|
Bu gün Ermənistanın baş nazir əvəzi Nikol Paşinyanla müdafiə naziri əvəzi David Tonoyan Ermənistandakı hərbi hissələrdən birində keçirilən taktiki hücum təlimini izləyiblər.
Axar.az xəbər verir ki, məlumatı Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Ovanisyan yayıb. Onun sözlərinə görə, təlimdə xüsusilə çətin coğrafi və iqlim şəraitində qoşunların yeni taktika və xüsusi texniki vasitələr tətbiq edərək, yeni yüksəklikləri ələ keçirmək fəaliyyətləri məşq edilib.
İsrail hökuməti növbədənkənar parlament seçkilərinə gedəcək.
Axar.az xəbər verir ki, bu barədə “Yerusəlim Post” yazıb.
Məlumata görə, bu bəradə qərar Baş nazir Benyamin Netanyahu və Təhsil naziri Naftali Bennetin bugünkü görüşündən sonra qəbul edilib.
Qeyd edək ki, İsrailin Müdafiə naziri Liberman 14 noyabrda istefaya gedib və hakim koalisiyadan çıxdığını elan edib. O, hökuməti növbədənkənar seçkiyə də çağırıb.
Rusiya ilə müharibə başlayacağı halda Ukrayna buna tab gətirməyəcək.
Axar.az xəbər verir ki, bu barədə Ukrayna Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri İqor Smeşko danışıb.
“Biz nə iqtisadiyyat, nə də güclü silahlı qüvvələrin inkişafında nailiyyət göstərə biləcəyik. Bəli, hazırda Donetsk və Luqanskdakı separatçılara qarşı statik olaraq dayana bilirik. Çox yaxşı başa düşürük ki, əgər nəzəri baxımdan Rusiya Federasiyasının hava qüvvələrinin iştirakı ilə hücum əməliyyatı keçirilsə, o zaman bizim ordumuz sadəcə tab gətirməyəcək”, - Smeşko bildirib.