Britaniyada ağır COVID-19 xəstələri üçün dərman tapıldı

Britaniya alimləri “Hidrokortizon”un ən ağır koronavirus pasiyentləri arasında ölüm faizini əhəmiyyətli dərəcədə azaltmağa qadir olduğunu müəyyənləşdiriblər.
Bu barədə RİA “Novosti” xəbər verir.

Məlumata görə, müvafiq kəşfi “Imperial College” və “Intensive Care National Audit & Research Centre” Tədqiqat Mərkəzinin alimləri ediblər.
Alimlər bir həftəlik müalicə kursundan sonra reanimasiyada olan pasiyentlərin sağalma şanslarının yüksək olduğunu müəyyənləşdiriblər.

Beləliklə, “Hidrokortizon” Böyük Britaniyada rəsmən COVID-19-un müalicəsi üçün bəyənilən ikinci dərman olacaq. Qeyd edək ki, ilk dərman ”Deksametazon”dur. (report.az)

İŞİD Ayasofya məscidə çevriləndən sonra təxribata cəhd edib

Türkiyənin Daxili İşlər naziri Süleyman Soylu İŞİD-in Ayasofya məscidində təxribat planlaşdırdığını açıqlayıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Soyludan müsahibə alan türk siyasi təhlilçi Əbdülqədir Səlvi son məqaləsində yazıb.

“İŞİD terror təşkilatı İstanbulda Ayasofya məscidi və bir sıra iqtisadi yerlərə, dərnəklərə qarşı, ümumilikdə isə Türkiyədə çaxnaşma yarada biləcək yerlərlə bağlı təxminən 1-1,5 aydır ki, təşkilat daxilində hazırlıq aparırdı. Polis və kəşfiyyat orqanlarımız məlumat daxil olandan sonra izlədi. Türkiyədəki bir sıra hədəflər üzərində çalışdılar. İlk öncə 18 avqustda İstanbulda Hüseyn Sağır adlı şəxs təxribat hazırlığı edərkən üzərində “Kalaşnikov” silahı ilə saxlanıldı. 20 avqustda isə həmin şəxsin izləri ilə İŞİD-in Türkiyə üzrə əmiri Mahmut Özdən saxlanıldı”,- deyə Soylu bildirib.

Səlvinin İŞİD-in niyə Ayasofyanı hədəf aldığı sualına cavabında DİN rəhbəri bunun terror təşkilatının arxasında dayanan kəşfiyyat orqanları ilə əlaqəli ola biləcəyini bildirib.

“1934-cü ildən muzey olaraq fəaliyyət göstərən Ayasofya 86 il sonra – bu ilin 24 iyulunda məscid olaraq ibadətə açıldı. Radikal terror təşkilatı olan İŞİD Ayasofya muzey olduğu zamanlarda onunla maraqlanmırdı, bəs muzeyə çevriləndən sonra onu niyə hədəfə alsın? Sizcə də çox maraqlı deyil? İŞİD radikal bir təşkilatdırsa, Ayasofya ilə maraqlanmamalıdır. Türbələri hədəf ala bilər. Özünün fərqli bir baxış bucağı ola bilər və həmişə olub. Türbələrlə bağlı da təxribat cəhdləri olub. Ancaq Ayasofya ilə bağlı iddiaları irəli sürmələrini, İŞİD-in arxasındakı şəbəkəni yaxşı araşdırmaq lazımdır. Hansı kəşfiyyat təşkilatları İŞİD-ə təsir etməyə davam edir? Bunu çox yaxşı araşdırmaq lazımdır”,- deyə nazir qeyd edib.

Bununla yanaşı, Soylu müsahibəsində İŞİD-in türk siyasətçiləri və dövlət adamlarını qaçırmağı planlaşdırdığını da açıqlayıb. Əməliyyatlar davam etdiyi üçün  daha ətraflı məlumat verməyən DİN rəhbəri terrorçuların yüksək vəzifəli şəxsləri Suriyaya qaçırmaq planlarının olduğunu bildirib.

Qeyd edək ki, iyulun 10-u Türkiyə Ali Məhkəməsi Ayasofya məbədinin muzey statusunun ləğv edilməsi və məscidə çevrilməsi ilə bağlı qərar verib, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan isə qərarı təsdiqləyib.

 

 

 
Ən sürətli 5G internetinə sahib ölkələrin siyahısı təqdim olunub

2019-cu ildən başlayaraq mobil şəbəkə operatorları, telekommunikasiya təchizatı və smartfon istehsalçıları 5G texnologiyasının işə salınmasına start veriblər.
Fins.az xəbər verir ki, keçən ildən bugünə kimi 5G şəbəkəsi bütün dünya üzrə artıq 10-larla ölkədə aktivləşdirilib.

Opensignal adlı analitik şirkət isə 5G internetinin hansı ökədə daha sürətli olduğunu öyrənməyə çalışıb. Bu barədə Gizchina saytı xəbər verib. Şirkət tərəfindən reallaşdırılmış tədqiqat bu ilin 16 maydan 14 avqust tarixinə kimi olan dövrü əhatə edib. Məlum olub ki, 5G şəbəkəsində yüklənmə sürəti 4G-dən fərqli olaraq ortalama 1.3-1.4 dəfə yüksəkdir.

5G şəbəkəsində məlumatların ən yüksək ortalama yüklənmə sürəti Səudiyyə Ərəbistanında müşahidə olunub. Bu regionda göstərici saniyədə 414.2 Mbit təşkil edib. 4G şəbəkəsindən fərqli olaraq işə salınmış 5G-də performans göstəricisini 14.3 dəfə yüksəltmək mümkün olub. Qeyd etmək lazımdır ki, Səudiyyə Ərəbistanında 5G şəbəkəsinin inteqrasiyasını rəsmi olaraq keçən ilin iyun ayında elan etmişdilər. Reytinqin ikinci pilləsində Cənubi Koreya qərarlaşıb. Burda 5G şəbəkəsində ortalama yüklənmə sürəti saniyədə 312.7 Mbit-dir. Bu isə 4G şəbəkəsinin göstəricisindən 5.3 dəfə yüksəkdir.

Cənubi Koreyada 5G şəbəkəsinin ən böyük üstünlüyü ondan ibarətdir ki, o çox böyük əhatə dairəsinə sahibdir. Belə ki, Cənubi Koreyanın 100-dən bir qədər çox şəhərindən 85-i artıq 5G şəbəkəsi ilə əhatə edilib. Reytinqin üçüncü pilləsini Avstraliya tutub. Avstraliyada 5G şəbəkəsi yalnız bir neçə şəhərdə aktivdir. Buna baxçayaraq həmin şəhərlərdə olan 5G şəbəkələrindəki maksimal yüklənmə sürəti saniyədə 215.7 Mbit-ə çatır. Bu isə 4G-dən 5 dəfə sürətlidir. Reytinqin sonuncu pilləsini ABŞ tutub. ABŞ-da 5G-nin maksimal yüklənmə sürəti saniyədə 50.9 Mbit təşkil edir

SON DƏQİQƏ:

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtı Əbu-Dabidə "KFC" restoranında partlayış olub.
Hadisə nəticəsində bir neçə nəfər yaralanıb. Yaralılar xəstəxanalara yerləşdirilib.
Partlayışın qaz sızması nəticəsində baş verdiyi ehtimal edilir. Hadisə nəticəsində yaxınlıqdakı avtomobillərə və tikililərə ziyan dəyib.

Yaxınlıqdakı yollar bağlanıb. //Trend.az

Azərbaycanlılar Almaniyadan kütləvi deportasiya edilir

Azərbaycanlılar Almaniyadan kütləvi deportasiya ediləcək.
“BakuPost” xəbər verir ki, sentyabrın 3-ü Düsseldorf Hava Limanından çarter reysi baş tutacaq.

Almaniyada qaçqın statusu ücün müraciət etmiş və müraciətlərinə rədd cavabı veriləndən sonra orada qanunsuz yaşayan 50-yə yaxın azərbaycanlı Readmisiya sazişinə uyğun olaraq ölkəyə qaytarılacaq.

Bağdad hava limanı raket atəşinə tutulub

İraqın paytaxtı Bağdaddakı hava limanına ən azı iki raket düşüb.
Trend xəbər verir ki, bu barədə "Sky News Arabia" telekanalı bildirib.
Məlumata əsasən, hadisə nəticəsində xəsarət alan olmayıb, zərər dəyməyib. Atəşin kim təfərindən həyata keçirildiyi barədə məlumat hazırda verilməyib.

Avtobusa silahlı basqın və sərnişinin döyülməsi barədə şok görüntülər yayılıb - VİDEO - FOTO

Sosial şəbəkələrdə Xarkovda mikroavtobusa hücum anı və sərnişinlərdən birinin döyülməsi ilə bağlı görüntülər yayılıb. Kadrları “Xarkov Life” “Telegram” kanalı paylaşıb.

Xatırladaq ki, Ukraynanın “Vətənpərvərlər - həyat üçün” ictimai təşkilatın üzvləri olan mikroavtobus Xarkov şəhəri yaxınlığında atəşə tutulub.

Ukrayna parlamentinin deputatı Vadim Rabinoviç hadisə nəticəsində iki nəfərin öldüyünü, daha bir nəfərin isə yaralandığı bildirilir. Təcavüzkarların təşkilatın bir neçə üzvünü qaçırdığı da iddia olunur.

Radanın müxalifət platformasından olan digər bir deputat - İlya Kiva hücumun Kiyev-Xarkov magistralında baş verdiyini bildirib. Onun sözlərinə görə, avtobus Azov alayının və Milli Korpus Partiyasının üzvləri tərəfindən atəşə tutulub. 

Polis isə ölən və qaçırılanların olduğunu təkzib edir. Rəsmi məlumata görə, yalnız yaralananlar var. 

Cinayətkarlar artıq saxlanıblar. Ukrayna prezidenti  Vladimir Zelenski hüquq mühafizə orqanlarının əməkdaşlarına çevik əməliyyatları ilə bağlı təşəkkürünü bildirib.

 

Koronavirusla bağlı SON STATİSTİKA

Dünyada 24 912 046 nəfərdə koronavirus aşkar edilib.
Oxu.az xəbər verir ki, virusdan 841 332 xəstə ölüb, 17 300 319 nəfər sağalıb. Koronavirusun ən çox yayıldığı ölkələr ABŞ (6 096 235 nəfər), Braziliya (3 812 605 nəfər), Hindistandır (3 463 972 nəfər).

Azərbaycanla sərhəd olan Rusiyada 980 405, İranda 369 911, Türkiyədə 265 515, Ermənistanda 43 451, Gürcüstanda 1 455 nəfərdə koronavirus qeydə alınıb.
Azərbaycanda koronavirusa yoluxan 35 986 nəfərin 527-si ölüb, 33 461-i sağalıb.

Putin Belarusa qoşun yeritməyin şərtlərini açıqladıPutin Rusiya güc strukturlarının Belarusa daxil olmasının şərtlərini açıqlayıb.
Bu barədə Putin "Rossiya-24" telekanalına müsahibəsində deyib.

Putinin sözlərinə görə, Belarus Prezidenti Aleksandr Lukaşenkonun xahişi ilə müttəfiq respublikaya yardım etmək üçün hüquq-mühafizə orqanlarının əməkdaşlarından ibartə ehtiyat qüvvə formalaşıdırılıb.
"Ancaq onuda danışmışıq ki, Belarusda vəziyyət nə qədər nəzarətdən çıxmayıb, bu qüvvələrdən istifadə edilməyəcək. Hələlik siyasi şüarların arxasında gizlənən ekstremist ünsürlər müəyyən sərhədləri keçməyincə və sadəcə soyğunçuluq etməyə başlayana qədər biz prosesə müdaxilə edə bilmərik"- Putin qeyd edib.

Tramp prezidentliyə namizədliyini irəli sürməyə rəsmən razılıq verdi

ABŞ Prezidenti Donald Tramp Respublikaçılar Partiyasından ikinci müddətə prezidentliyə namizədliyini irəli sürməyə rəsmən razılıq verib.

Bu barədə “RİA Novosti” xəbər verib.

“ABŞ prezidentliyinə namizədliyi dərin hörmətlə qəbul edirəm”, - Respublikaçıların qurultayında çıxış edən Tramp deyib.

Qeyd edək ki, D.Tramp ilk dəfə 2017–ci ildə ABŞ Prezidenti seçilib.

Xəbər lenti