|
Futbol üzrə Avropa çempionatının qrup mərhələsinin III turunda Çexiya və Türkiyə milli komandaları arasındakı oyun başa çatıb.
F qrupu çərçivəsindəki görüş 1:2 hesabı ilə türkiyəlilərin xeyrinə nəticələnib.
Bununla da, ay-ulduzlu komanda xalını 6-a çatdıraraq qrup ikincisi kimi növbəti mərhələyə adlayıb.
Çexlər isə cəmi 1 xalla turnirlə vidalaşıblar.
***
Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının qrup mərhələsinin III turu çərçivəsində F qrupunda Çexiya - Türkiyə və Gürcüstan - Portuqaliya matçına start verilib.
"Report" xəbər verir ki, oyunlar müvafiq olaraq Hamburqdakı “Folksparkştadion"da və Helzenkirhendəki "Feltins Arena"da keçirilir.
Çexiya - Türkiyə matçını rumıniyalı İştvan Kovaç, Gürcüstan - Portuqaliya qarşılaşmasını isə isveçrəli Sandro Şörer idarə edir.
Hər iki qarşılşama 23:00-da başlayıb.
Ötən gün AVRO-2024-ün A qrupunun son oyununda təhlükəli anlar yaşanıb.
Macarıstanın heyətindən Varqa Barbanas 70-ci dəqiqədə şotlandiyalı qapıçı Qunn ilə toqquşub.
Zərbədən huşunu itirən Varqaya bir müddət meydançada ilkin müdaxilə edilib. Komanda yoldaşları və rəsmilər futbolçunun görüntülənməməsi üçün ətrafına düzülüblər.
Bundan sonra o, təcili yardım maşını ilə xəstəxanaya göndərilib.
Daha sona Varqanın huşunun yerinə gəldiyi barədə açıqlama verilib.
Qeyd edək ki, Macarıstan Şotlandiyanı 1:0 hesabı ilə məğlub edərək qrup üçüncüsü olub.
Almaniyada təşkil olunan Avropa çempionatının qrup mərhələsində III turun növbəti görüşləri keçiriləcək.
Bu gün B qrupunda mübarizəyə yekun vuruluacaq.
Düsseldorfda Albaniya 1/8 finalı özü üçün təmin edən İspaniya ilə qarşılaşacaq. Ötən tur Xorvatiya ilə heç-heçə edən albaniyalılar sürprizə ümid edir.
Gecənin digər oyunu isə Leyptsiq şəhərində gerçəkləşəcək. Ötən tur İspaniyaya məğlub olan İtaliya Xorvatiyanın müqavimətini qırmağa çalışacaq. Qələbə Luçano Spalettinin komandasını növbəti tura daşıyacaq.
Hər iki matç Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.
24 iyul
AVRO-2024
B qrupu, III tur
23:00. Albaniya - İspaniya
Baş hakim: Qlenn Nyuberq (İsveç).
Düsseldorf, "Esprit Arena".
23:00. Xorvatiya - İtaliya
Baş hakim: Denni Makkeli (Niderland).
Leyptsiq, "Red Bull Arena".
Almaniyada keçirilən futbol üzrə Avropa çempionatında bu gün qrup mərhələsinin II turunun növbəti oyunları baş tutacaq.
Günün ilk qarşılaşması Düsseldorf şəhərində, Slovakiya və Ukrayna seçmələri arasında baş tutacaq.
Slovakiyalılar E qrupunun ilk matçında Belçikaya qalib gəliblər - 1:0. Ukraynalılar isə Rumıniyaya 0:3 hesabı ilə məğlub olublar.
D qrupunun oyununda isə Polşa və Avstriya komandaları paytaxt Berlində münasibətlərinə aydınlıq gətirəcəklər. I turda Polşa Niderlanda (1:2) Avstriya isə Fransaya (0:1) məğlub olub.
Bu qrupun Niderland - Fransa qarşılaşması günün son matçı olacaq. Qarşılaşma Leyptsiq şəhərində gerçəkləşəcək.
AVRO-2024
21 iyun
II tur
E qrupu
17:00. Slovakiya - Ukrayna
Baş hakim: Maykl Oliver (İngiltərə).
Düsseldorf, "Esprit Arena".
D qrupu
20:00. Polşa - Avstriya
Baş hakim: Halil Umut Meler (Türkiyə).
Berlin Olimpiya Stadionu.
23:00. Niderland - Fransa
Baş hakim: Entoni Teylor (İngiltərə).
Leyptsiq, "Red Bull Arena".
Almaniyada keçirilən futbol üzrə Avropa çempionatında bu gün qrup mərhələsinin II turunun növbəti oyunları baş tutacaq.
Günün ilk qarşılaşması Münhen şəhərində Sloveniya və Serbiya seçmələri arasında baş tutacaq.
Sloveniyalılar C qrunun ilk matçında Danimarka ilə bərabərə qalıblar - 1:1. Serblər isə İngiltərəyə 0:1 hesabı ilə məğlub olublar.
Bu qrupun digər oyununda isə Danimarka və İngiltərə komandaları Frankfurtda münasibətlərinə aydınlıq gətirəcəklər.
Günün sonunda B qrupunda İspaniya - İtaliya qarşılaşması keçiriləcək. Oyun Helzenkirhen şəhərində reallaşacaq.
İlk turda İspaniya Xorvatiyaya 3:0, İtaliya isə Albaniyaya 2:1 hesabı ilə qalib gəlib.
AVRO-2024
20 iyun
II tur
C qrupu
17:00. Sloveniya - Serbiya
Baş hakim: İştvan Kovaç (Rumıniya).
Münhen, "Alyans Arena".
20:00. Danimarka - İngiltərə
Baş hakim: Artur Diaş (Portuqaliya).
Frankfurt, "Valdştadion".
B qrupu
23:00. İspaniya - İtaliya
Baş hakim: Slavko Vinçiç (Sloveniya).
Helzenkirhen, "Feltins Arena".
Bakıda "COP29-a aparan yol: Dayanıqlı və davamlı gələcək" adlı 29-cu ali səviyyəli toplantı keçirilir.
Toplantıda Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, ekologiya və təbii sərvətlər naziri, COP29-un müəyyən olunmuş prezidenti Muxtar Babayev, BMT Baş Assambleyasının 73-cü Sessiyasının sədri Mariya Fernanda Espinosa və digər xarici qonaqlar iştirak edir.
Qeyd edək ki, toplantı 19-20 iyun tarixlərində Bakıda, 21 iyunda isə Zəngilanda davam edəcək.
Türkiyə milliisinin futbolçusu Arda Gülər Avropa çempionatlarının tarixinə düşüb.
"Real"ın (Madrid) üzvü qitə turnirləri tarixində çıxdığı ilk oyunda qol vuran ən gənc oyunçu (19 yaş 114 gün) adını qazanıb.
O, bu uğura Gürcüstanla keçirilən matçda komandasının ikinci qolunu vurmaqla nail olub.
A.Gülər portuqaliyalı Kriştiano Ronaldunun AVRO-2004-dəki rekordunu (19 yaş 128 gün) yeniləyib.
Qeyd edək ki, AVRO-2024-ün F qrupunun matçında Türkiyə Gürcüstan yığmasına 3:1 hesabı ilə qalib gəlib.
AVRO-2024 çərçivəsində Almaniyada xidmət aparan britaniyalı polislər ingilis fanatların davranışlarından şoka düşüblər.
Onlar azarkeşlərin açıq şəkildə narkotikdən istifadə etdiyini və xuliqanlıqla məşğul olduğunu etiraf ediblər.
"Biz insanların açıq şəkildə kokaini qəbul etdiklərini görmüşük. Onlar alışdıqlarından qat-qat artıq pivə içirlər, özlərini tərbiyəsiz aparır və evdə etməyəcəklərini edirlər", - İngiltərə polisindən Stuart Dikerson deyib.
Onun sözlərinə görə, bir neçə saat içki içdikdən sonra səs-küylü izdiham tez bir zamanda zorakı kütləyə çevrilə bilər. Qırılan şüşə və ya kobud söz davaya səbəb ola bilər.
Futbol üzrə Azərbaycan millisinin yeni baş məşqçisi bəlli olub.
AFFA-nın rəsmi saytı xəbər verir ki, bu barədə qərar milli assosiasiyanın onlayn formatda keçirilən iclasında qəbul edilib.
Postuna tanınmış portuqaliyalı mütəxəssis Fernandu Santuşun namizədliyi irəli sürülüb.
Müzakirələr zamanı güclü, rəqabətədavamlı və uğurlu oyun nümayiş etdirən milli komandanın formalaşdırılmasının, eyni zamanda ölkəmizdə uşaq futbolunun inkişafının zəruriliyi qeyd olunub: "Bu xüsusda Fernandu Santuşun dünyanın tanınmış futbol mütəxəssislərindən biri kimi zəngin təcrübəsi, peşəkar fəaliyyəti dövründə qazandığı uğurlar, o cümlədən Portuqaliya yığması ilə Avropa çempionluğu nəzərə alınaraq Azərbaycan milli komandasının baş məşqçisi təyin olunması barədə qərar qəbul edilib.
Prosesin qısa müddətli deyil, müəyyən dövrü əhatə edəcəyi nəzərə alınaraq portuqaliyalı mütəxəssisin qarşısında rəqabətədavamlı komandanın formalaşdırılması və AVRO 2028-in seçmə mərhələsində uğurlu çıxış məqsədi qoyulub", - deyə yazıda vurğulanıb.
Minifutbol üzrə Azərbaycanın millisi Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçirilən Avropa çempionatında çıxışını davam etdirir.
Yığmamız bu gün 1/4 final oyununa çıxacaq.
Elşad Quliyevin yetirmələri yarımfinala vəsiqə uğrunda Qazaxıstanla qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 19:00-da start götürəcək.
Qeyd edək ki, qrupda Belçikanı 3:0, İtaliyanı 2:1, Fransanı 3:1 hesabı ilə məğlub edən yığmamız 1/8 finalda Bolqarıstanı üstələyib - 3:1.
Avropa çempionatı
1/4 final
19:00. Azərbaycan – Qazaxıstan
Sarayevo, Bosniya və Herseqovina