Ukrayna, ABŞ və Rusiya nümayəndələri arasında üçtərəfli formatda ilk texniki görüş noyabrın birinci yarısında Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçiriləcək. Bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib. Onun sözlərinə görə, texniki danışıqlardan sonra üç ölkə liderinin iştirakı ilə görüşün keçirilməsi mümkün ola bilər.

Moskva Ukrayna ərazisinin təxminən 11 faizini təşkil edən Donbası istəyir. Bunu isə ABŞ Dövlət katibi Marko Rubio deyib. Rubionun sözlərinə görə, Rusiya hələlik Donbası tam hərbi yolla ələ keçirə bilmir, Ukrayna isə bu ərazini Rusiyaya könüllü şəkildə verməyə razı deyil: “Bunu demək istərdim. İnsanlar hələ də bunun Ukraynada gedən müharibə olduğunu deyirlər. Amma bu müharibə Donbas uğrundadır. Söhbət ölkənin yalnız bir regionundan gedir. Əslində, ölkə ərazisinin təxminən 11 faizini təşkil edən bir ərazidən danışırıq. Rusiya həmin ərazini ələ keçirmək istəyir, lakin bunu hərbi yolla bacarmır. Ukrayna isə bu ərazidən imtina etmək istəmir”.

Eyni zamanda, ABŞ dövlət katibi Ukraynanın Donbası itirməyə razılaşmamaq üçün ciddi əsaslarının olduğunu etiraf edib. Onun sözlərinə görə, bu məsələ dövlətin suverenliyi və uzunmüddətli təhlükəsizliyi ilə bağlıdır.
Rubionun fikrincə, hazırda əsas vəzifə hər iki tərəfin müharibənin başa çatması üçün müəyyən güzəştlərə getməyə razı olacağı kompromis variantı tapmaqdır.

Rubionun dediyi kimi, rus ordusu həmin 11 faizi ələ keçirə bilmirsə, o zaman Kiyev öz ərazilərini niyə təslim etməlidir? Əbu-Dabi danışıqlarında ciddi nəticə gözlənilirmi?

Siyasi təhlilçi Sona Əliyeva Musavat.com-a deyib ki, hazırda Kiyevin Donbası təslim etməsi üçün heç bir səbəb yoxdur: “Rubio özü də etiraf edir ki, Rusiya Donetsk vilayətinin qalan 11 faizini hərbi yolla ala bilmir. Döyüş meydanında ala bilmədiyini Moskva indi danışıqlar masasında almaq istəyir. Kiyev buna bir neçə səbəbdən razı olmayacaq. Birincisi, bu 11 faiz Ukraynanın son müdafiə xəttidir. Slavyansk və Kramatorsk əldən getsə, rus ordusunun qarşısında açıq düzənlik qalacaq. İkincisi, zaman Moskvanın xeyrinə işləmir. Putin Donbası tutmaq üçün verdiyi vədin tarixini dəfələrlə dəyişib. İndiki sürətlə bu, illərlə çəkə bilər. Üçüncüsü, işğalçıya döyüşdə ala bilmədiyi torpağı masada vermək dünyaya pis presedent olar. Biz bunu otuz il öz təcrübəmizdə yaşamışıq".

Siyasi təhlilçi hesab edir ki, indiki halda ərazi məsələsində irəliləyiş inandırıcı görünmür: "Ən çoxu enerji obyektlərinə zərbələrin dayandırılması və əsir mübadiləsi kimi texniki məsələlərdə razılıq ola bilər. Ona görə ki, qış yaxınlaşır və hər iki tərəf işıqsız qalmaqdan qorxur. İstənilən halda, Vaşinqtonun əsl hədəfi dekabrda Mayamidə keçiriləcək G20 sammitidir. Tramp Putinlə Zelenskini orada bir masa arxasına oturtmaq istəyir.

Fikrimcə, Əbu-Dabi müharibəni bitirməyəcək. Moskva Donbassız dayanmaq istəmir, Kiyev isə onu verməyə razı deyil. Belə olan təqdirdə savaş ən azı 2027-ci ilin ortalarına qədər uzanacaq. Deməli, Əbu-Dabidən sülh gözləmək hələlik inandırıcı deyil".

 
26 Oktyabr 2026 Zəngəzur dəhlizində MÜHÜM gəlişmə - sülhə qədər...
26 Oktyabr 2026 İlon Maskdan SƏRT BƏYANAT: "Sonsuz müharibə tərəfdarları cəhənnəmdə yansınlar!"
26 Oktyabr 2026 Erməni müxalifəti Paşinyanın qələbəsindən qəzəbləndi
26 Oktyabr 2026 Trampdan Makrona sərt xəbərdarlıq: "Fransanı məhv edirsən"
26 Oktyabr 2026 Silva yenidən Braziliya Prezidenti seçildi
26 Oktyabr 2026 Tələbələr 14 illik iqtidara son qoydu - Hakimiyyət müxalifətə keçir
24 Oktyabr 2026 Zelenskidən sensasion açıqlama: “Hazırıq! Yoxsa bizi yeyib qurtaracaqlar”
23 Oktyabr 2026 Avropada Rusiya ilə danışıqlara hazırlıq: 5 dövlətin başçısı...
23 Oktyabr 2026 Əhaliyə şok tövsiyə: Ərzaq və su ehtiyatı toplayın
23 Oktyabr 2026 Zelenski müsahibə zamanı ağladı
23 Oktyabr 2026 Güclü zəlzələdə 16 nəfər öldü - Yüzlərlə ev dağıldı
22 Oktyabr 2026 Zəngəzur dəhlizinin qadağan olunmuş yükləri – İrəvan Bakı ilə ortaq mövqeyi açıqladı
22 Oktyabr 2026 İran İsraildəki seçkilərə müdaxilə etməyə hazırlaşır - Netanyahu
22 Oktyabr 2026 İranda nə baş verir? - Daha böyük qarşıdurma qaçılmazdır
22 Oktyabr 2026 Paşinyandan yeni bəyanat: “Təhdidlər var”
22 Oktyabr 2026 Diplomatlarını bu ölkədən çıxarırlar
22 Oktyabr 2026 “ABŞ və İsrail seçkidən sonra İrana hücum planlaşdırır” - NYT
22 Oktyabr 2026 İran Hörmüzdəki internet kabellərini məhv etməklə hədələdi
22 Oktyabr 2026 Kibertəhlükəyə görə Fransanın dövlət saytları bağlandı
22 Oktyabr 2026 "Məkkə paktı"ndan sonra "Bədr sazişi" - 4 müsəlman ölkəsi memorandum imzaladı

Xəbər lenti