![]() |
|
Serbiya, Yunanıstan, Bolqarıstan və Rumıniya 2028-ci ildə futbol üzrə Avropa və ya 2030-cu ildə dünya çempionatlarına ev sahibliyi ilə bağlı birgə müraciət etmək üçün təşkilat komitəsi yaradıb.
Axar.az xəbər verir ki, bu barədə Serbiya Prezidenti Aleksandr Vuçiç məlumat verib.
Dövlət başçısı təşkilat komitəsinin yaradılması barədə qərarın Belqradda keçirilən dördtərəfli görüşdə qəbul olunduğunu bildirib. Prezident sənədlərin 2021-ci ilin dekabrına qədər təqdim edilməli olduğunu, qərarın isə 2022-ci ilin iyulunda açıqlana biləcəyini vurğulayıb.
Sərbəst güləş üzrə Azərbaycan yığmasının baş məşqçisi vəzifəsində dəyişiklik edilib.
Axar.az Azərbaycan Güləş Federasiyasının saytına istinadən xəbər verir ki, milli komanda Saypulla Absaidova tapşırılıb.
Azərbaycan Güləş Federasiyasının prezident əvəzi Namiq Əliyevin əmri ilə təcrübəli mütəxəssis yenidən böyüklərdən ibarət yığmanın baş məşqçisi təyin olunub.
2009-2012 və 2015-2016-cı illərdə də əsas komandanın baş məşqçisi funksiyasını yerinə yetirən Saypulla Absaidov son iki ildə gənclərdən ibarət yığmada böyük məşqçi kimi fəaliyyət göstərib.
Qeyd edək ki, millinin sabiq baş məşqçisi Firdovsi Umudov bundan sonra fəaliyyətini sərbəst güləş üzrə vitse-prezident kimi davam etdirəcək.
Çempionlar Liqasında qrup mərhələsinin ən gözəl qolu bəlli olub.
Axar.az xəbər verir ki, azarkeşlər "Barselona"nın yarımmüdafiəçisi İvan Rakitiçin "Tottenxem"lə səfər oyununda (4:2) vurduğu qolu ən yaxşı seçib.
Qeyd edək ki, ən yaxşı qol adına digər namizədlər Usman Dembele (“Barselona”) və Mauro İkardinin (“İnter”) “Tottenhem”in, Kristiano Ronaldonun (“Yuventus”) isə “Mançester Yunayted”in qapısından keçirdiyi toplar olub.
Futbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsinin daha bir cavab görüşü keçirilib.
Axar.az xəbər verir ki, "Sabah" "Qəbələ"ni qəbul edib. Görüş qonaqların qələbəsi ilə yekunlaşıb - 1:0.
Hər iki görüşdə eyni hesabla qalib gələn "Qəbələ" yarımfinala yüksəlib. Növbəti mərhələdə rəqib saat 19:00-da başlanacaq "Keşlə" - "Qarabağ" görüşünün nəticəsinə əsasən müəyyənləşəcək. İlk matçda Ağdam komandası qalib gəlib - 1:0.
Milli komandamızın yarımmüdafiəçisi Riçard Almeydanın bu qış transfer pəncərəsi dönəmində “Qarabağ”a qayıdacağı gözlənilir.
Qol.az-ın etibarlı mənbədən əldə etdiyi xəbərə görə, milliləşdirilmiş braziliyalı futbolçu hazırda çıxış etdiyi “Astana” ilə müqaviləni ləğv etmək niyyətindədir. Bildirilib ki, bu yaxınlarda “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Almeydanın komandasına qayıtmasına razılıq verib. Məhz bundan sonra 29 yaşlı futbolçu hazırkı klubu ilə müqaviləni qarşılıqlı şəkildə ləğv etmək üçün “Astana” ilə danışıqlara başlayıb. Tərəflər maddi məsələlərdə razılığa gəlsələr, artıq bu qış transfer pəncərəsi zamanı Almeyda “Qarabağ”la müqavilə bağlayacaq.
Bəs, Pedro Enrike?..
Qeyd edək ki, daha əvvəl Qazaxıstan mətbuatı hazırda “Astana”da oynayan “Qarabağ”ın digər sabiq futbolçusu Pedro Enrikenin də Ağdam klubuna keçmək istəməsi barədə məlumat yayıb. Lakin bizə çatan xəbərə görə, Q.Qurbanov Almeydadan fərqli olaraq, Pedronun “Qarabağ”a qayıtmasında maraqlı deyil. Bu səbəbdən onun Ağdam klubuna transfer olunması ehtimalı demək olar ki, yoxdur.
“Astana” nə qərar verəcək?
Xatırladaq ki, hər iki futbolçu bu yay “Qarabağ”dan ayrılaraq “Astana”ya keçib. Pedrodan fərqli olaraq, Almeyda əsas heyətə çox düşməyib. Bundan başqa, bu günlərdə "Astana"da maliyyə problemlərinin olması, bu səbəbdən klubun Almeyda və Pedro da daxil olmaqla futbolçularına borcunun yaranması haqda Qazaxıstan mətbuatında məlumat yayılıb. Almeydanın daha çox bu səbəblərə görə özünün də “Qarabağ”a qayıtmağa maraqlı olduğu və razılıq verdiyi bildirilib. Bu məsələ ilə bağlı yekun qərar verən tərəflərdən yalnız “Astana”nın mövqeyi indiki məqamda həlledici rol oynayacaq. Bu səbəbdən tərəflər Qazaxıstan klubunun necə qərar verəcəyini gözləyirlər.
Qeyd edək ki, dünən “Qarabağ” sabiq futbolçularından biri, son klubu Qazaxıstan “Aktobe”si olan Reynaldo Silvanı yenidən komandaya qaytarması haqda açıqlama yayıb. Onunla 2.5 illik müqavilə imzalandığı bildirilib.
Bu gün ikiqat mübarizə apardıq. Təəssüf ki, ilk matçda epizodları düzgün qiymətləndirə bilmədik. Həmin matçda qol vura bilsəydik, bugünkü qələbə bizə bəs edərdi.
Sportnet.az-ın məlumatına görə, bunu "Neftçi"nin baş məşqçisi Roberto Bordin Azərbaycan Kubokunun 1/4 finalında "Sumqayıt"ı 1:0 hesabı ilə məğlub etdikləri cavab matçından sonra söyləyib.
İtaliyalı mütəxəssis bildirib ki, mərhələ keçməməkləri klub və azarkeşlər üçün üzücü haldır: "Amma qarşıdan fasilə gəlir. Yaxşı hazırlaşmaq üçün imkanımız olacaq. Mövsüm ərzində zədəli və cəzalı oyunçular olur. Lakin heyətimizdən razıyam. Futbolçular tapşırıqları düzgün yerinə yetirdilər. Rəqib müdafiədən oynamağa, biz isə oyunu genişləndirməyə çalışırdıq. "Sumqayıt"ın futbolçuları vaxt uzatmağa çalışırdılar. Bu səbəbdən, hakimlərə etiraz edirdim".
R.Bordin qış fasiləsində heyətdə hansı dəyişikliklər olunacağı ilə bağlı sualdan yayınıb. O, bunun üçün kifayət qədər vaxtlarının olduğu söyləyib.
Qeyd edək ki, ilk matçda "Neftçi"ni 2:0 hesabı ilə məğlub etdiyi üçün yarımfinala vəsiqə qazanan "Sumqayıt" "Zirə"yə rəqib olub.
Həbib Nurməhəmmədovla Konor Makqreqorla məlum döyüşündən sonra qaydasız döyüş növünə maraq həddən artıq artıb.
Axar.az xəbər verir ki, bu fikirləri İTV-də yayımlanan “Addım-addım” verilişinin qonağı olan idmançı və məşqçi Kamil Zeynallı bildirib.
İdmançı qeyd edib ki, MMA federasiyasının prezidenti Azad Əsgərovla söhbətində o da bunu təsdiqləyib və bildirib ki, bu idman növünə müraciət edənlər sürətlə artır:
“Valideynlər uşaqlarını daha çox Olimpiya Oyunlarına düşən idman növlərinə qoymağa çalışır. Nəticəsi olan idmanla məşğul olmaq həm idmançının özü üçün, həm də valideyn üçün stimulvericidir. Həbib Nurməhəmmədovun Konor Makqreqorla məlum döyüşündən sonra isə qaydasız döyüş idman növünə də maraq artıb. Ay ərzində bu idmanla məşğul olmaq üçün 100 adam müraciət edirdisə, sentyabrdan başlayaraq müraciətlər 300-400 nəfəri keçib. Hər bir oğlan uşağı qaydasız döyüşlə məşğul olmaq istəyir, bu səbəbdən də müraciət edirlər.
Azərbaycanın məşhur qaydasız döyüşçü və güləşçisi, qaydasız döyüş və güləş üzrə dünya çempionumuz olan MMA Federasiyasının prezidenti Azad Əsgərovla söhbət zamanı o da bunu təsdiqlədi. O da bildirdi ki, müraciət edənlər həddən artıqdır. Azad Əsgərov da bildirdi ki, gənclər arasında bu idmana maraq Həbibin döyüşündən sonra yaranıb”.
K.Zeynallı bildirib ki, marağın artmasına səbəb həm də dövlətin idmana və belə idman növlərinə olan münasibətidir:
“Bu yarışdan sonra idmançıya olan münasibət, dövlətin həmin idman növünə və onunla məşğul olan idmançılara dəstəyinin artması hər kəsi qaydasız idman növünə həvəsləndirib”.
Joze Mourinyo İngiltərənin "Mançester Yunayted" futbol komandası ilə yollarını ayırıb.
Report xəbər verir ki, bu barədə klubun rəsmi saytı xəbər yayıb.
"Qırmızı şeytanlar" portuqaliyalı mütəxəssisin rəhbərliyi altında son matçında "Liverpul"a 1:3 hesabı ilə uduzub.
Avropa Liqasında 1/16 final mərhələsinin təqvimi açıqlanıb.
Qol.az-ın yaydığı xəbərə görə, mərhələnin ilk oyunları fevralın 12-14 cavab qarşılaşmaları fevralın 20-21-də keçiriləcək.
1/16 final mərhələsi
İlk oyunlar
12 fevral (Bakı vaxtı ilə saat 21:55)
"Fənərbaxça" - "Zenit"
14 fevral (saat 21:55)
"Rapid" - "İnter"
"Slaviya" - "Genk"
"Krasnodar" - "Bayer"
"Renn" - "Betis"
"Olimpiakos" - "Dinamo" (Kiyev)
"Latsio" - "Sevilya"
BATE - "Arsenal"
"Qalatasaray - "Benfika"
14 fevral (saat 00:00)
"Viktoriya" - "Dinamo" (Zaqreb)
"Brügge" - "Zalsburq"
"Sürix" - "Napoli"
"Malmö" - "Çelsi"
"Şaxtyor" (Donetsk) - "Ayntraxt"
"Seltik" - "Valensiya"
"Sportinq" - "Vilyarrel"
Cavab oyunları
20 fevral (saat 21:00)
"Sevilya" -"Latsio"
21 fevral (saat 21:55)
"Dinamo" - "Viktoriya"
"Zalsburq" - "Brügge"
"Napoli" - "Sürix"
"Ayntraxt" - "Şaxtyor"
"Valensiya" - "Seltik"
"Zenit" - "Fənərbaxça"
"Vilyarreal" - "Sportinq"
"Arsenal" - BATE
21 fevral (saat 00:00)
"İnter" - "Rapid"
"Genk" - "Slaviya"
"Bayer"- "Krasnodar"
"Çelsi" - "Malmö"
"Betis" - "Renn"
"Dinamo" - "Olimpiakos"
"Benfika" - "Qalatasaray"
İtaliya A Seriyasının 16-cı turunda "Torino" ilə keçirilən görüş "Yuventus" üçün əlamətdar olub.
Goal.az xəbər verir ki, Turin derbisinin qalibi olan "qoca sinyora" bu oyunda A Seriyasında 5000-ci qolunu vurub.
Yubiley qoluna 70-ci dəqiqədə penaltidən Kristiano Ronaldo imza atıb.
Xatırladaq ki, görüş "Yuventus"un 1:0 hesablı qələbəsi ilə başa çatıb.