![]() |
|
Jurnalist olsaydım, özümə sual verərdim ki, 70 dəqiqə 10 nəfərlə oynayandan sonra özünü necə hiss edirsən? Cavab verərdim ki, çox pis. İlk buraxdığımız qolda rəqibə məhsuldar ötürmə verdik. 2-ci qoldan sonra balans itdi, mübarizə aparmaq çətinləşdi. Fərqi azaltdıqdan sonra oyuna qayıtdıq və 2 yaxşı fürsətimiz oldu. Fikirləşirəm ki, 10 nəfərlə bundan artığını edə bilməzdik.
"Bunu Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi Bakıda Lüksemburq yığmasına 1:3 hesabı ilə uduzduqları 2022-ci il dünya çempionatının seçmə oyunundan sonra mətbuat konfransında deyib.
İtaliyalı mütəxəssis bildirib ki, Toral Bayramovla Abbas Hüseynovun heyətdə olmaması yığmanın çıxışına təsir etdi: "Hər ikisi aparıcı futbolçudur, UEFA Konfrans Liqasında qol vurmuşdu. Komandanın oyununda inkişaf görürük. Nəticə üçün bizə yalnız vaxt kömək edə bilər. Planlı şəkildə işləmək lazımdır".
65 yaşlı baş məşqçinin sözlərinə görə, milli komanda onun rəhbərliyi altında 19 oyun keçirib: "Bu, nə çoxdur, nə də azdır. Qrupda bizdən güclü komandalar çox idi. Hətta bu gün uduzduğumuz Lüksemburq da bizdən yaxşıdır. Milli komandaya rəhbərlik etmək asan iş deyil. Bəlkə də kimsə mənim məşqçi biliyimə, ağlıma şübhə edə bilər. Amma mən özümdən əminəm. Bilirəm ki, burada əlimdən gələnin 100 yox, 101 faizini etmişəm. Sadəcə, müəyyən problemlər var. Uzun müddət birlikdə oynamaq imkanımız olmur".
O, oyuna azarkeş və ya jurnalist kimi baxmaqla baş məşqçi kimi baxmağın tamam fərqli olduğunu söyləyib: "Düzdür, nəticə çox vacibdir. Sabah oyuna təkrar baxıb analiz etsəniz, inkişafı görə bilərsiniz. Son oyunlarda öz meydançamızda 3 qol buraxırıq. Bu, heç kim üçün xoş deyil. Amma reallıq başqa cürdür. İnkişaf nəzərə çarpır".
De Byazi deyib ki, belə bir oyundan sonra müqavilə barədə danışmağın mənası yoxdur: "Noyabrın 30-dək sözləşməm var. Federasiya agentimlə danışacaq. Mən də peşəkar kimi müqaviləmin sonunadək işimin başında olacağam".
Təcrübəli mütəxəssis Tellur Mütəllimovun qırmızı vərəqə görməsinə də toxunub: "Azlıqda qalmağımız yaxşı hal deyil. Ümumiyyətlə, hakimlikdən narazı qaldım. Rəqib xeyli qayda pozuntusuna yol versə də, referi onları cəzalandırmırdı. Mənə bir şey də maraqlıdır ki, bu gün 11 nəfərlə oynasaydıq, nəticə necə olardı? Bayram günlərini davam etdirmək istəyirdik. Təəssüf ki, alınmadı. Azlıqda qalmağımız bizə çətinlik yaratdı".
Bu gün futbol üzrə Azərbaycan millisi Qətərdə keçiriləcək dünya çempionatının seçmə mərhələsi çərçivəsində Lüksemburqla qarşılaşacaq.
Bu, millimizin cari tsikldə son matçı olduğundan, qrupu qələbə ilə başa vurmaq zərurətə çevrilib.
Cırtdan ölkə təmsilçisinə səfərdə sentyabrın 1-də 1:2 hesabı ilə uduzmuş Canni De Byazinin yetirmələrinin indi revanş almaq imkanı var. Düzdür, bu qələbə millimizi sonuncu pillədən xilas etməyəcək. Lakin futbolçularımızın tsiklin sonunda müqaviləsi başa çatacaq italyan baş məşqçini qələbə ilə yola salmaq imkanı var.
Qeyd edək ki, qrupun Bakı vaxtı ilə saat 23:45-də başlayacaq matçında İrlandiya Portuqaliyanı qəbul edəcək.
DÇ-2022-nin seçmə mərhələsi
A qrupu
21:00 Azərbaycan – Lüksemburq
Baş hakim: Manuel Şütenqruber (Avstriya)
Bakı Olimpiya Stadionu
“Bütün xalqımızı Zəfər Günü münasibətilə təbrik edirəm".
Manset.az xəbər verir ki, bu sözləri Azərbaycan millisinin üzvü Mahir Emreli DÇ-2022-nin seçmə mərhələsində Lüksemburqla sabah Bakı Olimpiya Stadionunda keçiriləcək oyun öncəsi mətbuat konfransında deyib.
24 yaşlı hücumçu doğma meydanda qələbə qazanmaq istədiklərini bildirib: “Yığmada qol vura bilməməyim məni narahat edir. Amma oyunlar belə gətirir. İnanın ki, hamıdan çox özüm özümdən qol gözləyirəm və ümid edirəm ki, sabah bu tilsimi qıracağam".
Qeyd edək ki, sabah keçiriləcək Azərbaycan - Lüksemburq matçı saat 21:00-da başlayacaq.
UEFA Çempionlar Liqasının qrup mərhələsində IV turun daha 6 oyunu keçirilib.
Pley-offa ilk 2 vəsiqənin sahibi müəyyənləşib.
E qrupunda Almaniya "Bavariya"sı Portuqaliyada "Benfika"ya qalib gəlib. Xallarını 12-yə çatdıran Münhen təmsilçisi sona 2 tur qalmış qrupdan çıxmağı təmin edib. Bu qrupun digər matçında İspaniya "Barselona"sı Ukraynada Kiyev "Dinamo"sunu çətinliklə məğlub edib.
Pley-offa vaxtından əvvəl yüksələn digər komanda isə İtaliya "Yuventus"u olub. H qrupunda mübarizə aparan Turin təmsilçisi evdə Rusiya "Zenit"i üzərində qələbə qazanaraq, adını növbəti mərhələyə yazdırıb.
Gecənin maraqlı görüşlərindən biri F qrupunda baş tutub. İngiltərənin "Mançester Yunayted" klubu İtaliyada "Atalanta" ilə heç-heçəyə razılaşıb.
Qeyd edək ki, IV turun digər 8 oyunu bu gün keçiriləcək.
"Report" məlumatına görə, bunları Polşa millisinin və "Legiya"nın sabiq futbolçusu Marek Yujvyak Varşava təmsilçisinin heyətində 6 oyundur qol vura bilməyən Azərbaycan millisinin hücumçusu Mahir Emreli barədə "Super Express" nəşrinə müsahibəsində deyib.
Veteran müdafiəçi bildirib ki, bəzi epizodları gözübağlı qola çevirmək lazımdır: "Amma Mahir belə etmir. Mən demirəm ki, o, hər şeyə cavabdehdir. Çünki digər oyunçular da effektiv deyil. "Legiya" dərin çuxura düşüb. Bundan çıxmaq istəyirsinizsə, qol fürsətlərindən yararlanmalısınız".
Qeyd edək ki, Marek Yujvyak 1987 - 1996 və 2001 - 2005-ci illərdə "Legiya"nın formasını geyinib. O, Polşa millisində 14 oyun keçirib.
Fransanın “Pari Sen-Jermen” (PSJ) futbol komandasının hücumçusu Lionel Messi İspaniyanın "Barselona" klubuna idman direktoru kimi qayıtmaq istədiyini bildirib.
Report xəbər verir ki, "Mən həmişə demişəm ki, əgər kluba bacardığım qədər kömək edə bilsəm, çox şad olaram. İdman direktoru olmaq istəyirəm. Bilmirəm, bu "Barselona"da baş verəcək, ya yox. Amma belə bir şey mümkünsə, kömək etmək üçün geri qayıtmaq istərdim, çünki sevdiyim klubdur və o, qaydasında olsa, çox xoşbəxt olacam", - agentlik Messidən sitat gətirib.
Avqustun 10-da PSJ Lionel Messi ilə müqavilə imzaladığını rəsmən elan edib. Müqavilə 2023-cü ilə qədər qüvvədədir. Fransanın "L equipe" nəşrinin məlumatına görə, argentinalı ilk ildə 30 milyon avro qazanacaq. Məbləğ yaxın iki ildə bonus sayəsində 10 milyon avro artacaq.
Messi Kataloniya klubunun yetirməsidir. O, 2004-cü ildə əsas komandada debüt edib. Hücumçu komanda ilə birlikdə 35 titula sahib olub. Forvard 6 dəfə “Qızıl top”u qazanıb. Messi ötən mövsüm İspaniya çempionatında 35 matçda iştirak edib, 30 qol vurub və 9 məhsuldar ötürmə edib.
“Barselona” klubunun niderlandlı baş məşqçisi Ronald Kuman tutduğu postdan kənarlaşdırılıb.
Oxu.az xəbər verir ki, bu gecə Kataloniya klubunun rəhbərliyi 58 yaşlı mütəxəssisin vəzifəsindən uzaqlaşdırıldığını açıqlayıb.
Qərar İspaniya La Liqasının XI turunda “Rayo Valyekano” ilə oyundan sonra verilib.
Səfərdə 0:1 hesablı məğlubiyyətin ardından “Barselona” prezidenti Xuan Laporta R.Kumanın istefaya göndərildiyini açıqlayıb.
Xatırladaq ki, daha əvvəlki turda “Barselona” evdə Madrid “Real”ına 1:2 hesabı ilə uduzub.
Hazırda “Barselona” futbol üzrə İspaniya çempionatında 10 görüşdən sonra 15 xal toplayaraq turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb.
Bu gün Türkiyə Superliqasında İstanbul derbisi baş tutacaq.
10-cu tur çərçivəsində “Beşiktaş” “Qalatasaray”la üz-üzə gələcək. Qarşılaşma “Vodofon Arena”da oynanılacaq və Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.
21:00. “Beşiktaş” – “Qalatasaray”
"Vodofon Park" stadionu
Belə ki, görüşün ilk hissəsində qol vurmaq üçün əlverişli fürsət yaxalayan 24 yaşlı forvardın hər iki zərbəsi qapı dirəyinə tuş gəlib.
Qeyd edək ki, ilk yarıdan sonra "Legiya" 1:2 hesabıyla uduzur.
"Yol-xeber.az" xəbər verir ki, bu barədə tanınmış idmançı paylaşım edib. O, Dövlət İdarəçilik Akdemiyasına qəbul olunduğunu bildirib.
"Uşaq olarkən təhsilin əhəmiyyətini anlamadığım vaxtlarda məktəbə getməyi heç sevməz, dərs oxumaq istəməzdim. Amma böyüdükcə anladım ki, təhsilin insan həyatında böyük və mühüm bir rolu var.
Əgər Vətəninə, xalqına xeyirli bir övlad olmaq istəyirsənsə, lazım olan əsaslardan biri də təhsildir. Yəni təhsil, həqiqətən də, bir millətin gələcəyidir.
İndi isə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının tələbəsiyəm və təhsil həyatında 3-cü dəfə universitet oxuyacaq bir tələbə kimi demək istəyirəm ki, təhsil almaq üçün heç bir vaxt gec deyil.
Siz də mənim kimi sonradan peşman olmayasınız deyə, verəcəyim ən önəmli tövsiyələrdən biri də budur ki, təhsili öz həyatınızda əhəmiyyətli tutun. Çünki savad hər sahədə lazımlı və vacibdir".
Qeyd edək ki, R.Çunayev bundan öncə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası (ADBTİA) və Bakı Dövlət Universitetində (BDU) ali təhsil alıb.