Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Tabeliyində olan “Azərbaycan” nəşriyyatı təşkilati-hüquqi formasını dəyişib.

Qurum “Azərbaycan Nəşriyyatı” Məhdud Məsuliyyətli Cəmiyyətinə çevrilib.

Hazırda MMC-nin nizamnamə kapitalı 4 078,550 min manat, qanuni təmsilçisi Güləliyeva Leyla Ağa Əli qızıdır.

Şirkət Bakı şəhəri Yasamal rayonu, Mətbuat PR., ev məh 529 ünvanında qeydiyyatdadır.

2021-ci ildə Azərbaycan dəmir yolları ilə 2,826 mln sərnişin daşınıb.

“Yol-xeber.az”ın məlumatına görə, bu, 2020-ci il ilə müqayisədə 33% çoxdur.

Sözügedən dövrdə daşınan sərnişinlərin 2,747 mln nəfəri şəhərətrafı, 79,344 min nəfəri daxili daşımaların payına düşüb, beynəlxalq daşımalar isə həyata keçirilməyib.

2020-ci ilin yekunu ilə müqayisədə şəhərətrafı sərnişindaşımalarda 51% artım, daxili daşımalarda isə 3,5 dəfə azalma qeydə alınıb. 

2021-ci ildə Azərbaycan dəmir yolları ilə 15,058 mln ton yük daşınıb.

“Yol-xeber.az”ın məlumatına görə, bu, 2020-ci ilin yekunu ilə müqayisədə 2,9% çoxdur.

Dəmir yolu ilə yükdaşımaların 7,435 mln tonu beynəlxalq daşımaların, 4,585 mln tonu tranzit daşımaların, 3,038 mln tonu daxili daşımaların payına düşür. 

Beynəlxalq daşımalar illik müqayisədə 3,2% azalıb, tranzit və daxili daşımalar isə müvafiq olaraq 11% və 7,8% artıb.

Bir günə orta hesabla qatarların sayı 5,9, istifadə edilmiş konteynerlərin sayı 46,899 ədəd olub.

Dünya bazarında “Azeri Light” (CIF) markalı neft bahalaşıb.

Azərbaycan neftinin 1 barelə olan qiyməti 1,36 ABŞ dolları və ya 1,42% artaraq 97,46 ABŞ dolları təşkil edib.

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələri açıqlanıb.

Avronun məzənnəsi 0,03% artaraq 1,9426 manat, Rusiya rublunun məzənnəsi 0,44% irəliləyərək 0,0227 manat, türk lirəsi 0,32% bahalaşaraq 0,1253 manat təşkil edib.

ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub.

Dünya birjalarında neft qiymətləri dəyişib.

 ICE London qitələrarası birjasında “Brent” markalı neftin 1 barelinin qiyməti 0,31 dollar və ya 0,33% artaraq 93,58 dollar olub.

Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində “WTI” neftinin 1 barelinin qiyməti 0,19 dollar və ya 0,21% azalaraq 92,12 dollar təşkil edib.

Azərbaycanda istehsal olunan məhsullar ABŞ-ın məşhur elektron ticarət platformaları olan "Amazon" və "eBay"da satışa çıxarılacaq.

"Report" xəbər verir ki, satışlar İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin operatoru olduğu "Azexport" portalı vasitəsilə həyata keçiriləcək.

İlkin mərhələdə yerli istehsal olan rəsm, musiqi, ədəbiyyat və sənətkarlıq işləri kimi mədəniyyət sənayesi məhsulları, həmçinin, bəzi qida məhsulları "Amazon" və "eBay"a inteqrasiya olunub. Məhsullar alıcılara "Made in Azerbaijan" brendi ilə təqdim ediləcək. Bu, platformalarda satış proseslərinə ciddi nəzarət və yüksək keyfiyyət tələblərinin mövcud olması ilə əlaqədardır. Bundan əvvəl isə "Azexport" həmin platformalarda hər bir istehsalçı üçün fərdi satıcı hesabının yaradılması xidməti təqdim edib.

Satışların əsasən ABŞ, Böyük Britaniya, Avropa və MDB ölkələri, Yaponiya, Cənubi Koreya, Çin, Honkonq, Tayvan, Sinqapur və İsrailə həyata keçirilməsi nəzərdə tutulub. Layihə çərçivəsində dövlət təşkilatlarının dəstəyi ilə kiçik və orta biznes subyektlərinin ərsəyə gətirdiyi məhsullar da "Amazon" və "eBay"a inteqrasiya edilə bilər.

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələri açıqlanıb.

Avronun məzənnəsi 0,28% artaraq 1,9167 manat, Rusiya rublunun məzənnəsi 0,91% irəliləyərək 0,0222 manat, türk lirəsi 0,4% ucuzlaşaraq 0,1271 manat təşkil edib.

 ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub.

Azərbaycanda fəaliyyətini dayandıran dövlət müəssisəsi “Sumqayıt Tikinti Xidmət” ASC investisiya müsabiqəsi vasitəsilə özəlləşdirilib.

İqtisadiyyat Nazirliyindən verilən məlumata görə, müəssisənin nizamnamə kapitalının 99,91%-ni təşkil edən 129 799 səhmi “EVSAN” şirkəti tərəfindən əldə olunub. Şirkətlə imzalanan alqı-satqı müqaviləsinin şərtlərinə əsasən, dövlət büdcəsinə 1 mln. manat köçürəcəyini, ümumi həcmi 1,510 mln. manat təşkil edən İnvestisiya Proqramının icrasını, müəssisənin dövlət büdcəsinə olan borclarının ödənilməsini, habelə digər sosial-iqtisadi öhdəliklərin yerinə yetirilməsini üzərinə götürüb.

İnvestisiya Proqramına görə, dəmir-beton zavodunun qurulması, tikintidə istifadə olunan dəmir-beton dirək, müxtəlif təyinatlı tirlər, su novları, döşəmə panelləri, fasad və hasar divarları kimi məmulatların istehsalının təşkili planlaşdırılır. Layihə çərçivəsində investor tərəfindən beton qarışdırıcı, montaj texnikasının, iri tonnajlı körpülü kran, dəzgah və avadanlıqların alınması nəzərdə tutulur.

İnvestor tərəfindən İnvestisiya Proqramının bir il ərzində icrası, 30-dan az olmamaqla, yeni iş yerlərinin yaradılması planlaşdırılır.

Dünya birjalarında neft qiymətləri artıb.

“ICE London qitələrarası birjasında “Brent” markalı neftin 1 barelinin qiyməti 1,18 dollar və ya 1,31% artaraq 91,21 dollar olub.

Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində “WTI” neftinin 1 barelinin qiyməti 0,38 dollar və ya 0,43% artaraq 88,53 dollar təşkil edib.

Xəbər lenti