Rusiya Prezidenti Vladimir Putinin hakimiyyətdən getməsi belə Ukrayna ərazisində sülhün bərpasına zəmanət verə bilməz.

Axar.az xəbər verir ki, bu sözləri ukraynalı jurnalist Roman Çimbalyuk Yutub kanalında paylaşıb. Onun sözlərinə görə, Rusiyada hakimiyyətə yeni rəhbərliyin gəlməsi Ukraynadakı vəziyyəti daha da dərinləşdirə bilər.

O, Rusiyanın istənilən vəziyyətdə əsas hədəfinin Ukraynanın məhv etmək və ya onu özünə tabe etmək olduğunu bildirib:

“Əgər Putin nə vaxtsa vəzifəsini tərk etsə, əminəm ki, Rusiyanın bizə qarşı siyasəti az da olsa, dəyişməyəcək. Moskvanın siyasəti hətta daha sərt ola bilər. Onlar bunu gizlətmirlər və açıq mətnlə deyirlər ki, Ukrayna ya olmamalıdır, ya da Rusiyanın ayağı altında olmalıdır”.

Con Boltonun Ermənistana ABŞ silahının satışı ilə bağlı təklifi, Ermənistanı ABŞ-ın təsir dairəsinə çəkmək və Amerikanın siyasi layihəsini işləməyə məcbur etməkdir.

Axar.az xəbər verir ki, bunu “İravunk” qəzetinə müsahibəsində rusiyalı politoloq Sergey Mixeyev deyib.

“Vaşinqtonun məqsədi Qafqaz ölkələrini Amerikanın təsir dairəsinə salmaqdır. Bununla onlar həmin ölkələri ABŞ-ının Cənubi Qafqazdakı siyasətinin aləti olaraq istifadə etmək istəyir. Hazırda burada ABŞ üçün açıq hədəfdir, ikinci hədəf isə Rusiyanı sıxışdırmaqdır.

Amerikalıların Ermənistanda aktivliyi bu ölkədəki hakimiyyət dəyişikliyi ilə bağlıdır. Amerikalılar bu situasiyaya imkanlar pəncərəsi kimi baxırlar. Digər tərəfdən hər kəs bilir ki, hazırda İrəvanda hökumətdə olanlar arasında əvvəllər Amerika proqramları ilə bağlı olan çoxlu sayda məmur var. Onlar hesab edirlər ki, artıq öz siyasətlərini həyata keçirmək vaxtı çatıb. İndi buna görə də onlara hansısa təkliflər edib, ictimaiyyətdə irəliyə çəkmək lazımdır”.

Onun sözlərinə görə, erməni hökuməti hazırda ikibaşlı oyun oynayır. O, İrəvanın bir tərəfdən Rusiyaya sadiq olduğunu nümayiş etdirdiyini, digər tərəfdən isə ABŞ-la yaxınlaşmağa cəhd etdiyini bildirib:

“Bu siyasətin müəyyən sərhədi var. Zamanı gələndə amerikalılar deyəcəklər ki, Rusiya ilə əlaqələri pisləşdirin, artıq hansısa geosiyasi addımlar atmaq vaxtıdır. Nəticədə erməni hökuməti seçim etməli olacaq. Burada isə kompromis tapmaq çox çətin olacaq. ABŞ indiki erməni hakimiyyətiylə iki şeyə görə yaxınlaşmaqda maraqlıdır. Bunlardan biri Ermənistanı Rusiya ilə inteqrasiya birliklərindən çıxarmaq, ikincisi isə İrana təsir üçün imkanlar əldə etməkdir. Yerdə qalanlar heç bir - nə iqtisadiyyat, nə resurslar, nə investisiyalar amerikalıları maraqlandırmır. Erməni hökuməti strateji seçim etməli olacaq və bu seçim çox riskli olacaq”.

Mixeyev həmçinin parlament seçkisi zamanı Ermənistan parlamentinə antirusiya qüvvələrinin də düşə biləcəyini iddia edib:

“Ermənistanda Rusiyanı özünün müttəfiqi adlandıranlar işdə bizi aldatdılar. Hər şeyi öz adıyla adlandırmaq lazımdır. Parlamentdə konkret hansı qüvvələrin olacağını deyə bilmərəm. Belə anlayıram ki, Paşinyan və onun tərəfdarlarının cəmiyyətdə böyük dəstəyi var. Yeni hökumətin hansı siyasi oriyentasiyanı götürəcəyinə gəlincə isə bunu gələcək göstərəcək”.

Türkiyənin ABŞ-ın qarşısında qoyduğu iki ən vacib şərtlərdən biri Gülənin ekstradisiyası, digəri isə terror təşkilatlarına yardımların dayandırılmasıdır.

Bu sözləri Axar.az-a açıqlamasında analitik Vüqar Zifəroğlu deyib. O bildirib ki, ABŞ gec-tez hər iki məsələdə Türkiyəyə güzəştə getməyə məcbur olacaq:

“ABŞ-dan Türkiyəyə qarşı müsbət addımların atılması gözlənilirdi. Növbəti mərhələlərdə Fətullah Gülənin Türkiyəyə ekstradisiyası məsələsinin gündəmə gəlməsi proqnozlaşdırılırdı. Ələlxüsus da hazırda ABŞ-ın Türkiyəyə münasibətində müəyyən güzəştlərə getməli olduğu aydındır. Çünki faktiki olaraq, Qaşıqçı olayından sonra ABŞ-ın Yaxın Şərq siyasətində Türkiyənin çox önəmli rola malik olduğu bir daha göründü. Digər tərəfdən bu məsələ, ümumiyyətlə, Türkiyəni Yaxın Şərq siyasətində heç bir qüvvənin əvəz edə bilməyəcəyi həqiqətini ortaya qoydu. Doğrudur, ABŞ Türkiyəsiz Yaxın Şərq siyasəti izləmək istəyirdi. Burada ərəb ölkələrinə, əsasən də Səudiyyə Ərəbistanına rol hazırlanırdı. Xüsusilə, Məhəmməd bin Salmanın oraya rəhbər təyin edilməsi və Səudiyyə Ərəbistanında başlanan yenilənmələr bunu açıq şəkildə göstərirdi”.

Analitik qeyd edib ki, ABŞ Gülənin ekstradisiyası məsələsi ilə bağlı müəyyən proseslərə başlaya bilər:

“Amma maraqlısı budur ki, ABŞ bunun qarşılığında Türkiyədən nə istəyəcək?! Türkiyə-ABŞ münasibətlərində İran faktoru çox həssas nöqtədir. Türkiyə İrana qarşı koalisiyaya qoşulmasa belə, ən azından İrana münasibətdə ABŞ müəyyən maraqlarının uzlaşdırılmasını Ankaradan tələb edə bilər. Eyni zamanda Çin faktorunu nəzərə alsaq, ABŞ və Rusiyanın müəyyən mənada maraqlarının bəzi nöqtələrdə uzlaşdırılması məsələsində Türkiyənin vasitəçi rolunda çıxış etməsini gözləyə bilərik. Burada müəyyən gedişlər olacaq. Bunların nəticəsində biz artıq Gülənin ekstradisiyasının reallaşıb-reallaşmayacağını görə biləcəyik”.

Qeyd edək ki, "NBS Nyus" FETÖ şəbəkəsinin rəhbəri Fətullah Gülənin Türkiyəyə ekstradisiyası ilə bağlı qanuni yolların müəyyənləşdirilməsi üçün ABŞ Prezidenti Donald Trampın Federal Təhqiqatlar Bürosu (FTB), Ədliyyə və Daxili Təhlükəsizlik nazirliklərinə təlimat verdiyini iddia edib. Bundan sonra ABŞ Dövlət Katibliyi məlumat yayıb ki, Ağ Ev FETÖ lideri Fətullah Gülənin ekstradisiyası ilə bağlı hər hansı bir görüş keçirməyib.

Sonuncu amerikan əsgəri Əfqanıstandan çıxan kimi Taliban bu ölkədə yenidən iqtidara qayıdacaq.

Ardını oxu...

İsrail HƏMAS-ın varlığını qəbul etməlidir.

Ardını oxu...

Avropa Birliyinin Xarici əlaqələr və Təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Moqerini İraq Baş naziri Adil Əbdülmehdi ilə telefon danışığı aparıb.

Ardını oxu...

Böyük Britaniyanın Baş naziri Tereza Mey "Breksit" üzrə nazir postuna Stiven Barklini təyin edib.

Axar.az xəbər verir ki, Barkli hazırki vəzifəsinə qədər səhiyyə nazirinin müavini postunu tutub.

Pakistanın Kəraçi şəhərində törədilən terakt nəticəsində 2 nəfər həlak olub.

Ardını oxu...

Nikki Heyli ABŞ-ın yeni vitse-prezidenti ola bilər.

Ardını oxu...

Rusiyanın Finlandiyadakı səfiri Pavel Kuznetsov Xarici İşlər Nazirliyinə çağırılıb.

Ardını oxu...

Xəbər lenti