![]() |
|
Livanın Baş Naziri Həsən Diyab Beyrutdakı güclü partlayış səbəbindən çərşənbə gününü ölkədə matəm elan edib.
Bu barədə “Frans Press” agentliyi xəbər verib.
Qeyd edək ki, Livanın paytaxtı Beyrut şəhərinin dəniz limanında güclü partlayışlar baş verib. Hadisə haqqında daha ətraflı məlumatı buradan oxuya bilərsiniz.
Livanın paytaxtı Beyrut şəhərinin dəniz limanında güclü partlayış baş verib. “Qafqazinfo” “TASS”a istinadən xəbər verir ki, partlayış paytaxtın yaşayış məhəllələrini silkələyib. Bəzi yaşayış evləri və ofislər zədələnib.
İlkin məlumata görə, onlarla insan xəsarət alıb.
Partlayışın səbəbi hələlik müəyyənləşdirilməyib.
“Al Hadath” telekanalı dəniz limanı ərazisinə raket zərbəsinin vurulduğunu istisna etmir. “Al Mayadeen” telekanalı bildirib ki, partlayış pirotexniki vasitələr anbarında baş verib.
***
“Al Arabiya” telekanalının xəbərinə görə, həmin ərazidə daha bir partlayış baş verib. Hadisə nəticəsində səmada böyük qara tüstü ortaya çıxıb.
“Sky News Arabia” bildirib ki, güclü partlayış nəticəsində azı bir nəfər həyatını itirib.
***
Güclü partlayışın baş verdiyi ərazidə azı 6 nəfərin cəsədi tapılıb. Bu barədə “Al Arabiya” telekanalı xəbər verib.
“Reuters” agentliyi isə xəbər verir ki, Beyrutdakı partlayış nəticəsində azı 10 nəfər ölüb.
***
“RİA Novosti”nin hadisə yerində olan müxbiri bildirib ki, partlayış nəticəsində yüzlərlə insan yaralanıb. Yaxınlıqdakı evlərin, eləcə də partlayış baş verdiyi yerdən bir neçə kilometr aralıqdakı evlərin şüşələri qırılıb.
Beyrutun təcili yardım xidməti könüllüləri yaralılar üçün qan verməyə çağırıb.
ABŞ Prezidenti Donald Tramp ölkənin bütün tarixi boyu etdiyi ən böyük səhvi açıqlayıb.
Tramp bu barədə HBO YouTube kanalında yayımlanan “Axios” verilişinə verdiyi müsahibədə danışıb.
“Yaxın Şərqə qoşun göndərmək və özümüzü bölgədəki münaqişələrə sürükləmək qərarı ölkəmizin tarixində ən böyük səhv idi”,- deyə Tramp qeyd edib.
Trampın fikrincə, əvvəlki ABŞ liderləri ümumiyyətlə Yaxın Şərqə “gəlməməli” idilər. Prezident özünün də bu bölgədəki insanların təhlükəsizliyini təmin etmək üçün çox şey etdiyini və İŞİD lideri Əbu Bəkr əl-Bağdadini aradan götürdüyünü xatırladıb.
Qeyd edək ki, Tramp dəfələrlə ABŞ-ın Yaxın Şərqdəki silahlı münaqişələrə öz iştirakı ilə son qoymaq istədiyini bildirib.
Türkiyəli siyasətçi Muharrem İncənin Cümhuriyyət Xalq Partiyasından ayrılaraq yeni partiya quracağı iddia olunur.
Bu barədə “Hürriyet” yazarı Əbdülqədir Səlvi Muharrəm İncəyə yaxın mənbələrə istinadən məlumat yayıb. Onun sözlərinə görə, siyasətçi bu barədə CHP-nin bir neçə gün öncə keçirilən qurultayında açıqlama verib.
Həmçinin mənbələrdən verilən məlumata görə, M. İnce artıq quracağı partiyanın prinsiplərini də müəyyənləşdirib. Onun yeni partiyasını yeni il ərəfəsində quracağı gözlənilir.
“Rusiya gələn ilin əvvəlinə qədər ayda bir neçə milyon koronavirus peyvəndi istehsal edəcək”.
Bunu Rusiyanın Sənaye və ticarət naziri Denis Manturov TASS agentliyinə müsahibəsində deyib.
O bildirib ki, ümumi istehsal səhiyyə sisteminin ehtiyaclarından asılı olacaq: “Qamaleya Milli Epidemiologiya və Mikrobiologiya Mərkəzi tərəfindən hazırlanan ilk yerli peyvəndin seriyalı istehsalına sentyabr ayında başlanacağı gözlənilir. Eyni zamanda, ilkin hesablamalara görə, gələn ilin əvvəlinə qədər bir neçə milyona çatdırılmaqla, ayda bir neçə yüz min peyvəndin istehsalını təmin edə biləcəyik. Bu planların həyata keçirilməsindən əmin olmaq üçün əlimizdən gələni edəcəyik”.
Qeyd edək ki, Rusiyanın 17 tədqiqat müəssisəsində 26 koronavirus peyvəndi variantı hazırlanır. Qamaleya Milli Tədqiqat Epidemiologiya və Mikrobiologiya Mərkəzi tərəfindən hazırlanmış bir peyvənd artıq könüllülər üzərində sınaqdan keçirilib. Həmçinin, Rusiya İstehlakçı Hüquqlarının Müdafiəsi və İnsan Rifahına Nəzarət Federal Xidmətinin “Vektor” tədqiqat mərkəzi tərəfindən 6 fərqli texnoloji platformada peyvənd hazırlanır. Bunlardan birincisinin sentyabrda, ikincisinin isə 2020-ci ilin oktyabrında istifadəyə veriləcəyi gözlənilir. /APA/
Naxçıvanda keçirilən Azərbaycan -Türkiyə birgə genişmiqyaslı döyüş atışlı taktiki və taktiki-uçuş təlimlərində iştirak edən Türkiyə Silahlı Qüvvələrinin hərbi qulluqçularının bayram və istirahət günlərində mənalı istirahətləri təşkil olunub.
Türkiyəli hərbçilər Naxçıvan Muxtar Respublikasının tarixi-mədəni yerlərini,“Əshabi-Kəhf Ziyarətgahı” Dini-Mədəni Abidə Kompleksini, Batabat yaylağını, Şahbuz Dövlət Təbiət Qoruğunu ziyarət ediblər.
Qardaş ölkənin genişmiqyaslı birgə döyüş atışlı taktiki və taktiki-uçuş təlimlərində iştirak etmək üçün Naxçıvana gələn hərbçiləri gəzinti çərçivəsində Əlahiddə Ümumqoşun Ordunun hərbi hissəsində şəxsi heyətin sosial-məişət şəraiti, silahvə texnikaları ilə tanış olub, əsgərlərimizlə birlikdə nahar ediblər.
İran parlamentinin keçmiş millət vəkili Əli Mütəhhəri “Twitter” səhifəsində paylaşdığı bir yazıda İran rejiminin Çin hökumətinin uyğur müsəlmanlarına qarşı təzyiq və repressiyalarına göz yummasına kəskin etiraz bildirib.
Gunaz TV bildirir ki, sabiq millət vəkili “İran hakimiyyəti iqtisadi baxımdan Çinə möhtac olduğu üçün onun uyğur müsəlmanlarına qarşı zülmünə göz yumur. İranın Çin hökumətinin uyğur müsəlmanlarına qarşı zülm və repressiyaları qarşısında susması və buna göz yumması islam respublikası üçün başıaşağılıq və biabırçılıqdır” deyib.
Mütəhhəri bundan əvvəl də başqa bir tvitində İranla Çin arasında razılaşdırılmış 25 illik əməkdaşlıq sənədinin möhtəvasına etiraz bildirərək, rəsmi Tehranın Pekinlə hər hansı bir əməkdaşlıqdan əvvəl Çindəki uyğur müsəlmanlarının acınacaqlı taleyi barədə mövqe bildirməsini tələb etmişdi: “İranla Çin arasında 25 illik əməkdaşlıq sənədinin məzmunu hələ bir kənara qalsın, lakin sənədin imzalanmasından əvvəl məscidləri dağıdılan, öz din və mədəni kimliyindən əl çəkmək üçün Çinin icbari əmək düşərgələrində işgəncə altında saxlanılan 2 milyon uyğur müsəlmanının taleyi müəyyən edilməlidir” –deyə, Əli Mütəhhəri bildirmişdi.İran parlamentinin iclasında çıxış edən deputat Mahmud Əhmədi Biğəş, Mütəhhərinin “Twitter”də paylaşdığı bu yazısını rədd edərək, Çin hökumətinin uyğur müsəlmanları ilə hər hansı bir problemi olmadığını deyib: “Son vaxtlar həmişə tələbkar olan bəzi xasiyyətsiz siyasətçilərin hökumətin Çin müsəlmanları ilə bağlı siyasəti barədə yaydığı tənqidi fikirlər və iddialar yalandır və ölkənin milli təhlükəsizliyinə qarşı zidd addımdır.Aparılan araşdırmalar göstərir ki, Çin hökumətinin on minlərlə uyğur müsəlmanı ilə heç bir problemi yoxdur. Beləliklə də Çin müsəlmanlarını Fələstin müsəlmanları ilə müqayisə etmək qərbə meyillənən fitnədən başqa bir şey deyil. Aydın məsələdir ki, bu kimi bəyanatların səsləndirilməsi İranla Çin arasındakı münasibətlərə xələl gətirmək və ona təsir etmək məqsədi güdür” –deyə, İran parlamentinin deputatı Mahmud Əhmədi Biğəş əlavə edib.Mahmud Əhmədi Biğəşin bu çıxışından sonra Əli Mütəhhəri “Twitter” də paylaşdığı yeni bir yazısında iranlı deputatın məsələyə münasibətini kəskin tənqid edib: “Deputat Mahmud Əhmədi Biğəşin Çin kommunist rejiminin uyğur müsəlmanlarına qarşı böyük zülmündən məlumatsızlığı heç də təəccüblü deyil. Çünki onun kimi şəxslər öz məlumatlarını yalnız dövlət radio-televiziyasından əldə edirlər. İran Dövlət Radio-Televiziyası isə dünya mediasından fərqli olaraq, bu günə qədər Çinin müsəlmanlar yaşayan bölgələrində islamın kökünün necə kəsildiyi barədə hər hansı bir məlumat və reportaj yaymayıb” –deyə, İran parlamentinin keçmiş deputatı Əli Mütəhhəri “Twitter” də paylaşdığı yazısında bildirib.
Son sutka ərzində dünyada koronavirusa 257 mindən çox yoluxma qeydə alınıb.
Bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bildirib.
Təşkilatın məlumatına görə, bütün dünyada virusa yoluxanların sayı 17 918 582-yə çatıb. Son gün ərzində COVID-19-a 257 677 yeni yoluxma aşkarlanıb.
Dünyada ümumilikdə 686 703 insan pandemiyanın qurbanı olub. Ötən gün 5 810 daha pasiyent təhlükəli infeksiyadan ölüb.
Çin hakimiyyəti 31 dekabr 2019-cu ildə Uhan şəhərində pnevmoniyanın yayılması haqqında bildirib. Martın 11-də ÜST koronavirusu pandemiya elan edib.
"Mütəxəssislərə tam aydın olmasa da, infeksiyalarda belə bir termin var - anergiya. Bu o deməkdir ki, hər hansı bakteriya və ya virus insanların immun sistemi görmür. Yəni virus həmin şəxsləri yoluxdura bilmir".
Baku.ws xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin şöbə müdiri Nabil Seyidov bildirib.
İSİM-in şöbə müdiri əlavə edib ki, virus həmin şəxslərə düşsə də, sonradan aradan gedir:
"Bu şəxslərdə virus qalmır. Çünki onların hüceyrələri virus və ya mikroba həssas deyil və onu qəbul etmir".
Trend xəbər verir ki, bu film vasitəsilə həm Ermənistan daxilində, həm erməni diasporunda ermənilərə uşaqlıqdan qonşu xalqlar qarşı nifrət və işğalçı ruhunda böyüdürlər. Uşaqlara "Böyük Ermənistan" xülyası təlqin edilir.
23 iyul 2011-ci ildə Ermənistanın 3-cü prezidenti Serj Sarkisyan tələbələrlə görüşü zamanı tələbələrdən birinin Türkiyənin ərazilərini nəzərdə tutaraq "Qərbdəki torpaqlar bizə geri dönəcəkmi?"- sualına cavab olaraq Sarkisyan deyib: - "Bu sizdən və sizin nəsildən asılıdır. Bizim nəsil üzərinə düşən vəzifəni yerinə yetirdi. Qarabağı düşməndən aldıq. Hər nəslin özünün yerinə yetirilməli olduğu öhdəlikləri var". Bununla, Sarkisyan Gürcüstanın, Türkiyənin və Azərbaycanın digər ərazilərinin işğal edilməsi öhdəliyinin gənc nəslin üzərinə düşdüyünü bildirir.
Hitler də "Böyük Alman Reyxi" yaratmaq istəyirdi.
İrqçilik
Ermənistanın 2-ci prezidenti Robert Koçaryan Rusiya Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasında 16 yanvar 2003-cü il tarixində etdiyi çıxışında "ermənilərlə azərbaycanlıların genetic baxımdan uyğunsuz" olduğunu bildirmişdir. Koçaryan belə bir çıxış etdiyini Avropa Şurasının Parlament Assambleyasında da təsdiq etmişdir.
Robert Koçaryanın ixtisasca həkim olan arvadı Bella Koçaryan Ermənistanda Qan köçürülməsi mərkəzinin açılışında demişdir: "ermənilərə yalnız erməni qanı vurulmalıdır. Erməni qanı spesifik genetik struktura malikdir." Mərkəzin rəhbəri də ermənilərin adətən xaricilərlə ailə qurmadığına görə erməni qanının təmiz qaldığını bildirmişdir.
Faşist Almaniyasında "Qan və Torpaq" (Blut und Boden) şüarını xatırladır. Qan " təmiz Ariya irqi"nə istinad edir.
Bu Faşist Almaniyasındakı Nüremberq qanunlarını xatırladır.
Bu qanunlar almanların "təmizliyini" qorumaq üçün "ari irqinə" məxsus olmayan şəxslərlə evlənmələrinin qadağan edirdi.
Ermənistanın faşist siyasəti nəticəsində azərbaycanlı, kürd və digər millətlər qovulmuşdur. Ermənistan hazırda mono-etnik ölkədir.
Soyqırımı törədilməsi
1992-ci il fevralın 26-da Xocalı soyqırımında iştirak etmiş Ermənistanın 3-cü prezidenti Serj Sarkisyan britaniyalı jurnalist Tomas De Vaala verdiyi müsahibəsində fəxrlə bildirib: "Xocalıdan əvvəl azərbaycanlılar fikirləşirdilər ki, ermənilər mülki əhaliyə qarşı əl qaldıra bilməz. Biz bu stereotipi qıra bildik". öldürülənlər arasında 63 uşaq, 106 qadın, 70 qoca olduğunu nəzərə alsaq, bunu fəxrlə yalnız faşist təfəkkürlü insan deyə bilərdi.
Ermənistanın hazırkı prezidenti Armen Sarkisyan da Erməni diasporu ilə görüşdə ermənilərin Allah tərəfindən seçilmiş bir millət olduğunu bildirmişdir.
Hitler Almaniyasında da almanların seçilmiş Ari irqə məxsus olduqları barədə təbliğat aparılırdı.
Bütün bunların məntiqi ardıcıllığı olaraq, indi Ermənistanda faşist Almaniyasına xidmət etmiş generallar Drastamat Kanayan (Dro) və Qaregin Njde təbliğ olunur. Onların irqçiliyi və antisemitizmi təbliğ edən əsərləri nəşr edilir, onlara abidələr qurulur, şərəflərinə sikkələr çıxarılır, mahnılar qoşulur, filmlər çəkilir, medallar təsis olunur. Buna görə, Ermənistan Avropada yəhudilərə ən çox düşmən münasibət bəsləyən 2-ci dövlətdir