|
İngiltərənin baş naziri Tereza Mey Səhiyyə Nazirliyi nəzdində İntiharların QarşısınınAlınması Nazirliyinin yaradılması haqda sərəncam verib.
Mey bu vəzifəyə Ceki Doyl-Praysı təyin edib. Ötən il 5 min 821 nəfərin intihar etdiyi İngiltərədə özünəqəsd riski qadınlara nisbətən 3 dəfə çox olan kişilərdə 45-49 yaş aralığında dəyişir.
Hökumət intiharlarla mübarizə proqramı üçün 1 milyon 800 min sterlinq vəsait ayıracaq. Yeni nazirlik dünyada intihar əleyhinə yaradılmış ilk nazirlikdir.
İsrail Suriyadakı S-300 hava hücumundan müdafiə sistemlərini vurmaq qabiliyyətinə sahib deyil.
Axar.az xəbər verir ki, bu sözləri İran parlamentinin sədri Əli Laricani deyib.
“İsraillilərin hər hansı bir ciddi addım ata biləcəyini düşünmürəm. Rusiya Suriyada S-300 komplekslərini yerləşdirmək və öz mənfəətlərini qorumaq haqqına sahibdir. Xüsusən İsrailin rus təyyarəsinə hücumundan sonra bu, Rusiyanın qanuni haqqıdır”, - Laricani bildirib.
Avropa Birliyinin Budapeşti Rusiya ilə yaxınlıqda ittiham etməsi əsassızdır.
Axar.az xəbər verir ki, bunu “Der Standart” qəzetinə müsahibəsində Macarıstan Xarici İşlər naziri Peter Siyarto deyib. O, Brüsselin Moskva ilə daha sıx əlaqəsinin olduğunu, amma bunu gizlətdiyini bildirib:
“Onlar öz böyük bizneslərini səthi mübahisələr fonunda gizlədirlər. AB ilə Rusiya arasında əlaqənin yüksək olmasına ən böyük sübut Avstriya kansleri Sebastian Kurtsla Vladimir Putinin bir ildə 4 dəfə görüşməsidir. Digər tərəfdən, Rusiya və Fransa arasında telefon danışıqları artıb, Fransanın lideri Makron isə Sankt-Peterburq iqtisadiyyat forumuna gedib. AB yanlış istiqamətdə irəliləyir. Avropa Komissiyasına köklü dəyişikliklər lazımdır”.
Göygöl rayonunda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.
hadisə oktyabrın 9-da rayonun Topalhəsənli kəndində qeydə alınıb. Kənd sakini, 1942-ci il təvəllüdlü Qəhrəmanov Cəmşid Həmid oğlu qayadan yıxılaraq ölüb.
Göygöl Rayon Prokurorluğunda faktla bağlı araşdırma aparılır.
Hindistanın şimalında qatarın relsdən çıxması nəticəsində ölənlərin sayı yeddiyə çatıb.
qəza nəticəsində 30 nəfər yaralanıb. Faciə bu gün Uttar-Pradeş ştatında qeydə alınıb. Qəzanın səbəbi hələ ki, bilinmir.
İnsidentdən sonra bəzi sərnişinlərin vaqonlarda ilişib qaldığı istisna edilmir. Hazırda onların axtarışı və xilası üçün əməliyyat keçirilir.
Hökumət ölü sayının artacağından ehtiyat edir.
Dəkkə məhkəməsi bu gün Banqladeşin keçmiş daxili işlər naziri Lutfozzamana Babara və 18 nəfər haqda ölüm hökmü çıxarıb.
Həmin şəxslər 2004-cü ilin avqustunda qumbaradan istifadə etməklə təşkil edilən hücumda iştirak etməkdə ittiham olunublar. Söhbət həmin tarixdə paytaxt Dəkkəyə edilən və aralarında ölkənin iki siyasi partiya liderinin də olduğu 24 nəfərin öldüyü hücumdan gedir.
Hücum zamanı, eyni zamanda indiki baş nazir Şeyx Hasin də yaralanmışdı.
Məhkəmənin hökmü ilə daha 18 nəfər, o cümlədən Banqladeş milli partiyasının hazırki lideri Tarik Rahman ömürlük həbs cəzası alıb.
Almaniya bundestaqının sağçı radikal AfD fraksiyasının AFR hökumətinə göndərdiyi “Almaniya-Ermənistan münasibətləri” mövzusunda kiçik sorğusunda Dağlıq Qarabağla bağlı bəzi suallar da yer alıb.
bu barədə Almaniya mediası məlumat yayıb.
AFR hökumətinin sözügedən sorğuya cavabının girişində qeyd olunubki, “AFR hökuməti xüsusi olaraq vurğulayır ki, “Almaniya-Ermənistan münasibətləri” anlayışı ilə AFR və Ermənistan arasındakı münasibətlər başa düşülməlidir. AFR hökuməti Ermənistan silahlı qüvvələrinin nəzarətində yerləşən Dağlıq Qarabağ regionu və yeddi ətraf rayonu Azərbaycanın bir hissəsi hesab edir.
AFR hökuməti qondarma “Dağlıq Qarabağ Respublikasını” tanımır.” Hökumət sorğunun müvafiq bəndlərinə (Dağlıq Qarabağda insan hüquqlarının, mətbuat azadlığının, azlıqların vəziyyəti, orada yaşayan almanların sayı və s.) dair cavabında bu qeydinə istinad etməklə kifayətlənib.
Həmçinin sorğudakı “AFR hökuməti Dağlıq Qarabağın beynəlxalq hüquqi statusunu necə qiymətləndirir?” sualına hökumət “Dağlıq Qarabağ bölgəsi Azərbaycan Respublikasının ərazisinin bir hissəsidir” cavabını verib.