Bu gün İspaniya La Liqasının 10-cu turunda "Barselona” - "Real Madrid” klubları üz-üzə gələcək.

Axar.az xəbər verir ki, 11 il sonra ilk dəfə bu matç Ronaldo və Messisiz keçiriləcək.

Oyun Bakı vaxtı ilə saat 19:15-də "Nou Kamp" stadionunda başlayacaq.

“Barselona”nın hücumçusu Lionel Messi zədə səbəbindən oyunda iştirak edə bilməycək. “Real”ın keçmiş futbolçusu Kristano Ronaldo isə mövsümün əvvəlində İtaliyanın “Yuventus” klubuna transfer olunub.

“Lester Siti”nin sahibinin helikopteri yerə çırpıldı

İngiltərənin “Lester Siti” klubunun tailandlı sahibi Viçai Srivaddhanaprabhanın helikopteri qəzaya uğrayıb.

Ardını oxu...

 

Arda Turan matçda fitə basıldı

Son zamanlar adı müğənni Berkay Şahinlə davada hallanan Başakşehir klubunun futbolçusu Arda Turan matçlardan birində fitə basılıb.

Ardını oxu...

Macarıstanın paytaxtı Budapeştdə keçirilən güləş üzrə dünya çempionatı sona yaxınlaşır.

Ardını oxu...

 

“Sumqayıt” “Qəbələ” ilə heç-heçə etdi

Bu gün  Topaz Premyer Liqada 9-cu tura start verilib.

“Qafqazinfo”nun xəbərinə görə, ilk oyun günündə “Qəbələ” səfərdə “Sumqayıt”la qarşılaşıb.  Matç 2:2 hesabı ilə başa çatıb.

“Sumqayıt” – “Qəbələ” - 2:2

Qollar: Şəhriyar Əliyev, 7 (1:0),19 (2:0), Stiven Monroz, 42 (2:1), Atakora Lalavele, 56 (2:2)
Qırmızı vərəqələr: Bəhlul Mustafazadə, 90+2 ("Qəbələ"), Rauf  Əliyev, 90+3 ("Qəbələ")
Hakimlər: Orxan Məmmədov, Mübariz Haşımov, Cavanşir Yusifov, Ramil Əhmədov
“Dalğa Arena”

Qeyd edək ki, tura sabah keçiriləcək iki oyunla yekun vurulacaq.

 

“Sabah” “Zirə”yə qalib gəldi

Bu gün Topaz Premyer Liqada 9-cu tura start verilib.

“Qafqazinfo”nun xəbərinə görə, turun açılış matçında debütant “Sabah” autsayder “Zirə”ni qəbul edib və rəqibini məğlub edib - 2:1.

“Sabah”“Zirə” - 2:1
Qollar: Məqsəd İsayev, 45+1 (1:0), Tellur Mütəllimov,73 (1:1), Cavid İmamverdiyev, 90+2 (2:1)
Hakimlər: Vüqar Həsənli, Akif Əmirəli, Cəmil Quliyev, Rəhim Həsənov
“Əlincə Arena”

 

Vacib oyuna çıxacağımızı hamımız bilirik. Hər iki komandanın xalı yoxdur. Bu görüş haqqında çox da danışmağa ehtiyac yoxdur. Komandanı hazırlamışıq. Sabah hamımız üçün maraqlı matç olacağını düşünürəm.

Report xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov UEFA Avropa Liqasının qrup mərhələsinin III turunda Ukrayna təmsilçisi "Vorskla" ilə oyundan əvvəl deyib.

46 yaşlı mütəxəssis Bakı Olimpiya Kompleksində təşkil onunan mətbuat konfransında jurnalistlərin suallarını da cavablandırıb.

- Texniki məğlubiyyətdən sonra psixoloji durum necədir?

- Hər şey qaydasındadır. Fərqli turnirlərdir. Səhvlər olur. Onu aradan qaldırma üçün nə lazımdırsa edirik.

- Donald Gerryenin hazırkı durumu necədir?

- Durumu tam yaxşı olmasa da, onun sabahkı matçda oynamaq ehtimalı var.

- Hannes Halldorsson heyətdə görə biləcəyik?

- Buna sabah qərar verəcəyik.

- "Qarabağ" "Vorsla"nı qapısına qol vurmağın yolunu tapıbmı?

- Hələ oynamamışıq. Problem təkcə hücumla bağlı deyil. Qələbə qazanmaq üçün qol vurmaq lazımdır. Bunun üçün çalışacağıq.

- Rəqib Avropa Liqasının qrupunda keçiridiyi hər iki oyunda qol vurub...

- "Vorskla" qol vurmağı bacaram komandadır. Müdafiədə diqqətli olmalı, eyni zamanda hücuma da çıxmağı bacarmalıyıq. Bunların üzərində işləmişik.

- Bilet satışı elə də yaxşı deyil. Bu, sizi narahat edir?

- Azarkeşlər hər zaman bizimlə olub. Onların yenə də öz yerlərini alacaqlarına inanıram.

 

Firdovsi Umudov Olimpiya çempionundan narazıdır

Macarıstanın paytaxtı Budapeştdə keçirilən dünya çempionatında sərbəst güləşçilərin yarışına yekun vurulub.

komandamızın çıxışını dəyərləndirən baş məşqçi Firdovsi Umudov Azərbaycan Güləş Federasiyasının rəsmi saytına müsahibə verib. 

O, Hacı Əliyevin uduzmasından, Cəbrayılov Həsənovun gümüş medalından və Olimpiya çempionu Şərif Şərifovun uğursuz çıxışından danışıb:

“Medallarımızın sayının daha çox olmasını istəyərdik. Hacı Əliyevin zədəsi və çəkisini dəyişməsi ona mane oldu. Şərif Şərifov və Aslənbəy Albrovoun çıxışından narazı qaldım. Onlar potensiallarından aşağı çıxış etdilər. Növbəti təlim-məşq toplanışında onlar haqqında ölçü götürüləcək.Şərifovun 0:7 hesabı ilə uduzması məni məyus etdi. Ona iradlarımı bildirdim. Hər dəfə belim ağrayır, zədəm var deyirdi. Əgər yorulmusansa, güləşdən getməlisən. Davam edirsənsə, tapşırıqlar yerinə yetirilməlidir”.

 

 

İspaniyanın "Real Madrid" klubunun futbolçusu Serxio Ramos komanda yoldaşını topla vurub.

Report-un məlumatına görə, insident Çexiya "Viktoriya"sı ilə Çempionlar Liqasının III tur matçından öncə məşq zamanı baş verib. Təcrübəli müdafiəçi gənc oyunçu Serxio Regilonun oyunundan narazı olduğu üçün bu addımı atıb. O, belə davranışa məşqdən sonra da yol verib.

Qeyd edək ki, oktyabrın 23-də Madriddəki "Santyaqo Bernabeu" stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 23:00-da başlanacaq.

"Qəbələ”ni təbrik edirəm. Rəqib bütövlükdə müdafiə olundu. Təəssüf ki, hesab 0:0 olarkən qol imkanlarından istifadə edə bilmədik. Acınacaqlı hal odur ki, rəqib bizi əks hücumlarda yaxalamağı bacardı. Bu məğlubiyyətdən nəticə çıxarıb, növbəti oyuna hazırlaşmalıyıq.

Axar.az xəbər verir ki, bu sözləri "Neftçi” klubunun baş məşqçisi Roberto Bordin Topaz Premyer Liqasında 8-ci turun "Qəbələ” ilə oyunsonrası təşkil olunmuş mətbuat konfransında deyib.

İtaliyalı mütəxəssis həmçinin bildirib ki: "Dabo və Dario ilk hissədə normal oynadılar. Təkcə onlar yox, ümumiyyətlə bütün komanda üzvləri səyləri artırmalıdır. Zəif cəhətlərimiz odur ki, hücumlar zamanı individual mübarizələrdən qalib ayrıla bilmirdik. Uduzmuşuqsa, komanda şəklində uduzmuşuq”.

Xəbər lenti