ABŞ Dövlət katibi Mayk Pompeo Yaponiyaya gedib.

Ardını oxu...

Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədovun başçılıq etdiyi nümayəndə heyəti oktyabrın 8-9-da Türkiyənin Antalya şəhərində səfərdə olacaq.

Ardını oxu...

Yaponiya Baş Qərargah rəisi Katsutosi Kavano Moskvaya səfər edəcək.

Axar.az xəbər verir ki, bu barədə Yaponiyanın Rusiyadakı səfirliyi məlumat yayıb.

Kavanonun Rusiyaya sabah gələcəyi və ayın 9-na kimi burada qalacağı, Sankt-Peterburqa da gedəcəyi, bir sıra rəsmi şəxslə görüşlər keçirəcəyi bildirilib.

Rusiyalı politoloq Qriqori Trofimçuk Ermənistanda əhalinin artıq hər şeyə səs çıxarmadığını və hökumətə məcburiyyətdən haqq qazandırmağa çalışdığını bəyan edib.

Axar.az xəbər verir ki, Trofimçuk bu barədə kinayəli fikirlərini Feysbuk səhifəsində paylaşıb.

“Paşinyan əhalinin həyatını yaxşılaşdırmamaq üçün möhtəşəm fürsət əldə edib. Bu əhali, bu vətəndaş cəmiyyəti o qədər şüurlu olub ki, indi özü-özünə bütün sosial-iqtisadi göstəricilərin pisləşməsini “çar rejiminin ağır mirası”, həmçinin “ bütün xarici borcların ödənməsi məcburiyyəti” ilə izah edir. Necə deyərlər, bizə çörək yox, iş ver. Hər rəhbər belə düşüncəli vətəndaşlara sahib olmaq xoşbəxtliyinə sahib olmur”, – deyə o yazıb.

Qeyd edək ki, bundan öncə “Sputnik Ermənistan"a açıqlamasında Trofimçuk Paşinyanın hakimiyyətdə olduğu müddətdə heç bir uğura imza atmadığını və ölkəni xaosa sürüklədiyini, eləcə də öz tərəfdarlarını itirməyə başladığını bildirib. Trofimçukun bu açıqlamasından sonra sosial şəbəkələrdə erməni istifadəçilər tərəfindən ona qarşı müxtəlif təhqirlər və təhdidlər səsləndirilməyə başlanılıb.


Gec, ya tez, Suriya məsəsində düyün çözüləcək.

Ardını oxu...

Məhəmməd adı Belçikada 2017-ci ildə yeni doğulan körpələrə verilən ən populyar ad olub.

Axar.az xəbər verir ki, bu barədə Belçika Statistika İnstitutu məlumat yayıb.

Bildirilib ki, ötən il Məhəmməd adının verildiyi körpələrin sayı 718 nəfər olub. Ondan sonrakı yeri Liam (570 nəfər) tutub.

Qeyd edək ki, hazırda Brüsseldə 18044 nəfər Məhəmməd adının daşıyıcısıdır.


Rusiyanın Tver vilayətində 13 nəfərin ölümü ilə nəticələnən dəhşətli qəzanın görüntüləri yayılıb.

Ardını oxu...


Ermənistandakı inqilab zamanı Serj Sərkisyan məni xəyanətdə ittiham edirdi.

Axar.az xəbər verir ki, mediaya müsahibəsində Çiçəklənən Ermənistan Partiyasının sədri Qagik Çarukyan deyib.

“Mənə deyirlər ki, inqilaba gec qatılmısan və heç nə etməmisən. Mən isə deyirəm ki, inqilaba su ilə dolu maşınları göndərmişəm. Yelk Blokundan olan deputatlar Nikol Paşinyan, Sasun Mikayelyan və Ararat Mirzoyan həbs ediləndə ilk olaraq mən onların yanında dayanmışam. O zaman heç Paşinyanın da ağlına Serj Sərkisyanın istefa verəcəyi gəlmirdi.

Mənim o zaman Serj Sərkisyanla çox sərt söhbətim oldu. Ona dedim ki, mən müxalifətçiyəm və xalqın yanındayam. Əgər müxalifətçi olmasaydım, o zaman sənin koalisiyanda yer alardım”, – deyə o bildirib.

O, növbədənkənar seçkinin dekabrda keçirilməsinə hazır olduğunu söyləyib. Çarukyan artıq Sərkisyan və Köçəryanla əlaqəsinin olmadığını və bu şəxslərin onun köməyi ilə siyasətə qayıda bilməyəcəklərini deyib.

Qeyd edək ki, Çarukyan fraksiyası parlamentin buraxılmasını çətinləşdirən qanun dəyişikliyində Respublikaçılar Partiyası ilə birgə hərəkət etdiyi üçün N.Paşinyan bu blokun əsas partiyası olan Çiçəklənən Ermənistandan hökumətdə təmsil olunan nazir və qubernatorları istefaya göndərdi.

Bir neçə gün əvvəl Binə qəsəbəsində avtobus qəza edərək iki nəfərin həyatına son qoyub. Sürücünün öz cəzasını alacağına şübhə yoxdur.

Ardını oxu...

Avropa Birliyinin rəhbərliyi Avropa və İtaliyanı dağıdır.

Axar.az xəbər verir ki, bunu İtaliyanın Baş nazirinin müavini Mateo Salvini deyib.

“Avropa son illər İtaliyanı daha yoxsul vəziyyətə salan büdcə tədbirləri ilə razılaşıb. Avropanın daxildən dəyişikliyə ehtiyacı var. Ümid edirəm ki, gələn ilin mayında Avropa Parlamentinə keçiriləcək seçki yaranan situasiyanı dəyişəcək”, – deyə o bildirib.

Xəbər lenti