"Qəbələ" və "Sumqayıt" komandaları arasındakı Azərbaycan Premyer Liqasının XV tur

Ardını oxu...

Bu il 53-cü dəfə keçiriləcək ABŞ-ın ən çox izlənilən idman yarışı olan "Super Boul" (Amerikan Futbolu Finalı) ölkə iqtisadiyyatına milyardlarla dollar xeyir verəcək.

Fanat.az xəbər verir ki, ölkədəki irqçilik problemi səbəbindən ötən il 103,4 milyon nəfərin izlədiyi qarşılaşma son 9 ilin ən aşağı reytinqinə imza atmışdı. Bu il isə tamaşaçı sayının ötən illərin orta göstəricisi olan 180 milyonu keçəcəyi proqnozlaşdırılır.

Bu gecə Bakı vaxtı ilə saat 03.30-da Corciya ştatının Atlanta şəhərindəkı 71 min azarkeş tutumuna malik "Mersedes-Benz" stadionunda keçiriləcək "Super Boul"da "Los Anceles Rams" və "Nyu England Patriots" komandaları üz-üzə gələcək. Oyunu ABŞ ərazisində 182,5 milyon nəfərin izləməsi ehtimal edilir.

ABŞ Milli Pərakəndəçilər Birliyinin (NRF) açıqladığı rəqəmlərə əsasən, ölkədə hər il festival ab-havası yaradan qarşılaşma Amerika pərakəndə satış sektorunda ümumilikdə 14,8 milyon dollar xərcləməyə səbəb olacaq.

Ötən ilki "Super Boul"da bu rəqəm 15,3 milyard dollar olub. Bu il gəlir 3,3 faiz azalsa da, tarixin üçüncü ən böyük göstəricisi olacaq.

NRF həmçinin bildirir ki, bu ilki çempionluq qarşılaşmasında amerikalılar orta hesabla hərəyə 81,3 dollar xərcləyəcək. Bu isə "Super Boul" tarixinin ikinci ən böyük göstəricisidir.

ABŞ-ın Milli Toyuq Şurası (NCC) isə bu ilki "Super Boul" qarşılaşmasında rekord sayda toyuq qanadı satılacağını açıqlayıb. Məlumata görə, çempionluq matçı zamanı amerikalılar 1,38 milyard toyuq qanadı yeyəcək ki, bu da ötən illə müqayisədə 27 milyon artıqdır (2 faiz).

"Super Boul" qarşılaşmaları NFL-lə NBC, CBS və "Fox" telekanalları arasındakı müqaviləyə əsasən hər il növbəlilik prinsipi ilə yayımlanır. Bu ilki matçı CBS kanalı yayımlayacaq. Kanal 4 saatlıq canlı yayım ərzində göstərəcəyi 30 saniyəlik hər reklam çarxı üçün 5,1-5,3 milyon dollar tələb edir. Ötən ilki yayımçı NBC hər belə reklam üçün 5,24 milyon dollar almış və ümumilikdə 414 milyon dollar qazanmışdı.

"Mersedes Benz" stadionunda 53-cü dəfə keçiriləcək "Super Boul"un bilet qiymətləri hər il olduğu kimi yenə minlərlə dollara satılır. Bilet firması "StubHub"un məlumatına görə, qarşılaşmaya satılan ən ucuz bilet 2420 dollardı. Lojalarda oyun izləmək istəyənlər isə 325 min dollardan keçməlidi.

Ümumdünya Səhiyyə Təşkilatının dünən Azərbaycanda H1N1, yəni donuz qripi virusunun aşkar edilməsi ilə bağlı açıqlaması əhalidə narahatlıq yaratdı. Xəbərin artınca Səhiyyə Nazirliyi məlumatı təkzib etsə də, nazirliyin məlumatı elə də effekt vermədi.

Axar.az xəbər verir ki, ÜST və SN əhalinin narahatlığını və məsələnin əhəmiyyətini nəzərə alaraq bu gün keçirdiyi mətbuat konfransında Azərbaycanda da donuz qripinin aşkarlandığını təsdiqləyiblər.

Bu virusa yoluxanların adları açıqlanmasa da, ÜST nümayəndəsi 16 nəfərdə belə halın aşkarlandığını, ancaq ağırlaşma ilə müşahidə olunmadığını bildirib.

Qeyd edək ki, bir neçə gün öncə dünyasını dəyişən idmançı, dünya çempionu Xamis Məmmədovun ölüm xəbəri yayılarkən onun qripdən dünyasını dəyişdiyi deyilmişdi. Bu məlumat əhali arasında öldürücü donuz qripi virusunun yayılması ehtimalını gücləndirdi. Müalicə həkimi isə idmançımızın ağciyərlərin tromboemboliyasından dünyasını dəyişdiyini açıqladı.

X.Məmmədovun ölüm səbəbinin dəqiq məlum olmaması da çaşqınlığa səbəb oldu. Belə ki, ailə ölümün dəqiq səbəbinin müəyyən edilməsi üçün meyitin yarılmasından qəti şəkildə imtina etdi.

Jurnalist Ləman Ələşrəfqızı isə sosial şəbəkə hesabında ölkədə donuz qripinin ölümə səbəb olması barədə məlumat paylaşıb. Jurnalist bildirib ki, 18 yaşlı bir xanım bu virusdan dünyasını dəyişib:

“Dünən valideynlərin qrupunda biri yazmışdı ki, tanışının 18 yaşlı bacısı qripdən ölüb. Bu gün rəsmən təsdiqləndi ki, Azərbaycanda A/H1N1 virusu var”.

Tibb elmləri doktoru Adil Qeybulla açıqlamasında bildirib ki, adi soyuqdəymə zamanı olan qripin donuz qripi virusuna çevrilməsi anlayışı yoxdur:

“Adi qripin donuz virusuna çevrilməsi deyilən bir anlayış yoxdur. Donuz qripi özü qripin bir formasıdır”.

Təyyarəsi yoxa çıxan Emiliano Salanın axtarışı ilə bağlı yeni məlumat yayılıb.

Axar.az xəbər verir ki, təyyarəni axtaran tədqiqatçılar Salanın olduğu təyyarəyə aid kreslo parçalarını Fransa sahilləri yaxınlığında tapıb.

Bu tapıntıdan sonra axtarışlar suyun altında davam etdiriləcək.

Xatırladaq ki, Fransanın “Nant” klubundan Uelsin “Kardiff-Siti” klubuna transfer edildikdən sonra Nant şəhərindən Uelsin paytaxtına uçan 28 yaşlı argentinalı hücumçunu aparan təyyarə yanvarın 21-də La-Manşdakı Normand adalarında radarlardan itmişdi. Fransa polisi günlərlə heç bir xəbər alınmayan təyyarənin axtarışlarının dayandırıldığını elan etmişdi.

İspaniya La Liqasının 21-ci turunda lider “Barselona” səfərdə “Jirona” ilə qarşılaşıb.

Axar.az xəbər verir ki, matç Kataloniya klubunun 2:0 hesablı qələbəsi ilə başa çatıb. Oyunda qolları Semedo və Messi vurub.

Bununla da "Barsa" La Liqada ardıcıl 8-ci qələbəsini təmin edib.

Qeyd edək ki, hazırda “Barselona”nın 49 xalı var. “Atletiko Madrid” 44 xalla 2-ci, “Sevilya” və “Real” isə 36 xalla 3-4-cü yerləri bölüşür.

Futbol üzrə Azərbaycan milli komandasının hazırda vakant olan baş məşqçi vəzifəsinə təyinatla bağlı namizədlərin müzakirəsi prosesi davam etməkdədir.

Axar.az xəbər verir ki, bu barədə AFFA-nın yaydığı məlumatda bildirilib.

Qeyd edilib ki, ötən dövr ərzində müxtəlif ölkələrdən olan məşqçilərlə görüşlər keçirilib. Yaxın gələcəkdə namizədlərin qısa siyahısının hazırlanması nəzərdə tutulub. AFFA-nın Məşqçilər Komitəsinin tövsiyələri də nəzərə alınmaqla hazırlanacaq qısa siyahı müvafiq qaydada AFFA rəhbərliyinə və İcraiyyə Komitəsinə təqdim olunacaq.

Proseslə bağlı rəsmi məlumatlar operativ və dəqiq şəkildə ictimaiyyətin diqqətinə çatdırılacaq.


Bu həftə dünyanın yaşıl meydanlarında bir-birindən maraqlı görüşlər baş tutub.

Axar.az futbol qarşılaşmaları zamanı ən gözəl qapıçı qurtarışlarının görüntüsünü təqdim edir:


Vangelis Platellasın "Neftçi"yə keçidi həll olunub.

Ardını oxu...


Mütləq Döyüş Çempionatının (UFC) prezidenti Dana Uayt qarışıq döyüş növləri (MMA) üzrə idmançı Konor Makqreqorun planları haqqında danışıb.

Ardını oxu...


Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışını davam etdirən "Neftçi" klubu 20 Yanvar qurbanlarını anıb.

Ardını oxu...

Xəbər lenti