Bakıda Universal Döyüş idman növü üzrə “Peşəkarlar Arasında Reytinq Yarışları” keçirildi

Məlum olduğu kimi, bu gün əlbəyaxa döyüş növləri bütün dünyada getdikcə populyarlığını artıran idman nölərindəndir. Təbii ki, Azərbaycanda da bu idman növünə böyük maraq vardır. Qeyd etmək lazımdır ki, Azərbaycan Universal Döyüş Federasiyasının məqsədyönlü və səmərəli fəaliyyəti ölkəmizdə əlbəyaxa döyüş növlərinə marağın artmasını daha da stimullaşdırır. Belə ki, SSRİ İdman ustası, Əməkdar Məşqçi, Azərbaycan Respublikası Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi Azər Həsənovun rəhbərlik etdiyi bu federasiyanın idmançıları mütəmadi olaraq istər Azərbaycanda, istərsə də xarici ölkələrdə keçirilən mötəbər yarış və turnirlərdə əldə etdikləri qələbələrlə bütün Azərbaycan gəncliyi üçün əsl örnək olurlar.

Digər tərəfdən isə, Azərbaycan Universal Döyüş Federasiyası belə maraqlı yarış və turnirləri mütəmadi olaraq ölkəmizdə də keçirməklə əlbəyaxa döyüş növlərinin ən yüksək səviyyədə təbliğini də həyata keçirir. Belə möhtəşəm turnirlərdən biri də paytaxt Bakıda 17 iyul tarixində təşkil olunub. Azərbaycan Universal Döyüş Federasiyası, Azərbaycan Peşəkar Universal Döyüş Liqası və “Qartal” Peşəkar İdman Klubunun birgə layihəsi olan bu turnir Peşəkarlar Arasında Reytinq Yarışları xarakteri daşıyıb.

AİA.Az xəbər verir ki, 7 çəki dərəcəsi üzrə keçirilən yarışda 55 kq çəki dərəcəsində Babək Qəmbədov (“Qartal” PİK), 57 kq çəkidə Zəfər Abdulrəhmanov (Xaçmaz, “Əhməd Fight Club”), 60 kq çəkidə Məhəmmədəli Nuruşov (“Qartal” PİK Suraxanı filialı), 65 kq çəkidə Miradəm İbrahimov (Biləsuvar, “Zəfər” idman klubu), 70 kq çəkidə Məhəmməd Məhərrəmov (“Qartal” PİK Golden Ring filialı) bütün rəqiblərinə üstün gələrək qalib olmuşlar. Həmçinin xanım idmançılar arasında 42 kq çəki dərəcəsində Nərmin Orucova (“Golden Ring” Fight Club) yarışın qalibi olmuşdur. Turnirin qalibləri həmçinin növbəti beynəlxalq yarışlarda iştirak etmək hüququ verən lisenziya əldə etmişlər.

Qeyd edək ki, Azərbaycan Universal Döyüş Federasiyasının prezidenti Azər Həsənovun rəhbərliyi və “Qartal” Peşəkar İdman Klubunun prezidenti Yaqub İbrahimovun təşkilatçılığı ilə keçirilən bu yarış “Kəhriz” sularının baş sponsorluğu və “Berg” enerji içkilərinin, “Academy Qalib Hazırlıq Kursları”nın, “Qartal” mühafizə xidmətinin, “Qartal” media-reklam şirkətinin, “Oksigen” klinikasının sponsorluqlari ilə baş tutub.

Universal Döyüş Federasiyasından aldığımız məlumata görə federasiyanın Peşəkar Universal Döyüş Liqası və “Qartal” Peşəkar İdman Klubu ilə müştərək layihələri davam edəcək və növbəti belə bir tədbirin artıq iyul ayının 31-də keçiriləcəyi nəzərdə tutulub..

Bakıda Universal Döyüş idman növü üzrə “Peşəkarlar Arasında Reytinq Yarışları” keçirildi - FOTOLARBakıda Universal Döyüş idman növü üzrə “Peşəkarlar Arasında Reytinq Yarışları” keçirildi - FOTOLARBakıda Universal Döyüş idman növü üzrə “Peşəkarlar Arasında Reytinq Yarışları” keçirildi - FOTOLARBakıda Universal Döyüş idman növü üzrə “Peşəkarlar Arasında Reytinq Yarışları” keçirildi - FOTOLARBakıda Universal Döyüş idman növü üzrə “Peşəkarlar Arasında Reytinq Yarışları” keçirildi - FOTOLARBakıda Universal Döyüş idman növü üzrə “Peşəkarlar Arasında Reytinq Yarışları” keçirildi - FOTOLARBakıda Universal Döyüş idman növü üzrə “Peşəkarlar Arasında Reytinq Yarışları” keçirildi - FOTOLARBakıda Universal Döyüş idman növü üzrə “Peşəkarlar Arasında Reytinq Yarışları” keçirildi - FOTOLAR

"Qarabağ" bu gün UEFA Çempionlar Liqasında növbəti oyununu keçirəcək.

Qurban Qurbanovun baş məşqçi olduğu komanda II təsnifat mərhələsinin ilk görüşündə Bakıda İsveçrə "Sürix"i ilə üz-üzə gələcək.

Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq qarşılaşma saat 20:00-da başlayacaq. Qarşılaşmanı Irfan Peltonun başçılıq etdiyi Bosniya və Herseqovinadan olan hakimlər briqadası idarə edəcək.

"Köhlən atlar"ın heyətində zədəli olan Qara Qarayev oyunu buraxacaq. Qonaqlarda isə itki yoxdur.

"Qarabağ" I təsnifat mərhələsində Polşa "Lex"ini iki oyunun nəticəsinə əsasən mübarizədən kənarlaşdırıb - 0:1;5:1. "Şürix" isə avrokuboklarda mübarizəyə bu mərhələdən başlayacaq.

19 iyul

UEFA Çempionlar Liqası

II təsnifat mərhələsi

İlk oyun

20:00. "Qarabağ" (Azərbaycan) - "Sürix" (İsveçrə)

Baş hakim: Irfan Pelto (Bosniya və Herseqovina)

Tofiq Bəhramov adına Respublika stadionu.

Cavab oyunu iyulun 27-də keçiriləcək. "Sürix"i üstələyəcəyi təqdirdə, "Qarabağ" Çempionlar Liqasının III təsnifat mərhələsində "Ferentsvaroş" (Macarıstan) / "Slovan" (Bratislava, Slovakiya) cütünün qalibi ilə üz-üzə gələcək. Əks halda, Azərbaycan təmsilçisi Avropa Liqasının eyni raundunda "Linfild" (Şimali İrlandiya) - "Budyo Qlimt" (Norveç) cütünün məğlub komandası ilə görüşəcək.

"Qarabağ"ın UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində Bakıda İsveçrə "Sürix"i ilə keçirəcəyi ilk oyununa indiyədək satılmış biletlərin sayı bəlli olub.

"Köhlən atlar"ın Mətbuat Xidmətindən verilən məlumata görə, qarşılaşma üçün 23 min bilet satılıb.

Qeyd edək ki, iyulun 19-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşma saat 20:00-da başlayacaq. Cavab matçı iyulun 27-də olacaq.

Türkiyənin Bolu şəhərində təlim-məşq toplanışında olan "Neftçi" bu gün növbəti yoxlama oyununu keçirəcək.

Laurentsiu Regekampfın baş məşqçi olduğu komanda Türkiyə Super Liqasında çıxış edən “Sivasspor”la üz-üzə gələcək.

“The Sign Esentepe Hotel & Ski Center”in stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 12:30-da başlanacaq.

Qeyd edək ki, "Neftçi" Boludakı ilk yoxlama matçında "Sakaryaspor"la 1:1 hesablı heç-heçə edib. "Ağ-qaralar" hazırlıq prosesində daha bir matç keçirməyi planlaşdırır.

"Qarabağ” UEFA Çempionlar Liqasında mübarizəyə başlayıb.

"Köhlən atlar" I təsnifat mərhələsinin ilk oyununda Polşa "Lex"inin qonağı olub. Poznan şəhərindəki eyniadlı stadionda oynanılan qarşılaşma meydan təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, komandalar arasında cavab matçı iyulun 12-də Bakıda olacaq. Bu cütün qalibi II təsnifat mərhələsində İsveçrə "Sürix"i ilə qarşılaşacaq. Məğlub komanda isə UEFA Konfrans Liqasının II təsnifat mərhələsində "Slovan" (Slovakiya) – "Dinamo" (Batumi, Gürcüstan) cütünün güclüsü ilə üz-üzə gələcək.

"Qarabağ" bu gün UEFA Çempionlar Liqasında mübarizəyə başlayacaq.

"köhlən atlar" I təsnifat mərhələsinin ilk oyununda Polşa "Lex"inin qonağı olacaq. Poznan şəhərindəki eyniadlı stadionda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. Görüşü ispaniyalı FIFA referisi Xose Luis Munuera idarə edəcək.

Oyun öncəsi Ağdam təmsilçisinin heyətində itki yoxdur. Meydan sahiblərindən isə 2 futbolçu oyunu buraxacaq. Polşalı müdafiəçi Bartoş Salamon zədə səbəbindən, ispaniyalı yarımmüdafiəçi Dani Ramires isə Poznan təmsilçisindən ayrılmaq istədiyi üçün meydana çıxmayacaqlar.

UEFA Çempionlar Liqası

I təsnifat mərhələsi, ilk oyun

5 iyul

22:00. "Lex" (Polşa) - "Qarabağ" (Azərbaycan)

Baş hakim: Xose Luis Munuera

Poznan, "Poznan" stadionu.

Qeyd edək ki, komandalar arasında cavab matçı iyulun 12-də Bakıda olacaq. Bu cütün qalibi II təsnifat mərhələsində İsveçrə "Sürix"i ilə qarşılaşacaq. Məğlub komanda isə UEFA Konfrans Liqasının II təsnifat mərhələsində "Slovan" (Slovakiya) – "Dinamo" (Batumi, Gürcüstan) cütünün güclüsü ilə üz-üzə gələcək.

"Qarabağ"ın UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində Polşada "Lex" ilə keçirəcəyi ilk oyununa indiyədək satılmış biletlərin sayı bəlli olub.

Poznan təmsilçisinin rəsmi tviter hesabı xəbər verir ki, qarşılaşma üçün 22 mindən çox bilet satılıb.

Polşa çempionu kassada 21 minə yaxın biletin qaldığını açıqlayıb. "Poznan" stadionu 43 min azarkeş tutumuna malikdir.

Qeyd edək ki, iyulun 5-də oynanılacaq "Lex" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. Cavab görüşü bir həftə sonra Bakıda gerçəkləşəcək.

Rumıniyanın paytaxtı Buxarestdə keçirilən U-17 Avropa çempionatına yekun vurulub.

Oxu.az xəbər verir ki, sərbəst güləş üzrə milli komandamız qitə birinciliyində tarixi uğura imza atıb.

Böyük məşqçi Əsgərxan Novruzov, məşqçilər Vahid Məmmədovla Yaşar Əliyevin rəhbərliyi altında Buxarestə yollanan 10 idmançıdan 9-u fəxri kürsüyə qalxıb.

6 qızıl, 1 gümüş və 2 bürünc medalla Avropa çempionatında aşkar dominantlıq edən yığmamız 210 xal toplayaraq komanda hesabında Avropa çempionu olub.

Azərbaycan 2-ci pillədə qərarlaşan Türkiyəni 74 xal qabaqlayıb. Gürcüstan isə 118 xalla 3-cü yeri tutub.

Belə ki, yığmamız birdən-birə 2 rekordunu yeniləyib. “Sərbəstlər” U-17 Avropa çempionatları tarixində medalların əyarına və komanda hesabında toplanan xallara görə ən yaxşı nəticəsinə imza atıb.

Xatırladaq ki, cari qitə birinciliyində Sadiq Hüseynov (45 kq), Vasif Bağırov (48 kq), Elman Ağayev (51 kq), Camal Abbasov (55 kq), İlyas İsayev (65 kq) və Yusif Dursunov (110 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Ağa Qasımov (60 kq) ikinci, Ağanəzər Novruzovla (71 kq) Şəmistan Axundov (80 kq) isə üçüncü yeri tutub.

Hazırda "Paris Saint-Germain"də Lionel Messi ilə oynayan Leandro Paredes, 2021-ci ildə "Barselona"ya 4-1 hesabı ilə qalib gəldikləri oyunda onunla argentinalı ulduz arasında baş verən təəccüblü insidentdən danışıb.

Paredes hadisənin baş vermə səbəbini açıqlayıb:

"Matçda komanda yoldaşım Caja Negraya bir söz dedim. Messi bunu eşitdi. O, həqiqətən əsəbiləşdi və məni məhv etmək istədi. Çox pis oldu. Məni öldürmək istədi. Mən o anda sadəcə evə getmək istədim".

"İndi söz düşəndə bu haqda danışıb gülürük. Aramızda heç bir problem qalmayıb", - Paredes deyib.(publika.az)

Azərbaycanın minifutbol üzrə milli komandasının Avropa Çempionatındakı qələbəsi ölkədə böyük səs-küy yaratdı.

 “Qafqazinfo” xəbər verir ki, bunun müxtəlif səbəbləri var idi. Əsas səbəb heyətin tamamilə azərbaycanlılardan təşkil olunması idi. Sosial şəbəkə istifadəçiləri də bunu xüsusi qeyd edirdi. Digər məsələ isə yığmamızda çıxış edənlərin əksəriyyətinin həvəskar futbolçu olmasıdır. Onların bəziləri hətta başqa sahələrdə çalışırlar, yalnız həvəskar meydançalarda top qovurlar.

Komandamızın üzvlərindən olan Rəvan Kərimov müəllim işləyir. O, Bakı şəhəri, 101 saylı orta məktəbdə fiziki tərbiyə müəllimi kimi çalışır.

316232

Mirmehdi Rzayev isə Sumqayıtda yaşayır və elə orada işləyir. O, “klyonka” sexində çalışır. Lakin futbola olan marağı onu yaşıl meydançalardan uzaq qoymur.

316233

Asif Zeynalov həm çimərlik futbolunda, həm həvəskar futbolda oynayır. O, həmçinin Fövqəladə Hallar Nazirliyində Xüsusi Xilasetmə Briqadasında çalışır. 

316234

Vüsal İsayev isə həm futbol, həm də futzal idman növü ilə məşğuldur. O, futzal üzrə yüksək liqada da çıxış edib.

316235

Təmraz Əmircanov peşəkar futbolçu olsa da, karyerasını bitirmək məcburiyyətində qalıb. Türkiyədə legioner həyatı yaşamış Əmircanov hazırda yalnız həvəskar futbol oynamaqla məşğuldur.

316236

Taleh Babayev də ömrünü futbola həsr edib. Həvəskar futbolda pul qazanan Babayev “La Masia” uşaq məktəbində ikinci məşqçi kimi də fəaliyyət göstərir.

316237

Millimizin digər üzvü Tanrıverdi Məhərrəmli də yalnız futbol oynamaqla məşğuldur. O, həvəskar meydanlarda tanınan oyunçulardan biridir.

316238

Komandanın digər üzvləri Bəxtiyar Soltanov, Davud Kərimi, Tural Nərimanov ölkə çempionatlarında, Premyer Liqada kifayət qədər klubların heyətində çıxış ediblər və tanınırlar. Vitali Borisov isə Azərbaycan futzal millisinin üzvü olub və uzun illər komandamızın şərəfini qoruyub

316239

Xəbər lenti