Əfsanəvi futbolçu Dieqo Maradona baş məşqçisi olduğu Meksika "Dorados"unun düşərgəsində bir neçə gündür görünmür.

Report-un məlumatına görə, dekabrın 26-dan komandanın mövsümöncəsi məşqləri fiziki hazırlıq üzrə mütəxəssisin rəhbərliyi altında gerçəkləşir. Maradonanın kluba qayıdıb-qayıtmayacağı hələ bilinmir. Onun yeni transferlərdən və köməkçiləri ilə bitən müqavilənin uzadılması istiqamətində danışıqların aparılmamasından narazı olduğu deyilir. Argentinalı mütəxəssisin özünün "Dorados"la müqaviləsi 2019-cu ilin yayınadəkdir.

Qeyd edək ki, Dieqo Maradona mayda Belarusun "Dinamo" (Minsk) klubunda İdarə Heyətinin sədri postunu tutub. Lakin Maradona orada da uzun müddət görünməyib. O, "Dorados"a sentyabrın 7-də baş məşqçi təyin olunub.

 

Şəhriyar Məmmədyarov dünya ikincisi oldu

Rusiyanın Sank-Peterburq şəhərində şahmatın rapid növü üzrə dünya çempionatı keçirilib.

 Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov yarışı gümüş medalla başa vurub.

Təmsilçimiz keçirdiyi oyunlarda ümumilikdə 10,5 xal toplayıb. Onu çempionluqdan cəmi yarım xal ayırıb. Belə ki, 11 xal toplayan rusiyalı Daniel Dubov dünya çempionu olub.

Bürün medalı isə ABŞ şahmatçısı Hikaru Nakamura (10,5 xal) qazanıb.

 

Azərbaycanın 19 yaşadək futbolçulardan ibarət milli komandasınıni baş məşqçisi postunda dəyişiklik olub.

Axar.az AFFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, yığma Samir Əliyevə tapşırılıb. O, Vüqar Məmmədi əvəzləyib. Təyinat AFFA-nın Məşqçilər Komitəsinin təqdimatı əsasında baş katibliyin birgə müzakirələri nəticəsində reallaşıb.

39 yaşlı mütəxəssis komandanı 2019-cu ilin oktyabr ayında keçiriləcək Avropa çempionatının seçmə mərhələsinə hazırlayacaq.

Qeyd edək ki, S.Əliyev ötən mövsüm “Səbail”ə rəhbərlik edib.

“Yuventus” yaxşı komandadır. Əvvəl də belə idi, Ronaldonun transferindən sonra isə daha yaxşı olub.

Qol.az xəbər verir ki, bu sözləri “Marca”ya açıqlamasında “Barselona”nın futbolçusu Lionel Messi deyib.

Argentinalı hücumçu Turin klubunu bu mövsüm Çempionlar Liqasını qazanmağa əsas namizədlərdən olduğunu bildirib.

Qeyd edək ki, mövsümün əvvəlində “Real”dan “Yuventus”a keçən Ronaldo Turin klubunda 18 oyuna 12 qol vurub, 5 məhsuldar ötürmə edib.

“Liverpul”un misirli hücumçusu Məhəmməd Salah Avstriya “Salzburq”nun formasını geyinən yəhudi futbolçu Munas Dabburun transfer ediləcəyi təqdirdə klubdan gedəcəyini bildirib.

Axar.az xəbər verir ki, bu barədə İsrailin “Yerusalem Post” qəzeti yazıb.

Qəzetin iddiasına görə, çıxdığı son 30 rəsmi oyunda 20 qol vuran Dabbur “Liverpul”un baş məşqçisi Yurgen Kloppun transfer siyahısında yer alıb. Misir-İsrail arasında olan münasibətlərə görə, Salah bu transferin baş tutacağı təqdirdə ingilis klubunu tərk edəcəyi ilə bağlı xəbərdarlıq edib.

Qəzet bildirib ki, 2014-cü ildə Salah “Bazel” klubunda oynayarkən “Makkabi Təl-Əviv”lə keçirilən görüşdə rəqib oyunçuların əlini sıxmaq əvəzinə ayaqqabılarının ipini bağlamışdı.

Dekabrın 26-da İtaliya A Seriyasında 18-ci turun oyunları keçirilib.

Axar.az xəbər verir ki, turun gözlənilməz hesabı “Atleti Azzurri İtalia” stadionunda qeydə alınıb. Son çempion “Yuventus” səfərdə “Atalanta” komandasının qonağı olub. Görüş 2:2 hesabı ilə başa çatıb. Gərgin keçən qarşılaşmada hesabı erkən qolla Turin təmsilçisi açıb. Miralim Pyaniçin ötürməsindən sonra top “Atalanta” klubunun müdafiəçisi Berat Djimsitinin ayağına dəyərək qapıdan keçib – 0:1. Qoldan sonra irəli atılan meydan sahibləri matçın 24-cü dəqiqəsində hesaba tarazlıq gətirib. Duvan Sapata fərdi ustalığı sayəsində rəqibin iki müdafiəçisini keçərək qapıya qüvvətli zərbə endirib – 1:1.

Fasiləyə komandalar heç-heçə ilə yollanıb.

Qarşılaşmanın ikinci hissəsinin 56-cı dəqiqəsində “Atalanta” klubu hesabda önə keçib. Duvan Zapata adını tabloya yazdıraraq oyunda dublun rəsmiləşdirib – 2:1. Matçın 78-ci dəqiqəsində “qoca sinyora” hesabı bərabərləşdirməyə nail olub. Belə ki, Miralim Pyaniçin künc ötürməsindən sonra “Atalanta”nın cərimə meydançasında yaranmış qarışıqlıqdan Kristino Ronaldo dəqiq baş zərbəsi ilə istifadə edib. Bu, “Yuventus”un ulduz oyunçusunun cari mövsümdə vurduğu 12-ci qoldur. Qalan dəqiqələrdə hər iki komandanın cəhdlərinə baxmayaraq, hesab dəyişməyib.

Turun digər oyunlarında aşağıdakı nəticələr qeydə alınıb:

“Frosinone” – “Milan” – 0:0

“Fiorentina” – “Parma” – 0:1

“Bolonya” – “Latsiyo” – 0:2

“Kalyari” – “Cenoa” – 1:0

“Sampdoriya” – “Kievo” – 2:0.

Qeyd edək ki, tura “Roma” - “Sassuolo”, “Torino” - “Empoli”, SPAL - “Udineze” və “İnter” - “Napoli” oyunları ilə yekun vurulacaq.

Rusiyanın Sankt-Peterburq şəhərində şahmat üzrə rapid yarışlarına start verilib.

Axar.az xəbər verir ki, kişilər arasında 206, qadınların yarışlarında 124 şahmatçının mübarizə apardığı yarışların ilk günündə 5 turun oyunları keçirilib. Azərbaycanın tanınmış şahmatçısı Şəhriyar Məmmədyarov 5 turun nəticəsinə görə 4 xal toplayıb. O, bu nəticəyə görə turnir cədvəlində 5-ci yerdədir. Qədir Hüseynovun aktivində 3,5, Rauf Məmmədovun isə 3 xalı var. 4-cü turun nəticələrinə görə Gülnar Məmmədova 3, Günay Məmmədzadə 2,5, Zeynəb və Türkan Məmmədyarova bacıları isə hərəyə 2 xal qazanıblar.

Turnir cədvəlinin lideri 4,5 xalla iranlı Alireza Firoujadır. Qadınların turnirində isə 4 xalla Çin şahmatçısı Vencun Cu liderlik edir.

Yarışlar dekabrın 28-dək keçiriləcək. Kişilərin yarışları 15, qadınların turnirin isə 12 turdan ibarətdir.

Blits üzrə dünya çempionatı isə dekabrın 29-30-da təşkil ediləcək.


“Qəbələ”nin baş meneceri Zaur Əzizov sabiq futbolçuları Dodonun komandaya qayıdacağı ilə bağlı xəbərə münasibət bildirib.

Klub rəsmisi Qol.az-a açıqlamasında braziliyalı yarımmüdafiəçini baxışa dəvət etdiklərini təsdiqləyib. Lakin Z. Əzizov 31 yaşlı futbolçunun başqa təklifi də olduğunu və buna görə hələlik yekun qərarını vermədiyini söyləyib:

“Biz Dodo ilə mütəmadi olaraq əlaqədəyik. Klubdan ayrılmasından bir neçə il keçməsinə baxmayaraq, demək olar ki, ay ərzində bir neçə dəfə danışırıq. O, hələ bir müddət əvvəl “Qəbələ”yə qayıtmaq istədiyini demişdi. Mən də son danışıqlarımızın birində bildirdim ki, istəyirsənsə, bu şərtlərlə hazırlığa qoşula bilərsən. Əsas şərt də odur ki, fiziki baxımdan hazırlıqlı, komandamıza xeyir verə biləcək formada olmalıdır. Ondan sonra bizə konkret olaraq, “hə” və ya “yox” deməyib. Hələ ki, gözləyirik. Düşünürəm ki, başqa təklifi də olduğu üçün götür-qoy edir”.

Əzizov Dodonun son vaxtlar aşağı səviyyəli klublarda çıxış etməsinə baxmayaraq, “Qəbələ”yə xeyir verə biləcək futbolçu olduğunu düşünür: “Dodonu kifayət qədər təcrübəli futbolçu hesab etmək olar. Uzun müddət “Qəbələ”də oynayıb. O, klubu, biz də onu tanıyırıq. Karyerasında intizam yaratsa, istənilən komandamıza kömək edə biləcək səviyyəyə çata bilər. Son vaxtlar klubsuz qalmayıb, sadəcə, aşağı liqalarda oynayıb. Yəni, oynaması dəqiqdir. Özü də son dönəmdə sabit çıxış edib. Buna görə də tanıdığımız, hörmət etdiyimiz, kluba kifayət qədər uğur qazandırmış futbolçu olaraq, Dodonu məşqlərə dəvət etməkdə heç bir problem görmürük. Amma bu, o demək deyil ki, Dodo dəqiq gələcək”.

Qeyd edək ki, Dodo 2011/2016-cı illərdə "Qəbələ"də çıxış edib. O, "qırmızı-qaralar"dan ayrılandan sonra Braziliyanın "Joinvil" və Yunanıstanın AEL klublarında çıxış edib.

UEFA Avropa Liqasının 2018-2019-cu il mövsümünün final matçının Azərbaycan paytaxtında keçirilməsi ilə əlaqədar Bakıda açılan “Avropa Liqası Muzeyi”ndə növbəti imza günü təşkil edilib.

AZƏRTAC xəbər verir ki, muzeyin budəfəki qonağı Azərbaycan milli komandasının və “Qəbələ” klubunun yarımmüdafiəçisi Təmkin Xəlilzadə olub.

Muzeyin ziyarətçiləri və futbolsevərlər yarımmüdafiəçi ilə fotoşəkillər çəkdirib, onun imzasını alıblar.

“Avropa Liqası Muzeyi” ilə tanış olan T.Xəlilzadə komandasının ən böyük rəqibi olan “Qəbələ” klubunun azarkeşləri ilə də görüşüb.

T.Xəlilzadə 2014-cü ildə Ağdamın “Qarabağ” klubunun heyətində Azərbaycan çempionu adı qazanıb.

Dekabrın 26-da İngiltərə Premyer Liqasının 19-cu turuna start verilib.

Axar.az xəbər verir ki, turun görüşləri arasında gözlənilməz nəticə “King Pover” stadionunda qeydə alınıb. Sonuncu çempion “Mançester Siti” səfərdə “Lester Siti” komandasının qonağı olub. Görüş meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Ev sahiblərinin heyətində Mark Albrayton (19) və Rikardo Pereyra (81) fərqləniblər. Qonaqların yeganə qolunun müəllifi Bernardo Silva (14) olub.

Beləliklə, Pep Qvaridolanın yetirmələri son dörd oyunda üçüncü dəfə məğlub olaraq, ikinci pilləni də əldən veriblər.

Belə ki, doğma meydanda “Bornmut”u 5:0 hesabı ilə darmadağın edən “Tottenhem” turnir cədvəlində ikinci pilləyə yüksəlib.

Çempionatın vahid lideri “Liverpul” isə ev oyununda “Nyukasl”ın qapısından dörd cavabsız top keçirib. “Liverpul”un heyətində D.Lovren (11), Məhəmməd Salah (47, p) Xerdan Şaqiri (79) və Fabinyo (85) fərqləniblər.

Digər oyunlarda aşağıdakı nəticələr qeydə alınıb:

“Fulham” – “Vulverhempton” – 1:1;

“Börnli” – “Everton” – 1:5;

“Kristal Palas” – “Kardiff” – 0:0;

“Mançester Yunayted” – “Haddersfild” – 3:1.

Tur çərçivəsində bu gün “Brayton”-“Arsenal”, “Votford”-“Çelsi”, dekabrın 27-də isə “Sauthempton”-“Vest Ham” oyunları keçiriləcək.

Hazırda “Liverpul”un 51, “Tottenhem”in 45, “Mançester Siti”nin 44 xalı var.

Xəbər lenti