|
Fətullah Gülənin Türkiyəyə ekstradisiyası məsələsi gündəmdə deyil.
Axar.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib.
Qeyd edək ki, Gülənin Türkiyəyə ekstradisiya ediləcəyi ilə bağlı mediada məlumatlar yayılıb.
Ermənistan hökuməti KTMT-də yaranan bütün uğursuzluqların günahını Şavarş Köçəryanın üzərinə atacaq.
Axar.az xəbər verir ki, bu məlumatı “Qraparak” qəzeti yayıb. İddialara görə, məhz Köçəryan İrəvanın KTMT ilə bağlı siyasətini kurasiya edib:
“Köçəryanın öz vəzifəsiylə vidalaşması gözlənilir. Buna əsas səbəb kimi isə onun danışıqları pis aparması və zamanında İrəvanı uğursuzluqla bağlı xəbərdar etməməsi göstəriləcək”.
Qeyd edək ki, S.Köçəryan hazırda Ermənistanın xarici işlər nazirinin müavinidir.
Erməni Apostol Kilsəsi xristian kilsəsinin parçalanması üçün atılan addımları alqışlaya bilməz.
Axar.az xəbər verir ki, bunu Novosibirskdə jurnalistlərə açıqlamasında erməni katolikosu II Qaregin deyib.
Qeyd edək ki, bundan öncə Konstantinopol Patriarxlığı Ukrayna Pravoslav Kilsəsinə müstəqillik verilməsi haqqında qərar qəbul edib. Konstantinopolun bu addımı Rusiya Pravoslav Kilsəsinin kəskin etirazına səbəb olub. Nəticədə tərəflər arasında böyük konflikt başlayıb.
Konstantinopol Patriarxlığı Rusiya Pravoslav Kilsəsini atdığı addımlara diqqət etməyə çağırıb, əks təqdirdə tədbir görüləcəyini bildirib.
Ermənistan ABŞ-dan silahla bağlı heç bir təklif almayıb.
Axar.az xəbər verir ki, bunu TASS-a müsahibəsində Ermənistan Xarici İşlər naziri Zöhrab Mnatsakanyan deyib.
“Bizim həll edilməmiş konfliktlərin olduğu həddən artıq həssas regionda yerləşir. Bu regionda sülhün və stabilliyin əldə olunması bizim üçün vacib məsələdir. Belə şəraitdə silahlanma yarışı çox pis fenomendir” – deyə o bildirib.
O həmçinin ABŞ-ın İrana qarşı sanksiyaları və Ermənistandan bunun üçün tələblərinə də münasibətini açıqlayıb. O, İranın Ermənistan üçün vacib tərəfdaş olduğunu və indiki situasiyada İrəvan üçün mühüm əhəmiyyət daşıyan ölkə olduğunu deyib.