Miqrasiya məsələsində Avropa Birliyi bürokratlarının yerinə AB-nin üzv ölkələri öz qərarlarını almalıdır.

Axar.az xəbər verir ki, bu sözləri Macarıstan Baş naziri Viktor Orban bildirib.

AB-nin miqrant siyasətinə sərt reaksiya göstərən Orban macar əsilli, amerikalı iş adamı Corc Sorosa bağlı qeyri-hökumət təşkilatlarının miqrantlara, AB-nin isə Sorosa bağlı təşkilatlara yardım göstərdiyini iddia edib.

Fransa Prezidenti Emmanuel Makron ölkəsinin Ruanda soyqırımındakı rolunun araşdırılacağını bildirib.

Axar.az xəbər verir ki, E.Makron, Ruanda soyqırımına görə müvafiq addımlar atan “Ibuka” Fransa Cəmiyyətinin nümayəndələri ilə bir araya gəlib.

Prezident fransız tədqiqatçı alimlərdən ibarət komissiyanın 1990-1994-ci illərə aid ölkə arxivlərini araşdırılacağını bəyan edib.

Komissiyanın fransız tarixçisi Vinsent Duklertin rəhbərliyi ilə 8 tədqiqatçı alimdən ibarət olduğu bildirilib.

Komissiyaya sözügedən mövzu ilə bağlı iki il ərzində hesabatı hazırlamaq üçün tapşırıqlar verilib.

Qeyd edək ki, Ruandada 1994-cu ildə xutu ekstremistlərinin törətdikləri soyqırımı zamanı 800 min tutsi, habelə xeyli mötədil xutu məhv edilib.

Ukraynanın Batkivşina Partiyasının lideri Yuliya Timoşenko prezidentliyə namizədlərlə debatda iştirak etməyəcək.

Axar.az xəbər verir ki, bu barədə RİA məlumat yayıb.

Qeyd edək ki, prezident seçkilərinin ilk turundan qalib çıxmış Vladimir Zelenski siyahıda onu təqib edən hazırki Prezident Pyotr Poroşenko ilə debata çıxacaq. O, Kiyev stadionunda keçiriləcək debata Timoşenkonun moderatorluq etməsini istəmişdi.

Venesueladakı Rusiya hərbçilərinə adekvat cavab verməyə hazırıq.

Axar.az xəbər verir ki, bu sözləri ABŞ Dövlət katibi Mayk Pompeo NATO ölkələri xarici işlər nazirlərinin toplantısından sonra jurnalistlərə açıqlamasında deyib.

“Biz bu məsələni Rusiyanın dünya miqyasındakı digər addımları ilə birgə müzakirə etdik. Ukrayna, Suriya və Venesueladakı mənfi səpkidə olan fəaliyyətini, Azov dənizində etdiklərini müzakirə etdik. Hər olayda kollektiv şəkildə cavab vermək üçün əlimizdən gələni edirik. Venesuela üçün veriləcək cavab hazırdır”, - deyə ABŞ rəsmisi bildirib.

AKP bu gün saat 17:00-a qədər Ankara mahal seçki qurumuna müraciət edərək səslərin yenidən sayılmasını tələb edəcək.

Axar.az xəbər verir ki, mahal seçki qurumu razılıq verəcəyi halda Ankarada səslər yenidən sayılacaq, gözlənilən qərar qəbul edilməyəcəyi halda isə AKP bu dəfə Ali Seçki Qurumuna müraciət edəcək.

31 mart seçkiləri bir çox cəhətdən əlamətdar olub. Belə ki, uzun illərdir seçkilərdə üstünlüyünü qoruyan AKP, MHP ilə ittifaqı sayəsində növbəti dəfə parlaq qələbə çalsa da, bir sıra böyük şəhərlərdə rəqibi Millət İttifaqına məğlub olub. CHP-nin qalası sayılan İzmirdə qələbə qazanması gözlənilməz olmasa da, rəsmi olmayan nəticələrə görə, İstanbul və Ankara kimi şəhərlərdə qalib gəlməsi maraq doğurub.

İstanbulda gərgin rəqabətin getdiyi bir vaxtda CHP AKP-nin namizədi qarşısında 0.25 faizlik çox kiçik bir üstünlüyə sahibdir. Paytaxt Ankarada isə vəziyyət fərqlidir. CHP-nin namizədi Mansur Yavaş 50.93 faiz (1.662.183) səs toplayıb. AKP-nin namizədi Mehmet Özhaseki isə 47.12 faiz (1.537.694) səslə rəqibinə məğlub olub.

Dünya mətbuatının böyük təəccübünə və marağına səbəb olan isə məhz AKP-nin Ankarada etirazlar vasitəsilə apardığı mübarizədir. Belə ki, arada 100 min səsdən artıq fərq olmasına və təkrar sayımın nəticəni dəyişməyəcəyinə baxmayaraq, iqtidar partiyası hər səsi yerinə qoymaq istəyir, seçki nəticələrinin şəffaf, həqiqəti birmənalı şəkildə əks etdirən olmasına çalışır.

Xatırladaq ki, AKP Ankaranın 25 ilçəsində səslərin yenidən sayılması üçün müraciət etmişdi. Etirazdan sonra 12 ilçədə səslər yenidən sayılmış, 1805 səs AKP-çi Mehmet Özhasekinin səslərinə əlavə olunmuşdu.

Taliban qüvvələri Bağdis əyalətində yerləşən hərbi bazaya silahlı hücum təşkil ediblər.

Axar.az xəbər verir ki, bu barədə əyalət nümayəndəliyi məlumat yayıb.

Hücum zamanı 20 hərbçinin öldüyü, xeylisinin də yaralandığı deyilir. Ölənlərin sayının artacağı istisna edilmir.

Qeyd edək ki, ABŞ-la Taliban arasında sülh müzakirələrinin aparıldığı ərəfədə belə hücumun baş verməsi hökumət qüvvələri üçün gözlənilməz olub.

İsrailin Baş naziri Benyamin Netanyahu Rusiyaya rəsmi səfərə yola düşüb.

Axar.az xəbər verir ki, bu barədə RİA yazıb.

Təyyarəyə minmədən əvvəl jurnalistlərin suallarını cavablandıran Netanyahu Rusiya Prezidenti Vladimir Putinlə görüşdə Suriyadakı vəziyyəti, həmçinin İsrail üçün əhəmiyyət daşıyan bir sıra digər məsələləri müzakirə edəcəyini açıqlayıb.

Qeyd edək ki, Netanyahunun Moskva səfəri ilin əvvəlindən baş nazirin Rusiyaya ikinci ziyarəti olacaq.

Venesuelada yaranmış situasiya ilə əlaqədar Karib böhranı təkrarlanmayacaq.

Axar.az xəbər verir ki, bunu “Moskvoskiy Komsomolets” qəzetinə müsahibəsində Rusiya Xarici İşlər naziri Sergey Lavrov deyib. O, “Lima Qrupu” adlanan ölkələrin belə Venesuelaya hərbi müdaxiləni dəstəkləmədiyini deyib.

Lavrov ABŞ-ın Venesuelaya hərbi müdaxiləsi zamanı Latın Amerikası ölkələrinin buna qarşı çıxacağını vurğulayıb.

Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu S-400 zenit raket kompleksləri barədə açıqlama verib.

Axar.az xəbər verir ki, bu barədə “Hürriyət” yazıb.

“S-400 məsələsi artıq bitmiş bir anlaşmadır. ABŞ son dəfə “Patriot” təklifi etsə də, satışın həyata keçiriləcəyinə zəmanət yoxdur”, - Çavuşoğlu deyib.

Bütün tərəflər bu seçkilərə çox ciddi hazırlaşırdı. Çünki bələdiyyə seçkilərindən sonra qarşıdakı 4 ildə seçki olmayacaq.

Bu sözləri Axar.az-a açıqlamasında analitik Vüqar Zifəroğlu deyib. O bildirib ki, bütün siyasi partiyalar, qüvvələr öz elektrotlarını səfərbər edərək seçkiyə qatılmağı qarşılarına məqsəd kimi qoymuşdu:

“Bu mənada əslində mövcud durum istər AKP-MHP koalisiyasının hazırki səviyyədə səs yığacağı, istərsə də CHP-nin bəzi böyük şəhərlərdə qalib gəlməsi gözlənilirdi. Digər tərəfdən Türkiyədə “sahilyanı zolaq” ifadəsi var. Bu zolaqda CHP həm bələdiyyə, həm də parlament seçkilərində hər zaman kifayət qədər səs toplaya bilir. Bu mənada mən deməzdim ki, hazırda ciddi bir sürprizin şahidi olmaqdayıq”.

Analitik vurğulayıb ki, bu seçkilər 2023-cü ildə keçiriləcək parlament və prezident seçkilərində maraqlı və yeni siyasi qarşıdurmanın yaşanacağından xəbər verir:

“Amma hələ səslər tam hesablanmayıb və son nəticələr açıqlanmayıb. İstanbulda kimin qalib gəldiyi hələ də müəyyənləşdirilməyib. İstanbulla bağlı bəzi mübahisəli məqamlar var. Buna görə də tam nəticələrin açıqlanmasını gözləmək lazımdır”.

Xəbər lenti