|
Ukrayna Rusiyanın simasında özünün ən böyük təhlükəsi barədə unutmamalıdır.
Axar.az xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Pyotr Poroşenko deyib.
Onun sözlərinə görə, seçkilərdən sonra Ukrayna Rusiyaya təzyiqləri gücləndirməlidir.
“Moskva və Kiyev arasında danışıqlar beynəlxalq koalisiyanın etimadının sarsılmasına səbəb ola bilər. Ukrayna əhalisi öz dövlətlərini itirə bilər”, - Poroşenko qeyd edib.
Türkiyənin Ali Seçki Qurumu Dənizlinin Honaz ilçəsində seçkilərin yenidən keçirilməsinə qərar verib.
Axar.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı yazıb.
Qeyd edək ki, Honaz ilçəsində CHP 8 səs fərqi ilə qalib gəlmişdi. AKP-nin etirazlarından sonra seçkilərdə məhdud sayda seçicinin iştirak etməsi səbəbindən nəticələr ləğv edilib.
Bu gün Prezident İlham Əliyevin növbəti dəfə Azərbaycan Republikasının Prezidenti seçilməsinin 1 ili tamam olur. O, 2003-cü il seçkilərində 76,8 faizlə qələbə qazanmışdı. 2018-ci ilin 11 aprel seçkilərində isə seçicilərin 86 faizindən çoxunun səsini aldı. Adətən hakimiyyətdə olan siyasi qüvvə müəyyən bir müddətdən sonra səs itirir, reytinqində azalma müşahidə olunur. İlham Əliyevdə isə belə olmadı, əksinə, reytinqi daha da artdı. Təbii ki, bunun da əsaslı səbəbləri var. O səbəblərdən ən başlıcası xalqla dövlət başçısı arasında olan qarşılıqlı inam və etimaddır. İlham Əliyevin verdiyi vədlər az sonra sözdən işə çevrilir. Azərbaycan xalqı ona Yeni Azərbaycan Partiyasının namizədi kimi yox, məhz öz övladı kimi baxır...
Bu sözləri Axar.az-a açıqlamasında əməkdar jurnalist, Teleqraf Media Qrupunun rəhbəri, politoloq Aynur Camalqızı İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsinin ildönümü ilə bağlı danışarkən deyib.
O bildirib ki, Prezidentin sosial yönümlü addımları vətəndaşların təkcə rifahında yox, həm də psixologiyasında, mənəvi durumunda müsbətə doğru dəyişikliklər edib:
“Azərbaycanda həyata keçirilən siyasət sözün əsl mənasında insana, vətəndaşa hesablanmış bir siyasətdir və biz demək olar, hər addımda bunun şahidi oluruq. Çünki bu siyasətin mərkəzində məhz Azərbaycan vətəndaşı dayanıb və bütün görülən işlər, aparılan islahatlar insanların rifah içində, firavan, xoşbəxt yaşamasına hesablanıb. Bəzən adam sözün əsl mənasında heyrətlənir ki, bunca gərgin iş qrafiki ilə çalışan dövlət başçısının ən xırda nüanslar belə diqqətindən qaçmır. Dünyanın ən mötəbər tribunalarında Qarabağ münaqişəsinin həlli ilə bağlı çıxışlarının ardından ölkənin ən ucqar bölgəsində yaşayan insanları üçün elə qərarlar verilir ki, həqiqətən həm təəccüblənir, həm qürurlanırsan. Təbii ki, bütün bunlar insanlara öz seçimlərində yanılmadıqlarını göstərir. Onlar əmindirlər ki, bu proses davam edəcək. Prezidentin “2019-cu il sosial inkişaf, əhalinin sosial müdafiəsi baxımından başqa illərdən fərqlənən il olacaqdır” sözləri bu islahatların müəyyən bir dövrü əhatə etmədiyini, davamlı olacağını və yüksələn xətlə gedəcəyini göstərir”.
Aynur Camalqızı deyib ki, İlham Əliyevin bu bir ildə Dağlıq Qarabağ probleminin həlli istiqamətində beynəlxalq aləmdə, dünya siyasi arenasında atdığı addımları ölkə daxilində verdiyi adekvat qərarlar müşayiət etdi:
“2018-ci il mayında ordumuzun Ermənistanı şoka salan Günnüt əməliyyatını xatırlamaq yerinə düşər. Düşmən nəyin baş verdiyini anlamadan ordumuz 11 min hektar ərazini işğaldan azad etdi. Bu əməliyyat nəticəsində Şərur rayonunun Günnüt kəndi, Ağbulaq yüksəkliyi, Qızılqaya dağı, Qaraqaya dağı azad edildi, Dərələyəz mahalının Arpa kəndi isə Azərbaycan Ordusunun nəzarəti altına keçdi.
Ali Baş Komandanın ön cəbhədə keçirdiyi uğurlu əməliyyatlar arxa cəbhədə özünü uğurlu islahatlar kimi göstərdi. Belə ki, o, şəhid vərəsələrinə birdəfəlik ödəmənin (11 min manat) verilməsi ilə bağlı fərman imzalayaraq, dövlətin öz əsgərinin arxasında dayandığını bir daha sübuta yetirdi.
Ölkə başçısının bununla bağlı imzaladığı iki Fərmanda ümumilikdə 12268 şəhidin vərəsələrinə ödəmə verilməsi nəzərdə tutulub. Artıq xeyli şəhid ailəsinə bu ödəmə edilib və proses davam etdirilir. Bu sahədə başladılan islahatlar təkcə şəhid ailələrini yox, Qarabağ müharibəsi veteranlarını da əhatə edir”.
Politoloq vurğulayıb ki, Prezident İlham Əliyevin son vaxtlar həyata keçirdiyi islahatlara əbəs yerə “inqilabi qərarlar” deyilmir:
“500 mindən çox məcburi köçkünün rifahının yüksəldilməsi, minimum əməkhaqqının 40 faiz artırılması, 600 minədək şəxsə, həmçinin 300 min əlilliyi olan şəxsə verilən müavinət, təqaüdlərin 100 faiz artırılması, əlavə təqaüdlərin təsis olunması, problemli kreditlərin dünyaya nümunə olacaq səviyyədə həlli bu inqilabi qərarların sadəcə bir neçəsidir”.
Aynur Camalqızı Xəzərin hüquqi statusuna dair razılaşmaya da diqqət çəkib:
“Ötən il həm də Xəzər Konvensiyasının imzalanması ilə yadda qaldı. Bu Konvensiya ölkəmizin Xəzəryanı dövlətlərlə yeni əməkdaşlıq layihələri imzalaması üçün yollar açdı.
İlham Əliyev təkcə regionda deyil, beynəlxalq aləmdə də ölkəmizin nüfuzunun yüksəlməsi, maraqlarının qorunması üçün bir neçə mühüm səfərlər keçirdi. Bunun da nəticəsini görməkdəyik. Bu islahatların nəticəsi özünü beynəlxalq aləmin rəyində də göstərdi. Ölkəmiz “Doing Business 2019” hesabatında dünyanın 10 ən islahatçı dövləti siyahısına daxil edildi”.
Sudanın istefaya gedən prezidenti Ömər əl-Bəşir hərbi çevriliş öncəsi ölkədən qaçmağa cəhd göstərib.
Axar.az xəbər verir ki, bu barədə “Əl-Arabiya” telekanalı informasiya yayıb.
Məlumata görə, Ömər əl-Bəşir aprelin 10-da ölkəni tərk etməyə cəhd edib. Paytaxt Xartumun hava limanı qapalı olduğu üçün prezidentin bu cəhdi boşa çıxıb.
Qeyd edək ki, bir qədər əvvəl Sudan Prezidenti Ömər əl-Bəşir hərbi çevriliş nəticəsində devrilib.
ABŞ-ın SEPAH-ı terror təşkilatları siyahısına daxil edərək digər ölkələri oraya qoşulmamağa səsləməsi Vaşinqtonun sanksiya siyasətinin davamıdır.
Bu sözləri Axar.az-a ABŞ-ın SEPAH-ı terror təşkilatı elan etməsini şərh edən “Baku Netvörk” Ekspert Şurasının rəhbəri, fəlsəfə doktoru Elxan Ələsgərov deyib. Politoloq bildirib ki, ABŞ məqsədi İran rejiminin əsas sütunlarından biri olan SEPAH-ı yox etməkdir:
“ABŞ-ın SEPAH-ı terror təşkilatları siyahısına daxil edərək digər ölkələri oraya qoşulmağa səsləməsi Vaşinqtonun sanksiya siyasətinin davamıdır. ABŞ və İranın Suriyadakı maraqları toqquşur. İran Rusiya ilə bir, ABŞ isə bəzi ərəb ölkələri ilə digər antiterror koalisiyasının üzvüdür. Bu iki koalisiya üzvlərinin terrora baxışları xeyli fərqlənir. İran və Rusiya Suriya rejimini və qanuni hökumətini dəstəkləyir, ABŞ isə müxaliflərə dəstək verir. Bu mənada ABŞ-ın İran siyasəti birbaşa Suriya ilə bağlı məsələlərdən qaynaqlanır”.
Ekspertin fikrincə, ABŞ-ın SEPAH-ı terror təşkilatı elan etməsi həm də bir növ İsrailə dəstəkdir:
“ABŞ Qolan təpələrini təsadüfən İsrail ərazisi kimi tanımadı. İsrail İranı Hizbullaha yardım etməkdə və Təl-Əvivə qarşı hərbi əməliyyatlar hazırlamaqda ittiham edir. ABŞ da İranı Suriyada İsrailə qarşı çıxış etdiyinə görə cəzalandırır”.
Politoloq SEPAH-a qarşı sanksiyaların ABŞ-la İran arasında hələlik ciddi hərbi qarşıdurmaya səbəb olacağına inanmır:
“Çünki ABŞ-ın İran İslam İnqilabı Keşikçiləri Korpusuna qarşı sanksiyaları yeni deyil. Ancaq gərginlik artarsa, vəziyyət hər an dəyişə bilər”.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp İran İslam İnqilabı Keşikçiləri Korpusunu (SEPAH) terror təşkilatı elan edib.
Rəsmi Tehran da bu qərara adekvat olaraq ABŞ Silahlı Qüvvələrini terror təşkilatı kimi tanıyıb.
Venesuela hökuməti Amerika Dövlətləri Təşkilatını (ADT) tərk etmək qərarı verib.
Axar.az xəbər verir ki, buna səbəb ADT-nin Venesuela müxalifətinin lideri Xuan Quaidonun nümayəndəsini təşkilatdakı təmsilçisi kimi tanıması olub.
Qərarda deyilib ki, bu şantaj və gərginliyi artıracaq addımdan dolayı ölkə 27 aprel 2019-cu il tarixində təşkilatdan çəkiləcək.
2019.04.09. 09:45
İsrail parlament seçkisinə start verilib.
Axar.az xəbər verir ki, seçkidə 6,34 milyon seçicinin 10.460 seçki məntəqəsində yerli vaxtla səhər saat 07:00-dan 22:00-a qədər səs verəcəyi bildirilib.
Seçkidə əsas mübarizənin Likud Partiyası ilə mərkəzçi Kaxol-Lavan Bloku arasında gedəcəyi güman edilir. Belə ki, hər iki siyasi qüvvə baş nazir kürsüsünü ələ keçirməyə çalışır. Likud bu vəzifəyə yenidən Benyamin Netanyahunun, Kaxol-Lavan isə Baş Qərargahın keçmiş rəisi Beni Qantsın gətirilməsini istəyir.
Maraqlıdır ki, hər iki siyasi qüvvənin təhlükəsizlik və xarici siyasətlə bağlı mövqeləri demək olar ki, fərqlənmir, lakin daxili siyasət və ictimai həyata baxışda Kaxol-Lavan daha liberal mövqe tutur.
120 yer olan Knessetə (parlament) ümumilikdə 39 partiya və blokdan namizəd irəli sürülüb. İsrail qanunvericiliyinə əsasən, partiyaların parlamentə düşməsi üçün minimum 3,25% səs toplaması gərəkdir. Buna isə 39 siyasi qüvvədən 13-14-nün nail biləcəyi ehtimalı var.
Qeyd edək ki, Knesset tarixində indiyə qədər heç bir partiya parlamentdə yarıdan çox - 61 mandata sahib olmayıb.
***
Sağ blok Likud Partiyasının başçılığı ilə açıq-aşkar qələbə qazanıb.
Bu sözləri İsrail Baş naziri Benyamin Netanyahu Tvitter mikrobloqunda yazıb.
“Göstərilən etimada görə İsrail vətəndaşlarına təşəkkür edirəm. Bu gün axşam bizim tərəfdaşlarla hökuməti qurmağa başlayacağam", - deyə baş nazir bildirib.
Qeyd edək ki, Beni Qants da qələbə qazandığını elan edib.
***
“Ekzit-poll” nəticələrinə əsasən, Baş nazir Benyamin Netanyahunun Likud Partiyası ilə Kaxol-Lavan Blokunun səsləri təxminən eynidir. Amma hazırkı hakimiyyətin koalisiya qurmaq şansı daha böyükdür.
“Kan” teleşirkətinin seçki məntəqələrinin qarşısında keçirdiyi sorğuya əsasən, Likud Partiyası parlamentdəki 120 yerdən 36-nı qazanıb, Kaxol-Lavan Bloku isə 37 yerə sahiblənib. 12-ci və 13-cü kanalın sorğusuna əsasən isə Likud 33-37 yer ala bilər.
“Kan” Netanyahu koalisiyasının 64 deputat toplaya biləcəyini elan edib.
ABŞ dünyada terrorizmin yayılmasında lider rolunu oynayır.
Axar.az xəbər verir ki, bunu İran Prezidenti Həsən Ruhani deyib. Onun sözlərinə görə, Vaşinqtonun SEPAH-ı terror təşkilatı kimi tanıması ciddi səhvdir.
O, bu addımın SEPAH-ın İran xalqı arasında populyarlığını artıracağını bildirib.
Ruhani məhz ABŞ-ın Yaxın Şərqdə terrorizmin inkişafına yardım etdiyini deyib.
Seçkilər öncəsi İsrail Baş naziri Benyamin Netanyahuya hədiyyə verildi.
Axar.az xəbər verir ki, bu sözləri İran Xarici İşlər naziri Məhəmməd Cavad Zərif ABŞ-ın SEPAH-ı terror təşkilatı elan etməsini şərh edərkən yazıb.
“ABŞ regionda daha bir təhlükəli yanlış məcraya atıldı”, - deyə XİN rəhbəri bildirib.
Qeyd edək ki, ABŞ-ın SEPAH-ı terror təşkilatı elan etməsinə cavab olaraq İran Ali Milli Təhlükəsizlik Şurası da bu ölkənin Silahlı Qüvvələrini terror təşkilatı elan edib.
Birinci tur prezident seçkilərinin nəticələri mənim üçün “xəstə dərs” oldu.
Axar.az xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Pyotr Poroşenko deyib.
Qeyd edək ki, Pyotr Poroşenko və şoumen Vladimir Zelenski seçkilərin ikinci turunda mübarizə aparacaqlar.