![]() |
|
Dopinq-test üçün verdiyi sidik analizini dəyişdirməkdə şübhəli bilinən azərbaycanlı ağırlıqqaldıran Nicat Rəhimov sərt cəzalandırılıb.
"Report" xəbər verir ki, 29 yaşlı idmançı 8 il müddətinə diskvalifikasiya olunub. O, həmçinin olimpiya medalından məhrum edilib.
Beynəlxalq Dopinq Test-Agentliyi (ITA) 2021-ci ilin yanvarında Rəhimova qarşı antidopinq qaydalarının pozuntusu ilə bağlı ittiham irəli sürüb və idmançını yarışdan kənarlaşdırıb.
Qərardan narazı qalan ağırlıqqaldıran CAS-a müraciət edib. O, araşdırma müddətində yarışlardan müvəqqəti uzaqlaşdırılmışdı.
Təcrübəli idmançı 2014-cü ildə Azərbaycan yığmasını tərk edərək, Qazaxıstan vətəndaşlığına keçib. O, növbəti il dünya çempionu, 2016-cı ildə isə Rio-de-Janeyro Yay Olimpiya Oyunlarının qalibi olub.
Qeyd edək ki, Nicat Rəhimov Azərbaycan millisində ikən 2013-cü ildə orqanizmində steroidlər tapıldığı üçün 2 il müddətinə diskvalifikasiyaya məruz qalıb.
"Son vaxtlar Güləş Federasiyasında gedən proseslər narahatlıq doğururdu və durğunluq hiss olunurdu. Güləş Federasiyasında idarəetmə mexanizmi zəifləmişdi, faktiki olaraq özbaşınalıq hökm sürürdü".
"Yol-xeber.az" xəbər verir ki, bunu Prezident İlham Əliyev martın 17-də 23 yaşadək idmançıların Bolqarıstanda keçirilmiş güləş üzrə 7-ci Avropa çempionatının iştirakçılarını qəbul edərkən deyib.
"Əlbəttə ki, bu, nəticələrə də mənfi təsir göstərmişdir və bu, təbiidir. Ona görə Güləş Federasiyasının rəhbərliyinin dəyişdirilməsi zəruri idi, bu, baş verdi. Əminəm ki, federasiya indi həm buraxılmış bütün nöqsanları aradan qaldıracaq, vəziyyəti təhlil edəcək, - mənə məlumat verilib ki, artıq bu işlərə start verilib, - əlbəttə ki, idmançılara - həm gənclər, həm də böyüklər arasında çıxış edən idmançılara lazımi şərait yaradacaqdır. Mən Milli Olimpiya Komitəsinin prezidenti vəzifəsinə seçiləndən qarşıya məhz bu vəzifəni qoydum ki, biz idmançılara şərait yaratmalıyıq, onlardan isə nəticə gözləməliyik. Bax, bu iki əsas amil bizim böyük uğurlarımızın əsasını təşkil edirdi. Ona görə əminəm ki, Güləş Federasiyası Gənclər və İdman Nazirliyi ilə, məşqçilərlə birlikdə düzgün addımların atılmasına nail olacaq və bugünkü qələbəni mən görülən bu işlərin ilk təzahürlərindən biri kimi qəbul edirəm", - dövlət başçısı bildirib.
Bolqarıstanın Plovdiv şəhərində 23 yaşadək güləşçilərin Avropa çempionatına yekun vurulub.
"Qafqazinfo" xəbər verir ki, sərbəst güləşçilərimiz qitə birinciliyində tarixi uğura imza atıblar.
Belə ki, yarışa məşqçilər Arif Abdullayev, Cəbrayıl Həsənov və Rövşən Hacıyevin rəhbərliyi altında yollanan yığmamız 7 medal qazanıb.
Zirəddin Bayramov (65 kq), Cəbrayıl Hacıyev (74 kq), Abubakr Abakarov (86 kq) və İslam İlyasov (97 kq) bütün rəqiblərinə qalib gələrək Avropa çempionu olublar. Tofiq Əliyev (57 kq), Əşrəf Aşırov (79 kq) və Aydın Əhmədov (125 kq) isə bürünc medal qazanıblar.
Beləliklə, 10 çəkidən 9-da təmsil olunan millimiz 4 qızıl və 3 bürünc medal əldə edib. Yekunda 159 xal toplayan yığmamız komanda hesabında Avropa çempionu olub. Türkiyə (151) ikinci, Gürcüstan (149) isə üçüncü yeri tutub.
Qeyd edək ki, həm medalların əyarına, həm də komanda hesabına görə bu nəticə sərbəst güləş millimizin U-23 Avropa çempionatları tarixində ən yaxşı göstəricisidir.
Beynəlxalq Futbol Federasiyası Assosiasiyası (FİFA) Rusiya Futbol İttifaqının komandalarının iştirak etdiyi beynəlxalq oyunlarda bu ölkənin bayrağı və dövlət himninin istifadəsini qadağan edib.
"İndi Rusiyanın futbol komandası oyunlarda neytral statusda iştirak edə biləcək.
Federasiya həmçinin Rusiyada milli komandaların futbol oyunlarına qadağa qoyub və Rusiya millisi ev oyunlarını neytral meydanda və tamaşaçısız keçirəcək. FİFA Rusiya komandasının yarışlarda iştirakının mümkün dayandırılması da daxil olmaqla əlavə sanksiyaların müəyyən edilməsi üçün BOK və UEFA ilə dialoqu davam etdirəcəyini bildirib.
Konfrans Liqasının 1/16 final mərhələsində keçirilən “Qarabağ” - “Marsel” (0:3) oyunundan sonra qonaqların baş məşqçisi Xorxe Sampaoli mətbuat konfransında iştirak edib.
“Qafqazinfo” xəbər verir ki, o, qarşılaşma haqqında fikirlərini bildirib:
“Bizim üçün çətin oyun oldu. Evdədə rəqib bizə çətin anlar yaşatmışdı. Məncə, bu dəfə daha asan qələbə qazandıq”.
Sampaoli Qurban Qurbanovun jesti barədə danışıb:
“Bilmirəm ki, necə şərh edib. Həyatımda belə şey görməmişdim. Belə səviyyəli yarışda istər futbolçunun, istər məşqçinin fantastik hərəkət etməsi çox möhtəşəm hadisədir. Qurbanovu təbrik etmək istəməzdim, onun yerində olmaq istərdim.
Əgər mənim də başıma gəlsəydi, hakimin qərarı ilə razılaşmazdım, qolun qeydə alınmasını istəyərdim. Bunu səmimi etiraf edirəm. Mənim üçün təcrübə oldu”.
Sampaoli matçdan öncə “Marsel” klubunun İnstaqram hesabında fransız klubunun futbolçusunun at üzərində olan fotosunun paylaşılması barədə danışıb:
“Evimizə atla yox, təyyarə ilə qayıdacağıq. “Qarabağ”ın oyunlarını izləmişəm. Bizimlə qarşılaşmalarda üstün futbol oynadılar. Hörmətə layiq olan komandadır”.
"Qarabağ" və Fransanın "Marsel" komandaları arasında keçiriləcək UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyunu üçün indiyədək satılmış biletlərin sayı açıqlanıb.
"Köhlən atlar"ın Mətbuat Xidmətindən verilən məlumata görə, qarşılaşma üçün 12 500-dən çox bilet alınıb.
Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matçda koronavirus pandemiyası ilə əlaqədar stadion tutumunun 50 faizi qədər azarkeş tribunalara buraxılacaq. Bu səbəbdən 15 500 bilet satışa çıxarılıb.
Qeyd edək ki, fevralın 24-də Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq qarşılaşma saat 21:45-də başlayacaq. Fransadakı ilk oyunda "Qarabağ" 1:3 hesabı ilə uduzub.
"Qarabağ" və Fransanın "Marsel" komandaları arasında keçiriləcək UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyunu üçün indiyədək satılmış biletlərin sayı açıqlanıb.
"Köhlən atlar"ın Mətbuat Xidmətindən verilən məlumata görə, qarşılaşma üçün 8 mindən çox bilet alınıb.
Bilet satışı saat 11:00-dan sonra bərpa edilib.
Qeyd edək ki, fevralın 24-də Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq qarşılaşma saat 21:45-də başlayacaq. Fransadakı ilk oyunda "Qarabağ" 1:3 hesabı ilə uduzub.
UEFA Konfrans Liqası çərçivəsində keçirilən "Marsel"-"Qarabağ" matçında ermənilər daha bir təxribat törədiblər.
Trend xəbər verir ki, xəbər verir ki, stadiondakı bir qrup erməni azarkeş tərəfindən qarşılaşmanın gedişində təxribat xarakterli plakat açılıb. Bu plakat stadionun təhlükəsizlik qüvvələrinin müdaxiləsindən sonra yığışdırılıb.
Bundan əvvəl isə stadionda olan həmin qrup azarkeşlər tərəfindən Ermənistan bayraqları açılıb və müxtəlif şüarlar səsləndirilib.
Qeyd edək ki, dünən "Qarabağ" UEFA Konfrans Liqasının pley-off mərhələsində ilk oyununu keçirib. Ağdam klubu tarixi matçda Fransa "Marsel"inin qonağı olub. "Velodrom" stadionunda oynanılan qarşılaşma meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.
Azərbaycanın avrokuboklardan yeganə təmsilçisi “Qarabağ” bu gün Avropa Konfrans Liqasının pley-off mərhələsi çərçivəsində ilk oyununa çıxacaq.
Qurban Quranovun komandası Fransada “Marsel”lə üz-üzə gələcək.
“Velodrom” stadionunda keçiriləcək oyunu Monteneqrodan olan hakimlər briqadası idarə edəcək.
Ağdam təmsilçisi tarixində ilk dəfə avrokuboklarda pley-off mərhələsinə yüksəlib. Bu, həm də, Azərbaycan futbolu tarixində ilkdir. “Qarabağ” çətin səfər matçından sərfəli nəticə ilə qayıtmağa çalışacaq. Baxmayaraq ki, rəqib Fransanın köklü klublarından biridir və Liqa 1-də PSJ-dən sonra 2-ci pillədə qərarlaşıb.
Avropa Konfrans Liqası
Pley-offun ilk oyunu
17 fevral
00:00. Marsel – Qarabağ
Baş hakim: Nikola Dabanoviç (Monteneqro).
Fransa, “Velodrom” stadionu.
UEFA futzal üzrə Avropa çempionatının Rusiya - Ukrayna yarımfinal matçında baş verənlərlə bağlı intizam işi açıb.
Rusiya Futbol İttifaqının müraciəti əsasında şikayət araşdırılır. Məlumata görə, fevralın 4-də keçirilən və rusların 3:2 hesablı qələbəsi ilə yekunlaşan matçda bir qrup ukraynalı azarkeş Rusiya Prezidenti Vladimir Putin və rus xalqının ünvanına nalayiq ifadələr səsləndirib.
UEFA məsələ ilə əlaqədar etika məsələləri üzrə inspektor təyin edib. Bildirilib ki, matçın gedişatı zamanı baş verən bir neçə epizod araşdırılacaq.