![]() |
|
Gürcüstanda keçirilən prezident seçkilərində ikinci tur ehtimalı olduqca aşağıdır.
Axar.az xəbər verir ki, bu sözləri Gürcü Arzusu Partiyasının sədri Bidzina İvanişvili deyib.
İvanişvilinin sözlərinə görə, ikinci turun keçirilməsinə zərurət yaranacağı halda da heç bir problem olmayacaq və Zurabişvili qalib gələcək.
Qeyd edək ki, bu gün Gürcüstanda prezident seçkisi keçirilir.
ABŞ Prezidenti Donald Tramp Pensilvaniya ştatının Pittsburq şəhərindəki sinaqoqa hücum edən şəxsə edam cəzası verilməsini istəyib.
Axar.az xəbər verir ki, bu barədə ABŞ mətbuatı yazıb.
“Bu tip şəxslər xəstə düşüncə tərzinə malikdirlər. Yəhudilərin əleyhinə olan biri mənim dəstəkçim deyil. Bu insanlara qarşı edam cəzasını yenidən geri gətirməliyik", - Tramp bidirib.
Qeyd edək ki, bu gün ABŞ-ın Pensilvaniya ştatının Pittsburq şəhərində insanların toplaşdığı sinaqoqlardan birinə silahlı şəxs hücum təşkil edib. Hadisə nəticəsində ən azı 8 nəfərin öldüyü bildirilib.
Rusiya ABŞ-la ən kəskin beynəlxalq məsələləri və ikitərəfli gündəmdə dayanan mövzuları müzakirə etməyə hazırdır, ancaq bu, bərabərhüquqlu əsaslarda olmalıdır.
Axar.az xəbər verir ki, bu barədə Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov danışıb.
“Biz hər kəslə, o cümlədən ABŞ-la normal, işgüzar, qarşılıqlı hörmətə əsaslanan münasibətlər istəyirik. Biz dəfələrlə bu münasibətlərin yaradılması üçün şərtlərimizi ABŞ tərəfinə çatdırmışıq. Bu prezident, dövlət katibi, Təhlükəsizlik Şurası katibi səviyyələrində baş tutub”, - Lavrov bildirib.
İstanbulda Suriya ilə bağlı Türkiyə, Rusiya, Fransa və Almaniya liderlərinin dördtərəfli zirvə görüşünun nəticələri haqqında Suriya hökuməti məlumatlandırılacaq.
Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Kremlin sözçüsü Dmitri Peskov deyib.
"Hər şey ortaq bəyanatda qeyd edilib. Bundan əlavə, Suriya rəhbərliyinə də ayrıca məlumat veriləcək”, - Peskov bildirib.
Qeyd edək ki, İstanbulda Suriya məsələsinin müzakirə olunduğu zirvə görüşündən sonra liderlər ortaq bəyannamə qəbul edib.
Türkiyə Hərbi Hava Qüvvələri Şimali İraqda PKK terrorçularına qarşı əməliyyat keçirib.
Axar.az xəbər verir ki, bombardman nəticəsində Hakurk bölgəsindəki terror qruplaşmasına aid düşərgələr və sığınacaqlar məhv edilib. 4 terrorçu isə öldürülüb.
Bolton Ermənistanda Azərbaycanın tezislərini təkrarladı.
Axar.az xəbər verir ki, bu sözləri öz Feysbuk səhifəsində Ermənistanın keçmiş müdafiə naziri Vigen Sərkisyan paylaşıb.
“Bolton təkcə Azərbaycanın “Ermənistanın blokadasında İrəvanın özü günahkardır” kimi tezislərini təkrarlamadı, o, həm də Ermənistanla sərhədi bağlayan Türkiyəyə haqq qazandırdı. Boltonun "Ermənistan xarici siyasətdə müstəqil olmalıdır" bəyanatı isə İrəvanın Rusiya ilə münasibətlərinə yenidən baxması üçün edilən işarədir. İndiyə qədər Ermənistanın tərəfdaşları İrəvanın qonşuları ilə münasibətləri mövzusunda çıxışlarında ehtiyatlı davranıblar, amma indi onların əlini nəyin açdığı aydın deyil. 15 il ərzində Ermənistan rəhbərliyinin beynəlxalq görüşlərində amerikalıların Rusiya ilə strateji müttəfiqlik məsələsini sual altına qoyması ilə bağlı heç bir hadisə olmayıb”, – deyə o bildirib.
Minsk Donbasdakı konfliktin həllinə yardım etməyə hazırdır.
Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Belarus Prezidenti Aleksandr Lukaşenko deyib.
“Biz bu konfliktə qoşulmağa hazırıq. Biz bunu yalnız sülh üçün etməyə razılıq verə bilərik. Bu problemi biz - üç slavyan xalqı həll etməlidir. Bu, avropalıların, amerikalıların yox, bizim bəlamız, problemimizdir”, – deyə o bildirib.