“Mançester Yunayted”dən tarixi geridönüş

Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyunu keçirilir.

“Qafqazinfo” xəbər verir ki, ilk matçda öz meydanında 0:2 hesabı ilə məğlub olan “Mançester Yunayted” PSJ ilə qarşılaşır. 

Romelu Lukaku matçın 2-ci dəqiqəsində hesabı açır və “Mançester Yunayted” 1:0 öndədir. 

***

12-ci dəqiqədə Xuan Bernatın vurduğu qolla “Pari Sen Jermen” hesabı bərabərləşdirir. 

***

Oyunun 30-cu dəqiqəsində Romelu Lukakunun vurduğu qolla “Mançester Yunayted” 2:1 önə keçdi. 

***

Matçın 90+4-cü dəqiqəsində Reşford penaltidən vurduğu qolla "Mançester Yunayted"ə 3:1 hesablı qələbə qazandırıb. İngiltərə təmsilçisi növbəti mərhələyə yüksələn tərəf olub. 







 

ABŞ Prezidenti Donald Tramp Venesuelaya qarşı sanksiyaların müddətini daha bir il uzadıb.

Axar.az xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.

“Venesueladakı vəziyyət ABŞ-ın milli təhlükəsizliyini və xarici siyasətini təhdid etməkdə davam edir. Məhz bu səbəbdən sanksiyaların müddətinin uzadılmasını qaçılmaz hesab edirəm”, - deyə Tramp bildirib.

“Ayaks” “Real”ı Madriddə darmadağın etdi

Çempionlar Liqasında 1/8 final mərhələsinin cavab oyunlarına start verilib.

“Qafqazinfo” xəbər verir ki, öz dogma meydanında Hollandiyanın “Ayaks” klubunu qəbul edən “Real” matçın 7-ci dəqiqəsində qapısından qol buraxıb. Qolu rəqib qapısına Hakim Ziyeş vurub. 

Oyunun 18-ci dəqiqəsində David Neresin vurduğu ikinci qolla “Ayaks” 2:0 öndədir. 

***

"Ayaks"ın hücumçusu Duşan Tadiçin vurduğu qolla Amsterdam təmsilçisi 3:0 öndədir. 

***

Oyunun 70-ci dəqiqəsində "Real" oyunda ilk qolunu vurdu. 

***

"Real"ın qolundan 2 dəqiqə sonra Lasse Şone "Ayaks"ın dördüncü qolunu vurdu. 

***

Oyunun əsas vaxtına əlavə edilən beş dəqiqə də bitdi və oyun 4:1 "Ayaks"ın qələbəsi ilə başa çatdı. 

 










 

Mustafa Dənizli buraxılan qola hirsləndi, xəstəxanalıq oldu

Dünən axşam Türkiye Super Liqasının 24-cü turu çərçivəsində “Trabzonspor”a qarşı oyunda “Kasımpaşa”nın baş məşqçisi Mustafa Dənizlinin halı pisləşib.

“Qafqazinfo” “CNN Türk”ə istinadən xəbər verir ki, 69 yaşlı mütəxəssis komandasının ilk hissənin son saniyələrində buraxdığı ikinci qoldan sonra əsəbiləşib və halı pisləşib. Klub həkimlərinin ilkin müayinəsindən sonra onun təzyiqinin yüksəldiyi məlum olub və dərhal xəstəxanaya yerləşdiriblər.

Komandanı ikinci hissəyə isə Dənizlinin köməkçisi Sarp Yiğit çıxarıb.

Xəstəxanada tibbi müdaxilədən sonra özünə gələn mütəxəssis mətbuata açıqlama verib və özünü yaxşı hiss etdiyini bildirib:

“Bu gün yaşadığım şey əslində hər gün başıma gələn hadisədir. Əslində hər həftə oyunda təzyiqim yoxlansa, yüksək olduğu görünər. Bu gün sadəcə klub həkimimizin israrı ilə xəstəxanaya gəldim”.

Qeyd edək ki, ilk hissənin 0:2 hesabı ilə geridə bitirən “Kasımpaşa” ikinci hissədə vurduğu qollarla oyundan 2:2 hesablı bərabərliklə ayrılıb.

 

 

“Fənərbaxça” “Zenit”ə qarşı

Avropa Liqasında 1/16 final mərhələsinə bu gün keçiriləcək 1 oyunla start veriləcək. 

Ardını oxu...

 

İngiltərənin “Liverpul” klubunun hücumçusu Məhəmməd Salah yayda “Yuventus”a keçə bilər.

Ardını oxu...

Futbolçu Emiliano Salanın ölüm səbəbi bəlli olub.

Axar.az xəbər verir ki, Sala baş və bədən xəsarətləri nəticəsində dünyasını dəyişib.

Böyük Britaniyada Qəza Tədqiqat Komissiyası 6-12 ay ərzində qəzanın yekun hesabatını açıqlayacaq.

Futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi müəyyənləşib.

Axar.az AFFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, bu posta xorvatiyalı mütəxəssis Nikola Yurçeviç təyin olunub.

Yaxın günlərdə 53 yaşlı məşqçi ilə müvafiq müqavilə imzalanacaq.

Qeyd edək ki, Nikola Yurçeviç baş məşqçi fəaliyyətinə 2002-ci ildə ölkəsinin "Dinamo" (Zaqreb) komandasında başlayıb. O, 2005-ci ildə isə Avstriyanın “Austriya” və Xorvatiyanın “Slaven Belupo” kollektivlərinə rəhbərlik edib. Bundan sonra S.Biliçin məşqçi korpusunda yer alan mütəxəssis Xorvatiya millisində (2006 - 2012), eləcə də Rusiyanın “Lokomotiv”, Türkiyənin “Beşiktaş” və İngiltərənin “Vest Hem” komandalarında köməkçi-məşqçi funksiyasını yerinə yetirib. N.Yurçeviç son olaraq 2018-ci ildə Zaqreb "Dinamo"sunun baş məşqçisi olub.

Fransanın paytaxtı Parisdə keçirilən “Böyük dəbilqə” turnirində cüdo komandamız 1 gümüş və bir bürünc medal qazanıb.

Axar.az xəbər verir ki, 11 kişi və 6 qadın cüdoçu ilə təmsil olunan komandamızın aktivinə gümüş medalı İrina Kindzerska yazdırıb. Birinci mərhələdə kamerunlu Vanessa Mballa və rusiyalı Ksenya Çibisova üzərində qələbə qazanan cüdoçumuz yarımfinalda yaponiyalı Akira Soneni məğlub edib. Qızıl medal uğrunda yarışda kubalı İdalis Ortisə uduzub.

Bürünc medalı isə +100 kiloqram çəki dərəcəsində Uşangi Kokauri qazanıb. Tatami ustamız döyüşdə İsrail təmsilçisi Ora Sasonu məğlub edib.

UEFA 2020-ci il Avropa çempionatının keçiriləcəyi şəhərlərdəki iştirakçı milli komandalar üçün təlim-məşq bazaları və otellərin onlayn-kataloqunu təqdim edib.

Report xəbər verir ki, kataloqun müəllifləri iki il ərzində 150 otel və 100 bazanı ziyarət ediblər. Yekunda onlar Avropa çempionatına vəsiqə qazanacaq yığmalara geniş seçim imkanı yaradıblar.

Kataloqda ev sahibi olacaq hər bir şəhərdə 4-ə qədər müasir standartlara cavab verən təklif irəli sürülüb. Müxətlif kateqoriayalara aid təlim-məşq mərkəzləri arasında həvəskar komandalardan tutmuş, peşəkar klubların, eləcə də yığmaların bazalarına qədər rast gəlmək mümkündür.

Kataloqda ilk dəfə Avropa çempionatına ev sahibliyi edəcək Bakıya aid bölmədə dəst formasında 3 stadion və eyni sayda otel yer alıb. “Bakcell Arena”nı seçəcək komanda “Fairmont Baku Flame Towers Hotel”də məskunlaşa bilər. “Dalğa Arena” üçün “Bilgah Beach Hotel” təqdim olunub. Tofiq Bəhramov adına Respublika stadionuna üstünlük verəcək kollektivə isə “Excelsior Hotel & Spa Baku” təklif edilib.

Kataloqda Bakı bölməsini seçdikdən sonra təlim-məşq bazaları və mehmanxalara keçid edərək, daha ətraflı məlumat əldə etmək olar.

“Bakı dünyada dəniz səviyyəsindən ən aşağı – 28 metrlikdə olan paytaxt şəhərdir. Azərbaycanın paytaxtı həm neftin çox olduğu, həm də “küləklər şəhəri” kimi tanınır. Bu, Qafaqaz regionunda ən böyük şəhər və Xəzər dənizi hövzəsində ən iri bazadır. Son vaxtlar Bakıda xarici qonaqların sürətli artımı müşahidə edilir. Bu isə o deməkdir ki, seçim üçün müasir otellərin sayı çoxdur”, - Bakının kataloqunda qeyd olunur.

Qeyd ki, Avropa çempionatının 60 illiyi ilə əlaqədar olaraq, yarış ilk dəfə 12 müxtəlif ölkədə və 24 komandanın iştirakı ilə keçiriləcək. AVRO-2020-nin matçları Bakı ilə yanaşı, London (İngiltərə), Münhen (Almaniya), Sankt-Peterburq (Rusiya), Roma (İtaliya), Kopenhagen (Danimarka), Buxarest (Rumıniya), Amsterdam (Hollandiya), Dublin (İrlandiya), Bilbao (İspaniya), Budapeşt (Macarıstan) və Qlazqoda (Şotlandiya) təşkil olunacaq.

Qrup mərhələsinin 3, 1/4 final mərhələsinin isə 1 oyunu Bakı Olimpiya Stadionunda keçiriləcək. 68700 nəfərlik arenada matçlar müvafiq olaraq, 13 iyun, 17 iyun, 21 iyun və 4 iyulda olacaq.

Xəbər lenti