![]() |
|
Futbol üzrə Avropa Liqasında ikinci finalçı müəyyənləşib.
Report-un məlumatına görə, mayın 29-da Bakıda keçiriləcək həlledici qarşılaşmada İngiltərə "Arsenal"ına "Çelsi" rəqib olub. "Zadəganlar" yarımfinalda Almaniya "Ayntraxt"ı ilə həm səfər, həm də ev matçını 1:1 hesablı heç-heçə ilə başa vurub. Əlavə vaxtda da nəticə dəyişmədiyi üçün qalib penaltilər seriyası ilə müəyyənləşib.
Bu zaman "Çelsi"dən Sezar Aspilikueta, "Ayntraxt"dan isə Martin Hinteregger və Qonsalo Pasiensia dəqiq olmayıb. Nəticədə London komandası 4:3 hesabı ilə qələbə qazanaraq, həlledici görüşdə iştirak hüququna yiələnib.
Qeyd edək ki, Bakı Olimpiya Stadionunda təşkil olunacaq "Arsenal" - "Çelsi" qarşılaşması saat 23:00-da başlanacaq. "Arsenal" kimi "Çelsi" də bu arenada meydana çıxıb. 2017-2018 mövsümündə "zadəganlar" "Qarabağ"la Çempionlar Liqasının qrup oyununu böyük hesablı qələbə ilə başa vurub - 4:0.
Avropa Liqası, Yarımfinal, cavab oyunları
9 may
23:00. “Çelsi” (İngiltərə) – “Ayntraxt” (Almaniya) - 1:1 (ƏLAVƏ VAXT - 0:0, penaltilərlə - 4:3)
Qollar: Ruben Loftus-Çik, 28 - Luka Yoviç, 49
Penaltilər seriyası: Sebastyan Alle (0:1), Ross Barkli (1:1), Luka Yoviç (1:2), Sezar Aspilikueta (1:2), Conatan de Quzman (1:3), Jorjinyo (2:3), Martin Hinteregger (2:3), David Luis (3:3), Qonsalo Pasiensia (3:3), Eden Azar (4:3)
Baş hakim: Ovidiu Hateqan (Rumıniya)
London. “Stemford Bric” stadionu
İlk oyun - 1:1.
Bu gün Avropa Liqasında yarımfinal mərhələsinə yekun vurulacaq.
“Qafqazinfo” xəbər verir ki, “Arsenal” ilk oyunda 3:1 hesabı ilə qalib gəldiyi “Valensiya”nın qonağı olacaq. "Çelsi" səfərdə 1:1 hesablı-heçə etdiyi “Ayntraxt”ı qəbul edəcək. Avropa Liqasının finalı mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək.
9 may Avropa Liqası Yarımfinal, cavab oyunları 23:00.
“Valensiya” (İspaniya) – “Arsenal” (İngiltərə)
İlk oyun – 1:3 23:00.
“Çelsi” (İngiltərə) – “Ayntraxt” (Almaniya)
İlk oyun – 1:1
***
Kevin Qameyro 11-ci dəqiqədə hesabı açır. “Valensiya” - “Arsenal” 1:0.
***
17-ci dəqiqədə Obameyanq hesabı bərabərləşdirir. “Valensiya” - “Arsenal” 1:1
***
28-ci dəqiqədə “Çelsi” “Ayntraxt”la matçda hesabı açır. Loftus- Çik fərqlənir.
***
Hər iki oyunda fasilə oldu.
***
İkinci hissə başladı.
***
50-ci dəqiqədə “Arsenal” 2-ci qolu vurur. Lyakazat fərqlənir.
***
Yoviç 49-cu dəqiqədə “Ayntraxt”ın bərabərlik qolunu vurur.
***
Kevin Qameyro 58-ci dəqiqədə hesabı bərabərləşdirir. “Valensiya” - “Arsenal” 2:2
***
Obameyanq 69-cu dəqiqədə hesabı 3:2 edir. “Arsenal” önə keçir.
***
“Arsenal”dan 4-cü qol. Obameyanq 89-cu dəqiqədə hesabı 4:2 edir.
***
“Valensiya” - “Arsenal” matçı başa çatdı.
***
“Çelsi” - “Ayntraxt” oyununda əlavə vaxt
***
“Çelsi” penaltilərdə “Ayntraxt”a qalib gələrək Bakıdakı finalda mübarizə aparacaq ikinci komanda olub. Mayın 29-da Bakı Olimpiya Stadionunda “Arsenal” - “Çelsi” finalı olacaq.
Gənclər və İdman naziri Azad Rəhimov Bakıda keçiriləcək UEFA Avropa Liqasının final matçı haqqında fikirlərini bölüşüb.
Report xəbər verir ki, A.Rəhimov hazırda ölkədə "Formula 1"in keçirildiyini və tezliklə Avropa Liqasının finalı kimi böyük hadisəyə ev sahibliyi edəcəklərini açıqlayıb.
O, yarımfinalda mübarizəni davam etdirən komandalardan "Çelsi"yə azarkeşlik edəcəyini söyləyib: "Finalda kimi görmək istəyirik? Həlledici oyunda əsla İngiltərə finalı istəmirəm. Hazırkı komandalardan "Çelsi"yə azarkeşlik edəcəyəm. Hər halda Roman Abramoviç bizim adamdır".
Nazir "İngiltərəli azarkeşlərdən qorxursunuz?" sualını isə belə cavablandırıb: "Bilirəm ki, onlara xeyli pivə lazım olacaq. Amma biz hazırıq. Bütün pivə zavodları tam gücü ilə işləyir. Amma onların nəyisə dağıdacaqlarını düşünmürəm. Çünki başqa yerlərdə də dağıtmayıblar".
Qeyd edək ki, Avropa Liqasının yarımfinalında "Arsenal" (İngiltərə) - "Valensiya" (İspaniya) və "Ayntraxt" (Almaniya) - "Çelsi" (İngiltərə) cütləri üz-üzə gələcək. Görüşlər mayın 2-də və 9-da keçiriləcək. Final matçı isə mayın 29-da Bakı Olimpiya Stadionunda təşkil olunacaq.
18:36
ABŞ Prezident Donald Tramp və Liviya Milli Ordusunun (LMO) rəhbəri marşal Xəlifə Haftar arasında telefon söhbəti baş tutub.
Axar.az xəbər verir ki, telefon danışığı zamanı Tramp terrorizmə qarşı mübarizənin aparılmasının və neft qaynaqlarının qorunmasının vacibliyini qarşı tərəfin diqqətinə çatdırıb.
Tərəflər Liviyanın sabit, demokratik sistemə keçidində həmfikir olduqlarını vurğulayıblar.
Mərakeşin “Əl-İslah və Ət-Tənmiyə” qəzetində “Azərbaycan 10 milyonuncu vətəndaşının anadan olmasını qeyd edir” sərlövhəli məqalə dərc edilib.
Axar.az Azərtac-a istinadən məlumatına görə, məqalədə qeyd edilir ki, aprelin 6-da keçmiş Ağdərə rayonunun sakinləri, hazırda Ağdam rayonunun Baş Güneypəyə kəndində qeydiyyatda olan məcburi köçkün Ocaqova Nigar Çərkəz qızı ilə Həsənov Rauf Yunis oğlunun ailəsində Azərbaycanın 10 milyonuncu sakini dünyaya gəlib. Azərbaycanda bu mühüm hadisə atəşfəşanlıq və konsert proqramları ilə təntənəli şəkildə qeyd olunub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva 10 milyonuncu vətəndaş Mehriban Həsənovanın valideynləri Rauf Həsənov və Nigar Ocaqova ilə görüşüblər.
Yazıda bildirilir ki, 1991-ci ildə müstəqilliyini əldə etdikdə Azərbaycanın əhalisi 7,2 milyon nəfər idi. Müstəqilliyin ilk illərində Azərbaycan xalqı ən çətin problemlərlə üzləşdi. Bir tərəfdən, Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində ölkə ərazisinin 20 faizi işğal edilmiş, etnik təmizləmə siyasəti nəticəsində isə bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdü. Digər tərəfdən, SSRİ-nin dağılması səbəbindən iqtisadi və ticarət əlaqələri pozulmuşdu. Yalnız 1993-cü ildə ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkə tədricən bu böhrandan çıxmağa başladı. Azərbaycanda ictimai-siyasi sabitlik bərqərar oldu, milli birlik təmin edildi və ölkə həyatının bütün sahələrində yenidənqurma işlərinə başlanıldı.
Məqalədə diqqətə çatdırılır ki, bu gün əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş strateji inkişaf və hərtərəfli islahatlar kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan daxili inkişafın bir sıra əsas parametrlərini, o cümlədən makroiqtisadi sabitlik, sürətli iqtisadi inkişaf, müsbət demoqrafik vəziyyət və effektiv dövlət idarəçiliyini gücləndirib.
Azərbaycan iqtisadiyyatının dinamik inkişafından bəhs edən yazıda qeyd olunur ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə ölkədə əhalinin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə ciddi tədbirlər görülüb. 2003-2018-ci illərdə məcburi köçkünlərlə bağlı məsələləri həll etmək üçün genişmiqyaslı tədbirlər görülüb. Ölkədə heç bir çadır düşərgəsi qalmayıb, 265 min nəfər 100-dən çox qəsəbə və şəhərciyə köçürülüb.
On milyonuncu sakinin doğulması Azərbaycan dövlətinin insan kapitalını ölkənin əsas xəzinəsi kimi qiymətləndirməsinin göstəricisidir və ölkənin inkişaf strategiyasının Dayanıqlı İnkişaf üzrə 2030-cu il Gündəliyində əksini tapan Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq istiqamətində müvəffəqiyyətlərini göstərir.
Dağlıq Qarabağ münaqişəsi barədə məlumat verilən yazıda bildirilir ki, əhalinin sayının azalması fonunda özünü təcrid etmiş Ermənistan öz xalqını iqtisadi inkişafdan məhrum edir. Bununla yanaşı, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin Ermənistan tərəfindən işğalının davam etməsi Ermənistanı regionda ticarət imkanlarından məhrum edir, eyni zamanda, bölgənin davamlı inkişafına mənfi təsir göstərir.
Azərbaycan torpaqlarının hərbi işğalı heç vaxt Ermənistanın istədiyi siyasi nəticəni verməyəcək. Münaqişənin həlli yalnız beynəlxalq səviyyədə tanınmış sərhədlər çərçivəsində Azərbaycanın suverenliyi və ərazi bütövlüyü əsasında mümkündür.
Portuqaliya yığmasının futbolçusu Kristiaono Ronaldo İtaliyanın “Yuventus” klubunu tərk edə bilər.
Report-un məlumatın görə, 34 yaşlı hücumçu Turin təmsilçisinin Çempionlar Liqasının 1/4 final mərhələsində mübarizəni dayandırmasından çox məyus olub.
Bildirilir ki, portuqaliyalı forvard 2020-ci ilin yayında “Yuventus”dan ayrılmaq istəyir.
Qeyd edək ki, Ronaldo ötən yay 112 milyon avro qarşılığında İspaniyanın “Real Madrid” klubundan “Yuventus”a keçib və 2022-ci ilin iyulundək müqavilə bağlayıb. Turin təmsilçisi qitənin ən nüfuzlu klub turnirində Hollandiya “Ayaks”ına uduzaraq mübarizəni dayandırıb (1:1, 1:2).
Qarışıq döyüş növlərinin (MMA) UFC 229 kateqoriyası üzrə ən güclü idmançılardan olan rusiyalı Həbib Nurmaqomedov bu ilin sentyabrında döyüş planını təsdiqləyib.
Axar.az xəbər verir ki, döyüşçü tələbələrlə görüşdə sentyabrın 7-də və dekabrın 28-də döyüşlər keçirəcəyini bildirib. Bundan əvvəl UFC prezidenti Dana Uayt da H.Nurmaqomedovun növbəti döyüşünün sentyabra planlaşdırıldığını vurğulayıb.
H.Nurmaqomedov qeyd edib ki, müəyyən çətinliklər var və hələlik danışıqlar davam edir: “Mənə görə diskvalifikasiya edilən Zubayra (Tuxuqov) və Abubakarın (Nurmaqomedov) sentyabrda mübarizə apara bilməmələri mənim qayıtmağıma mane olur. Mən əvvəlcə onların qayıtmasını istəyirəm. Məni öz fikrimdən daşındırmaq üçün daha çox pul təklif edirlər”.
Xatırladaq ki, H.Nurmaqomedov oktyabrın 7-də irlandiyalı Konor Makqreqoru məğlub edərək çempionluq kəmərini qoruyub. İrlandiyalı ilə qarşılaşmadan sonra rusiyalı döyüşçü dava hadisəsinə görə 9 ay müddətinə diskvalifikasiya olunaraq, 500 min dollar cərimə edilib.
Rusiyalı döyüşçü qarışıq döyüş növləri üzrə keçirdiyi 27 qarşılaşmanın hamısında qalib gəlib.
İsveçrənin Nyon şəhərində UEFA Çempionlar Liqasının dörddəbir final və yarımfinal mərhələlərinin püşkü atılıb.
Axar.az xəbər verir ki, dörddəbir finalda iki İngiltərə klubu “Tottenhem” və “Mançester Siti” üz-üzə gələcək.
Digər cütlüklər aşağıdakı kimidir:
“Liverpul” (İngiltərə) – “Porto” (Portuqaliya)
“Barselona” (İspaniya) – “Mançester Yunayted” (İngiltərə)
“Ayaks” (Hollandiya) – “Yuventus” (İtaliya)
Yarımfinal qarşılaşması isə bu şəkildə olacaq:
“Tottenhem” / “Mançester Siti” – “Ayaks” / “Yuventus”
“Barselona” / “Mançester Yunayted” – “Liverpul” / “Porto”
Bakı Olimpiya Stadionunda keçiriləcək Avropa Liqasının final matçının biletləri "Yeriniz məlum" devizi ilə satışa çıxarılıb.
Axar.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytından bildirilib.
Bilet satışı 4 mərhələ şəklində aparılacaq. Martın 21-i Bakı vaxtı ilə saat 17:00-dək davam edəcək birinci mərhələdə həlledici qarşılaşma üçün nəzərdə tutulan 64 000 biletdən 37 500 ədədi əlçatan olacaq.
Biletlər bir neçə kateqoriyada təqdim olunur. Birinci kateqoriya 140 avro, ikinci kateqoriya 90 avro, üçüncü kateqoriya 50 avro, dördüncü kateqoriya isə 30 avro dəyərində olacaq. Bundan əlavə, fiziki qüsurlu insanlar üçün nəzərdə tutulan biletlər dördüncü kateqoriyaya aid ediləcək və 30 avro dəyərində olacaq.
Oyuna qədər onları müşayiət edən bir nəfər üçün bilet isə pulsuz veriləcək. Gənclər üçün paket də təqdim olunacaq və bunun qiyməti 60 avro olacaq. Bu paketə ikinci kateqoriyalı iki bilet – bir böyük (məsələn, valideyn) və bir 14 yaşdan kiçik yeniyetmə üçün dördüncü kateqoriya güzəştində olan bilet daxildir. 400 ədəd gənclər paketi (800 bilet) hər kəs üçün satışda olacaq.
Qeyd edək ki, Avropa Liqasının finalı mayın 29-da olacaq.
Çempionlar Liqasının 1/8 final mərhələsində daha bir cavab oyunu başa çatıb.
“Qafqazinfo” xəbər verir ki, səfərdə “Roma”ya 1:2 hesaba məğlub olan “Porto” klubu öz meydanında keçirdiyi matçın əsas hissəsini eyni hesabla qalib başa vurub.
Bu səbəbdən 15 dəqiqəlik əlavə 2 hissə oynanılıb. Əlavə vaxtda daha bir qol vuran Portuqaliya təmsilçisi 3:1 hesabı ilə qalib gəlib. Beləliklə, ¼ finala yüksələn tərəf “Porto” olub.
Qeyd edək ki, PSJ - “Mançester Yunayted” matçında olduğu kimi, bu görüşdə də yekun qol penaltidən vurulub. Penalti isə VAR (Video köməkçi hakim) sistemi vasitəsilə təyin edilib.
“Porto” – “Roma” - 3:1 (əlavə vaxtda)
Qollar: Soares, 26, Mareqa, 53, Aleks Telles, 117 (pen.) - Daniele De Rossi, 37 (pen.)
İlk oyun - 1:2