TFF Merih Demirelin cəzalandırılması xəbərini TƏKZİB ETDİ - YENİLƏNİB

Merih Dəmiral UEFA tərəfindən 2 oyunluq cəza verilməsinə dair yayılan xəbərlər həqiqəti əks etdirmir.

APA “NTV Spor”a istinadən xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyası məlumat yayıb.

Bildirilib ki, UEFA-nın Merih Dəmiralla bağlı araşdırması davam edir.

***

UEFA Avropa çempionatının 1/8 final mərhələsi çərçivəsində keçirilən Türkiyə - Avstriya matçında qol vurduqdan sonra “bozqurd” işarəsi göstərən Merih Demiralı cəzalandırıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Məlumata görə, qitənin ali futbol qurumu müdafiəçiyə iki oyunluq cəza verib. Bu da o deməkdir ki, Demiral 1/4 final mərhələsində Niderlanda qarşı oynaya bilməyəcək.

Qeyd edək ki, UEFA-nın sözügedən işarə ilə bağlı araşdırma başlatması Türkiyə tərəfindən etirazla qarşılanmışdı.

Onu da əlavə edək ki, Merih Demiral həmin qarşılaşmada dubl etmişdi.

Şərhçimizin sözləri Türkiyə efirində: Vallah, möhtəşəmdir - VİDEO

Ötən gün Avstriya ilə matçda Türkiyə yığmasının qapıçısı Mert Günokun oyunun son dəqiqələrində kritik qurtarışı ilə bağlı azərbaycanlı şərhçinin sözləri Türkiyə televiziyasında da danışılıb.

 Türkiyənin Ekol TV futbol kanalında oyunla bağlı müzakirələr zamanı İctimai televiziyanın şərhçisi Tural Dadaşovun həmin epizodu "İlahi müdaxilə" adlandırmasından söz açılıb.

"Ekol futbol"un aparıcısı Onur Yıldız T.Dadaşovun ünvanına təriflər yağdırıb:

"Azərbaycanlı həmkarımızın şərhini indi mənə dinlətdilər. Sizlərə də tövsiyə edirəm. Bilirsiniz nə deyib? "İlahi müdaxilə". Möhtəşəmdir".

Daha sonra T.Dadaşovun həmin şərhi 2 dəfə ardıcıl efirə verilib. 

O.Yıldız "Vallah, halal olsun" sözlərini söləyib. Studiyadakılar azərbaycanlı şərhçini alqışlayıblar.

Qeyd edək ki, AÇ-2024-ün 1/8 finalı çərçivəsində baş tutan Avstriya-Türkiyə matçında qapıçı M.Günok 90+4-cü dəqiqədə rəqibin hesabı bərabərləşdirməsinə fürsət yaratmayıb. Qapıçı bununla da komandasının 1/4 finala çıxmasında böyük rol oynayıb.

Onun bu müdaxiləsi oyunun taleyini həll edib. Türkiyə yığması oyundan 2:1 qalib ayrılıb.

Merihin "Boz qurd" mesajı - Etiraz imiş

Bu təkcə qələbə sevinci deyildi, həm də Avstriyaya bir etiraz mesajı idi. Sən demə, Avstriyada "Boz qurd" mesajı qadağan imiş.

Avro-2024-ün son turunda Türkiyə-Avstriya matçında vurduğu qollarla Avstriyanı darmadağın edən Merih Dəmiralın "Boz qurd" sevinci gündəm oldu .

Məlum olub ki, Dəmiralın qol bayramı Avstriya hökumətinin 6 il əvvəl qəbul etdiyi qərara etiraz mesajı olub.

Belə ki, 2019-cu ildə Avstriyada "ekstremizmə və siyasi İslama qarşı mübarizə" adı altında müxtəlif qrupların işarə və simvollarının, o cümlədən "Boz qurd" simvolunun istifadəsini qadağan edən qanun qəbul edilib.

Merih Dəmiral oyundan sonra TRT-yə müsahibəsində ilk olaraq “Ne mutlu Türküm diyene!" deməsi izləyicilərin diqqətini cəlb edib.

O əlavə edib ki, türk olduğu üçün çox xoşbəxt və qürurludur: "Bunu burada bir daha hiss etdim".

Merih bununla Avstriyanın nə qərar qəbul etməsinin onlar üçün heç bir əhəmiyyət daşımadığını nümayiş etdirib.

Qeyd edək ki, Ankara zamanında Avstriyanın bu qərarına sərt reaksiya vermişdi.

AVRO-2024: Türkiyə ¼ finalda - VİDEO

Futbol üzrə Avropa çempionatının 1/8 final mərhələsi çərçivəsində Avstriya və Türkiyə milli komandaları üz-üzə gəlib.

Gərgin şəraitdə keçən qarşılaşmada “ay ulduzlular” rəqiblərindən üstün olublar – 1:2.

Qarşılaşmada hesab ilk dəqiqədə açılıb. Künc zərbəsindən sonra yaranan qarışıqlıqdan Merih Demirel istifadə edərək hesabı açıb.

Oyunun 59-cu dəqiqəsində isə Arda Gülərin künc zərbəsindən yerinə yetirdiyi ötürmədən sonra Merih Demirel özünün və komandasının ikinci qoluna imza atıb.

Avstriya millisinin təsəlli qolunu oyunun 66-cı dəqiqəsində Mixael Qreqoriç vurub.

Bununla da Türkiyə milli komandası Avropa çempionatının ¼ final mərhələsinə yüksəlib.

AVRO-2024: Bu gün son iki 1/4 finalçının adına aydınlıq gələcək

Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatında bu gün 1/8 final oyunlarına yekun vurulacaq.

Baş tutacaq iki qarşılaşmadan sonra 1/4 final mərhələsinin bütün iştirakçılarının adına aydınlıq gələcək.

Günün ilk matçında E qrupunu lider tamamlayan Rumıniya ilə D qrupunun üçüncüsü Niderland millisi qarşılaşacaq. Görüş Münhendəki "Alyans Arena"da keçiriləcək.

Digər qarşılaşmada isə D qrupunu ilk sırada başa vuran Avstriya və F qrupunda ikinci pilləni tutan Türkiyə yığmaları münasibətlərinə aydınlıq gətirəcəklər. Oyun Leyptsiq şəhərindəki "Red Bull Arena"da reallaşacaq.

AVRO-2024

1/8 final

2 iyul

20:00. Rumıniya - Niderland

Baş hakim: Feliks Şvayer (Almaniya).

Münhen, "Alyans Arena".

23:00. Avstriya - Türkiyə

Baş hakim: Artur Diaş (Portuqaliya).

Leyptsiq, "Red Bull Arena".
AVRO-2024: Portuqaliya penaltilər seriyasında qalib gəldi

Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatının Portuqaliya və Sloveniya yığmaları arasında 1/8 final görüşü başa çatıb.

Qarşılaşmanın əsas və əlavə vaxtı heç-heçə yekunlaşıb - 0:0.

“Frankfurt Arena” gerçəkləşən qarşılaşmada qalib penaltilər seriyasında bəlli olub.

Burada daha dəqiq oynayan (3:0) portuqaliyalılar 1/4 finala yüksələrək Fransaya rəqib olublar.
AVRO-2024: Bu gün növbəti 1/4 finalçılar müəyyənləşəcək

Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatında bu gün növbəti 1/4 finalçılar müəyyənləşəcək.

Günün ilk qarşılaşması Düsseldorfdakı "Esprit Arena"da Fransa və Belçika milliləri arasında keçiriləcək.

Fransa D, Belçika isə E qrupunun ikincisi kimi 1/8 finalda mübarizə aparmaq hüququ qazanıb.

Bakı vaxtı ilə saat 23:00-da isə “Frankfurt Arena”da Portuqaliya və Sloveniya yığmaları münasibətlərə aydınlıq gətirəcəklər. Portuqaliya F qrupunun lideri kimi 1/8 finala vəsiqə qazanıb. Sloveniya isə C qrupundan ən yaxşı üçüncü kimi növbəti mərhələyə yüksəlib.

AVRO-2024

1/8 final

1 iyul

20:00. Fransa - Belçika

Baş hakim: Qlenn Nyuberq (İsveç).

Düsseldorf, "Esprit Arena".

23:00. Portuqaliya - Sloveniya

Baş hakim: Daniel Orsato (İtaliya).

“Frankfurt Arena”.

AVRO-2024: Türkiyə növbəti mərhələdə, Çexiya turnirlə vidalaşdı

Futbol üzrə Avropa çempionatının qrup mərhələsinin III turunda Çexiya və Türkiyə milli komandaları arasındakı oyun başa çatıb.

F qrupu çərçivəsindəki görüş 1:2 hesabı ilə türkiyəlilərin xeyrinə nəticələnib.

Bununla da, ay-ulduzlu komanda xalını 6-a çatdıraraq qrup ikincisi kimi növbəti mərhələyə adlayıb.

Çexlər isə cəmi 1 xalla turnirlə vidalaşıblar.

***

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının qrup mərhələsinin III turu çərçivəsində F qrupunda Çexiya - Türkiyə və Gürcüstan - Portuqaliya matçına start verilib.

"Report" xəbər verir ki, oyunlar müvafiq olaraq Hamburqdakı “Folksparkştadion"da və Helzenkirhendəki "Feltins Arena"da keçirilir.

Çexiya - Türkiyə matçını rumıniyalı İştvan Kovaç, Gürcüstan - Portuqaliya qarşılaşmasını isə isveçrəli Sandro Şörer idarə edir.

Hər iki qarşılşama 23:00-da başlayıb.

avropa-cempionatinda-qorxulu-anlar

Ötən gün AVRO-2024-ün A qrupunun son oyununda təhlükəli anlar yaşanıb.  

Macarıstanın heyətindən Varqa Barbanas 70-ci dəqiqədə şotlandiyalı qapıçı Qunn ilə toqquşub. 

Zərbədən huşunu itirən Varqaya bir müddət meydançada ilkin müdaxilə edilib. Komanda yoldaşları və rəsmilər futbolçunun görüntülənməməsi üçün ətrafına düzülüblər.

Bundan sonra o, təcili yardım maşını ilə xəstəxanaya göndərilib.

Daha sona Varqanın huşunun yerinə gəldiyi barədə açıqlama verilib.

Qeyd edək ki, Macarıstan Şotlandiyanı 1:0 hesabı ilə məğlub edərək qrup üçüncüsü olub. 

AVRO-2024: Bu gün B qrupunun oyunlarına yekun vurulacaq

Almaniyada təşkil olunan Avropa çempionatının qrup mərhələsində III turun növbəti görüşləri keçiriləcək.

Bu gün B qrupunda mübarizəyə yekun vuruluacaq.

Düsseldorfda Albaniya 1/8 finalı özü üçün təmin edən İspaniya ilə qarşılaşacaq. Ötən tur Xorvatiya ilə heç-heçə edən albaniyalılar sürprizə ümid edir.

Gecənin digər oyunu isə Leyptsiq şəhərində gerçəkləşəcək. Ötən tur İspaniyaya məğlub olan İtaliya Xorvatiyanın müqavimətini qırmağa çalışacaq. Qələbə Luçano Spalettinin komandasını növbəti tura daşıyacaq.

Hər iki matç Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

 

 

24 iyul

AVRO-2024

B qrupu, III tur

23:00. Albaniya - İspaniya

Baş hakim: Qlenn Nyuberq (İsveç).

Düsseldorf, "Esprit Arena".

23:00. Xorvatiya - İtaliya

Baş hakim: Denni Makkeli (Niderland).

Leyptsiq, "Red Bull Arena".

Xəbər lenti