|
Rusiya Prezidenti Vladimir Putinin Səudiyyə Ərəbistanına səfər tarixi hələlik müəyyən edilməyib.
Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib. Onun sözlərinə görə, hələlik tarixin müəyyən edilməsiylə bağlı hazırlıq gedir.
Qeyd edək ki, Səudiyyə Ərəbistanı Xarici İşlər naziri Adil əl Cubeyr bundan öncə Moskva və Ər-Riyadın Putinin səfəriylə bağlı son detallar üzərində çalışdığını bildirib.
İran Xarici İşlər naziri Məhəmməd Cavad Zərif aprelin 17-də Türkiyəyə işgüzar səfər edəcək.
Axar.az xəbər verir ki, bu barədə Türkiyə XİN-dən informasiya yayılıb.
Ziyarət çərçivəsində ikitərəfli münasibətlərin hərtərəfli müzakirəsi, qlobal və regional məsələlər barədə fikir mübadiləsi aparılması nəzərdə tutulur.
Belarus Prezidenti Aleksandr Lukaşenko bu gün Türkiyə Prezidenti Rəcəb Ərdoğanın dəvəti ilə Türkiyə rəsmi səfər edəcək.
Axar.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı yazıb.
Səfər zamanı ikitərəfli münasibətlər müzakirə ediləcək, əməkdaşlığın inkişafı üçün atıla biləcək addımlar ətrafında fikir mübadiləsi aparılacaq.
Lukaşenkonun səfəri zamanı bir sıra sənədlərin imzalanması və Türkiyə-Belarus İş Forumunun keçirilməsi planlaşdırılır.
Belarus Prezidenti Aleksandr Lukaşenko Türkiyənin Rusiyadan S-400 zenit raket kompleksləri almasını dəstəkləyib.
Axar.az xəbər verir ki, bu barədə "Belta" nəşri yazıb.
Lukaşenkonun sözlərinə görə, ABŞ müdafiəsi üçün zəruri olan silahı almaq məsələsində Türkiyənin mövqeyini dəstəkləməyib.
"Sizi isə yalnız tənqid etmirlər, üstəlik vurmağa çalışırlar", - Lukaşenko bildirib.
Türkiyənin suveren dövlət kimi qərar verdiyini bildirən Lukaşenko ABŞ-ın tənqidlərinin Türkiyənin mövqeyinin haqlı olduğunu göstərdiyini qeyd edib.
Ötən həftənin hadisələrini analiz etsək, yaxın zamanlarda inqilabi terrorun yeni mövsümünün şahidi olacağımızı deyə bilərik.
Axar.az xəbər verir ki, bu sözləri öz Feysbuk səhifəsində Ermənistanın Respublikaçılar Partiyasının sədr müavini Armen Aşotyan deyib.
“Hakimiyyət tənqidi qeyri-adekvat qəbul edir və reytinqinin düşməsinə görə narahatdır. Həmçinin öz vədlərini icra etmək, ölkəni aldığı vəziyyətdə saxlamaq gücündə deyil. Hökumət daxilində fikir ayrılıqlarının olması artıq aydındır. Rejim siyasi məqsədlə olan təqiblərin davam edən reytinq azalmasının qarşısını almayacağını dərk etmir. Bununla yalnız mövcud prosesi sürətləndirmək olar. Ona görə də yaxın zamanlarda təkcə “Taxt oyunları”nın yeni sezonunu yox, həm də “Nikol – Avropanın yeni diktatoru” trillerini izləyə bilərik”, - o bildirib.
Qazaxıstanın eks-prezidenti Nursultan Nazarbayev Ermənistanın eks-prezidenti Robert Körçəryana məktub göndərib.
Axar.az xəbər verir ki, bu məlumatı Ermənistan “2rd.am” saytı yayıb.
Məlumata görə, Nazarbayev məktubunda Köçəryanı Qazaxıstanda baş verən daxili dəyişikliklərlə bağlı şəxsən məlumatlandırıb. Nazarbayev Köçəryanla birgə fəaliyyət illərini çox yaxşı xatırladığını qeyd edib. O bundan sonra da Köçəryanla şəxsi əlaqələrinin davamlı olacağını bildirib.
Qeyd edək ki, bu, hazırda həbsdə olan Köçəryana göndərilən ilk belə məktub deyil. Bundan öncə Rusiya Prezidenti Vladimir Putin də Köçəryana məktub göndərərək, onun doğum gününü təbrik etmişdi.
Türkiyə beynəlxalq sularda möhtəşəm bir narkotiklərlə mübarizə əməliyyatı həyata keçirdi.
Axar.az xəbər verir ki, bu barədə Türkiyənin Daxili İşlər naziri Süleyman Soylu Tvitter hesabında yazıb.
“Polis, jandarma, sahil mühafizəsi, narkotiklərlə mübarizə idarəsi və İzmir polisini təbrik edirəm. 4 aylıq təqibin detallarını və nəticələrini nazirliyimiz açıqlayacaq”, - Soylu bildirib.
Rusiya Venesuelanın daxili işlərinə qarışır.
Axar.az xəbər verir ki, bunu “Mega TV”yə müsahibəsində ABŞ Dövlət katibi Mayk Pompeo deyib.
“Rusiya müdaxilə edib. Onlar Venesuela rəhbərliyinə qarşı gediblər. Onların buna haqqı yoxdur. Rusların Venesuelada olmasına Venesuela xalqı izn verməyib. Bu ölkənin hazırkı lideri Xuan Quaidodur, Nikol Maduro isə keçmişdə qalıb” – deyə o bildirib.
Onun sözlərinə görə, bəzi ölkələrin Venesuela və Latın Amerikasının daxili işlərinə müdaxilə etməməklə bağlı çağırışları ikiüzlülükdür:
“Mən düşünürəm ki, bizim hamımız bundan dərs çıxarmalıyıq. Çin və digərləri ikiüzlü şəkildə Venesuelanın daxili işlərinə müdaxilə etməməklə bağlı çağırışlar edirlər. Onların maliyyə müdaxilələri bu ölkənin dağılmasına şərait yaradıb”.
Venesuelaya hərbçilərin göndərilməsi və burada təlim mərkəzinin açılması açıq-aşkar provokasiyadır.
Axar.az xəbər verir ki, bu sözləri ABŞ Dövlət katibi Mayk Pompeo Rusiyaya ünvalanan ittihamında deyib.
“Biz Rusiyanın eskalasiyasına və Venesueladakı kövrək vəziyyətə dözməməliyik”, - deyə ABŞ rəsmisi bildirib.
Milli Məclisin deputatı, əməkdar jurnalist Elmira Axundova Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət edib.
Axar.az xəbər verir ki, millət vəkili jurnalistlərin üçün xüsusi ofisin yaradılması ilə bağlı arzusunu dilə gətirib.
"Elə jurnalistlər var ki, onların işləmək üçün ofisi yoxdur. Evində şəraiti belə yoxdur. Təklif edirəm ki, dövlətimiz jurnalistlər evi üçün bina təsis etsin. Jurnalistlərimiz orada müsahibələrini götürsün, kompüterlərdə işləsinlər, öz yazılarını yazsınlar. Mənim bu fikrimi Əflatun Amaşov da, media kapitanları da dəstəkləyir. Bu gün bizim Bəstəkarlar Evi var, Rəssamlar Evi var, Yazıçılar Evi var. Amma jurnalistlərin toplaşacağı vahid bir yeri yoxdur. Buna görə prezidentimizdən çox xahiş edirəm ki, bu məsələni diqqətində saxlasın".