![]() |
|
“Qarabağ”ın albaniyalı müdafiəçisi Ansi Aqollinin bu mövsümün sonunda karyerasını bitirəcəyi ilə bağlı xəbər ölkəsində müzakirəyə səbəb olub.
Qol.az-ın məlumatına görə, yayılan söz-söhbətə reaksiya verən Albaniyanın “Supersport.al” saytı “Yanlış narahatlıq, Aqolli hələlik gələcəyi ilə bağlı qərar verməyib” başlıqlı yazıda 36 yaşlı futbolçunun yayda yetirməsi olduğu “Tirana” klubuna qayıda biləcəyini qeyd edib. Sayt onun “Qarabağ”da qalmaq ehtimalını da istisna etməyib:
“Azərbaycanda Aqollinin karyerasını bitirəcəyi ilə bağlı yayılan xəbər qəribə hislər yaratdı. Sabiq “Tirana”lı bütün alban azarkeşlərin qəlbində xüsusi yerə sahibdir. Çünki o, az danışıb, meydanda çox iş görən futbolçulardandır. Aqolli gələcəyi il bağlı hələlik qərar qəbul etməyib. Hazırda o, “Qarabağ”ın düşərgəsində təlim-məşq toplanışındadır və mövsümün ikinci hissəsinə hazırlaşır. Düzdür, onun Azərbaycan klubu ilə müqaviləsi bu ilin iyununda başa çatacaq. Amma müxtəlif variantları var: 36 yaşlı futbolçu “Qarabağ”da futbolçu karyerasını davam etdirə və ya ona klubda başqa iş verilə bilər. Həmçinin Albaniyaya qayıdışı da istisna deyil. “Tirana” azarkeşləri onu sevgi ilə qarşılamağa hazırdır. Onlar heç vaxt təcrübəli futbolçunun karyerasını ilk addımlarını atdığı komandada başa vurmasına qarşı olmayıblar”.
Qeyd edək ki, Aqolli 2010-cu ildən “Qarabağ”da çıxış edir.
İtaliya Kubokunun 1/8 final mərhələsində “Boloniya” ilə qarşılaşan “Yuventus” 2:0 hesabı ilə qələbə qazanıb.
Goal.az xəbər verir ki, bu qələbə ilə 1/4 finala adlayan Turin klubu yeni rekorda imza atıb. Belə ki, "qoca sinyora" ardıcıl 12-ci dəfə bu göstəricini təkrarlamağı bacarıb. Növbəti mərhələdəki rəqib isə “Atalanta” – “Kalyari” matçının qalibi olacaq.
Qeyd edək ki, “Yuventus” son 4 ölkə kubokunun qalibi olub.
Robert Levandovskinin keçmiş meneceri Cesari Kuçarski futbolçunun transferi və gələcəyi haqqında açıqlama verib.
Goal.az xəbər verir ki, Kuçarski Fransa mətbuatına verdiyi açıqlamada polşalı futbolçunun “Real Madrid”ə transfer olmaq istədiyini deyib:
“Levandovskiyə əvvəlki illərdə bir çox təklif gəldi. Robert və həyat yoldaşı Fransaya, yəni PSG-yə, ya da İngiltərəyə getmək istəmədi. Onun üçün bir ehtimal vardı, o da “Real”.
Xatırladaq ki, "Real Madrid" mövsümün əvvəlində 30 yaşlı hücumçunu transfer etməyə çalışsa da, "Bayern Münih" gələn təklifləri qəbul etməmişdi.
Mənim üçün heç bir şey dəyişməyib. Bura mənim evim, ailəmdir.
Axar.az xəbər verir ki, bunu "Qarabağ"a icarə əsasında qayıdan Azərbaycan milli komandasının futbolçusu Riçard Almeyda bildirib.
"Burada hamını tanıyıram. Gəlmişəm ki, komandamla birgə uğurlar qazanım və "Qarabağ"ın bir parçası olum. Azarkeşlərə də göstərdikləri sevgiyə görə təşəkkür edirəm. Əmin olsunlar ki, komandamız üçün ən yaxşısını etməyə çalışacağam", - Almeyda qeyd edib.