8 şəhidimiz olub, onlara Allahdan rəhmət diləyirəm.

Ardını oxu...

Moldovanın paytaxtı Kişinyov şəhərində çoxmərtəbəli binada baş verən partlayış nəticəsində 8 nəfər həlak olub.

Axar.az xəbər verir ki, bu barədə “SputnikMoldova” informasiya yayıb.

Məlumata görə, partlayış nəticəsində binanın 15, 16 və 17-ci mərtəbələri dağılıb. Yaralıların dəqiq sayı açıqlanmayıb.

Rusiya ilə İngiltərə arasındakı münasibətlər düzələcək.

Axar.az xəbər verir ki, bunu “Rusiya 1” televiziyasına açıqlamasında Rusiya Dövlət Dumasının sədri Sergey Narışkin deyib.

Narışkin aparıcının Rusiya-İngiltərə münasibətlərindəki gərginliklə bağlı sualına “Bütün müharibələr hər zaman sülhlə nəticələnir” cavabını verib.

Qeyd edək ki, bu ilin mart ayında İngiltərənin Solsberi şəhərində Rusiya Baş Kəşfiyyat İdarəsinin keçmiş zabiti Sergey Skripal və qızının zəhərlənməsi iki ölkə arasındakı münasibətlərin gərginləşməsinə səbəb olmuşdu.


Rusiyanın İngiltərədəki səfirliyi "Finənşl Tayms" qəzetinin Rusiyanın Baş Kəşfiyyat Xidmətinin (QRU) agentlərinin bu ölkənin "İslam Channel" televiziyasına kiberhücum etməsi iddiası ilə bağlı xəbərdəki ziddiyyətlərə diqqət çəkib.

Axar.az xəbər verir ki, səfirlik xəbərin yalan olduğunu bildirib.

"Əvvəlcə xəbərdə hücuma məruz qalan kanalın İT infrastrukturunun tamamilə ələ keçirilməsi bildilib. Daha sonra kanal işçiləri kiberhücum barədə xəbəri İngiltərə Daxili İşlər Nazirliyindən aldıqlarını qeyd ediblər. Bundan başqa, Rusiya Baş Kəşfiyyatının rəsmiləri İngiltərə Daxili İşlər Nazirliyi onlarla əlaqə saxladıqdan sonra məsələdən xəbərdar olublar".

Səfirlik onu da qeyd edib ki, qəzetin əsas məqsədi Rusiyanı günahlandırmaqdır:

"Bu məqalədəki məlumatlar tənqid olunacaq keyfiyyətdə belə deyil. Yazı tələm-tələsik yazılıb və məntiqi cəhətdən məlumatlar doğru deyil. Əsas məqsədin isə Rusiyanı bir daha günahlandırmaq olduğu aydın görünür".


İrəvanın mərkəzi restoranlarından birində baş verən atışma nəticəsində keçmiş deputat Karo Karapetyan öldürülüb.

Axar.az xəbər verir ki, İrəvan polisi 6 oktyabr saat 22:40-da Nork-Maraş rayonundakı restoranlardan birində baş verən atışma ilə bağlı siqnal daxil olduğunu açıqlayıb.

Təcili Tibbi Yardıma isə iki yaralı haqda məlumat verilib. Onlardan biri xəstəxanaya aparılarkən ölüb. Digəri isə ağır yaralıdır.

Ölənin Çiçəklənən Ermənistan Partiyasının üzvü, sabiq deputat Karo Karapetyan olduğu bildirilib.

Polis cinayəti törədən şəxsin artıq müəyyənləşdiyini və bu barədə yaxın saatlarda məlumat veriləcəyini açıqlayıb.

İranın şimalındakı Mazandaran əyalətində yağan şiddətli yağışlar nəticəsində yaranan sel daha 2 nəfərin həyatına son qoyub.

Ardını oxu...

Hindistanın Mumbay şəhərində yanvar ayından bu vaxta qədər 90 nəfər donuz qripindən ölüb.

Ardını oxu...


2018.10.06 - 16:50

Səudiyyə Ərəbistanı itən səudiyyəli jurnalist Camal Qaşıqçının ölkə ərazisində olmadığını sübut etmək üçün Türkiyə hökumətinə Ər-Riyadın Ankaradakı səfirliyində axtarış aparmaq izni verməyə hazırdır.

Axar.az xəbər verir ki, bunu Ərəbistanın vəliəhdi Məhəmməd bin Salman “Blumberq” agentliyinə müsahibəsində deyib.

“Səfirlik bizim suveren ərazimizdir. Buna rəğmən biz onlara izn verəcəyik ki, səfirliyimizə daxil olub, araşdırma aparsınlar. Gizlədəcək heç nəyimiz yoxdur”, – deyə o bildirib.

Qeyd edək ki, C.Qaşıqçı Səudiyyə Ərəbistanının Ankaradakı səfirliyinə gedərək, sənədlərini yeniləmək istəyib. Səfirliyə həyat yoldaşı ilə birgə gedən Qaşıqçı binaya tək buraxılıb. Bundan 5 saat sonra isə Qaşıqçının yoldaşına jurnalistin səfirlik ərazisini tərk etdiyi bildirilib.

Qaşıqçının hələ də harada olduğu haqqında heç bir məlumat yoxdur.

***

Səudiyyə Ərəbistanının Ankaradakı səfirliyinə getdikdən sonra itən jurnalist Camal Qaşıqçının səfirlikdə saxlanılması iddiası ilə bağlı istintaq başladılıb.

***

İtkin düşən səudiyyəli jurnalist Camal Qaşıqçı 2 oktyabrda ailə qurmaq üçün lazım olan sənədlərə görə getdiyi Ər-Riyadın Ankaradakı səfirliyindən bir daha çıxmayıb.

Bu barədə məlumatı Ankara Polis İdarəsi də təsdiqləyib.

***

"Röyter" agentliyi Səudiyyə Ərəbistanının Ankara səfirliyinə getdikdən sonra itən jurnalist Camal Qaşıqçının səfirlikdə öldürülməsi ilə bağlı məlumat yayıb.

Agentlik iki türk rəsmisinin itkin düşən Camal Qaşıqçı ilə bağlı fikirlərini yayımlayıb.

Agentlik türk rəsmilərinin, "Türk polisinin məsələni ilk dəyərləndirməsi jurnalistin səfirliyin içində öldürülməsi istiqamətindədir. Biz cinayətin əvvəldən planlaşdırıldığına və cəsədin sonradan səfirlikdən çıxarıldığına inanırıq", - dediyini qeyd edib.

Rusiya Prezidenti Vladimir Putin Cənubi Koreyaya səfər edəcək.

Ardını oxu...

Türkiyə Silahlı Qüvvələrinin uğurlu əməliyyatları səbəbindən küncə sıxışan PKK terrorçuları artıq tələ qurmaqla mübarizə üsuluna keçib.

Ardını oxu...

Xəbər lenti