|
ABŞ Prezidenti Donald Trampa üzərində zəhərli risin maddəsi olan məktub göndərən ABŞ vətəndaşı Federal Təhlükəsizlik Bürosu (FTB) tərəfindən saxlanılıb.
Axar.az xəbər verir ki, 2002-ci ildə ABŞ Hərbi-Dəniz Donanmasında xidmət edən Villiam Klayd dindirilmə zamanı məqsədininin dövlət rəsmilərinə mesaj göndərmək olduğunu deyib.
Klayd zəhərli hind yağı toxumları yerləşdirilən məktublardan Pentaqon rəhbəri Ceyms Mettisə, FTB direktoru Kristafor Vreyə, Rusiya Prezidenti Vladimir Putinə, İngiltərə kraliçası II Elizabetə və başqalarına da göndərdiyini bildirib. O, sözügedən şəxslərin ünvanlarını, eləcə də zəhərli maddəni internetdən tapdığını söyləyib.
Rusiya Prezidenti Vladimir Putin heç vaxt Gürcüstanı aldatmayıb.
Axar.az xəbər verir ki, bunu “Palitra” qəzetinə açıqlamasında Gürcüstan parlamentinin eks-spikeri Nino Burcanadze deyib.
“Mən Putinə inanıram. O, hər şeyi birbaşa və açıq deyən adamdır. O, heç vaxt Gürcüstanı aldatmayıb. 2008-ci ildə də Putin bizi aldatmamışdı. Bunu Saakaşvili də deyirdi”, – deyə o bildirib.
Səudiyyə Ərəbistanı vəliəhdi Məhəmməd bin Salmanın Rusiya neftinin 19 il sonra azalması ilə bağlı irəli sürdüyü fikirlər mövcud bazara təsir etməyəcək.
Axar.az xəbər verir ki, bu sözləri Sputnik-ə açıqlamasında Rusiya Federasiyası Şurasının İqtisadiyyat Komitəsi sədrinin müavini Sergey Kalaşnikov deyib. O bildirib ki, Səudiyyə Ərəbistanının perspektivləri yaxşı olsa da, oradakı neft sahələri də azalır:
“Sözügedən təxminin nəyə əsaslanaraq deyildiyini bilmirəm. Rusiyada təsdiqlənməmiş çox sayda neft ehtiyatı mövcuddur. Düzdür, dünyada kəşf edilən yataqların sayı azalıb. Ancaq bunların yerinə digər yanacaq növləri yaranır. Səudiyyə Ərəbistanının nefti Rusiyadakı neftə görə daha “yüngül”dür və barrel qiyməti daha aşağıdır”.
Qeyd edək ki, Səudiyyə Ərəbistanı vəliəhdi Məhəmməd bin Salman Rusiyadakı neft istehsalının tamamilə olmasa da, 19 il sonra sürətlə azalacağını bildirib.
Baş nazir Nikol Paşinyan öz siyasi maraqları üçün Ermənistanın qanunvericiliyini tapdalaya bilər.
Axar.az xəbər verir ki, bu iddia ilə “168 Jam” qəzeti çıxış edib.
Bildirilib ki, Paşinyan xüsusilə Suriyaya erməni hərbçilərinin göndərilməsi məsələsində çox tələsir:
“Aydındır ki, bu məsələnin bir sıra təhlükəli tərəfləri var. Belə ki, bu, Qərblə münasibətləri pisləşdirə, islamçı terrorçuların Ermənistan üçün təhdidə çevrilməsinə şərait yarada bilər.
Görünür, hökumət erməni hərbçilərinin Suriyaya göndərilməsi üçün heç bir hökumətlərarası razılaşmanın imzalanmasını tələb etməyəcək hüquqi imkanlar axtarır. Bir tərəfdən aydındır ki, hökumət Moskva ilə münasibətlərin möhkəmləndirilməsinə çalışır. Digər tərəfdən isə hələlik Paşinyanın özünün siyasi maraqları üçün Emrənistanın qanunvericiliyini pozmağa hazır olması görünür”.