Bu gün UEFA Çempionlar Liqasında I təsnifat mərhələsinin püşkü atılacaq.
 Bakı vaxtı ilə saat 14:00-da başlayacaq püşkatmada Azərbaycan çempionu "Qarabağ"ın da rəqibi bəlli olacaq.
Komandalar püşkdən əvvəl qruplara bölünüb.
Səpələnmişlər səbətində yer alan "köhlən atlar" Bosniya və Herseqovinanın "Zrinski", Polşanın "Lex", Maltanın "Hibernians", Şimali Makedoniyanın "Şkupi" və Gürcüstanın "Dinamo" (Batumi) komandalarından birinə rəqib olacaq.
1-ci qrupSəpələnmişlər"Lüdoqorets" (Bolqarıstan)ÇFR (Rumıniya)"Ferentsvaroş" (Macarıstan)"Maribor" (Sloveniya)"Düdelanj" (Lüksemburq)
Səpələnməmişlər"Sutyeska" (Monteneqro)"Şaxtyor" (Soliqorsk, Belarus)"Tobol" (Qazaxıstan)"Pünik" (Ermənistan)"Tirana" (Albaniya)
2-ci qrupSəpələnmişlər"Malmö” (İsveç)"Budye Qlimt" (Norveç)HIK (FinlandiyaTNS (Uels)"Jalgiris" (Litva)
Səpələnməmişlər“Linfild” (Şimali İrlandiya)"Klasksvik" (Farer adaları)İlkin mərhələnin qalibiRFŞ (Latviya)"Balikani" (Kosovo)
3-cü qrupSəpələnmişlər"Qarabağ" (Azərbaycan)"Şerif" (Moldova)"Slovan" (Bratislava, Slovakiya)“Linkoln” (Cəbəllütariq)"Şemrok Rovers" (İrlandiya)
Səpələnməmişlər"Zrinski" (Bosniya və Herseqovina)"Lex" (Polşa)"Hibernians" (Malta)"Şkupi" (Şimali Makedoniya)"Dinamo" (Batumi, Gürcüstan).Bu gün UEFA Çempionlar Liqasında I təsnifat mərhələsinin püşkü atılacaq.
 Bakı vaxtı ilə saat 14:00-da başlayacaq püşkatmada Azərbaycan çempionu "Qarabağ"ın da rəqibi bəlli olacaq.
Komandalar püşkdən əvvəl qruplara bölünüb.
Səpələnmişlər səbətində yer alan "köhlən atlar" Bosniya və Herseqovinanın "Zrinski", Polşanın "Lex", Maltanın "Hibernians", Şimali Makedoniyanın "Şkupi" və Gürcüstanın "Dinamo" (Batumi) komandalarından birinə rəqib olacaq.
1-ci qrupSəpələnmişlər"Lüdoqorets" (Bolqarıstan)ÇFR (Rumıniya)"Ferentsvaroş" (Macarıstan)"Maribor" (Sloveniya)"Düdelanj" (Lüksemburq)
Səpələnməmişlər"Sutyeska" (Monteneqro)"Şaxtyor" (Soliqorsk, Belarus)"Tobol" (Qazaxıstan)"Pünik" (Ermənistan)"Tirana" (Albaniya)
2-ci qrupSəpələnmişlər"Malmö” (İsveç)"Budye Qlimt" (Norveç)HIK (FinlandiyaTNS (Uels)"Jalgiris" (Litva)
Səpələnməmişlər“Linfild” (Şimali İrlandiya)"Klasksvik" (Farer adaları)İlkin mərhələnin qalibiRFŞ (Latviya)"Balikani" (Kosovo)
3-cü qrupSəpələnmişlər"Qarabağ" (Azərbaycan)"Şerif" (Moldova)"Slovan" (Bratislava, Slovakiya)“Linkoln” (Cəbəllütariq)"Şemrok Rovers" (İrlandiya)
Səpələnməmişlər"Zrinski" (Bosniya və Herseqovina)"Lex" (Polşa)"Hibernians" (Malta)"Şkupi" (Şimali Makedoniya)"Dinamo" (Batumi, Gürcüstan).

Slovakiyanın Koşitse şəhərində keçirilən Avropa çempionatının qalibi olan minifutbol millimiz bu gün Vətənə dönüb.

Oxu.az xəbərinə görə, Elşad Quliyevin baş məşqçisi olduğu millimizi azarkeşlər, futbol ictimaiyyəti qarşılayıb.

Qeyd edək ki, millimiz tarixində ikinci dəfə qatıldığı Avropa çempionatının finalında Rumıniya millisinə 1:0 qalib gələrək qızıl medalların sahibi olub.

Bakıda Formula 1 yarışına start verilir

Bu gün Formula 1 və Formula 2 üzrə Azərbaycan Qran-prisinə start veriləcək.

“Bu Bakıda keçiriləcək 6-cı Qran-pri olacaq.

Azarkeşlərin də 3 illik fasilədən sonra izləyə biləcəyi yarışda sərbəst yürüşlər və sıralama tutu baş tutacaq.

Azərbaycan Qran-prisi

10 iyun

10:00. Azarkeş zonasının qapıları açılır

“Formula-2”
12:35 - 13:20. Sərbəst yürüş

“Formula-1”
15:00 - 16:00. I sərbəst yürüş

“Formula-2”
16:30 - 17:00. Sıralama turu

“Formula-1”
18:00 - 19:00. İkinci sərbəst yürüş

21:00. Azarkeş zonasının qapıları bağlanır.

Mini-futbol üzrə Azərbaycan milli komandası Slovakiyanın Koşitse şəhərində keçirilən Avropa çempionatında yarımfinala yüksəlib.

Yığma 1/4 finalda Slovakiyanı məğlubiyyətə uğradıb - 1:0.

Növbəti mərhələdə rəqib Qazaxıstan millisi olacaq.

“Formula-1” Azərbaycan Qran-prisi ilə əlaqədar bəzi küçələrdə hərəkət istiqaməti tənzimlənib.

Bunu açıqlamasında Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli bildirib.

“Azadlıq prospekti ilə sola, Dilarə Əliyeva küçəsi, Kövkəb Səfərəliyeva küçəsi istiqamətindən şəhərdən çıxış, eləcə də Azadlıq prospektinin Nizami küçəsilə kəsişməsindən sağa, Yusif Səfərov istiqamətində hərəkət təmin edilib”, – deyə o qeyd edib.

A.Əsgərli qeyd edib ki, yük avtomobilləri ilə şəhərə məhsullar gətirən şəxslər yalnız gecə şəhərə daxil olmalıdırlar.

Milli komanda Daşkəndə yola düşdü
AİA.Az xəbər verir ki, 26-29 May 2022-ci il tarixlərdə Özbəkistanın Daşkənd şəhərində UNİVERSAL Döyuş üzrə gənclər və böyüklər Arasında Dünya çempionatı keçiriləcəkdir.

Çempionata dünyanın 50-dən artıq ölkəsindən 700-dən çox idmançının qatılacağı gözlənilir. Çempionat həm həvəskar, həm də peşəkar formatda, yaş kateqoriyalarına görə yeniyetmələr, gənclər və böyüklər arasında keçiriləcək. Həvəskarlar arasında yarışlar “Layt” və “Klassik” versiyalarında təşkil olunacaq. Ölkəmizi bu mötəbər yarışda Azərbaycan UNİVERSAL Döyüş Federasiyası 20 nəfərlik heyətlə təmsil edəcəkdir. Milli komandanın baş məşqçiləri Elşən İsmayılovun və Yaqub İbrahimovun rəhbərliyi ilə idmançılarımızın dünya çempionatına hazırlıqları yaxın günlərdə başa çatmışdır. Əməkdar məşqçi, Beynəlxalq dərəcəli Hakim Elşən İsmayılov yetirmələrinin dünya çempionatında ölkəmizi layiqincə təmsil edəcəklərinə əmin olduğunu bildirib.
Azərbaycan Universal Döyüş Federasiyasının prezidenti, SSRİ İdman ustası, Əməkdar məşqçi, Azərbaycan Respublikası Əməkdar Bədən Tərbiyəsi və İdman xadimi Azər Həsənov da yığma komandanın hazırlıq səviyyəsini yüksək qiymətləndirib.

Yarışda iştirask edəcək komsnda üzvləri bu gün Daşkənd şəhərinə yola düşüb
Biz də öz növbəmizdə bütün idmançılarımıza uğurlar diləyir və tezliklə onların qələbə sevinclərini qürurla paylaşacağımız günü səbirsizliklə gözləyirik!.

“Qarabağ”ın UEFA Çempionlar Liqasının I təsnifat mərhələsindəki daha bir mümkün rəqibi müəyyənləşib.

“Maribor” Sloveniya çempionu olduğu üçün Şimali İrlandiyanın “Linfild” komandası “səpələnməmişlər” səbətinə düşərək “köhlən atlar”ın potensial rəqiblərindən biri olub.

“Səpələnmişlər” səbətinin reytinqinə görə ən güclüsü olan “Qarabağ” bu mərhələdə 13 klubdan biri və ya ilkin təsnifat mərhələsinin qalibi ilə üz-üzə gələcək.

“Qarabağ”ın potensial rəqibləri bunlardır:

Səpələnməmişlər: “Linfild” (Şimali İrlandiya), “Zrinski” (Bosniya və Herseqovina), “Şaxtyor” (Belarus), “Sutyeska” (Monteneqro), Kİ (Farer adaları), “Hibernians” (Malta), “Tobol” (Qazaxıstan), “Şkupi” (Şimali Makedoniya), RFS (Latviya), “Dinamo” (Batumi, Gürcüstan),
“Tirana” (Albaniya), “Balkani” (Kosovo), ilkin mərhələnin qalibləri

Qeyd edək ki, UEFA Çempionlar Liqasında I təsnifat mərhələsinin püşkü iyunun 14-də atılacaq.

Gələn ay Bakıda keçiriləcək "Formula 1" üzrə Azərbaycan Qran-prisinə hazırlıq işləri davam edir.
"Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən verilən məlumata görə, quraşdırma işləri ilə əlaqədar bu gecədən etibarən Üzeyir Hacıbəyov prospekti - Puşkin küçəsi ilə Üzeyir Hacıbəyov - Azadlıq prospektinin hərəkəti istiqamətində avtomobil yolu daralacaq.

Həmçinin, qeyd olunan Neftçilər prospekti ilə Rəsul Rza küçələrinin kəsişməsindən Neftçilər prospekti ilə Əziz Əliyev küçəsinin kəsişməsinə qədər yolun orta hissəsində kiçik qazma işləri aparılacaq. İşlər 10 gün davam edəcək. Nəqliyyatın hərəkətində heç bir məhdudiyyət olmayacaq.

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti sürücülərə anlayışlarına görə təşəkkür edib.

Gənclər və idman naziri Fərid Qayıbov müavini Mariana Vasilevanın haqqında bir müddət əvvəl yayılmış rəqs videosuna münasibət bildirib.

“O, “ASAN Radio”ya açıqlamasında görüntülərin bilərəkdən yayıldığını deyib: “Həmin video sosial şəbəkələrdə yox idi. Orada olan bir nəfər tərəfindən bilərəkdən yayılmışdı. Təbii ki, həmin adamın kimliyini bildik”.

 Qeyd edək ki, Mariana Vasileva nazir müavini təyin ediləndən sonra onun rəqs videosu yayılmışdı və görüntülər sosial şəbəkələrdə böyük müzakirələrə səbəb olmuşdu.

Suqovuşan qəsəbəsində avarçəkmə, kayak və kanoe üzrə Prezident Kuboku reqatası start götürüb.

Report məlumatına görə, işğaldan azad olunmuş ərazilərdə ilk beynəlxalq yarış Heydər Əliyevin anadan olmasının 99-cu ildönünümünə həsr edilib.

Yarışda gənclər və idman naziri Fərid Qayıbov, Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının prezidenti Vüqar Əhmədov, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sədri Saleh Məmmədov, Vətən müharibəsi qaziləri, müxtəlif federasiyaların rəsmiləri və digər qonaqlar iştirak edir.

Suqovuşan su anbarında təşkil olunan mübarizəyə Azərbaycan, Moldova, Özbəkistan, Türkiyə və Gürcüstanın 100-dən artıq idmançısı qatılıb.

Onlar 1 nəfərlik kanoe, 1 nəfərlik və 2 nəfərlik kayak qayıqlarında yeniyetmələr və gənclər arasında 200 metr və 500 metr məsafələrə yürüş edəcəklər.

Saat 11:00-da start götürən reqataya mayın 7-də Mingəçevirdə keçiriləcək akademik avarçəkmə yarışları ilə yekun vurulacaq.

Xəbər lenti