|
Rusiyanın S-400 zenit-raket kompleksləri dünya silah bazarında “ixracat hiti”nə çevrilib.
Publika.az xəbər verir ki, bu haqda Almaniyanın “Die Welt” qəzeti yazıb.
Nəşr qeyd edir ki, kompleksləri yanvarın əvvəlində artıq Çin alıb, növbəti il S-400-lər Türkiyəyə gəlməlidir, oktyabrda isə Hindistanla 5 milyard dollarlıq müqavilə imzalanıb.
Qəzetin ekspertlərinin fikrincə, S-400 texniki xarakteristikaları üzrə Amerika analoqlarını qabaqlayır. Xüsusi halda, Rusiya kompleksi 30 kilometr hündürlükdə, 400 kilometr radiusda hərəkət edən müxtəlif hədəfləri vurmağa qadirdir və müxtəlif mənzilli raketlərlə təchiz edilir. Amerika “Patriot” sistemləri isə 100 kilometr uçuş məsafəsi olan raketləriylə təchiz edilir.
Ancaq məqalə müəllifi iddia edir ki, əslində, texniki xarakteristikalar alıcılar üçün ikinci dərəcəli əhəmiyyətə malikdir, sazişlərdə siyasi mətnaltı var.
“Bununla əlaqədar olaraq, S-400-lər ölkələrin çoxu üçün ABŞ-la dialoqda əhəmiyyətli “kozır”a çevrilir. Bu, onlara öz müstəqilliyini müdafiə etməyə kömək edir. Artıq S-400 kompleksin alınmasında yalnız bir maraq var: bu, Vaşinqtona öz qaydalarını diktə etməyə icazə verməyən suveren dövlət kimi özünü təqdim etməyə imkan verir”, - nəşr qeyd edib.
Rusiya təbii qazı heç vaxt təzyiq vasitəsi kimi istifadə etmədi.
Axar.az xəbər verir ki, bu açıqlama ilə rusiyalı ekspert Viktor Nadein-Rayevski çıxış edib.
"Türk axınının hər iki qolu da lazımlıdır, ancaq ikinci qol üçün bir çox əlaqə yaradılmalıdır. Avropa ölkələrinin marağına baxmayaraq, Avropa Komissiyası yeni iştirakçıların daxil olmasını əngəlləmək cəhdlərini davam etdirir. Layihədə iştirak etmək istəyən Macarıstan, Bolqarıstan, Serbiya, İtaliya uzunmüddətli və etibarlı qaz tədarükünə ehtiyac duyur və bunu da "Qazprom" təmin edir. Rusiya artıq Ukrayna üzərindən qaz tranzitinə güvənə bilməz", - Rayevski vurğulayıb.
Prezident İlham Əliyev Livan Respublikasının Prezidenti Zati-aliləri cənab Mişel Auna təbrik məktubu ünvanlayıb.
Axar.az xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.
"Hörmətli cənab Prezident,
Livan Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından təbrik edirəm.
Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost Livan xalqına sülh və rifah diləyirəm", - təbrikdə qeyd edilir.
****
İlham Əliyev Əfqanıstan İslam Respublikasının Prezidenti Zati-aliləri cənab Məhəmməd Əşrəf Qaniyə başsağlığı verib.
Başsağlığında qeyd edilir:
Hörmətli cənab Prezident,
Kabil şəhərində törədilmiş partlayış nəticəsində çox sayda insanın həlak olması və yaralanması xəbəri bizi son dərəcə kədərləndirdi.
Biz bu dəhşətli terror aktından olduqca hiddətlənir, terrorizmə qarşı ən sərt şəkildə, qətiyyətlə və ardıcıl mübarizə aparılmasını zəruri və vacib hesab edirik.
Baş vermiş bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Əfqanıstan xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm.
Allah rəhmət eləsin!
ABŞ-ın aylardır üzərində çalışdığı, amma nə zaman hazır olacağı bəlli olmayan Prezident Donald Trampın əsrin müqaviləsi kimi də dəyərləndirdiyi sülh planı vaxt itkisidir.
Axar.az xəbər verir ki, bu sözləri İsrail Ədliyyə naziri Ayaled Şaked bildirib.
Fələstin və İsrail arasında sülhün təmin edilməsinin mümkünsüz olduğunu deyən Şaked Trampa fələstinlilərlə məxrəcə gələnə qədər enerjisini başqa şeylərə sərf etmək barədə çağırış edib.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp İsrail və Fələstin arasında əsrin müqaviləsinin hazırlanması istiqamətində iş aparıldığını bəyan edib.
Türkiyənin Zonquldağ əyalətində daş kömür mədənində baş verən partlayış nəticəsində 2 şaxtaçı xəsarət alıb, 3-ü isə dağıntılar altında qalıb.
Report xəbər verir ki, bunu əyalət valisi Ərdoğan Bektaş bildirib.
O, qəzanın səbəbinin hələlik məlum olmadığını, xilasetmə işlərinin davam etdiyinin söyləyib: “Üç nəfərin xilas edilməsi istiqamətində işlər davam edir. Xilasedicilərin onların yanına çatdığı deyilir. Ancaq sağ qalmalarına ümid azdır. Partlayışla əlaqədar araşdıma davam edir”.
Gürcüstanda əhalinin banka borclarının qapadılması prosesi iqtisadiyyatı sağlamlaşdırmayacaq, əksinə ona zərər verəcək.
Axar.az xəbər verir ki, bunu “Kviris Palitra” qəzetinə müsahibəsində gürcü iqtisadçı, SOCAR-ın eks-müşaviri Giya Xuxaşvili deyib. Onun sözlərinə görə, bu qərar İvanişviliyə xarakterik deyil.
O, İvanişvilinin bu qərarın qəbulu zamanı affekt vəziyyətində olduğunu deyib:
“Əgər onlar borcların ləğvi məsələsi üzərində çoxdan işləyirdilərsə və bu, siyasi gündəmlə bağlı deyildisə, o zaman bu qərarı daha əvvəl və ya seçkidən sonra vermiş olardılar. Bu addım seçkiyə bir həftə qalmış atılır. Bu isə cəmiyyətdə bunun sadəcə siyasi addım olmasıyla bağlı fikir yaradacaq.
Belə yanaşma insanları banklara borclarını ödəməməklə bağlı stimullaşdıra bilər. Belə ki, insanlar hər dəfəsində öz borclarıyla bağlı siyasi böhranlara ümid bəsləyə bilərlər. Biz tezliklə daha böyük “qara siyahı” qazanacağıq. Bu, iqtisadiyyata zərbə vuracaq”.
Qeyd edək ki, Gürcüstanda 600 min şəxsin banklara kredit borcu silinib. Beləliklə, həmin şəxslər bankların qara siyahısından çıxarılıb və onlar artıq 2019-cu ilin yanvarından yenə də kredit götürə biləcəklər.
Borcları Gürcüstanın “boz kardinalı” İvanaşvilinin “Kartu” Fondu üzərinə götürüb. Bunun üçün Fond banklara 562 milyon dollar ödəyəcək.
13:58
Ermənistanın baş nazir əvəzi Nikol Paşinyan orduda çatışmazlıq haqqında oğlunun Azərbaycanın işğal edilmiş Qarabağ bölgəsində xidmətə yollanmasından sonra xəbərdar olduğunu etiraf edib.
Axar.az xəbər verir ki, “Aykakan Jamanak” qəzetinin müxbirinin “oğlunun ordudakı qidalanmasından razıdırmı?” sualını Paşinyan neqativ cavablandırıb.
O, bir neçə dəfə döyüş bölgəsində olduğunu, burada yeməkləri daddığını və onların dəhşətli olduğunu deyib.
Paşinyan hərbçilərin alt geyimləri ilə bağlı mexanizmin də dəyişdirildiyini söyləyib:
“Biz bu problemlə məşğul olmuşuq, oluruq və olacağıq, amma bunun həcmini də müəyyən etmək lazımdır. Xidmətlə bağlı ən böyük şoklardan biri oğlumun zəng edərək, “mənə bunu göndərin, mənə onu göndərin” deməsidir. Bu, çox pis siqnal oldu.
Bəli, bizim bu sferada problemlərimiz var. Bəzi şəxslər yüksək səsli çıxışlar edirlər, məhz həmin şəxslərə bu mal ətlərini verib demək lazımdır ki, bunun hesabına yaşa və seçkiqabağı kampaniyada çıxış et”.
Paşinyan orduda xidmətdən azad edilməsinə də aydınlıq gətirib:
“Mətbuatda bunun haqqında yazıblar və mən açıq şəkildə izah etmişəm. Bu, 1991-ci ildə qəbul edilmiş qanun əsasında olub. O zamankı qərara əsasən, əgər iki böyük qardaşın orduda xidmət edirsə, üçüncü qardaş xidmətdən azad edilirdi”.