Səudiyyə Ərəbistanı jurnalisti Camal Qaşıqçı məsələsində Türkiyə inanılmaz dərəcədə gözəl iş ortaya qoyub

Axar.az xəbər verir ki, bu barədə Camal Qaqışçının yazarı olduğu “Vaşinqton Post”da nəşr edilən məqalədə qeyd edilib. Məqalədə Qaşıqçının itkin düşməsindən 4 həftə keçdikdən sonra Səudiyyə Ərəbistanı rejiminin bu hadisədə əlinin olub-olmamağı deyil, bu cinayətdən yan ötüb-ötməməyəcəyi barədə qeyd edilib. Bundan başqa, Qaşıqçı məsələsində real siyasətin artıq uyğun olmadığı da məqalədə işarət edilib.

"Buna beynəlxalq diplomatiyada “Harvi Vaynşteyn anı”adını verək. Bu anda müəyyən bir sahəyə nəzarət edən və uzun illər ərzində toxunulmaz görünən olduqca güclü fiqur (Vaynşteyn, vəliəhd Məhəmməd ibn Salman) bir yerdə bir sinirə toxunur və etdiklərinin hesabını vermək istəkləri yüksəlir.

Səudiyyə Ərəbistanı cinayət törədib etdiklərinin yanına qalacağını düşdü. Ancaq beynəlxalq media bu hekayəni aydınlaşdırmaqda əsas rol oynadı və cinayəti manşet etdi. Qəbul etmək lazımdır ki, beynəlxalq medianı da Türkiyə hökuməti bəslədi”, - məqalədə qeyd edilib.

 

 

Qaşıqçının nişanlısı Trampın dəvətindən imtina etdi

İstanbul Baş konsulluğunda qətlə yetirilən jurnalist Camal Qaşıqçının nişanlısı ABŞ prezidenti Donald Trampın dəvətindən imtina edib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Xədicə Cengiz bildirib ki, ABŞ istintaqın dürüst nəticələrini əldə etməyə çalışmadığı müddət ərzində Ağ Evi ziyarət etməyəcək. 

 

Vahid Milli Hərəkat Partiyası məni hakimiyyətdən uzaqlaşdırmaq üçün hər şeyə hazırdır, amma çox üzr istəyirəm, onların “arxaları” yoxdur.

Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Gürcü Arzusu Partiyasının rəhbəri milyarder Bidzina İvanişvili deyib. O, asanlıqla məhv edilə biləcək rəqib olmadığını deyib. Onun sözlərinə görə, Saakaşvilinin ölkədəki vəziyyəti destabilizasiya etmək haqqında çıxışları investorlara pis təsir edir:

“İnvestorlar deyirlər ki, Saakaşvili inqilabla hədələyir. Sizi əmin edirəm ki, o, Gürcüstana heç cür xeyir verə bilməz. Qorxmağa ehtiyac yoxdur, onların əvvəlki gücü qalmayıb. Saakaşvili insan olaraq çox aşağı səviyyəlidir”.

Qeyd edək ki, bundan öncə Ukrayna mətbuatında Saakaşvili ilə dayısı Teymur Alasaniyanın (iddialara görə, DTK-nin polkovniki olub – red.) telefon danışığı yayılıb. Telefon danışığı zamanı Alasaniya İvanişvilinin öldürülməsi üçün pul verməyə hazır olduğunu bildirib.

Saakaşvili səsyazısını ona aid olmasını təkzib edib. Alasaniya da səs yazısındakı şəxsin ona aid olmadığını söyləyib.

Prezident seçkisində qələbəm Rusiyanın başına gələn ən pis hadisə oldu.

Axar.az xəbər verir ki, bunu Şimali Karolina ştatında Respublikaçılar Partiyasının Konqres seçkisiylə əlaqədar təşkil etdiyi təşviqat kampaniyasında çıxışı zamanı ABŞ Prezidenti Donald Tramp deyib.

“Mən sizə bir söz deyim. Mənim qələbəm Rusiyanın başına gələn ən pis şey oldu”, – deyə o bildirib.

Qeyd edək ki, ABŞ-da Konqres seçkisi noyabrın 6-da keçiriləcək. Seçkidə Nümayəndələr Palatasına 435 konqresmen, Senata 35 senator, 39 ştata qubernator seçiləcək.

Səudiyyə Ərəbistanı ABŞ-ın dəstəyini almadan Qaşıqçı cinayətini törədə bilməzdi.

Axar.az xəbər verir ki, bunu İran Prezidenti Həsən Ruhani deyib.

Qeyd edək ki, bundan öncə Səudiyyə Ərəbistanı jurnalist Camal Qaşıqçının Ər-Riyadın İstanbuldakı Konsulluğunda öldürüldüyünü təsdiqləyib.

Bidzina İvanişvili tərəfdarlarını Gürcüstan prezidentliyinə müstəqil namizəd Salome Zurabişvilini dəstəkləməyə çağırıb.

Axar.az xəbər verir ki, o, Zurabişvilinin ilk turda 53% səs toplayaraq qalib gələcəyini bildirib. Onun sözlərinə görə, nə Qriqol Vaşadze, nə də David Bakradze Zurabişvilinin rəqibi ola biləcək:

“Vahid Milli Hərəkat Partiyası və “Rustavi 2” televiziyası özlərinin xəyanətini Zurabişvilinin üzərinə atmağa cəhd edirlər. Mən də Zurabişvili kimi hesab edirəm ki, Saakaşvilinin rəhbərlik etdiyi hökumət 2008-ci ildə müharibəni başlatmaqla xəyanətə yol verib”.

 

Soyqırım, etnik təmizləmə kimi barbarlıq ifadə edən anlayışlar bizim mədəniyyətimizdə yoxdur.

Axar.az xəbər verir ki, bu sözləri Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Binəli Yıldırım qondarma erməni soyqırımı iddiaları ilə bağlı Qafqaz Universitetində çıxışı zamanı deyib.

“Soyqırım iddiası alçaq iddiadır. Tarixində eyib, günah, alçaqlıqlar olmayan millətlərin başında bizim millət gəlir. Çirkin iddiaları heç zaman qəbul etmədik. Bunu edənlərin məqsədi öz ləkələrini türk millətinə yapışdırmaqdır. Ermənistan tez-tez “Biz Türkiyə ilə əlaqələr qurmaq istəyirik, əlaqələrimizi inkişaf etdirmək istəyirik” kimi bəyanatlar verir. Əgər həqiqətən belə bir niyyəti varsa, öncə Dağlıq Qarabağ və ətraf rayonlarda işğal etdiyi torpaqlardan çıxsın. Yurd-yuvalarını tərk etmiş 1 milyon azərbaycanlının qayıtmalarına şərait yaratmalıdır. Türkiyə üzərindəki iddialarından dərhal imtina etməli və qeyd-şərtsiz həqiqətləri qəbul etməlidir”, - deyə parlament sədri bildirib.

“Üstü örtülən ən bərbad hadisədir”

 

ABŞ prezidenti Donald Tramp Səudiyyə ərəbistanlı jurnalist Camal Qaşıqçının qətlindən danışıb.

 Ağ Ev rəhbəri bu cinayəti “tarixdə üstü örtülən ən pis hadisə” adlandırıb:

“Məsələ ilə bağlı digər dövlətlərlə də danışıqlar gedir. Baş verənlər heç kimin xoşuna gəlmir. Qərarımızı Konqresə həvalə edəcəyəm. Bu cinayət tarixdə üstü örtülən ən bərbad hadisədir”.

Səudiyyənin İstanbul konsulluğuna məxsus avtomobildən öldürülən jurnalist Camal Qaşıqçıya aid bəzi şəxsi əşyaların tapıldığı bildirilib.

Axar.az xəbər verir ki, xüsusi təlim görmüş itlər vasitəsilə aparılan əməliyyatda polis iki çantada şəxsi əşyalar, kompüter və sənədlər aşkar edib.

Axtarışla bağlı əlavə məlumat verilməyib.

Avropa İttifaqının Xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Moqerini Səudiyyə konsulluğunda öldürülən jurnalist Camal Qaşıqçı ilə bağlı növbəti açıqlama verib.

Axar.az-ın məlumatına görə, Moqerini bildirib ki, AB-nin bu yöndəki qərarları Səudiyyənin bundan sonrakı addımları ilə bağlı olacaq.

Xəbər lenti