İstanbul Böyükşəhər bələdiyyəsi uğrunda mübarizədə uduzan hakim Ədalət və İnkişaf Partiyasının namizədi Binali Yıldırım rəqibi Əkrəm İmamoğlunu yenidən təbrik edib.

Axar.az Teleqraf.com-a istinadən xəbər verir ki, o, bundan sonra da Türkiyə üçün çalışacağını söyləyib.

“Bu gün Bərat qəndilidir. Əkrəm İmamoğluna da xeyirli olsun dedim. Eşitməyənlər üçün bir daha söyləyirəm: Xeyirli olsun. Amma partiyamızın və Milliyyətçi Hərəkat Partiyasının Yüksək Seçki Qurumuna etiraz prosesi davam edir. Heç vaxt kreslo dalınca qaçmamışam. Mənim üçün ən böyük vəzifə insanların könlündəki yerdir, mən hələ də İzmirin deputatıyam. Daim ölkəmə xidmət göstərmişəm, vəzifəm hansı olur-olsun, xidmət göstərməyə davam edəcəyəm”, - deyə Binayli Yıldırım söyləyib.


12 Punto 14 Punto 16 Punto 18 Punto

Belarus BelAZ və MAZ kimi maşınqayırma müəssisələrini satmağa hazırdır, məsələ sadəcə qiymətdədir.

Axar.az xəbər verir ki, bu barədə Belarus Prezidenti Aleksandr Lukaşenko danışıb.

“BelAZ və MAZ-ı da satmağa hazıram, lakin sahibini təmin edən bir qiymət ödəməlisiniz. Onlar (potensial alıcılar) pulsuz istəyirlər. Pulsuz heç tələdə pendir də olmur. Buna görə də tələsmək lazım deyil”, - Belarus prezidenti bildirib.

İndoneziyalı siyasətçi Mixail Qorbaçov parlament seçkilərində məğlubiyyətlə üzləşib.

Axar.az xəbər verir ki, M.Qorbaçov məğlubiyyətə baxmayaraq siyasi fəaliyyətini davam etdirəcəyini bəyan edib.

O, 2024-cü ildə baş tutacaq parlament seçkilərində də namizədliyini irəli sürəcəyini açıqlayıb.

Seçki ilə bağlı mübahisələri kənara qoyaraq iqtisadi və təhlükəsizlik məsələləri başda olmaqla əsas gündəlik məsələlərə diqqətimizi yönəltməliyik.

Report xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Tvitterdə yazıb.

O, Türkiyədəki sabitlikdən danışaraq keçiriləcək islahatlarla bağlı ismarış verib:

“Terrora qarşı mübarizəni qəti şəkildə sürdürməklə yanaşı, inşallah, ölkəmizin ehtiyacı olan infrastruktur islahatlarını həyata keçirməyə davam edəcəyik”.

Xatırladaq ki, müxtəlif bölgələrdə keçirilən seçkilərin nəticələri ilə bağlı Mərkəzi Seçki Komissiyasına şikayətlər daxil olmuşdu.

Belarusdakı prezident seçkisi əvvəlcədən nəzərdə tutulduğu kimi 2020-ci ildə keçiriləcək.

Axar.az xəbər verir ki, bunu parlamentə müraciətində Belarus Prezidenti Aleksandr Lukaşenko deyib. Onun sözlərinə görə, parlamentin aşağı palatası üçün nəzərdə tutulan seçki isə 2019-cu ilə baş tutacaq:

“Bizim hökumətimizdə nə olmasından asılı olmayaraq, prezident seçkisi 2020-ci ildə olacaq. Biz xalqla oynamayacağıq, biz siyasi oyunlar təşkil etməyəcəyik”.

Qeyd edək ki, bundan öncə Belarus parlamentinə seçkinin 2020-ci ilin 10 sentyabr, prezident seçkisinin isə 30 avqustda keçiriləcəyi bildirilmişdi.

Ermənistanın keçmiş prezidenti Robert Köçəryan yenidən özünümüdafiə xarakterli məqalə yazıb.

Axar.az xəbər verir ki, Köçəryanın məqaləsi “Euractiv.com” saytında dərc olunub. Məqaləsində Köçəryan qanunsuz yerə həbsdə olduğunu deyib:

“Həbsdə qanunsuz saxlanılıram. Müxalif siyasi xadiməm və Nikol Paşinyanın populizmini tənqid edirəm. Dünya liderləri, məhkəmələr, hüquq müdafiəçiləri və vəkillər gərək Nikol Paşinyanın çıxışlarına yox, onun ölkədəki fəaliyyətinə diqqət yetirsinlər. Avropa Şurası və AB liderlərini mənim tərəfimdə dayanmağa və Ermənistan hökumətindən beynəlxalq insan hüquqları standartlarına əməl etməsini tələb etməyə çağırıram”.

Rusiyaya qarşı sanksiyalara qoşulmadığımız üçün bizə göstərilən təzyiqlər davam edir.

Axar.az xəbər verir ki, bu sözləri Serbiyanın Xarici İşlər naziri İvitsa Daçiç danışıb.

Onun sözlərinə görə, rəsmi Belqradın AB-yə üzvlük niyyətlərinə baxmayaraq, Rusiya Serbiyanın strateji tərəfdaşı olaraq qalır.

“Buna görə də güclü təzyiq göstərilməsinə baxmayaraq, Serbiya Rusiyaya qarşı heç vaxt sanksiya, ya da hər hansı məhdudlaşdırıcı tədbir tətbiq etməyib və etməyəcək. Serbiya Rusiya kimi ənənəvi dostları ilə münasibətləri unutmamalıdır”, - Daçiç bildirib.

Qarabağ problemi Ağ Evdə heç vaxt unudulmayıb.

Bu sözləri Axar.az-a rusiyalı ekspert Qriqori Trofimçuk rəsmi Vaşinqtonun Azərbaycan və Ermənistan XİN rəhbərlərinin növbəti görüşünün ABŞ-da keçirilməsi haqda təklifini şərh edərkən deyib.

Ekspertin sözlərinə görə, ABŞ-da bu münaqişəyə yalnız ATƏT-in Minsk Qrupunun həmsədri Endryu Şoferin formal işi çərçivəsində baxılmır:

“Mən uzun müddətdir deyirəm ki, ABŞ Qarabağın statusu ilə bağlı birbaşa məşğul olmaq istəyir. Hələ İlham Əliyevlə Nikol Paşinyanın Vyana görüşündən öncə ABŞ ərazisində Qarabağ görüşünün keçirilməsi planlaşdırılırdı. Ancaq Avstriya, məncə, Moskvanı boşuna əsəbləşdirməmək üçün seçildi. Azərbaycan Prezidenti ilə Ermənistan baş nazirinin ilk görüşünün ABŞ ərazisində keçirilməsi çox böyük siqnal olardı.

Bundan sonra Moskva tərəflərə münaqişənin həllində rolunu xatırlatmaq üçün Rusiya, Azərbaycan və Ermənistanın diplomatik nümayəndəliklərinin rəhbərləri səviyyəsində dərhal görüş keçirdi. İndi də ABŞ nazirlər səviyyəsində görüş təklif edərək, öz varlığını vurğulayır”.

Politoloqun fikrincə, bununla da ABŞ Rusiyaya Qarabağ münaqişəsini həll etməyə hazır olduğunu göstərir:

“Ələlxüsus da erməni tərəfini təmsil edən kəsin Sərkisyan deyil, ilk gündən Qarabağ məsələsinə diqqət ayıran Paşinyan olduğu bir zamanda... Həm də Paşinyanın danışıqlar başladıqdan sonra dəyişən bəyanatlarına nə Şofer, nə də Vaşinqton diqqət yetirir. Beləliklə, bu məsələ ilə bağlı İrəvan və Vaşinqton arasında bəzi razılaşmaların mövcud olduğunu düşünürəm”.

Qırğızıstanın eks-prezidenti Almazbek Atambayev Qırğızıstan Sosial Demokrat Partiyasının lideri statusundan məhrum edilib.

Axar.az xəbər verir ki, bu məlumat Qırğızıstan Ədliyyə Nazirliyinin saytında paylaşılıb. Atambayevi bu vəzifədə Saqınbek Əbdürrəhmanov əvəz edib.

Qeyd edək ki, Qırğızıstan Sosial Demokrat Partiyası Almazbek Atambayev tərəfindən 1994-cü ildə yaradılıb. Hazırda məhz bu partiya ölkə parlamentinə nəzarət edir, prezident kürsüsünü isə onun nümayəndəsi əlində saxlayır.

 

856 illik tarix bir neçə saata məhv oldu...

Dünəndən etibarən bütün dünyanın gözü Fransaya dikilib. Buna səbəb isə Parisin mərkəzində yerləşən 856 illik tarixə malik Notr-Dam kilsəsində baş verən güclü yanğındır. 

“Qafqazinfo” bu məqamda 182 ilə tikilib təhvil verilən kilsə ilə bağlı bəzi məlumatları təqdim edir:

Paris Notr-Dam kilsəsi və ya Paris Məryəm ana kilsəsi Fransa paytaxtının başlıca simvoludur. Notr-Dam Paris arxiyeparxiyasının kafedral kilsəsidir. O, Parisin ilk xristian kilsəsi hesab edilən, Müqəddəs Stefan bazilikasının yerində, daha doğrusu Site adasının şərq hissəsində, dördüncü şəhər dairəsində II Jan-Paul meydanında yerləşir. Qotik üslublu kilsə 1163-1345-ci illərdə Parisyepiskopu Moris de Süllinin təşəbbüsü ilə ucaldılıb.

Kilsə yarandığı tarixdən etibarən Parisin ən simvolik memarlıq abidələrindən biri olub. Öz memarlığı ilə fərqlənən kilsə uzun müddət Paris memarlığında birinciliyi öz əlində saxlayır və kralların tac geyindiyi Reyms Notr-Dam kilsəsi, Amyen Notr-Dam kilsəsivə Bove Notr-Dam kilsələri ilə müqayisə edilir. Özündə həm dini həm də tarixi motivləri ehtiva edən kilsələr, Fransa tarixinin müəyyən epizodları ilə yaxından əlaqəlidirlər. Belə ki, kilsələr 1239-cu ildə Müqəddəs Tacın orta əsrlər Kral kilsəsinə gətirilməsi, 1804-cü ildə Napoleonun tacqoyma mərasimi, Bordo hersoqunun vaftiz edilməsi, Adolf Tier və Sadi Karnonun dəfn mərasimləri kimi tarixi hadisələri özündə cəmləşdirir. 26 avqust 1944-cü ildə Parisin azad edilməsi günündə general Şarl de Qollun hüzurunda Maqnifikat sərgilənir. Dini mərasimlərə 1970-ci il 12 noyabrda Şarl de Qollun ölümü, 1974-cü il 6 apreldə Jorj Pompidunun ölümü və 1996-cı il 11 yanvarda Fransua Mitteranın ölümü kimi hadisələr daxildir.

Dahi fransız yazıçısı Viktor Hüqonun eyniadlı tarixi romanı sayəsində kafedral dünyanın ən tanınmış abidəsinə çevrilib.

Bu kilsəni il ərzində 20 milyondan çox insan ziyarət edir. Bu ziyarətçi sayı kilsəni Parisin və bütün Avropanın ən çox ziyarət edilən məkanına çevirib.

 
















 

Xəbər lenti