![]() |
|
Davam edən pandemiya şəraiti və iqlim dəyişiklikləri qlobal bazarda qiymət artımlarına və inflyasiya dərəcəsinin yüksəlməsinə səbəb olur. Bu da yerli bazarlara öz təsirini göstərir.
Ümumilikdə, qiymət artımlarını iqtisadiyyatın əksər sahələrində hiss etmək mümkündür. Ötən il paytaxt ərazisində daşınmaz əmlak bazarında müşahidə olunan bahalaşmanın bu il də artan inflyasiya fonunda davam edib-etməyəcəyi də sual doğurur
Daşınmaz əmlak üzrə ekspert, Emlak.az saytının mütəxəssisi Bəhruz Həsənov “Ölkə.Az”a açıqlamasında bildirdi ki, hazırda bazarda müvəqqəti olaraq durğunluq müşahidə edilir: “Satışda kifayət qədər çox daşınmaz əmlak olsa da, alıcı çox azdır. Ənənəvi olaraq ilin dəyişməsi, insanlar arasında vayuta məzənnəsinin dəyişəcəyi ilə bağlı gözləntilər alqı-satqıya olan marağı azaldır, alıcıları və satıcıları daha ehtiyatlı davranmağa məcbur edir”.
Ekspertin sözlərinə görə, buna baxmayaraq 2022-ci ildə mənzil qiymətlərində artım olacağı proqnozlaşdırılır: “Qiymət artımına səbəb olan təbii proseslər var. Əsasən tikilməkdə olan yeni binalarda qiymətlərin qalxması gözlənilir. Buna səbəb ötən ildən etibarən tikinti materiallarının kifayət qədər bahalaşması (2 dəfəyə qədər), həmçinin tikiləcək binalar üçün tikintiyə yararlı torpaqların az və yüksək qiymətə olmasıdır.
Bütün bu proqnozları ümumiləşdirsək, il ərzində mənzillərin satış qiymətlərində 15-20% artım ola biləcəyini deyə bilərik. Bahalaşma daha çox Bakının ən çox mərkəz və mərkəz ətrafı ərazilərində ola bilər. Buna səbəb isə qeyd olunan ərazilərdə tikintiyə yararlı torpaq sahələrinin məhdud sayda və yüksək qiymətlərlə təklif olmasıdır.
İldən-ilə qiymətlərin artması tendendensiyasını nərəzə alsaq, əlbəttə gecikmədən mənzil sahibi olmaq daha sərfəlidir”.
Qiymətlərin əsasən il sonuna qədər artacağını vurğulayan B. Həsənov yeni binalarda isə yay aylarında qiymətlərdə müvəqqəti enmələrin müşahidə edilə biləcəyini qeyd etdi.
“Kirayə mənzil bazarında tələbat həmişəki kimi kifayət qədər çoxdur. Təəssüf ki, böyük tələbat qarşılığında təkliflər məhdud saydadır. Yəni kirayə mənzil axtaran çox insan olsa da, mənzil tapmaq çətindir. Mənzillərin satış qiymətindəki il ərzində olan artımı nəzərə alsaq, kirayə mənzillərin qiymətində 20%-ə qədər artım ola biləcəyini deyə bilərik”, - deyə ekspert əlavə edib.
Bu il Azərbaycanda real ümumi daxili məhsul (ÜDM) 3,1% artacaq.
“Yol-xeber.az”ın məlumatına görə, bu barədə Dünya Bankının “2022-ci ilə dair Qlobal İqtisadi Perspektivlər” hesabatında qeyd olunub.
Bankın ötən ilin iyununda dərc etdiyi hesabatında isə 2022-ci ildə Azərbaycanda iqtisadi artımın 3,9% olacağı proqnozlaşdırılmışdı. Bu da cari proqnozla müqayisədə 0,8% çoxdur.
2023-cü il üzrə proqnozlarında isə ÜDM istehsalının 2,7% artacağı gözlənilir ki, bu da əvvəlki hesabatla müqayisədə 0,7% azalma deməkdir.
Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələri açıqlanıb.
"Avronun məzənnəsi 0,3% artaraq 1,9333 manat, Rusiya rublunun məzənnəsi 0,9% irəliləyərək 0,0229 manat, türk lirəsi 0,2% bahalaşaraq 0,1235 manat təşkil edib.
ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub.
"Bakı Metropliteni" QSC paytaxtın Xocasən qəsəbəsində və Cəlil Məmmədquluzadə küçəsində inşa olunan yeni stansiyalarındakı son vəziyyəti açıqlayıb.
Qurumdan "Yol-xeber.az"a verilən məlumata görə, metronun 2-ci yerüstü stansiyası olacaq "Xocasən" deposunun inşasında əhəmiyyətli mərhələ geridə qalıb.
Müasir tələblərə uyğun olaraq, burada da sərnişin platformasına qalxmaq üçün iki eskalator quraşdırılıb. Hazırda vestibül, keçid tuneli və gözləmə zalında döşəmə və divar üzləməsi işləri tamamlanıb. 7 vaqonluq qatarları qəbul edəcək 144 m uzunluğunda platformanın tikinti-quraşdırma işləri tamamlanıb, üzləmə işləri aparılır. Bura qədər çəkiləcək dəmir yolunun da yalnız stansiya qarşısındakı hissəsi qalıb. Xidməti otaqlarda da son tamamlama işləri, kabelləşmə davam edir.
İnşaat işləri Bənövşəyi xəttin Cəlil Məmmədquluzadə küçəsində yerləşəcək, şərti adı “B4” olan stansiyada da fəal fazasına 2021-ci ilin yay aylarında qədəm qoyub. Heydər Əliyev adına İdman-Konsert Kompleksinin arxasında və 1 saylı Şəhər Klinik Xəstəxanasının yaxınlığında yerləşən stansiya kompleksinin uzunluğu 170 metrdir. Ərazinin relyefinə görə 29-32 metr dərinlikdə olacaq stansiya 4 səviyyədən ibarət olacaq. 2021-ci il ərzində bu səviyyələrdən birincisində - kassa zalı səviyyəsi tikilib. Stansiya ekoloji cəhətdən təmiz, eyni texniki və iqtisadi cəhətdən səmərəli “Qruntda divar” üsulu ilə inşa olunduğundan işlər qənaətli yuxarıdan aşağı olmala aparılır. İkinci səviyyə texniki, üçüncü platformaya keçid xarakterli mezonin qatı, sonuncu isə 144 metr uzunluğunda platforma olacaq.
“Memar Əcəmi” stansiyasından başlayaraq, Bənövşəyi xəttin stansiyaları “Qruntda divar” üsulu ilə tikilir. Bu üsulun tələblərinə uyğun olaraq, 1010 və 1021 metr uzunluqlarında olan iki tunel də inşa olunub. Bu isə o deməkdir ki, sonuncu, platforma səviyyəsində 7 vaqonlu qatarların dayanması üçün nəzərdə tutulmuş stansiya yolu da qazılıb.
Dünya birjalarında neft qiymətləri artıb.
ICE London qitələrarası birjasında “Brent” markalı neftin 1 barelinin qiyməti 0,11 dollar və ya 0,13% artaraq 81,86 dollar olub.
Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində “WTI” neftinin 1 barelinin qiyməti 0,08 dollar və ya 0,10% artaraq 78,98 dollar təşkil edib.
Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələri açıqlanıb.
Avronun məzənnəsi 0,3% artaraq 1,9268 manat, Rusiya rublunun məzənnəsi isə 0,4% irəliləyərək 0,0225 manat, türk lirəsi 0,2% bahalaşaraq 0,1230 manat təşkil edib.
ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub.
"Azərbaycan Dəmir Yolları" QSC Horadiz-Ağbənd dəmir yolu xəttinin bir hissəsini istifadəyə verib.
"Yol-xeber.az" bu barədə Azərbaycan Televiziyasına istinadən xəbər verir.
Məlumata görə, yolun Cəbrayıl rayonundan keçən 23 km-lik hissəsi artıq hazırdır və hazırda həmin hissə ilə yük qatarları hərəkət edir. Bu hissə ilə hərəkət edən qatarlar digər ərazilər üçün materiallar aparır və həmin ərazilərdə yolun çəkilişi davam etdirilir.
Qeyd edək ki, Horadiz-Ağbənd dəmir yolu xəttinin uzunluğu ümumilikdə 110 km-dir. Bu istiqamətdə yol minalardan təmizlənib, su keçirici borular və körpülər hazırlanıb. Hazırda bu yolda Mərcanlı və Mahmudlu stansiyaları tikilir. Yol boyunca 8 yarımstansiya tikilib istifadəyə veriləcək.
Dünya bazarında “Azeri Light” (CIF) markalı neft bahalaşıb.
Azərbaycan neftinin 1 barelə olan qiyməti 1,35 ABŞ dolları və ya 1,6% artaraq 85,57 dollar təşkil edib.
Xəbər verirldiyi kimi, dünəndən Azərbaycanda ərzaqlıq buğdanın, unun və çörəyin qiyməti rəsmən qalxıb.
Belə ki, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti un və çörək istehsalçıları ilə qiymətlərin yuxarı hədlərini aşağıdakı kimi müəyyənləşdirib:
500 qr-lıq ənənəvi (dairəvi) çörəyin pərakəndə satış qiyməti - 50 qəpik,
650 qr-lıq ənənəvi (dairəvi) çörəyin pərakəndə satış qiyməti - 65 qəpik.
"Ölkədəki un istehsalçılarının siyahısını təqdim edirik:
İqtisadiyyat Nazirliyinin Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti un və çörək istehsalçıları ilə birlikdə bu məhsulların qiymətlərinin yuxarı hədlərini müəyyənləşdirib.
"Bu barədə qurum açıqlama yayıb.
Məlumatda deyilir ki, son dövrdə dünyada baş verən iqtisadi proseslərin və COVİD-19 pandemiyasının təsirləri, 2021-ci il ərzində dünya bazarlarında ərzaqlıq buğdaya tələbin artması və buğda istehsalçısı olan ölkələrin daxili bazarı qorumaq məqsədilə həyata keçirdiyi müxtəlif proteksionist tədbirlər fonunda ərzaqlıq buğdanın qiyməti kəskin artıb. Əlavə olaraq, ən böyük ərzaqlıq buğda istehsalçılarından biri və Azərbaycana ixrac edilən buğdanın əsas mənbə ölkəsi olan Rusiyanın ötən ilin fevral ayından yüksək ixrac rüsumları tətbiq etməsi səbəbindən ölkəmizə idxal olunun ərzaqlıq buğdanın qiymətində 2019-cu illə müqayisədə təxminən 58% artım baş verib.
Azərbaycanda ərzaqlıq buğdanın, unun və çörəyin qiyməti tənzimlənən tariflər əsasında deyil, bazar iqtisadiyyatı prinsiplərinə uyğun olaraq tələb-təklif əsasında formalaşır. Ötən il ərzaqlıq buğdanın dünya üzrə kəskin bahalaşmasının Azərbaycana təsirinin azaldılması məqsədi ilə hökumətin ayırdığı böyük subsidiyalar hesabına buğda və unun qiymətləri real qiymətlərdən aşağı saxlanılmıb. Təbii olaraq, subsidiyalar hesabına bu qiymətlərin uzunmüddətli dövrdə liberal iqtisadi tələblərə zidd olaraq qeyri-real səviyyədə saxlanılması mümkün deyil.
Nəticədə cari ilin əvvəlindən etibarən ərzaqlıq buğda tədarükü və un istehsalı ilə məşğul olan sahibkarlıq subyektləri unun qiymətini ərzaqlıq buğdanın hazırkı idxal qiymətinə uyğunlaşdırıb. Satış bazarında qiymət manipulasiyalarına yol verilməməsi məqsədi ilə preventiv tədbir olaraq, Dövlət Xidməti bir sıra iri ərzaqlıq buğda idxalçıları, həmçinin un və çörək istehsalçıları ilə müzakirələr aparıb və prosesin nəzarətdə saxlanılması təmin edilib.
Belə ki, idxal qiymətləri və emal xərcləri nəzərə alınmaqla, hazırda bu məhsula real qiymət formalaşmış, un və çörək istehsalçıları ilə qiymətlərin yuxarı hədləri müəyyənləşdirilib: 50 kq-lıq bir kisə unun topdansatış qiyməti - 35,9 manat, 500 qr-lıq ənənəvi (dairəvi) çörəyin pərakəndə satış qiyməti - 50 qəpik, 650 qr-lıq ənənəvi (dairəvi) çörəyin pərakəndə satış qiyməti - 65 qəpik.
Dövlət Xidməti qiymət hədlərinə əməl olunması üzrə ciddi nəzarət tədbirlərini davam etdirir. İlk günlərin monitorinqlərinin nəticələrinə əsasən, unun topdansatış qiyməti 35,4- 35,9 manat arasında dəyişir.
Hazırda Dövlət Xidməti un istehsalçılarının topdansatış mərkəzləri və məntəqələri, iş vaxtları və topdansatış qiymətlərinə dair mütəmadi şəkildə yenilənəcək məlumat bazası hazırlayır və bu gün ictimaiyyətə açıqlanacaq.
İstehlakçılar un və çörək bazarında qiymət manipulasiyası halları ilə rastlaşdıqda, həmçinin əlaqəli məlumat almaq məqsədi ilə Dövlət Xidmətinə müraciət edə bilərlər: əlaqə telefonu: (+99412)-599-76-00.