|
İtaliyanın iki hakim partiyası – 5 Ulduz Hərəkatı və Şimal Liqası Partiyasını ümumilikdə italyanların 62,3%-i dəstəkləyir.
Axar.az xəbər verir ki, bu nəticə “İpsos” şirkətinin keçirdiyi sorğudan sonra ortaya çıxıb. Ayrı-ayrılıqda Şimal Liqasını əhalinin 33,8%-i, 5 Ulduz Hərəkatını əhalinin 28,5%-i dəstəkləyib. Sorğuya əsasən, Şimal Liqası son 6 ay ərzində səslərini 12% artırıb, hərəkatın səs faizi isə 4% azalıb.
Ölkədəki əsas müxalifət partiyaları olan Demokratik Partiya və İrəli İtaliya Partiyalarının dəstəkçilərinin sayı isə əhalinin 17,1% və 7,8%-ni təşkil edib.
Qeyd edək ki, Şimal Liqası Partiyası İtaliyanın şimalında, 5 Ulduz Hərəkatı isə cənubda daha populyardır. Hər iki siyasi təşkilat Avropa Birliyinə qarşı xüsusi mövqeyi ilə seçilir. Şimal Liqası AB-nin indiki vəziyyətinin İtaliya üçün sərfəli olmadığını və təcili dəyişikliklərin aparılmasını istəyir. 5 Ulduz Hərəkatına gəlincə isə AB-yə qarşı olan bu partiyanı bəzi Qərb ölkələri Rusiyanın təsir vasitəsi sayır.
Oktyabrın 8-də BMT-nin Haaqadakı Beynəlxalq Ədalət Məhkəməsində İranın ABŞ-a qarşı qaldırdığı vəsatət əsasında növbəti dinləmələr başlayıb.
Axar.az xəbər verir ki, İran vəsatət qaldıraraq ABŞ-ı 2 milyard dolları mənimsəməkdə və 1955-ci ildə hər iki dövlət arasında imzalanan iqtisadi əməkdaşlıq və dostluq haqqındakı müqaviləni pozmaqda ittiham edir.
Məhkəmədə ABŞ-ın vəkilləri çıxış edərək, istər İranın 2 milyard dollar vəsaitini qaytarmamaqda, istərsə də İrana qarşı sanksiyalar tətbiq etməkdə haqlı olduqlarını sübut etməyə çalışıblar.
Xatırladaq ki, oktyabrın 4-də keçirilən ilkin dinləmələrdən sonra BMT-nin Beynəlxalq Ədalət Məhkəməsi ABŞ-dan humanitar sahələrə, o cümlədən səhiyyə və əczaçılıq sahələrinə tətbiq etdiyi sanksiyaları aradan qaldırmağı tələb etmişdi. Lakin rəsmi Vaşinqton bəyan etdi ki, Haaqa məhkəməsinin sanksiyaları aradan qaldırmaq haqqında hökm vermək ixtiyarı yoxdur. Çünki ABŞ sanksiyaları tətbiq etməklə milli maraqlarını qoruyur. Milli maraqları qorumaq isə hər bir dövlətin suveren haqqıdır.
BMT-nin Haaqadakı Beynəlxalq Ədalət Məhkəməsi dövlətlər arasındakı mübahisə və münaqişələri həll etmək üçün ən yüksək instansiyalı məhkəmədir. Bu məhkəmənin hökmündən apelyasiyaya şikayəti verilmir və hökmün icrası mütləqdir. Buna baxmayaraq, bu məhkəmə icra strukturuna malik deyil. Bəzi hallarda bir sıra dövlətlər, o cümlədən ABŞ məhkəmənin hökmünü inkar edib və yerinə yetirməyib.
Gürcüstanın Batumi şəhərində etiraz aksiyaları keçirilir.
aksiya iştirakçıları Qara dəniz sahilində hündürmərtəbəli binaların tikintisinə etiraz edirlər.
Onlar bildiriblər ki, bu mitinq xəbərdarlıq xarakteri daşıyır. Hökumət onların tikintini dayandırmaq tələbini yerinə yetirməsə, aksiyalar daha kütləvi xarakter alacaq.
Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovskinin başına iş gəlib.
partiya sədri Vladimirsk əyalətinin qubernatoru seçilən Vladimir Sipyaqinin inauqurasiya mərasimi zamanı səhnəyə çıxarkən yıxılıb.
Nitq söyləmək üçün səhnəyə dəvət olunan Jirinovski büdrəyərək pilləkəndən yıxılıb və onun köməyinə fotoqraf yetişib.
Jirinovski daha sonra ayağa qalxaraq tribunaya yaxınlaşıb.