|
Axar.az ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş məsləhətçisi, ABŞ Dövlət Departamentinin sabiq analitiki, ABŞ-ın keçmiş dövlət katibi Ceyms Beykerin Sovet İttifaqı millətləri üzrə müşaviri, Avrasiya millətləri üzrə ekspert Pol Qoblın eksklüziv müsahibəsini təqdim edir:
Gürcüstan hökuməti prezident seçkilərinin ikinci turu ilə əlaqədar yeni qərar qəbul edib.
Axar.az xəbər verir ki, qərarda seçkilərdə inzibati resurslardan istifadəyə yol verilməsi qadağan olunub.
Hökumət dəftərxanasının yaydığı məlumatda bu qərarın seçkilərin dinc, şəffaf, azad və demokratik şəraitdə keçirilməsini təmin etmək məqsədilə qəbul olunduğu diqqətə çatdırılıb.
Qərarda bildirilib ki, Gürcüstanın Seçki Məcəlləsində dövlət qulluqçularının seçkilər zamanı fəaliyyəti ilə bağlı bir sıra məhdudiyyətlər nəzərdə tutulub. Seçkiöncəsi dövrdə dövlət qulluqçusuna hər hansı siyasi partiyanın və seçki subyektinin lehinə və ya əleyhinə təbliğat aparmaq və inzibati resursdan istifadə etmək qadağan olunub. Bununla yanaşı, dövlət qurumunda çalışan şəxs seçkiöncəsi təbliğat zamanı tabeliyində olan şəxsləri namizədin seçilməsinə yönələn tədbirlərdə iştiraka cəlb edə, imza toplaya və xidməti ezamiyyət zamanı seçki təbliğatı apara bilməz. Dövlət qulluqçusuna, həmçinin Gürcüstan vətəndaşına pul mükafatının veriləcəyi ilə bağlı vəd verməsi və ya seçki subyekti adından hədiyyə verməsi də qadağan olunub.
Qeyd edək ki, Gürcüstanda prezident seçkilərinin birinci turu oktyabrın 28-də keçirilib. Birinci turun nəticələrinə görə, müstəqil namizəd - hakim “Gürcü arzusu-demokratik Gürcüstan” partiyasının da dəstəklədiyi Salome Zurabişvili səslərin 38,64 faizini toplayıb. “Vahid Milli Hərəkat” partiyasının və birləşmiş müxalifətin namizədi Qriqol Vaşadze isə 37,74 faiz səs yığıb.
Seçkilərin noyabrın 28-də keçiriləcək ikinci turunda mübarizə məhz bu iki namizəd arasında aparılacaq.
Avropapərəst Emmanuel Makron hakimiyyətə gələr-gəlməz “Avropa ordusu” ideyasını təşviq etməyə girişdi. Son günlər səsləndirdiyi fikirlərə ABŞ rəhbərliyinin mənfi reaksiyasından sonra Makron terminologiyaya düzəliş edərək, Berlinə rəsmi səfəri zamanı “Avropa müdafiəsi” terminindən istifadə etdi.
Axar.az xəbər verir ki, bu sözləri analitik Yalçın Məmmədov deyib. O bildirib ki, Avropa ordusu haqda ən yüksək tribunalardan səslənən fikirlər son günlər polemika mövzusu olsa da, ideyanın özü Avropa İttifaqından da yaşlıdır:
“1950-ci illərdə Avropa İttifaqı ilə yanaşı, Avropa Müdafiə Birliyinin yaradılması cəhdləri olsa da, nəticə uğursuz oldu. Fransa və Almaniya arasında imzalanmış 1963-cü il Yelisey müqaviləsi “müştərək silahlanmanın hazırlanması”nı nəzərdə tuturdu. Ancaq bu layihə də kağız üzərində qaldı. NATO-nun mövcudluğu da əlavə bir hərbi ittifaqın yaradılması fikrini prioritetlər siyahısından çıxardı. Əslində isə Avropa liderlərinin bir çoxu praktiki və ideoloji səbəblərdən ABŞ-dan asılılığı azaltmağın zəruriliyini anlayır. Yaxın Şərqdəki qanlı münaqişələr və onların fonunda ABŞ ilə fikir ayrılıqları bu tendensiyanı daha da möhkəmləndirdi. Lakin heç kimə sirr deyil ki, söhbət uzun müddətli perspektivdə Aİ-nin strateji, maliyyə və əməliyyat qabiliyyətli müdafiəsini qurmaqdan gedir. Fransa prezidenti də “bir çox böyük güclərin avropalıları oyundan çıxarmağa çalışdığı”nı əsas gətirərək, onları “suverenlik aləti yaratmağa” çağırır”.
Analitikin sözlərinə görə, ola bilsin ki, Avropa ordusu Makronun təsəvvüründə konkret bir ideyadır:
“Ancaq bunun hamı üçün belə olduğunu demək mümkün deyil. Təsadüfi deyil ki, vaxtaşırı gündəliyə gələn bu məsələ sürətlə də gündəlikdən çıxır. Buna səbəb kimi Avropa İttifaqının iki əsas nəhəngi – Fransa və Almaniyanın məsələdə ortaq məxrəcə gələ bilməməsi göstərilir. Almanlar Fransanın Avropanın müdafiəsinə rəhbərlik etməsi ehtimalından ehtiyatlanır, bütün tərəflərin bərabər səviyyədə təmsil olunduğu bir ittifaq istəyir. Digər məsələ isə avropalıların fərqli strateji prioritetləridir. Məsələn, əgər Fransa strateji maraqlarını cənubda, Afrika qitəsində görürsə, Almaniya üçün bu istiqamət Şərqi Avropadır”.
Analitik bu “ordu”nun hansı prinsip və komandanlıq altında fəaliyyət göstərəcəyi məsələsinə də münasibət bildirib:
“Bununla da milli institutların nəzarətindən çıxacaq bu “ordu”nun legitimliyi məsələsi ortaya çıxır. Bundan əlavə, bu “ordu”nu kimin maliyyələşdirəcəyi sualı da hamını düşündürür. Nəzərə almaq lazımdır ki, Avropa İttifaqı ölkələri orta hesabla müdafiəyə ÜDM-nin yalnız 1.3 faizini xərcləyir. Bununla da Makronun ifadəsiylə desək, “NATO-nu tamamlayacaq bir ordu”nun hansı imkanlarla yaradılacağı suallar doğurur. Avropanın özünümüdafiə qabiliyyətinin artırılması digər böyük güclərin də planlarına daxil deyil. ABŞ rəhbərliyi bunu özünə və NATO-ya qarşı bir təşəbbüs kimi qiymətləndirir. NATO-nun zəifləməsi ilə nəticələnəcək bir təşəbbüsün Rusiya tərəfindən müsbət qarşılanacağı gözlənilsə də, Makronun cəhdlərinin kremlyönlü mediada istehza mövzusuna çevrilməsi bunun heç də belə olduğuna dəlalət etmir”.
Analitik vurğulayıb ki, bütün bu çətinliklərlə yanaşı, “Avropa ordusu” ideyasının xeyrinə işləyən məqamlar da var:
“ABŞ-da hakimiyyətə avropalılarla eyni dəyərləri paylaşmayan bir komandanın gəlməsi köhnə qitəni öz taleyi ilə bağlı yenidən düşünməyə vadar edir. Bundan əlavə, Breksit bu ideyanın həyata keçməsi üçün əlavə bir imkandır. Bir tərəfdən Böyük Britaniyanın ittifaqdan çıxması möhkəm müdafiə qabiliyyətli bir tərəfdaşın itirlməsi anlamına gəlirsə, digər tərəfdən də daim avroskeptik yanaşması ilə seçilən britaniyalıların yoxluğu daha ambisiaylı layihələrin gerçəkləşməsini asanlaşdırır. Bundan başqa, Avropa İttifaqı müqaviləsinin (Lissabon müqaviləsi) 42.7-ci maddəsi müdafiə birliyinin təməlini qoyub. Bu maddəyə əsasən, üzv dövlətlərdən biri hərbi təcavüzə məruz qaldıqda, digər üzv dövlətlər ona yardım göstərməlidir. Avropa İttifaqının Ümumi Təhlükəsizlik və Müdafiə Siyasəti də artıq mövcuddur və bu siyasət çərçivəsində birgə hərbi əməliyyatlar keçirilib və keçirilməkdədir. Beləliklə, Makronun Avropa ordusu ideyasının arxasında siyasi avanturizm deyil, reallıqların diktəsindən doğan praqmatizm durur. Bunun həyata keçməsi isə vaxt və ümumi siyasi iradə tələb edir”.
ABŞ Prezidenti Donald Tramp Səudiyyə Ərəbistanına təşəkkür edib.
Axar.az xəbər verir ki, bu barədə Tramp Tvitter hesabında yazıb.
“Səudiyyə Ərəbistanına neft qiymətlərinə görə, təşəkkür edirəm. Gəlin qiymətləri daha da endirək”, - Tramp bildirib.
BMT Baş Assambleyasındakı Ukrayna nümayəndə heyəti təşkilatda veto hüququndan istifadə haqqına yenidən baxılmasını təkid edib.
Axar.az xəbər verir ki, bu barədə RİA informasiya yayıb.
“Son dövrlərdə bir çox hallarda beynəlxalq sülh və təhlükəsizliyin qorunması öhdəliklərinin pozulmasında veto hüququnda istifadə edilib. Ukrayna veto hüququndan istifadə hallarının məhdudlaşdırılmasına dair bütün təşəbbüsləri qətiyyətlə dəstəkləyir”, - Ukrayna təmsilçisi bildirib.
İranla enerji əməkdaşlığı Ermənistan üçün çox vacibdir. Amerikalı tərəfdaşlarımıza bununla bağlı ətraflı izahat verilir.
Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ermənistanın Energetika naziri Qaregin Baqramyan deyib. O, bir neçə gün əvvəl Ermənistan Energetika Nazirliyi rəhbərliyinin ABŞ Dövlət Departamentinin rəsmi nümayəndələri ilə görüşdüyünü bildirib:
“Bizim Azərbaycan və Türkiyə ilə sərhədlərimiz bağlıdır. Energetika sistemimiz Tehran yönündə inkişaf edir. İran Ermənistandakı atom elektrik stansiyasının fasiləsiz işləməsi və enerji sisteminin balansı üçün çox vacibdir”.
Qeyd edək ki, ABŞ İrana sanksiyalar çərçivəsində üçüncü ölkə kimi Ermənistana heç bir güzəşt edilməyəcəyini, Tehran-İrəvan iqtisadi əməkşdalığının məhdudlaşdırılmasını tələb edir.
Cənubi Qafqaz çox həssas regiondur və burada çoxlu destruktiv qüvvələr fəaliyyət göstərir.
Bu sözləri Axar.az-a Azərbaycan, Türkiyə və Gürcüstan üçtərəfli hərbi təlimləri haqda danışan politoloq İlqar Vəlizadə deyib. Ekspert bildirib ki, hərbi təlimlər regiondakı təhlükələrin qarşısını almaq məqsədi daşıyır:
“Azərbaycan, Türkiyə və Gürcüstan arasında müxtəlif sahələrdə vahid infrastrukturlar qurulub və bu illər ərzində mühüm qaz və neft boru kəmərləri inşa edilib. Cənubi Qaz Dəhlizi layihəsi həyata keçirilir, eyni zamanda üç ölkə arasında dəmir yolu inşa olunub və hazırda istismardadır. Digər tərəfdən, vahid elektrik enerji ötürücüləri də çox mühüm infrastrukturlardır və onlara külli miqdarda vəsait qoyulub. Bu layihələrdə maraqlı olan tərəflər kifayət qədər çoxdur və onların sayı durmadan artır. Xüsusilə də Türkiyə ilə sərhəd olan dövlətlər, Mərkəzi Asiya ölkələri, hətta İran regiondakı dəmir yolu xəttinə qoşulmaq niyyətindədir. İqtisadi və siyasi əhəmiyyəti olduqca böyük olan bu layihələrin müdafiəsi hazırda ən aktual məsələlərdəndir. Çünki Cənubi Qafqaz çox həssas regiondur və burada çoxlu destruktiv qüvvələr fəaliyyət göstərir. Üstəlik, ermənilər də çox fəaldırlar. Ermənistan rəsmiləri dəfələrlə müharibə başlayacağı təqdirdə regiondakı infrastruktur layihələrinə zərər yetiriləcəyini bildiriblər. Bu hədələr birbaşa Gürcüstan, Türkiyə və Azərbaycanın milli mənafelərinə toxunur. Hər üç ölkə bu risklərə vaxtında cavab vermək üçün konkret səylər göstərməlidir. Bu konkret səylər isə Azərbaycan, Türkiyə və Gürcüstanın birgə hərbi təlimlərinin keçirilməsindən ibarətdir”.
Qeyd edək ki, Müdafiə naziri general-polkovnik Zakir Həsənov bu gün Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Yaşar Gülər və Gürcüstan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-mayor Vladimer Çaçibaia ilə görüşüb. Azərbaycan, Türkiyə və Gürcüstan aktiv şəkildə birgə hərbi təlimlər keçirməyi qərara alıblar.