niderland-vetendaslarinin-irandan-texliyyesine-gore-prezidente-tesekkur-etdi

Azərbaycan Prezidenti İlham Əliyev bu gün Niderland Krallığının xarici işlər naziri Tom Berendseni qəbul edib.

Dövlət başçısı ötən il Kopenhagendə Niderland Krallığının sabiq Baş naziri Dik Sxof ilə görüşünü məmnunluqla xatırlayıb, görüş əsnasında Azərbaycanla Niderland arasında əməkdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsinin aparıldığını vurğulayıb.

Prezident İlham Əliyev Niderlandın xarici işlər nazirinin ölkəmizə səfərinin uğurlu olacağına əminliyini bildirib, bu səfəri siyasət, diplomatiya, iqtisadiyyat və sərmayə sahələrində əməkdaşlığı müzakirə etmək üçün yaxşı fürsət kimi qiymətləndirib.

Qəbula görə dövlət başçısına minnətdarlıq edən Tom Berendsen əməkdaşlığın inkişafında maraqlı olduqlarını vurğulayıb və əlaqələrimizin genişləndirilməsi üçün yaxşı imkanların olduğunu deyib.

Qonaq Yaxın Şərqdə baş vermiş hadisələr zamanı Niderland vətəndaşlarının, o cümlədən Niderlandın Tehrandakı səfirinin və səfirliyin əməkdaşlarının Azərbaycan vasitəsilə təxliyəsində göstərilmiş dəstəyə görə təşəkkürünü bildirib.

Niderlandın xarici işlər naziri Cənubi Qafqaz regionunda sülh və sabitliyin bərqərar olunmasında Prezident İlham Əliyevin şəxsi rolunu çox yüksək qiymətləndirdiklərini vurğulayıb və qeyd edib ki, bu, regionla bərabər, Avropa üçün də çox əhəmiyyətli bir məsələdir.

Söhbət zamanı ikitərəfli əlaqələrimizin perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb.

Niderland şirkətlərinin Azərbaycanda müxtəlif sahələrdə uğurlu fəaliyyət göstərdikləri qeyd olunub, nəqliyyat, logistika, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, kənd təsərrüfatı və digər istiqamətlərdə əməkdaşlığın genişləndirilməsi imkanlarına toxunulub.

Görüşdə Azərbaycan ilə Niderland arasında iqtisadi-ticari əlaqələrin daha da inkişaf etdirilməsi, bu məqsədlə qarşılıqlı səfərlərin, o cümlədən işgüzar nümayəndə heyətlərinin səfərlərinin təşkili məsələləri müzakirə edilib.

Azərbaycanın kənd təsərrüfatının inkişafına xüsusi önəm verdiyi və bu sahədə genişmiqyaslı dövlət proqramlarının həyata keçirildiyi vurğulanıb. Niderlandın kənd təsərrüfatı sahəsində qabaqcıl təcrübəsi nəzərə alınaraq, bu istiqamətdə ikitərəfli əməkdaşlığın genişləndirilməsi üçün əlverişli imkanların olduğu qeyd edilib.

 

 






 
26 Oktyabr 2026 İlham Əliyev Avstriya Prezidentini təbrik etdi
26 Oktyabr 2026 Azərbaycan XİN Avstriyanı Milli Günü münasibətilə təbrik edib
24 Oktyabr 2026 Azərbaycan XİN İordaniyaya başsağlığı verdi
23 Oktyabr 2026 Prezident gözlənilən ŞAD xəbəri elan etdi - Nələr dəyişəcək?
23 Oktyabr 2026 “İnanıram ki, var qüvvənizi əsirgəməyəcəksiniz” – İlham Əliyevdən Xalq rəssamına təbrik
23 Oktyabr 2026 Prezident Fərhad Xəlilova "İstiqlal" ordenini təqdim etdi - FOTOLAR
23 Oktyabr 2026 “Bakıya Baş nazirin tapşırığına əsasən gəlmişəm” - Hindistanlı nazir
23 Oktyabr 2026 Ceyhun Bayramov Subrahmanyam Cayşankarı belə qarşıladı - FOTO
23 Oktyabr 2026 Prezident Hindistanın XİN başçısını qəbul etdi - FOTOLAR
23 Oktyabr 2026 Paşinyan "Qarabağ dərdi" olanlara pul paylamağa başlayır - 2027-ci ildən bu qədər...
22 Oktyabr 2026 Prezidentin xüsusi nümayəndəsi vəzifəsindən azad edildi
22 Oktyabr 2026 İlham Əliyev startapla bağlı bir sıra qanunlarda dəyişiklikləri imzaladı
22 Oktyabr 2026 Prezident yeni icra başçısı TƏYİN ETDİ
21 Oktyabr 2026 Mikayıl Cabbarovun İtaliyaya səfəri başlayır
21 Oktyabr 2026 Fransadakı səfirimiz Makronun xanımı ilə görüşdü - Fotolar
20 Oktyabr 2026 Qarabağ Milli Parkı yaradılır - Sərəncam
19 Oktyabr 2026 Başkənd və Kərkinin taleyi masada - İrəvanda siyasi həyəcan
19 Oktyabr 2026 Anar Bayramov səhiyyə naziri oldu - Sərəncam
19 Oktyabr 2026 TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildi
18 Oktyabr 2026 Müstəqilliyimizin bərpasından 35 il keçir

Xəbər lenti