![]() |
|
"Legiya" klubunda çıxış edən Azərbaycan millisinin futbolçusu Mahir Emreli Polşadan ayrılıb.
24 yaşlı hücumçu bu barədə instaqram hesabından paylaşım edib.
Forvard axşam saatlarında Bakıya çatıb. Hava limanından foto paylaşan Emreli postda "family coming first" (ailə birinci gəlir) yazıb.
Qeyd edək ki, "Legiya" fanatları Ekstraklasanın XVIII turunda Plotsk "Visla"sına 0:1 hesablı məğlubiyyətdən sonra "Legiya"nın futbolçularına hücum edib. Nəticədə Mahir Emreli başından xəsarət alıb. O, hadisədən sonra Varşava təmsilçisində oyuna və məşqlərə çıxmayıb. Hücumçunun Varşafa təmsilçisindən ayrılacağı gözlənilir.
Azərbaycanlı MMA döyüşçüsü Nicat Yusifov Ukraynanın Xarkov şəhərində təşkil edilən dünya çempiopnatında qalib olub.
"Yol-xeber.az" xəbər verir ki, 70 kq çəki dərəcəsində mübarizə aparan Nicat Yusifov bunun üçün erməni rəqibi Artur Qriqoryanı təslim olmağa məcbur edib.
Qeyd edək ki, 25 ölkədən 1000-dən çox idmançının iştirak etdiyi dünya çempionatı "World Cossack Fight Federation" (WCFF) qurumu tərəfindən təşkil edilib.
Mahir Emreli "Legiya"nın bugünkü məşqinə qatılmayıb.
Offsideplus xəbər verir ki, 24 yaşlı hücumçuyla yanaşı, yarımmüdafiəçi Lukinyas da hazırlıq prosesinə qatılmayıb.
Hər iki oyunçunun azarkeşlərin hücumu nəticəsində xəsarət aldıqları üçün məşqə çıxmadıqları ehtimal edilir.
Xatırladaq ki, "Legiya" azarkeşləri komandalarının Polşa çempionatının 18-ci turunda Plotsk "Visla"sına 0:1 hesabı ilə məğlub olduğu oyunundan sonra Varşava təmsilçisinin futbolçularına hücum ediblər.
UEFA Konfrans Liqasının rəsmi tviter hesabı növbəti dəfə "Qarabağ"la bağlı paylaşım edib.
Postda Azərbaycan təmsilçisinin qrup mərhələsində vurduğu qollar və qapıçı Şahruddin Məhəmmədəliyevin qurtarışı yer alıb.
Paylaşımda "Qarabağ" H qrupunda irəliləyir. Onların ən yaxşı oyunçusu kimdir?" sualı da ünvanlanıb.
Qeyd edək ki, "Qarabağ" Konfrans Liqasının pley-off mərhələsində Fransanın "Marsel" klubu ilə üz-üzə gələcək. "Köhlən atlar" ilk görüşünü fevralın 17-də səfərdə, cavab qarşılaşmasını isə fevralın 24-də Bakıda keçirəcək.
UEFA Konfrans Liqasında pley-off mərhələsinin püşkatması təkrarlana bilər.
"Report” xəbər verir ki, buna səbəb tədbir zamanı yanlışlığa yol verilməsidir.
İngiltərədə “Tottenhem” və Fransanın “Renn” klubları arasında G qrupunun VI tur matçı koronavirusa görə təxirə salındığından və UEFA həmin görüşlə bağlı qərar vermədiyindən püşkatmada hər iki klub iştirak edib. Reqlamentə əsasən, pley-offda eyni ölkə təmsilçiləri üz-üzə gələ bilməz. Bu səbəbdən İngiltərənin digər klubu olan “Lester”in rəqibi müəyyənləşərkən “Tottenhem” və “Renn” klublarının adlarının yer aldığı şar kənarda saxlanılıb. Nəticədə Danimarka “Randers”i “tülkülər”ə rəqib olub.
“Qarabağ”ın Avropa Konfrans Liqasının pley-off mərhələsində Fransanın “Marsel” komandasına qarşı keçirəcəyi oyunların başlama vaxtı bəlli olub.
Fevralın 17-də Marsel şəhərindəki qarşılaşma Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.
Fevralın 24-də Tofiq Bəhramov adına Respublika stadionundakı görüş isə saat 21:45-ə təyin olunub.
Qeyd edək ki, Marseldəki qarşılaşma 67 394 tamaşaçı tutumuna malik “Stad Velodrom” arenasında keçiriləcək.
Azərbaycan Basketbol Federasiyasında növbədən kənar hesabat-seçki konfransı keçirilib.
"Konfrans Gənclər və İdman Nazirliyinin inzibati binasında baş tutub.
Seçkidə Nadir Nəsibov uzun müddətdir tutduğu vəzifədən istefa verib. Onu təhsil naziri Emin Əmrullayev əvəzləyib.
Qeyd edək ki, Nadir Nəsibov 1999-cu ildən bu vəzifədə olub.
Azərbaycan millisinin futbolçusu Mahir Emreli Polşanın "Legiya" klubundan ayrılmaq istəyir.
Report xəbər verir ki, 24 yaşlı hücumçu Plotsk "Visla"sına 0:1 hesabı ilə uduzduqları Ekstraklasanın XVIII tur oyunundan sonra azarkeşlərin hücumuna məruz qaldığı üçün bu addımı atmağı qərara gəlib.
Forvard müqaviləni ləğv etmə variantının nə qədər olduğunu öyrənmək üçün vəkillərlə əlaqə də saxlayıb. O, tibbi müayinədən keçmək üçün xəstəxanaya da yollanıb.
Emrelinin növbəti tur "Zaqlembe" ilə matçda iştirakı gözlənilmir.
Qeyd edək ki, fanatlar "Visla" ilə görüşdən sonra "Legiya"nın futbolçularına hücum edib. Nəticədə Mahir Emreli komanda yoldaşı Lukinyasla birlikdə xəsarət alıb.
Polşanın “Legiya” klubunun futbolçusu Mahir Emreli çempionatda “Visla”ya uduzduqları matçdan sonra açıqlama verib.
Klubun mətbuat xidmətinə danışan forvard 0:1 hesabı ilə məğlub olduqları oyunla bağlı bunları deyib:
“İndi nəsə demək çətindir. Bu, “Legiya” tarixində bir ilkdir. Həddindən artıq çox oyun uduzduq. Daha əvvəl belə bir seriyanın olduğunu xatırlamıram. Döyüşdük, amma xeyri olmadı. Səbəbinin nə olduğunu bilmirəm. Kimsə desə ki, biz döyüşmürük, bu fikirlə razı deyiləm. Top iki metrdən qapıya girmir.
Daha nə deyəcəyimi bilmirəm. Ancaq üzr istəyə bilərəm. Bu vəziyyətdə üzr istəmək bir məna kəsb eləmir. İlin sonuna kimi iki oyunumuz var, diqqətimizi cəmləyib qələbə qazanmalıyıq. Hər kəsdən bir daha üzr istəyirəm”.
Qeyd edək ki, “Legiya” Polşa Ekstraklasasında sonuncu sıradadır.
Polşanın “Legiya” klubunun azarkeşləri Plotsk “Visla”sına 0:1 hesabı ilə uduzduqları matçdan sonra komandanın futbolçularına hücum ediblər.
Yol-xeber.az xəbər verir ki, onlar oyunçulara xəsarət yetiriblər.
Bildirilir ki, həmin futbolçulardan ikisi ciddi xəsarət alıb. Onlardan biri Azərbaycan millisinin üzvü Mahir Emreli, digəri isə Lukinyas olub.
“İnteria” nəşrinin yazdığına görə, polis hadisəyə müdaxilə edib. Futbolçuların xəsarət alması ilə bağlı isə heç bir açıqlama verilməyib.
Qeyd edək ki, qarşılaşmadan sonra “Legiya”nın baş məşqçisi Marek Qolebiyevski istefa verib.