![]() |
|
ABŞ Prezidenti Donald Tramp yanvar ayında İsveçrənin Davos şəhərində keçiriləcək Ümumdünya İqtisadiyyat Forumuna qatılacaq.
Axar.az xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.
Açıqlamada Trampla yanaşı Maliyyə naziri Stiven Mnuçin, Dövlət katibi Mayk Pompeo və Ticarət naziri Uilbur Rossun da Davosa yollanacağı bildirilib.
Hesab edirik ki, İrəvan özündə cəsarət tapıb ABŞ-ın təzyiqlərinə qarşı dayanacaq.
Axar.az xəbər verir ki, bunu RİA-ya müsahibəsində Rusiya Xarici İşlər nazirinin müavininin katibi Qriqori Karasin deyib.
“Məsələ Moskvanın Ermənistan parlamentinin ABŞ-a doğru yön alacağından qorxması deyil. Narahatlığa səbəb ilk növbədə dost Ermənistan xalqında var. Vaçinqtonun baş verən radikal dəyişikliklər fonunda bu ölkənin daxili və xarici siyasətinə müdaxiləsi adi hala çevrilir.
Biz artıq ABŞ-ın İrəvandakı əvvəlki səfiri Riçard Milzin bununla bağlı açıq etiraflarına şərh verməli olmuşuq. Bu etiraf onunla fərqlənirdi ki, o, ictimai şəkildə erməni hökumətinə büdcənin formalaşdırılmasıyla bağlı dərs keçirdi və Vaşinqtondan ödəniş alan QHT-ləri hökumət üzərindən gözlərini çəkməməyi tələb edirdi. Con Bolton əslində erməni xalqının tarixi təcrübəsini təhqiramiz formada "tarixi klişe" adlandırdı, həmçinin Ermənistana Amerika silahları almağı və antiiran sanksiyalarına qoşulmağı məsləhət gördü. Əgər Ermənistan-Amerika münasibətlərinin ictimai tərəfi bu cürdürsə, o zaman kulisdə nələrin baş verdiyini yalnız təsəvvür etmək olar", - Karasin bildirib.
O, Ermənistan üçün Ukrayna və Gürcüstanı misal göstərib və Ukraynanın taleyinin faciəvi olduğunu xatırladıb:
"Kiyevin milli maraqlarının əksinə olaraq, onu öz qlobal strategiyasının reallaşdırılmasında itaətkar vasitəyə çevirmək üçün Qərb burada dövlət çevrilişi etdi. Bəs Gürcüstan? Axı məhz NATO üzvlüyü ilə vədlər Mixail Saakaşvilini Cənubi Osetiyada 2008-ci il avqust hərbi avantürasını yaratmağa gətirib çıxardı. Bu onun ölkəsinin ərazi itkisinə səbəb oldu.
Hesab edirik ki, parlament seçkisində lazımi mandat əldə etməyi bacaran Ermənistanın indiki rəhbərliyi özündə cəsarət tapıb, xarici şantaj və təzyiqlərə müqavimət göstərəcək, suveren haqqını müdafiə edərək, milli maraqlara uyğun olaraq müstəqil qərar verəcək”.
ABŞ Prezidenti Donald Tramp Kosmik Qüvvələr Komandanlığının yaradılması barədə fərman imzalayıb.
Axar.az xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.
Yeni qurumun vəzifə əhatəsinə fəzada ölkənin mənafeyini qorumaq və hərbi əməliyyatlar aparmaq məsələləri daxildir.
ABŞ hazırda Astana prosesində əldə edilən uğurları alt-üst etməyə və Suriya ilə bağlı əvvəlki planını həyata keçirməyə çalışır.
Bu sözləri Axar.az-a açıqlamasında politoloq Tofiq Abbasov deyib. Politoloq ABŞ-ın hər vəchlə Astana və Soçi danışıqlarının nəticələrini qəbul etməkdən boyun qaçırdığını deyib:
“Əslində, Soçi formatı birdəfəlik aktdır, onun davamı yoxdur. Ümumiyyətlə, Rusiya Suriya meydanında vacib bir oyunçu olduğunu bütün tərəflərə sübut edə bilib. Ancaq Astana prosesinin də böyük uğurları olub. Çünki ən azı sülhə hazırlıq planının təşəkkül tapması üçün Suriyada dörd deeskalasiya zonası yaradılıb. Bu zonalardan üçündə - Xümsün şimalında, Suriyanın cənubunda və şərqində hazırda çox etibarlı bir şərait formalaşıb. Yeganə İdlibdə vəziyyət çox gərgindir. ABŞ bu bölgədə Rusiya, Türkiyə və İranın əldə etdiyi bütün uğurları alt-üst etməyə və Suriya ilə bağlı əvvəlki planını həyata keçirməyə çalışır. Bu plan isə Suriyanın parçalanmasından ibarətdir. Təsadüfi deyil ki, həmin planın arxasında Qərb siyasi institutlarının Suriya, İraq, Livan, Səudiyyə, İordaniya və bütün Yaxın Şərq məmləkətləri ilə bağlı süni dövlətlər anlayışının təsdiqlənməsi durur. ABŞ və Avropanın anqlosaks dairələri həmin dövlətlərin yaradılmasını zamanında atılmış səhv addım sayır, indi bu geosiyasi təsərrüfata əl gəzdirərək onların yerində yeni məmləkətlər formalaşdırmağa çalışırlar. Bu qədimdən gələn “parçala və hökmranlıq et” prinsipinin yeni mərhələdəki təsnifidir”.
Politoloq bildirib ki, ABŞ məhz bu səbəblə ultimatumla çıxış edərək Astana prosesinin dayandırılmasını və onun bütün nəticələrinin silinməsini tələb edir:
“Ancaq bunun reallaşması qeyri-mümkündür. Çünki Rusiya, Türkiyə və İranın da bölgədə öz maraqları var. ABŞ Suriyada ona maneçilik törədən dövlətlərin bölgədəki qüvvələrinə qarşı sərbəst tərzdə hərəkət edəcəyini düşünürsə, yanılır. Türkiyə PKK-nın zərərsizləşdirilməsini özünün strateji və milli maraqlarına problem kimi qarşılayır. Bu məsələ ilə bağlı Türkiyə və ABŞ arasında konsensusun olmaması isə bölgədə vəziyyəti getdikcə daha da gərginləşdirir. Digər tərəfdən Rusiya və İran da ABŞ-ın Suriyadakı iştirakını heç cür qəbul etmir. Bu dövlətlər lazım gələrsə, vəziyyətə nüfuz edərək əllərindəki rıçaqlardan mütləq istifadə edəcəklər”.
Türkiyə, Rusiya və İran xarici işlər nazirləri Suriya ilə bağlı Konstitusiya Komissiyasının qurulması barədə razılıq əldə edib.
Axar.az xəbər verir ki, İsveçrənin Cenevrə şəhərində keçirilən görüşdə komitənin ilk iclasının tarixi müəyyən edilib.
Nazirlərin görüşü ilə bağlı yekun açıqlama verən Rusiya Xarici İşlər naziri Sergey Lavrov ilk iclasın gələn ilin əvvəlində Cenevrədə keçiriləcəyini bəyan edib.
Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu da bəyanatında Konstitusiya Komissiyası ilə bağlı mühüm mərhələyə qədəm qoyduqlarını deyib.
Türkiyə Suriyada kürd qüvvələrə qarşı əməliyyatı rəsmi Dəməşqin razılığı olmadan həyata keçirərsə, o zaman Astana prosesi çərçivəsində əldə edilən razılaşmaların tətbiqi çətinləşə bilər.
Axar.az xəbər verir ki, bu sözləri İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasımi deyib.
“Bizim mövqeyimiz dəyişməyib. Heç bir ölkə Suriya hökumətinin razılığı olmadan onun ərazisində hər hansı əməliyyat keçirə bilməz”.
Qasımi eyni zamanda əməliyyatların başlanılmadığını və prosesin gözlənilməsi gərəkdiyini ifadə edib.
Fransanın ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi kimi Dağlıq Qarabağ münaqişəsinin dinc yolla, ədalətli və uzun müddətli tənzimlənməsində səylərini davam etdirəcəyinə əmin ola bilərsiniz.
Report xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron Ermənistanın Baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyana göndərdiyi təbrik məktubunda bildirib.
E.Makron N.Paşinyanı dekabrın 9-da keçirilən növbədənkənar parlament seçkilərində rəhbərlik etdiyi siyasi blokun qələbə qazanması münasibətilə təbrik edib.
Fransa Prezidenti Ermənistana yardımı davam etdirəcəklərini də bildirib.
Qeyd edək ki, dekabrın 9-da Ermənistan parlamentinə növbədənkənar seçkilər keçirilib.
ABŞ təmsilçiləri Taliban hərəkatının nümayəndələrinə altı ay müddətinə sülh bağlamağı, həmçinin gələcəkdə Əfqanıstanın siyasi sisteminin bir hissəsi olmağı təklif edib.
Axar.az xəbər verir ki, Taliban nümayəndələri bunun əvəzində təşkilatın həbsdə saxlanılan bütün üzvlərinin azadlığa buraxılması, hərəkat liderlərinin hərəkətinə qoyulan qadağanın aradan qaldırılması və amerikalı hərbçilərin Əfqanıstan ərazisini tərk edəcəyi dəqiq vaxtın elan olunması tələbini irəli sürüb.
“Hazırda ABŞ və Əfqanıstan ordusuna hücumların 95 faizi Taliban hərəkatının silahlıları tərəfindən həyata keçirilir. Mümkün atəşkəs taliblərə deyil, ABŞ və Əfqanıstan silahlı qüvvələrinə sərf edir. Bu səbəbdən sülh təklifi ABŞ tərəfindən irəli sürülüb”, - deyə bildirilib.
Bununla yanaşı, Taliban nümayəndələri Pakistan, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinin mümkün atəşkəsin qarantı olmasında təkid edirlər.
KTMT-nin 2019-cu ildəki təlimlərinin əsas hədəfi Mərkəzi Asiyadakı təhlükəsizliyin təminatı məsələlərinin həlli, müttəfiqlərimiz arasında hərbi əməkdaşlığın inkişafı olacaq.
Axar.az xəbər verir ki, bunu Rusiya Müdafiə Nazirliyinin kollegiyasında çıxışı zamanı Rusiya Prezidenti Vladimir Putin deyib. O, Rusiya Silahlı Qüvvələrinin inkişaf prioritetinə digital texnologiyalar və pilotsuz sistemlərin daxil olması gərəkdiyini bildirib.
Onun sözlərinə görə, Rusiya bundan sonra da strateji nüvə qüvvələrini gücləndirməyə davam edəcək.