort köməkçisi ilə birlikdə uçub.
 
Turist şirkəti "Novatrus” məlumat yayıb ki, əslində təyyarə İtaliyadan Litvaya turist qrupunu gətirmək üçün göndərilib. Sadəcə boş uçmasın deyə turfirma yalnız bir tərəfə bilet satıb. Məhz həmin biletlərdən cəmi bir nəfər alıb.
Fransız şirkətin azərbaycanlı maliyyə idarəçisi
 
Nərmin Bəşirzadə: "İnsanın aurasının, xarakterinin işinə çox böyük və birbaşa təsiri var”
 
Yenilikçi, məqsədli, enerjili və pozitivdir. Qarşılaşdığı uğursuzluqlara görə belə, həyata minnətdardır. Düşünür ki, uğur qazanılan nailiyyət, uğursuzluq isə öyrənilən dərsdir. Dəyişməmək isə bataqlığa aparan yoldur. Ona görə, insanın iki yolu var: ya inkişaf edib qabağa gedirsən, ya da yerində dayanıb geridə qalırsan. Həyat mübarizədir, yerində dayansan, kimsə səni ötüb keçəcək.
 
Müsahibimiz Macarıstanda dünyada enerji sahəsində qabaqcıl qurumlardan biri olan fransız "Şnayder Elektrik” şirkətində maliyyə eksperti və idarəçisi kimi çalışan Nərmin Bəşirzadədir.
 
Nərmin 1987-ci ildə fevralın 7-də Bakıda anadan olub. 160 saylı orta məktəbi fərqlənmə ilə bitirdikdən sonra 2004-cü ildə Bakı Dövlət Universitetinin (BDU) iqtisadi kibernetika fakültəsinə daxil olub: "BDU-də oxuduğum zaman təhsilimi ölkə kənarında davam etdirmək istəyirdim. Bakalavrı bitirdikdən sonra Macarıstanın paytaxtı Budapeştdə yerləşən Mərkəzi Avropa Universitetinin iqtisadiyyat fakültəsinə – magistratura pilləsinə qəbul oldum. Həmçinin, Corc Soros təqaüdünü qazandım. Təhsilimin ikinci ilində Macarıstanda "IBM” şirkətində təcrübə keçmək imkanı əldə etdim. Təcrübəni uğurla bitirdikdən sonra şirkət mənə vergi mühasibatı sahəsində iş müqaviləsi təklif etdi. Bu təklifi qəbul etdim və "IBM”də üç il çalışdım. Daha sonra karyerada irəliləmək məqsədilə məşhur fransız şirkəti olan "Şnayder Elektrik”də maliyyə təhlilçisi mövqeyində işə başladım. Artıq 6-cı ildir ki, bu şirkətdə maliyyə idarəçisi kimi çalışıram”.
 
 
 
– Nərmin xanım, təhsil, dünyagörüşü, dil bilikləri… Uğurlu karyera qurmaq istəyən insanda "bu xüsusiyyət mütləq olmalıdır” dediyiniz nüans varmı?
– Qeyd etdiyiniz nüanslar çox əhəmiyyətli və vacibdir. Bunlarla yanaşı, məncə uğurlu karyera qurmaq istəyən insan ilk növbədə gördüyü işi, çalışdığı mühiti sevməli, daim öz sahəsi ilə maraqlanmalı, yeniliklərə və çağırışlara açıq olmalıdır. Nə qədər təhsilli, dünyagörüşlü olsanız da, əgər yenilikçi deyilsinizsə, yerinizdə sayacaqsınız. Həyat hər zaman bizə fürsətlər verir. Onu görüb dəyərləndirənlər və görə bilməyənlər var. Əlbəttə ki, həyatın verdiyi şansların fərqində olmalı, ondan səmərəli istifadə etməyi bacarmalısan.
 
– Əcnəbi şirkətin maliyyə məsələlərindən məsul olmaq çətin deyil ki?
– Çox məsuliyyətlidir. İşimin çətinliklərindən qorxmuram. Çünki işimin çətin tərəfləri əslində onu mənim üçün cəlbedici edir. Çətinlik məndən dinamikliyi, daim təkmilləşməyi, üzərimdə işləməyi tələb edir. 183 yaşlı, enerji sahəsində qabaqcıl qurumlardan biri olan şirkətin maliyyə eksperti və idarəçisi olmaq mənə geniş şəbəkədə özümü müsbət tərəfdən göstərməyə imkan yaradır. Düzdür, çox məsuliyyətli işdir. Amma gördüyüm işi sevdiyim və daim müsbət tərəfdən baxdığım üçün qarşılaşdığım problemləri və çətinlikləri sevə-sevə həll edirəm.
 
 
 
– Özünüz də qeyd etdiniz ki, eyni şirkətdə pillə-pillə yüksək vəzifəyə qədər qalxmısınız. Sizcə, hansı xüsusiyyətiniz işinizdə uğur qazanmağa yardımçı olur və sizi diqqət mərkəzində saxlayır?
– Bəli, 6 il qabaq bu şirkətdə maliyyə təhlilçisi kimi işə başladım. İlk karyera yüksəlişini 3 ay sonra, maliyyə nəzarətçisi vəzifəsinə keçərək ya.adım. Ondan sonrakı rolum bütöv Qlobal Təchizat Sistemini ( Global Supply Chain) əhatə etməyə başladı. Beləliklə, ayrı-ayrı vaxtlarda Maliyyə Standartlarının İdarəetmə Departamentinin müxtəlif mövqelərində çalışdıqdan sonra, biznes prosesinin idarəçisi pilləsinə qədər yüksəldim. Bu 4 illik təcrübəmin məntiqli nəticəsi idi. Təcrübə ilə bərabər, məncə, insanın karyerada irəliləməsi üçün xarakteri də az rol oynamır. Mənim proaktiv, ünsiyyətcil, enerjili olmağım, işin detallarına maraq göstərməyim və olmağım bu pilləyə gəlməyimə kömək oldu.
 
– Hər uğurlu kişinin arxasında bir qadın var deyirlər. Amma uğurlu qadınla bağlı dillərə dastan olan fikir yoxdur. Adətən qadınlar üçün bu yol daha keşməkeşli olur. Sizdə necədir?
– İş karyeramı yalnız Avropada keçirdiyim üçün bu baxımdan problemlə rastlaşmamışam. Avropalılar işdə qadın, kişi ayırımı etmirlər. Burada heç zaman qadın kimi çətinliklərim olmayıb. Çünki işlədiyim iki şirkətdə də cinsiyyətindən asılı olmayaraq, insanlara eyni münasibət göstərilir. Bu şirkətlərin ən əsas prinsipi layiqlik üzərində qurulub. Bu da o deməkdir ki, hər hansı bir işin görülməsi, işə qəbul və karyerada irəliləyiş yalnız layiqlik prinsipi əsasında olur. Yəni sən həqiqətən buna layiqsənsə, qadın və kişi fərq etməz, istədiyin uğuru əldə edəcəksən.
 
 
– Karyera yolu daş-kəsəkli olur deyirlər. Yəqin ki, uğurla yanaşı uğursuzluqla da rastaşmısınız. Bu zaman özünüzü necə motivasiya edirsiniz?
–  Təhlilçi olaraq, rastlaşdığım bütün maneələri, uğursuzluğumu təhlil edirəm. Bunu nə üçün yaşadığımı anlamağa çalışır və bir dərs kimi qəbul edirəm. Hər birimiz istər karyerada, istərsə də şəxsi həyatda səhvlər edir, ruh düşkünlüyü yaşayırıq. Ən güclü insanların da uğursuz günləri olur. Özümə təhlil etmək və nəticə çıxarmaq üçün vaxt verirəm. Uğursuzluğu qəbul edib sıfırdan başlayıram və irəliyə doğru gedirəm. Bir misal çəkim: hər həftə iş komandası ilə ötən həftə gördüyümüz işləri və gələn həftənin planlarını müzakirə etmək üçün görüşlər keçiririk. Həmin iclasda təkrarlanan bir şüar var: "Hər birimiz səhv edə bilərik. Biz səhvlərimizdən nəticə çıxarmalıyıq”. Bu, komandada əhval-ruhiyyəni qaldırır. Çünki hamı başa düşür ki, hər bir çətinlik müvəqqətidir və hər bir problemin öz həlli var.
 
– Pozitiv insansınız. Ümumiyyətlə, insanın aurası iş mühitinə necə təsir edir?
– İnsanın aurasının, xarakterinin işinə çox böyük və birbaşa təsiri var. Gümrah, xoş əhval-ruhiyyəli, yaxşı yumor hissi olan insan komandada xoş abı-hava yaradır. Belə insanlarla işləmək yaxşıdır və iş daha rahat gedir. Neqativ ruhlu insanla çalışmaq çətindir. Belə insanlar komandaya da mənfi auranı ötürür və gərginlik yaradır. Bu işdə verimliliyə də çox pis təsir edir. Dedi-qodunu, qeyri-səmimiliyi sevmirəm. Əlbəttə ki, bütün insanlar müxtəlifdir və kollektivdə hamı ilə dil tapmağa məcburuq. Xoşbəxtəm ki, hazırda işlədiyim kollektiv gülərüz və pozitiv insanlardan ibarətdir. Bu səbəbdən işdə özümüzü evdəki kimi rahat hiss edirik. Əgər işə sevərək gəlirsənsə, bu ən böyük xoşbəxtlik və uğurdur.
 
– İşlə bağlı riayət etdiyiniz xüsusi rituallarınız (totem) olurmu?
– Ən sevdiyim rituallardan biri iş gününə yaxşı qəhvə ilə başlamaq və iş yerinə birinci çatmaqdır. Adətən  saat 7.30-8.00- da artıq ofisdə oluram, sakitlikdən istifadə edib emailləri yoxlayıram, cavablayıram və günümün planını qururam.
 
 
– İşinizin xarakterinizdə qoyduğu iz və ya dəyişiklik varmı? İşiniz sizi hansı istiqamətdə dəyişib?
– Karyeramın əvvəlində daha qapalı və utancaq idim. İnsanlarla ünsiyyət qurmaqda çətinlik çəkirdim. Uğurlu karyera qurmaq üçün biliklərini təkmilləşdirməklə bərabər, öz şəxsi keyfiyyətlərimin üzərimdə də çox işlədim. Artıq çəkinmədən ünsiyyət qurur və utancaqlığımın öhdəsindən gələ bilirəm. Ən əsası, həyatda mənə israrlı olmağı işim öyrətdi.
 
– İsrarlı olmaq, tutduğunu qopartmağı sizə işiniz öyrədib deyirsiniz. Bəs işləyərkən öyrəndiyiniz bu xüsusiyyət sizə nə qazandırdı? 
– Mənə məqsədlərimə çatmaqda, arzularımın həyata keçməsində məhz israrlı olmağım kömək etdi. İstəmək, təkidlə tutduğun yoldan dönməmək mütləq səni uğura aparır. İstədiyimə nail olmaq üçün çalışıram və ruhdan düşmürəm. Əgər bir məsələ həll olunmursa, ondan vaz keçmirəm, alınana  qədər çalışıram və sonda alınır. İstədiyini əldə etmək üçün utanmaq, çəkinmək, ruhdan düşmək olmaz.
 
– Riskləri sevirsiniz…
– Risk etməkdən qorxmuram. Əslində, hər bir dəyişiklik riskdir. Dəyişməmək isə bataqlığa aparan yoldur. İnsanın iki yolu var ya inkişaf edir qabağa gedirsən, ya da yerində dayanıb geridə qalırsan. Həyatda durğunluğu, stabilliyi sevmirəm. Əgər arzularımıza, məqsədlərimizə çatmaq üçün risk etmiriksə, bu stabillikdir. Stabillik də mənim üçün ancaq geriyə addımdır. İnkişaf üçün risk etmək lazımdır. Nəticə ya gözəl dəyişiklik olacaq, ya da öyrənilən dərs. Heç nə etmirik. Sonradan cürət etmədiyimiz addımlardan daha çox peşman olmamaq üçün risk etməliyik və o addımı atmalıyıq. Hər nəticəyə hazır olmaq lazımdır. Həyat mübarizədir, yerində dayansan, kimsə səni ötüb keçəcək.
 
 
– Nərmin xanım, ümumiləşdirsək, uğurunuzun sirri sizcə nədir?
– İlk olaraq, öz üzərimdə işləmək, nə olursa olsun, arzularımın arxasınca israrla getmək, uğursuzluqlarda sınmamaq, əksinə dərs çıxarmaq və böyük arzulardan qorxmamaq. Ən əsası isə, hər zaman ürəyimin səsinə qulaq asıram. Hər kiçik qələbənin belə qədrini bilirəm.
 
– Bir yerdə oxumuşdum ki, insan pozitiv yüklənmək üçün daim minnətdar olmalı, təşəkkür etməlidir. Hər kiçik qələbənin belə qədrini bilirəm deyirsiniz…
– Tam razıyam. Çalışıram ki, gündəlik həyatımda bu yanaşmanı vərdiş halına gətirim. İnanıram ki, əldə etdiklərimizə şükür edəndə, həyat bizə şükür etməyə daha çox səbəb verir. Pis nə isə baş verəndə özümü inandırıram ki, bu, daha da pis ola bilərdi, amma şükür ki, olmadı. Bunun qədrini bilirəm. Bir də ki, cəlbetmə qanununa (law of attraction) riayət edirəm, kiçik qələbələrin qədrini bilməyimin daha böyük qələbələr qazanmağımda rolu olduğuna inanıram. Ən əsası, həyatımda baş verən uğurlu, uğursuz hər şeyə görə minnətdaram.

AKP İstanbulda bütün səslərin yenidən sayılmasını istəyir

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AKP) İstanbulda 38 vilayətin hamısında səslərin yenidən sayılması tələbi ilə çıxış edib.

Bununla bağlı artıq MSK-ya ərizə ilə müraciət olunub.

Partiyanın sədr müavini Əli İhsan Yavuz Tvitter paylaşımında Böyükçəkməcədə keçirilən səsvermənin nəticələrinin isə tamamilə ləğv edilməsini tələb etdiklərini yazıb.

 

Bakıda iş adamı əməliyyat zamanı vəfat edib.

Publika.az xəbər verir ki, klinikalardan birində böyrəyindən əməliyyat edilən Tovuz rayon Aşağı Quşçu kənd sakini, iş adamı Mehman Həsənov dünyasını dəyişib.

Qeyd edək ki, M.Həsənov rayonda Məşədi Mehman adı ilə tanınıb və “Nərmin” şadlıq sarayının sahibi olub.

Allah rəhmət eləsin!

Səudiyyə Ərəbistanı vəliəhdi Məhəmməd bin Salman ABŞ Prezidenti Donald Trampı zəif və qorxaq göstərir.

Axar.az xəbər verir ki, bu barədə “Vaşinqon Post” qəzetində yayımlanan məqlədə qeyd edilib. Salmanın Qaşıqçı cinayəti və bu istintaq çərçivəsində həbs edilənlərlə bağlı ABŞ Konqresindən edilən etirazları diqqətə almadığı bildirilib:

“Tramp ölkə xaricində haqsız şəkildə həbs edilən amerikalıları azadlığa çıxartması ilə fəxr edir. Ancaq ərəb əsilli ABŞ vətəndaşının saxlanılması barədə heç bir şey deyə bilmir. 33 yaşlı Səudiyyə Ərəbistanı vəliəhdi ABŞ prezidentini zəif və qorxaq göstərir”.

İstanbulun Əsənyurd bələdiyyəsindən çoxlu tenderlər almış “Özyurt Mədənçilik İnşaat” şirkəti CHP-nin bu bələdiyyədə qalib olmasından sonra 96 işçisini çıxarıb.

Axar.az xəbər verir ki, işçilərə nə təzminat, nə də bir aylıq maaşları ödənib. Şirkətin rəhbəri Özgür Qarabulud deyib ki, yeni bələdiyyə ilə işləməyəcəklər:

“Təzə bələdiyyənin vəziyyətdən xəbəri yoxdur. Bu firma AKP ilə birlikdə formalaşıb. Martın 15-də firmanın bələdiyyə ilə sazişi bitib. Seçkinin nəticəsini gözləyirdik”.

ABŞ-ın İran İslam İnqilabı Keşikçiləri Korpusunu terror təşkilatları siyahısına daxil etməsi qərarı İrana qarşı istənilən addımlara haqq qazandırmaq imkanı yaradacaq.

Axar.az xəbər verir ki, bunu “RİA Novosti”yə açıqlamasında ABŞ-ın Beynəlxalq Siyasət Mərkəzinin baş elmi əməkdaşı Metyu Hou deyib. Onun sözlərinə görə, bu plan ABŞ-a İrana qarşı müharibənin başladılması üçün bəhanə yaradacaq:

“Bu taktika Amerikada tarixi boyunca daim izlənilib. Hədəfə çatmaq, bu hədəfi şeytanlaşdırmaq lazımdır. Bu, sadə və effektiv taktikadır. Müharibəyə haqq qazandırmaq üçün amerikalıları qəzəbləndirmək, onları İraqdan olduğu kimi, İrandan da qorxmağa məcbur etmək lazımdır.

Pentaqonun bir müddət əvvəl 608 amerikalının İraq müharibəsində iranlılar tərəfindən öldürülməsi xəbərini yayması təsadüfi deyil. Görünür, ABŞ yenidən müharibə və ya İranda rejim dəyişikliyi istəyir. Ona görə də növbəti qisas üçün arqumentlərini sıralayır”.


“Böyük yeddilik” ölkələrinin xarici işlər nazirləri Liviyadakı vəziyyətlə bağlı birgə bəyanat qəbul edib.

Axar.az Report-a istinadən xəbər verir ki, sənəddə həmin ölkələrin, habelə Avropa İttifaqıın xarici işlər və təhlükəsizlik üzrə ali komissarı Federika Mogerininin bu ölkədəki vəziyyətdən narahatlığı ifadə olunub.

Bəyanatda münaqişə tərəfləri Tripoli ətrafındakı hərbi əməliyyatları dayandırmağa və vəziyəti nizamlanmaq, habelə vətəndaş müharibəsinin qarşısının almaq üçün güc variantından imtina edərək, danışıqlara başlamağa çağırılıb.

“Yeddilik” ölkələri eyni zamanda BMT-nin münaqişənin həll variantının tapılması istiqamətindəki səylərini dəstəklədiklərini də bəyan ediblər.

Xatırladaq ki, bir qədər əvvəl Liviya Milli Ordusunun komandanı, marşal Xəlifə Haftar bütün qoşun növlərinə 48 saat ərzində paytaxt Liviyaya nəzarəti ələ keçirmək əmri verib.

Azərbaycan NATO-nun vacib və etibarlı tərəfdaşıdır.

Trend-in məlumatına görə, bunu ABŞ-ın Azərbaycandakı səfiri Erl Litzenberqer NATO-nun yaradılmasının 70 illiyi münasibətilə videomüraciətində deyib.

E. Litzenberqer bildirib: "Azərbaycan NATO-nun vacib və etibarlı tərəfdaşıdır. Bu, Azərbaycanın Əfqanıstanda təhlükəsizliyin təmin edilməsi üçün qoşun və marşrutların verilməsinə sadiqliyində, həmçinin qlobal terrorçuluq və narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizəyə verdiyi dəyərli töhfədə əks olunur. Biz burada, ABŞ-ın Bakıdakı səfirliyində, bütün dünyada sülhün və sabitliyin qorunub saxlanması və inkişafı üçün ölkələrimizin NATO çərçivəsində tərəfdaş kimi əməkdaşlığı üçün yeni yollar axtarırıq".

Xəbər lenti