Voleybol üzrə kişilərdən ibarət Azərbaycan yığması yanvarın 5-də Avropa çempionatının seçmə mərhələsi çərçivəsində növbəti qələbəsini qazanıb.

Axar.az xəbər verir ki, seçmə mərhələnin “G” qrupunda qərarlaşan millimiz Azərbaycan Voleybol Mərkəzində Lüksemburq yığmasını qəbul edib. Gərgin idman mübarizəsi şəraitində keçən oyun Azərbaycan millisinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Hazırda “G” qrupuna 11 xalla Yunanıstan yığması liderlik edir. Azərbaycan millisi (8 xal) ikinci, İsveç yığması (5 xal) üçüncü, Lüksemburq (3 xal) komandası isə sonuncu yerdədir.

Voleybolçularımız qrupda sonuncu oyunu yanvarın 9-da səfərdə İsveç millisinə qarşı keçirəcəklər.

Kişi voleybolçular arasında voleybol üzrə 31-ci Avropa çempionatının ötən ilin avqustunda start verilən seçmə mərhələsi yanvarın 9-da başa çatacaq. Təsnifat yarışlarında iştirak edən 26 komanda yeddi qrupda mübarizə aparır. Seçmə mərhələnin yekununda 12 komanda - 7 qrupun hər birinin qalibləri və qrup ikinciləri arasında ən yaxşı göstəricilərə sahib olan beş komanda “Avro 2019”un final mərhələsinə vəsiqə qazanacaq.

Final mərhələsinin təşkilatçıları olan 4 komanda – Fransa, Sloveniya, Belçika və Niderland yığmaları, habelə əvvəlki Avropa çempionatının yekunlarına əsasən ən yaxşı nəticə göstərmiş Rusiya, Almaniya, Serbiya, İtaliya, Bolqarıstan, Çexiya, Polşa və Türkiyə milliləri seçmə mərhələdə iştirak etməkdən azad olunublar.

"Qarabağ”ın xorvat legioneri Filip Ozobiç Azərbaycan yığmasında oynaya bilər.

Qaynarinfo xəbər verir ki, ölkəsinin seçməsinə dəvət alsa da, rəsmi görüşdə meydana çıxmaq fürsəti olmayan yarımmüdafiəçi AFFA-nın diqqət mərkəzindədir.

Oyunçu özü də seçməmizin formasıyla tər tökməyin əleyhinə deyil. Ancaq 2016-cı ildən Azərbaycanda top qovan Ozobiçə yığma formasını geyindirmək asan olmayacaq. O, daha 2 il ölkəmizdə çıxış etməli və FİFA-ya bununla bağlı müraciət ünvanlamalıdır.

Argentinalı məşhur futbolçu Dieqo Maradona Buenos-Ayresdəki xəstəxanalardan birinə yerləşdirilib.

Axar.az xəbər verir ki, onun xəstəxanaya yerləşdirilməsinə səbəb mədə-bağırsaq qanaxması olub. Məşhur futbolçunun təcili əməliyyat olunacağı bildirilib.

Qeyd edək ki, Maradona Argentinanın “Dorados” klubunun məşqçisidir. Bundan öncə onun məşqçilik vəzifəsini icra edə bilmədiyi və klubun məşqlərinə qatılmadığı haqqında məlumat yayılmışdı.

İspaniyanın "Barselona" klubunun ulduz futbolçusu Lionel Messi komandanın məşqində baxımlı qola imza atıb.

Sportnet.az xəbər verir ki, 32 yaşlı argentinalı hücumçu qapıçının əli ilə atdığı topu saxlamadan qapıdan keçirib.

Qeyd edək ki, "Barselona" La Liqanın XVIII turunda səfərdə "Xetafe" ilə qarşılaşacaq. Görüş yanvarın 6-sı Bakı vaxtı ilə saat 23:45-də başlayacaq. Kataloniya təmsilçisi 37 xalla turnir cədvəlinə başçılıq edir.


Avropa Klubları Assosiasiyası (ECA) və Avropa Futbol Agentləri Assosiasiyası (EFAA) 2018-ci il üçün “Qlob Sokker Avards”ın mükafatçılarını müəyyən ediblər.

Axar.az xəbər verir ki, “Yuventus” futbol klubunun hücumçusu Kristiano Ronaldo ən yaxşı futbolçu mükafatına layiq görülüb. Portuqaliyalı futbolçu bu mükafatı beşinci dəfədir alır ki, bu da rekord göstəricidir. Ronaldo həmçinin “İlin ən yaxşı qolu” mükafatını qazanıb.

Mükafatlar bir neçə nominasiyada təqdim edilib. “Ən yaxşı məşqçi karyerası” nominasiyasında italiyalı Fabio Kapello qalib olub. İlin ən yaxşı klubu “Atletiko” hesab edilib.

“Yuventus”da işləyən Fabio Parattiçi ən yaxşı idman direktoru seçilib. İlin ən yaxşı agenti nominasiyasında Jorje Mendeş qalib gəlib.

Mükafatlandırma mərasimi Dubayda keçirilib.

PSJ-nin futbolçusu Neymarın Yeni il bayramı yaddaqalan olub.

Qol.az xəbər verir ki, Rio-de Janeyroda parti təşkil edən braziliyalı hücumçu bayramı 26 xanımla qeyd edib.

Şənlikdə Neymarın dostları - "Barselona"lı Artur Melo, braziliyalı futbolçu Lukas Lima və sörfçü Qabriel Medina da iştirak edib.

“Qalatasaray” futbolçuları Sərdar Əziz və Ərən Dərdiyokla yollarını ayırır.

Goal.az-ın xəbərinə görə, bu barədə İstanbul təmsilçisinin baş məşqçisi Fateh Terim klubun rəsmi İnstaqram səhifəsinə açıqlamasında məlumat verib:

“Sərdarı da, Ərəni də çox istəyirəm və onların karyeralarına, istedadlarına hörmət edirəm. Ancaq bundan sonra bərabər çalışmağımız mümkün olmayacaq. Bizə uyğun futbolçular olmadıqlarını düşünürəm. Bu, bir günlük, bir oyunluq mövzu deyil. Mövsümün qalan hissəsində bizimlə olmayacaqlar. Yolları açıq olsun”.

Azərbaycan millisinin üzvü Tiflisdə keçirilən yeniyetmələr arasında idman dırmanması üzrə açıq çempionatda gümüş medal qazanıb.

Axar.az xəbər verir ki, Azərbaycanın yığma komandası yarışda üç idmançı ilə təmsil olunub. Boldrinq üzrə yarışda məşqçi Çingiz Tağızadənin rəhbərliyi ilə Dövlət Gömrük Komitəsi İdman Sağlamlıq Mərkəzinin (DGK İSM) “Gömrükçü” idman klubunun təmsilçisi Mədinə Abdullayeva uğurla çıxış edib. 2009-2010-cu illər təvəllüdlü idmançılar arasında qüvvəsini sınayan təmsilçimiz gümüş medala sahib olub.

Mədinə Abdullayeva ötən il ölkəmizdə idman dırmanmasının çətinlik növü üzrə keçirilən DGK İSM “Gömrükçü” idman klubunun açıq beynəlxalq birinciliyində də gümüş medal qazanıb.

Rusiyalı Həbib Nurməhəmmədov Qaydasız Döyüş Çempionatının (UFC) reytinqində bir pillə geriləyib.

Report xəbər verir ki, 30 yaşlı samboçu üçüncü pilləyə enib. O, yerini ABŞ idmançısı Con Consa verib. İlk sırada isə amerikalı Deniel Kormye qərarlaşıb.

Qeyd edək ki, Konor Makqreqor 9-cu yerdədir. ABŞ-ın Las-Veqas şəhərində keçirilən UFC 229 turnirində yüngül çəkidə H.Nurməhəmmədova uduzan irlandiyalı döyüşçü də bir pillə geriləyib.

2018-ci ildə AMADA tərəfindən 35 antidopinq qayda pozuntusu qeydə alınıb. Bu pozuntuları idmanın ağır atletika (2), güləş (12), boks (5), cüdo (3), velosiped idmanı (2), voleybol (2), taekvondo (7) və atletika (1) növləri üzrə qeyri-əlverişli analiz nəticəsində aşkarlanıb. Əlavə olaraq, ağır atletikada 1 atipik nəticə aşkar edilib.

Axar.az xəbər verir ki, bu barədə məlumat Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) 2018-ci ilə dair illik hesabatında qeyd olunub.

Hesabatda bildirilib ki, il ərzində 1 dəfə dopinq nəzarətindən imtina, 8 dəfə isə məkan məlumatı pozuntusu halları baş verib. Qeyri-əlverişli analiz nəticələrinin bir çoxu anabolik steroid təşkil edib və idmançıların 25 faizi azyaşlı olub. Ümumilikdə 2018-ci ildə 35 antidopinq qayda pozuntusu baş verib və 35 yekun qərar açıqlanıb.

Xəbər lenti