|
UEFA Konfrans Liqası çərçivəsində keçirilən "Marsel"-"Qarabağ" matçında ermənilər daha bir təxribat törədiblər.
Trend xəbər verir ki, xəbər verir ki, stadiondakı bir qrup erməni azarkeş tərəfindən qarşılaşmanın gedişində təxribat xarakterli plakat açılıb. Bu plakat stadionun təhlükəsizlik qüvvələrinin müdaxiləsindən sonra yığışdırılıb.
Bundan əvvəl isə stadionda olan həmin qrup azarkeşlər tərəfindən Ermənistan bayraqları açılıb və müxtəlif şüarlar səsləndirilib.
Qeyd edək ki, dünən "Qarabağ" UEFA Konfrans Liqasının pley-off mərhələsində ilk oyununu keçirib. Ağdam klubu tarixi matçda Fransa "Marsel"inin qonağı olub. "Velodrom" stadionunda oynanılan qarşılaşma meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.
Azərbaycanın avrokuboklardan yeganə təmsilçisi “Qarabağ” bu gün Avropa Konfrans Liqasının pley-off mərhələsi çərçivəsində ilk oyununa çıxacaq.
Qurban Quranovun komandası Fransada “Marsel”lə üz-üzə gələcək.
“Velodrom” stadionunda keçiriləcək oyunu Monteneqrodan olan hakimlər briqadası idarə edəcək.
Ağdam təmsilçisi tarixində ilk dəfə avrokuboklarda pley-off mərhələsinə yüksəlib. Bu, həm də, Azərbaycan futbolu tarixində ilkdir. “Qarabağ” çətin səfər matçından sərfəli nəticə ilə qayıtmağa çalışacaq. Baxmayaraq ki, rəqib Fransanın köklü klublarından biridir və Liqa 1-də PSJ-dən sonra 2-ci pillədə qərarlaşıb.
Avropa Konfrans Liqası
Pley-offun ilk oyunu
17 fevral
00:00. Marsel – Qarabağ
Baş hakim: Nikola Dabanoviç (Monteneqro).
Fransa, “Velodrom” stadionu.
UEFA futzal üzrə Avropa çempionatının Rusiya - Ukrayna yarımfinal matçında baş verənlərlə bağlı intizam işi açıb.
Rusiya Futbol İttifaqının müraciəti əsasında şikayət araşdırılır. Məlumata görə, fevralın 4-də keçirilən və rusların 3:2 hesablı qələbəsi ilə yekunlaşan matçda bir qrup ukraynalı azarkeş Rusiya Prezidenti Vladimir Putin və rus xalqının ünvanına nalayiq ifadələr səsləndirib.
UEFA məsələ ilə əlaqədar etika məsələləri üzrə inspektor təyin edib. Bildirilib ki, matçın gedişatı zamanı baş verən bir neçə epizod araşdırılacaq.
"Bu barədə Komitədən məlumat verilib.
Bildirilib ki, MOK-un baş katibi Azər Əliyev, Beynəlxalq Əlaqələr İdarəsinin müdiri və Pekindəki missiya rəhbərimiz Anar Bağırov, Marketinq idarəsinin müdiri Mehman Kərimov və Murad Fərzəliyevdən ibarət nümayəndə heyəti Zhangjikaounu ziyarət edib, “Pekin-2022” Qış Olimpiya Oyunlarının dağ yarışları olan snoubord, skiatlon və xizək yarışlarını izləyiblər.
Daha sonra sözügedən məkanda yerləşən sayca 3-cü atletlər kəndinə səfər edib, şəraitlə tanış olublar.
Offsideplus.az xəbər verir ki, PSJ 37 yaşlı portuqaliyalı ulduzu komandaya gətirmək istəyir.
Bildirilib ki, mövsümün sonun baş məşqçi Maurisio Poçettino "Mançester Yunayted"ə gedəcəyindən, bu postda ilk namizəd Zinəddin Zidan olacaq. Fransalı çalışdırcının da Ronaldo ilə aralarının yaxşı olması bu transferə yol açır.
Qeyd edək ki, Ronaldo bu mövsüm "qırmızı şeytanlar"la 25 matçda 14 qol və 3 məhsuldar ötürmə edib.
"Belə bir klubla müqavilə bağladığım üçün çox xoşbəxtəm".
"Report" xəbər verir ki, bunu Azərbaycan milli komandasının futbolçusu Mahir Emreli Xorvatiyanın "Dinamo" (Zaqreb) komandasına keçidi barədə danışarkən deyib.
25 yaşlı hücumçu bildirib ki, müntəzəm Xorvatiya çempionluğu qazanan və xüsusən, son illər avrokuboklarda yüksək keyfiyyət sərgiləyən klub ötən mövsümlərdə bir çox önəmli və tarixi uğura imza atıb.
Onun fikrincə, "Dinamo"ya Xorvatiyada və ölkə xaricində böyük hörmətlə yanaşırlar: "Bu, həqiqətən də keyfiyyətli, ən yaxşı peşəkarların çalışdığı ciddi klubdur. Oyunumla, cəhd və səylərimlə, özünəinamımla gələcəkdə komandamın nəticələrində pay sahibi olacağıma, çempionluq titulunu qorumağa və "Dinamo"nu avrokuboklarda layiqincə təmsil edəcəyimizə inanıram".
Emrelinin sözlərinə görə, "Dinamo" bir futbol klubundan da üstün olmaqla, Zaqreb və Xorvatiyanın simvolu, çoxsaylı azarkeşə, Xorvatiya və Avropa futbolunda xüsusi önəmə sahibtir. Bu da burada olmaqdan qürur duymağımın daha bir səbəbidir. Bu klub üçün əlimdən gələnin ən yaxşısını edəcəyimə söz verə bilərəm".
Qeyd edək ki, Polşa "Legiya"sı ilə müqaviləsini qarşılıqlı razılıq əsasında pozan Mahir Emreli "Dinamo" ilə 4,5 illik sözləşməyə imza atıb.
“Ölkəmizdə idman qurğularının yaradılması geniş vüsət alıb və hələ mən Prezident olmadığım dövrdən bu təşəbbüsü irəli sürmüşdüm. O gündən bu günə qədər 50-dən çox şəhərdə müasir qurğular inşa edilib və indi demək olar ki, hər bir rayonda idmanla məşğul olmaq üçün şərait var. İndi bir neçə Olimpiya İdman Kompleksi inşa edilir, yaxın bir-iki ilə onlar da tamamlanacaq”.
Yol-xeber.az xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev gənclərlə görüşdə gənclərin suallarını cavablandırarkən bildirib.
Dövlət başçısı bildirib ki, eyni zamanda, bölgələrdə yaşayan gəncləri idmana cəlb etmək üçün daha fəal olmalıyıq:
“Çünki idman həm ölkənin şöhrətini ucaldır, eyni zamanda, mənim üçün bu, daha çox kütləvi məna daşıyır. Çünki idmanın kütləviliyi daha çox vacibdir. İdmanın kütləviliyi sağlam nəslin yetişməsi deməkdir. Bunun üçün açıq idman meydançalarının yaradılması da çox böyük əhəmiyyətə malikdir. Xüsusilə son vaxtlar biz görürük ki, indi idman avadanlıqları istehsal edən firmalar çox belə müasir avadanlıqlar təqdim edirlər. Hətta Bakıda, Bakının bütün yeni parklarında mənim göstərişimlə açıq idman meydançaları yaradılıb. Yaxşı olar ki, kənd yerlərində də bunlar yaradılsın, həm hazırlıq, eyni zamanda, sağlamlıq üçün. Çünki hər bir gənc əlbəttə ki, idman bölmələrinə gedə bilməz. Ancaq fiziki sağlamlığını gücləndirmək üçün, bədən tərbiyəsi ilə məşğul olmaq üçün bu, çox vacibdir”.
Prezident qeyd edib ki, bu, istər-istəməz gəncləri pis vərdişlərdən də çəkindirəcək:
“Əgər insan idmanla ciddi məşğul olursa, o, siqaret çəkməyəcək. Çünki siqaret çəkən idmançı idmanda uğur qazana bilməz. Yəni, onun nəfəsinə, ağciyər imkanlarına təsir göstərir. Alkoqollu içkilər də, həmçinin. Gənclər bundan uzaq olmalıdır, buna ehtiyac yoxdur. Narkotik vasitələr insanı uçuruma aparır, özünü də, ailəsini də, yaxınlarını da bədbəxt edir, bir dərd olur. Ona görə bu zəhər ümumiyyətlə təmizlənməlidir. Yaxşı olar ki, siqaret də çəkməsinlər, alkoqollu içkilər də içməsinlər. Çünki buna bilirsiniz ehtiyac yoxdur. Təmiz hava udmaq əvəzinə, insanlar götürürlər öz içinə zəhər salırlar. Nəyə lazımdır? Yaxşı əhval-ruhiyyədə olmaq üçün idman çox yaxşı vasitədir. Ona görə də idmanın kütləviliyini təmin etmək üçün hesab edirəm ki, yeni proqram tərtib edilməlidir və yeni yarışlar təşkil oluna bilər. O yarışlar ki, bütün ölkəni əhatə edir. Hesab edirəm ki, Gənclər və İdman Nazirliyi Təhsil Nazirliyi ilə birlikdə bu məsələ ilə məşğul olacaqlar”.
Növbəti mövsüm Azərbaycan Premyer Liqasında komandaların sayı 10 olacaq.
Bu barədə məlumatı AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov qurumun hesabat konfransında məlumat verib.
O bildirib ki, bu məsələ artıq təsdiqini tapıb.
"Qarabağ" klubunun Fransada "Marsel"ə qarşı keçirməli olduğu UEFA Avropa Konfrans Liqasının pley-off mərhələsinin ilk matçı neytral ölkədə baş tuta bilər.
Offsideplus xəbər verir ki, buna səbəb təmsilçimizin futbolçularına vurulmuş peyvəndlərin Fransada qəbul olunmamasıdır.
Belə ki, UEFA məsələ ilə bağlı yerli hakimiyyətlə danışıqlar aparır və oyunçular üçün istisna tətbiq edilməsinə çalışır. Tərəflər razılaşa bilməsələr, Avropanın ali futbol qurumunun qaydalarına uyğun olaraq, qarşılaşma neytral ölkədə baş tuta bilər.
Xatırladaq ki, "Qarabağ" "Marsel"lə ilk matçını fevralın 17-də səfərdə, cavab oyununu fevralın 24-də evdə keçirəcək.
Xorvatiyanın "Dinamo" (Zaqreb) klubu Polşa "Legiya"sına məxsus olan Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin transferindən imtina edib.
"Report" xəbər verir ki, Zaqreb təmsilçisi Türkiyə "Başakşehir"inin 25 yaşlı hücumçu üçün Varşava klubuna rəsmi təklif göndərməsindən sonra fikrini dəyişib.
Forvardı təzminat ödəmədən heyətinə qatmağı planlaşdıran "Dinamo" İstanbul klubunun 750 000 avro dəyərində təklifindən sonra geri addım atıb.
Qeyd edək ki, "Legiya"dan ayrılmaq istəyən Mahir Emreli komandanın təlim-məşq toplanışına qoşulmayıb. Türkiyəli hüquqşünas tapan hücumçu müqaviləsinin qarşılıqlı razılıq əsasında pozulmasına kömək istəyib. O, belə bir addımı atmasında "Legiya"nı günahlandırıb. Forvard azarkeşlərin məlum hücumu nəticəsində psixoloji zərbə aldığını deyərək, avtobus insidentindən sonra Varşava komandasında çıxışını davam etdirməsini qeyri-mümkün sayıb.