![]() |
|
“Ştutqart” klubunun kapitanı Kristian Gentnerin atası oğlunun oyununa baxarkən tribunada dünyasını dəyişib.
Trend-in məlumatına görə, Mixael Gentner dünən “Herta” ilə matçın gedişində anidən yıxılıb.
Həkimlərin müdaxiləsinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.
Ölüm səbəbi hələ ki məlum deyil.
Hadisə ilə bağlı “Ştutqart” klubu açıqlama yayaraq Gentnerə başsağlığı verib.
![]() ![]() ![]() ![]() |
Misir futbol yığmasının hücumçusu Məhəmməd Salah Afrikanın ən yaxşı oyunçusu seçilib.
Axar.az xəbər verir ki, Salah bu titulu ard-arda ikinci dəfə alıb. Bununla o həmçinin bu titula Məhəmməd Bərəkət və Məhəmməd Abutrikidən sonra sahib olan üçüncü misirli olub.
Salahla bərabər bu titula “Yuventus”da oynayan mərakeşli Mehdi Benatiya, “Napoli”də oynayan seneqallı Kalidu Kulibali, “Atletiko Madrid”də oynayan qanalı Tomas Parti və “Liverpul”da oynayan seneqallı Sadio Mane iddialı olub.
İngiltərənin “Arsenal” klubu Avropa Liqasının qrup mərhələsinin sonuncu – VI turunda “Qarabağ”la görüşdə baş vermiş insidentə görə təhlükəsizlik təbdirlərini gücləndirəcək.
Report xəbər verir ki, bu barədə klubdan “Sky Sport”a bildirilib.
London təmsilçisi dekabrın 13-də baş verən insidentin fonunda təhlükəsizlik məsələsinə təkrar baxacaq:
“Emireyts” stadionunda təhlükəsizlik tədbirləri davamlı gözdən keçirilir. Cümə axşamı baş verən insidentin fonunda kənar şəxslərin meydançaya girməsinin qarşısını almaq üçün daha nələr etməyin mümkünlüyünə baxacağıq. Bizim arenada bu cür hadisələr nadir hallarda baş verir. Çünki təlim keçmiş stüardlarımız bu cür cəhdlərə nəzarət edirlər”.
Qeyd edək ki, UEFA “Arsenal”ın 1:0 hesabı ilə qalib gəldiyi matçın 90+3-cü dəqiqəsində erməni azarkeşin "Dağlıq Qarabağ"dakı separatçı rejimin bayrağı ilə meydana daxil olmasına görə intizam işi açıb.
UEFA Ermənistan Futbol Federasiyasını 18 min avro məbləğində cərimələyib.
Report xəbər verir ki, buna Ermənistan yığmasının azarkeşlərinin UEFA Millətlər Liqasının III turunda evdə Cəbəllütariqlə matçda etdikləri qeyri-etik hərəkətlər səbəb olub. Fanatlar sözügedən qarşılaşmada meydana yad əşyalar atıb və tribunada insident törədiblər.
Qeyd edək ki, görüş Cəbəllüttariqin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Bu yığmanın tarixində ilk rəsmi qələbəsi olub.
Fransalı qrossmeyster Maksim Vaşe-Laqrav London klassik şahmat turnirində inamlı çıxışı ilə tarixi uğura imza atıb.
Axar.az xəbər verir ki, blits üzrə yarışda erməni şahmatçı Levon Aronyan üzərində parlaq qələbədən sonra fransalı qrossmeyster 2948,2 ELO xalı ilə canlı reytinqdə Maqnus Karlseni keçərək dünyada birinci pilləyə yüksəlib.
London turnirində cəmi dörd şahmatçı - Fabiano Karuana, Levon Aronyan, Hikaru Nakamura və Maksim Vaşe-Laqrav mübarizə aparırlar. Turnirdə şahmatçılar dairəvi system üzrə klassik, rapid və blits üzrə partiyalarda üz-üzə gəlirlər.
Turnir dekabrın 17-dək davam edəcək.
00:46
Bu gün Çempionlar Liqasında qrup mərhələsinə yekun vurulur.
Axar.az xəbər verir ki, ilk matçlardan biri Türkiyədə baş tutub. Burada "Qalatasaray" "Portu"nu qəbul edib. "Sarı-qırmızılar" rəqibinə 2:3 hesabı ilə uduzsalar da, mübarizəni Avropa Liqasında davam etidrəcəklər. "Lokomotiv"in səfərdə "Şalke"yə 0:1 hesablı məğlubiyyəti türklərə qitənin ikinci dərəcəli turnirində oyanamaq hüququ qazandırıb.
A qrupunda "Borussiya" (Dortmund) və "Atletiko" 1/8 finala, "Brügge" isə Avroliqaya vəsiqəni əvvəlcədən təmin etdiyindən buradakı oyunlar heç nəyi dəyişməyəcək.
"Barselona"nın mərhələni keçdiyi B qrupudnda isə "Tottenhem" və Milan "İnter"i 2-ci yerin sahibi kimi pley-offa yüksəlməyə çalışacaq. "İnter" PSV-ni qəbul edirsə, "Tottenhem" Kataloniya səfərində "Barsa"nın qonağıdır.
Nəhayət C qrupunda "Srvena Zvezda" PSJ-ni, "Liverpul" isə "Napoli"ni qəbul edir. Bu qrupda "Srvena Zvezda"dan başqa digər 3 klubun növbəti mərhələyə yüksəlmək şansı var.
***
"Barselona" 1-1 "Totenxem"
"İnter" 1-1 PSV
"Brüqqe" 0-0 "Atletiko"
"Monako" 0-2 "Dortmund"
"Liverpul" 1-0 "Napoli"
"Srvena Zvezda" 1-4 PSJ
Bu nəticələrdən sonra "Barselona", "Totenxem", "Atletiko", "Dortmund", "Liverpul" və PSJ komandaları növbəti mərhələyə yüksəlib.
Bir gün Messi İtaliyaya gəlsə, bunu xoş qarşılayaram, yeni rəqabət gözü ilə baxaram.
Axar.az xəbər verir ki, bunu “Yuventus” klubunun hücumçusu Kristiano Ronaldo İtaliya mətbuatına verdiyi açıqlamasında deyib.
“Messi üçün darıxırsan” sualına Ronaldonun cavabı maraqlı olub:
“Xeyr. Bəlkə o mənim üçün darıxır. Mən İngiltərə, İspaniya, Portuqaliya, indi də İtaliyada futbol oynayıram. Komandalarımla hər şeyi əldə etdim. O isə hələ İspaniyadadır. Bəlkə orada qazanmağa ehtiyacı var. O, yaxşı futbolçu və yaxşı insandır”.
İngiltərənin “Arsenal” klubunun türk əsilli yarımmüdafiəçisi Məsud Özil İtaliyanın “İnter” klubuna transfer olacaq.
Axar.az xəbər verir ki, bu barədə “San” nəşri yazıb.
Məlumata görə, London klubu italiyalıların 28 milyon avroluq təklifinə razılıq verib. “Arsenal”ın Özili satmasının əsas səbəbi kimi futbolçunun yüksək məvacibi göstərilib.
Qeyd edək ki, Özil “Arsenal”da həftəlik 350 min avro qazanır.
Bu gün Topaz Premyer Liqasında birinci dövrəyə yekun vurulacaq.
Axar.az xəbər verir ki, günün ilk matçında "Sabah" öz meydanında "Keşlə"yə 2:1 məğlub olub.
Hazırda oynanılan matçda "Qarabağ" "Zirə"ni 4-0 məğlub edir. Digər oyunlarda "Qəbələ" "Səbail"in, "Sumqayıt" isə çempionatın lideri "Neftçi"nin qonağıdır.
Qeyd edək ki, bu matçlardan sonra Topaz Premyer Liqasında iki aylıq fasilə olacaq.
“Barselona”nın kapitanı Lionel Messi daha bir rekorda imza atıb.
Goal.az-ın məlumatına görə, argentinalı superulduz bunu La Liqanın XV turunda “Espanyol”la səfər görüşündə bacarıb.
“Barselona”nın 4:0 hesabı ilə qalib gəldiyi qarşılaşmada dubl edən Leo cari mövsümdə qollarının sayını 11-ə çatdırıb və bombardirlər yarışında liderliyə şərik olub. O, ardıcıl 13 mövsümdə 10 qol həddinə çatan ilk futbolçu kimi tarixə düşüb.
Qeyd edək ki, bu mövsüm La Liqada Messinin aktivində 11 qolla yanaşı, 8 məhsuldar ötürmə var.