![]() |
|
Türkiyə Silahlı Qüvvələrinin həyata keçirdiyi uğurlu əməliyyatlarla küncə sıxışdırılan və ağır zərbə alan terror təşkilatı PKK-nın liderlərindən Mustafa Karasu məğlubiyyətini etiraf edib.
“Haber7” xəbər verir ki, İHA və SİHA qorxusundan mağarasından çıxa bilməyən Karasu açıqlamalar verib.
“Türkiyə çox genişmiqyaslı bir hücum əməliyyatı həyata keçirir. Onsuz da açıq şəkildə deyirlər ki, “Bir nəfəri də belə buraxmayacağıq”. Hücumlar həqiqətən də çox ağır olub” - Karasu qeyd edib.
Ortamüddətli perspektivdə (2022-2023-cı illər) yeni pul siyasəti rejiminə baza keçid şərtlərinin yaradılması çərçivəsində Azərbaycan Mərkəzi Bankı (AMB) hökumətlə birlikdə dövlət qiymətli kağızları bazarının genişləndiriliməsi və aktiv pul bazarının formalaşması, valyuta bazarında təklif kanallarının şaxələndirilmsəi və effektiv makroiqtisadi koordinasiyanın gücləndirilməsi kimi istiqamətdə fəaliyyət göstərəcək.
Bu barədə AMB-nin “2022-ci il üçün pul və maliyyə sabitliyi siyasətini əsas istiqamətləri barədə” bəyanatında qeyd olunur.
Bəyanatda həmçinin bildirilir ki, pul siyasəti çərçivəsinin təkmilləşdirilməsində AMB-nin təhlil və proqnozlaşdırma potensialının gücləndirilmsəi də mühüm rol oynayacaq. Bu istiqamətdə Proqnozlaşdırma və Siyasət Təhlili Sisteminin qurulması (FPAS), orta və uzunmüddətli proqnozlaşdırma üzrə model çantasının modernləşdirilməsi, proqnoz göstəricilərinin spektirinin genişləndirilməsi , təhlil və proqnozlar üçün zəruri statistik məlumat bazasının kəmiyyət və keyfiyyətcə təkmilləşdirilməsi istiqamətində işlər görüləcək.
"Real sektor müəssisələri və ev təsərrüfatlarına dair statistik-analitik işlərin gücləndirilməsi çərçivəsində maliyyə davranışları və iqtisadi gözləntilərə dair sorğuların təkmilləşdirilməsi, sorğu əsaslı analitik təhlillərin dərinləşdirilməsi nəzərdə tutulur", - bəyanatda deyilir.
AMB bildirir ki, gözləntilərin idarə edilməsində komunukasiya siyasətinin efektivliyinin artırılması qarşıdakı strateji dövrdə də pul sityasətinin vacib elemetlərindən biri olacaq.
Bəyanatda həmçinin qeyd edir ki, informasiya açıqlığı siyasəti çərçivəsində pul siyasətinin məqsədi, prinsipləri, tədbirləri və nəticələri, eyni zamanda iqtisadi vəziyyətin qiymətləndirilməsi və inkişaf perspektiləri ilə bağlı maksimum operativ və tam açıq məlumatların ictimaiyyətə açıqlanması təmin olunacaq:
"Kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi və pandemiya səbəbiylə kommunikasiya zamanı rəqəmsal alətlərdən daha geniş istifadə olunacaq. Qəbul edilmiş yeni strategiya əsasında kommunikasiyanın əhatə dairəsinin genişləndirilməsi istiqamətində də daim işlər aparılacaq. Müxtəlif hədəf qrupları üçün iqtisadi-maliyyə mövzularında marifləndirmə işlərinin davam etdirilməsi də nəzərdə tutulur".
Ötən ay Bakıda fərdi yaşayış və bağ evlərinin qiymətində ucuzlaşma qeydə alınıb.
Bu barədə Trend-ə “MBA Group” konsaltinq şirkətindən məlumat verilib.
Belə ki, noyabr ayında Bakıda fərdi yaşayış və bağ evlərinin qiymətində 2,41 faiz ucuzlaşma qeydə alınıb.
Oktyabr ayında bahalı evlərin bir kvadratmetrinin qiyməti 1 711 manat, orta qiyməti olan evlərin dəyəri 933 manat, ucuz evlərin isə bir kvadratmetrinin qiyməti 485 manat təşkil edib.
Oxu.az məlumatına görə, Ermənistanlı nazir Arazdəyən (Yerasx)-Naxçıvan-Culfa dəmir yolunun tikintisi üçün tələb olunan müddəti açıqlayıb.
“Yerasx-Naxçıvan-Culfa dəmir yolunun tikintisi bir ilə başa çatdırıla bilər”, - deyə Ermənistanın ərazi idarəetmə və infrastruktur naziri Qnel Sanosyan bildirib.
“İlkin hesablamalara görə, bu hissənin fəaliyyətə başlaması, yüklərin daşınması 10 aydan 1 ilə qədər vaxt aparacaq, dəmir yolunun qalan hissəsi üçün isə daha çox vaxt tələb olunacaq”, - deyə nazir əlavə edib.
Sanosyan qeyd edib ki, Mehri və Horadiz ərazisində vəziyyət xeyli mürəkkəbdir. Belə ki, orada köhnə yol sökülüb.
Onun sözlərinə görə, layihənin maliyyələşdirilməsi məsələsi hələ də müzakirə olunur. Bu, ya dövlət büdcəsindən, ya kredit vəsaitləri hesabına rellaşdırılacaq. Yaxud da konsessiya müqaviləsi çərçivəsində Cənubi Qafqaz Dəmir Yolları ilə razılıq əldə olunacaq.
Arazdəyən-Culfa-Ordubad-Mehri-Horadiz dəmir yolunun Ermənistan ərazisində bərpa olunmasına 226 milyon dollar tələb olunacaq.
“Yol-xeber.az” xəbər verir ki, bu barədə məlumatı Ermənistanın Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyi yayıb.
İlkin məlumata görə, yolun Mehridən keçən hissəsində işlərin həyata keçirilməsi 221 milyon dollara başa gələcək. Bu hissədə yolun uzunluğu təqribən 45 kilometr təşkil edəcək.
Bundan əlavə, dəmir yolunun Arazdəyəndən keçən hissəsində bərpa olunmasına təqribən 5 milyon dollar lazım gələcək. Burada yolun uzunluğu 1 kilometrə qədər olacaq.
Nazirlik qeyd edib ki, hesablamalar əvvəlki infrastruktur (stansiyalar və s.) nəzərə alınmaqla aparılıb, yalnız layihənin texniki-iqtisadi cəhətləri hazırlandığı halda əlavə infrastrukturun yaradılmasından və dəqiq qiymətdən danışmaq mümkün olacaq.
Kəlbəcər şəhərinin layihəsi artıq hazırdır.
Yol-xeber.az milli.az-a istinadən xəbər verir ki, Kəlbəcərin bərpa və quruculuq, bütün infrastruktur layihələrin icrasından sonrakı görüntüsü yayılıb. Burada Eko kənd, turistik bölgə, yaşayış kompleksləri, seyrangah teras kompleksi, şəhər mərkəzində inzibati binaların tikntisi ilə yanaşı 1000 nəfərlik tam orta məktəbin, 350 nəfərlik kollecin inşası nəzərdə tutulur.
İlkin mərhələdə 200 ailənin köçürülməsi planlaşdırılır.
Azərbaycan Mərkəzi Bankı (AMB) bu günə olan rəsmi valyuta məzənnələrini açıqlayıb.
2021-ci ilin dekabrın 22-də ABŞ dollarının məzənnəsi dəyişməyərək 1.7000 manat, 1 Rusiya rublu 0.0230 manat təşkil edib.
1 avro 1.9165 manata enib, 1 türk lirəsinin məzənnəsi isə 0.1374 manata yüksəlib.
Prezident İlham Əliyev “Əmək kitabçasında müvafiq qeydiyyat aparılan əsas iş yeri üzrə elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində azı 25 il çalışmış, elmi dərəcəsi olan, işləməyən, əmək pensiyası hüququ olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 dekabr tarixli 1229 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə fərman imzalayıb.
Əmək kitabçasında müvafiq qeydiyyat aparılan əsas iş yeri üzrə elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində azı 25 il çalışmış, elmi dərəcəsi olan, işləməyən, əmək pensiyası hüququ olan şəxslərə verilən Prezident təqaüdünün məbləği 200 manatdan 300 manata və 120 manatdan 200 manata çatdırılıb.
Bu dərman 2022-ci il yanvarın 1-dən qüvvəyə minir.