|
Rusiyada hava limanlarına ölkənin görkəmli şəxslərinin adlarının verilməsi ilə bağlı keçirilən “Rusiyanın böyük adları” müsabiqəsində Surqut və Nijnevartovsk bölgəsində Azərbaycan və Rusiya geoloqu, Sibir neft və qaz yataqlarını kəşf etmiş Fərman Salmanov liderlik edir.
Axar.az xəbər verir ki, Rusiyanın İctimai Palatasının rəsmi saytında səsvermədə artıq 1.6 milyondan çox vətəndaşın iştirak etdiyi bildirilib.
Ümumilikdə səsvermənin davam etdiyi müddət ərzində 47 hava limanına 124 şəxsin adının verilməsi barədə rəylər daxil olub.
Regionlar arasında rəqabətin olduğu namizədlərə dair müsabiqənin ekspert şurası ikinci tur keçirmək barədə qərar qəbul edib. Hazırda bu siyahıya 5 nəfərin adı daxil edilib: Sergey Korolyov – Moskva (Vnukovo) və Samarada, Mixail Lomonosov – Moskva (Domodedovo) və Arxangelskdə, Mixail Lermontov – Penza və Mineralnıye Vodıda, I Pyotr – Voronej və Sankt-Peterburqda, Fərman Salmanov – Surqut və Nijnevartovskda liderlik edir. Həmyerlimizə 40 mindən artıq insan səs verib.
Ermənistanda cinsi azlıqların təbliği mövzusu bu gün gündəmdə olan və KİV-lərdə işıqlandırılan mövzudur.
İrəvanda noyabr ayında planlaşdırılan cinsi azlıqların forumuna hakimiyyətin reaksiya verməməsi emosional şəkildə müzakirə olunur. Bundan başqa, Ermənistanın baş naziri vəzifələrini icra edən Nikol Paşinyanın parlamentdə cinsi azlıqların nümayəndəsi barədə açıqlamaları da birmənalı qarşılanmadı.
Xatırladaq ki, Parisdə olarkən N.Paşinyan emiqrantla söhbət edərək onu Ermənistana geri qayıtmağa çağırmışdı. O isə cinsi azlıq nümayəndəsi olduğunu və Ermənistandan təzyiqlərə görə getdiyini deyib.
Bu mövzu Rusiyanın “Danışır Moskva” radiostansiyasında jurnalist Sergey Dorenko tərəfindən tənqid olunub. Rusiyalı jurnalist bildirib ki, N.Paşinyan cinsi azlıqlara münasibət məsələsində qeyri-müəyyən mövqe tutub və Yerevanda narazılığa səbəb olub.
Onun sözlərinə görə, Ermənistan vətəndaşları hesab edir ki, bu cür təbliğat milli dəyərlərə və prinsiplərə ziddir və cəmiyyətin özəyini dağıdır.
Bu məsələni rusiyalı politoloq, ictimai xadim Dmitri Verxoturov Trend-ə şərh edib.
Onun sözlərinə görə, Sergey Dorenko emosional çıxış etsə də, ümumilikdə haqlıdır:
“Paşinyanın siyasətçi mövqeyi yoxdur. O, cinsi azlıqlar barədə onların şəxsi həyat hüquqlarının pozulması kontekstində danışa bilərdi. Amma o, belə demədi. Əgər bu kontekstdə söhbət getsəydi, mübahisə olmazdır. Amma cinsi yönümlülüyə görə təqib olunduğu ilə fəxr etmək, milliyət və irqə görə təqiblərə məruz qalmaq fəxr etmək kimidir”.
O qeyd edib ki, cinsi azlıqların paradının və ya forumlarının keçirilməsi Avropada siyasi təzyiq vasitəsinə çevrilib:
“Paşinyan da bu vasitəni Ermənistanda istifadə etmək istəyir. Fikrimcə, Paşinyan Ermənistanda cinsi azlıqları öz müttəfiqinə çevirməyə cəhd edəcək”.
Paşinyan Xaçaturov məsələsindən heç nə udmadı.
Axar.az xəbər verir ki, bunu “1in.am” saytına açıqlamasında rusiyalı politoloq Stanislav Tarasov deyib.
“Hər şey Paşinyanın Xaçaturova ittihamlar səsləndirməsiylə başladı. Ermənistan bundan nə uddu? Heç nə udmadı, əksinə, uduzdu. Putin Soçidə Paşinyanla görüşü zamanı ona bu haqda dedi. O dedi ki, hələlik tarixlə hesablaşmaq vaxtı deyil. Ermənistan daxilində sizin ürəyinizcə olan insanlar arasında təmizlik aparın, yeni hökumət formalaşdırın, hər şeyi dəyişin, amma Xaçaturov səviyyəsində olan və KTMT-yə üzv 5-6 ölkənin prezidentinin zəmanətiylə toxunulmazlığa sahib olan məmurlara toxunmayın”, – deyə o bildirib.
O, Belarusla Azərbaycan arasında hərbi texniki əməkdaşlıq məsələsinə də toxunub və burada qeyri-adi heç nə görmədiyini deyib. Tarasov bu əməkdaşlığın iki tərəfə də sərf etdiyini bildirib.
Politoloq bu əməkdaşlıq sayəsində Azərbaycanın özünü silahla təmin etdiyini, Lukaşenkonun isə Belarus iqtisadiyyatı üçün gərəkli olan yeni imkanlar əldə etdiyini vurğulayıb.