Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələri açıqlanıb.

Avronun məzənnəsi 0,17% artaraq 1,9320 manat, Rusiya rublunun məzənnəsi dəyişməyərək 0,0224 manat, türk lirəsi 0,4% bahalaşaraq 0,1254 manat təşkil edib.

ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub.

Dünya bazarında “Azeri Light” (CIF) markalı neft bahalaşıb.

Azərbaycan neftinin 1 barelə olan qiyməti 3,13 ABŞ dolları və ya 3,21% artaraq 100,76 ABŞ dolları təşkil edib.

“Azəralüminium” MMC tərəfindən bişirilmiş karbon anod bloklarının satınalımasına dair 25 noyabr 2021-ci il tarixində elan olunmuş açıq tenderin qalibi məlum olub.

“Tenderin qalibi ÇXR-nın “Sunstone Development” Co. ltd şirkəti olub.

Qalib şirkətlə “Azəralüminium” MMC arasında 11 fevral 2022-ci il tarixində 19 mln ABŞ dolları (32,3 mln AZN) məbləğində satınalma müqaviləsi imzalanıb.

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələri açıqlanıb.

Avronun məzənnəsi 0,2% azalaraq 1,9243 manat, Rusiya rublunun məzənnəsi 1,8% irəliləyərək 0,0223 manat, türk lirəsi 0,6% ucuzlaşaraq 0,1251 manat təşkil edib.

ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub.

“Ağdamın yol-nəqliyyat infrastrukturu tamamilə yenidən qurulur. Bərdə-Ağdam avtomobil yolu, dəmir yolu inşa edilir. Hesab edirəm ki, avtomobil yolu təqribən bir ilə hazır olacaq”.

Yol-xeber.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Ağdama səfəri zamanı rayonda həyata keçirilən infrastruktur layihələrindən danışarkən bildirib.

Dövlətimizin başçısı deyib: “Mənim göstərişimlə Füzuli-Ağdam avtomobil yolunun çəkilişi layihəsi artıq icra olunmağa başlamışdır. Bu yol həm Füzuli və Ağdam şəhərlərini birləşdirəcək, eyni zamanda, Ağdamı Füzuli Beynəlxalq Hava Limanı ilə birləşdirəcək və Ağdama başqa ölkələrdən gəlmək daha asan olacaq”.

Prezident qeyd edib ki, tarixi Zəfərdən sonra vaxt itirmədən bu işlərə start verilib, siyasi iradə ortaya qoyulub, bütün maliyyə və texniki imkanlar, kadr potensialı səfərbər edilib. 

“Bütün bu işləri biz özümüz görürük, öz vəsaitimiz hesabına, büdcəmiz hesabına, heç kimdən yardım istəmədən, heç bir kredit almadan. Bunu Azərbaycan vətəndaşları edir. Əlbəttə ki, müxtəlif xarici şirkətlər artıq bu işlərdə fəal iştirak edirlər. Bu şirkətlərin sayı artmaqdadır. Mən çox şadam ki, həm yerli şirkətlər, həm xarici şirkətlər azad edilmiş torpaqlarda işləməyə can atırlar, maraq göstərirlər və biz bunu alqışlayırıq ”, - deyə Prezident İlham Əliyev vurğulayıb.

http://yol-xeber.az

“Qarşımızda böyük işlər var. Bu işləri maksimum səmərə ilə və keyfiyyətlə aparmaq üçün düşünülmüş addımlar planı olmalıdır. Bütün şəhərlər Baş plan əsasında yenidən qurulacaq”.

Yol-xeber.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Ağdam rayonuna səfəri zamanı çıxışında bildirib.

Dövlətimizin başçısı deyib: “Ağdamın, Füzulinin Baş planları təsdiq edilib. Ağdam və Füzuli rayonlarının ictimaiyyəti bu Baş planlarla tanış olub və öz müsbət rəyini verib. Hazırda yerli və xarici şirkətlər tərəfindən digər şəhərlərin Baş planları işlənilir. Onlar hazır olan kimi biz artıq praktiki işlərə başlayacağıq.

Prezident qeyd edib ki, görülmüş bütün bu işlərlə yanaşı, tarixi və dini abidələrimiz də bərpa edilir.

“Mənə bu gün verilən məlumata görə, Ağdam Cümə məscidinin bərpa işlərinə başlanılır. Artıq bütün tədqiqatlar aparılıb və mart ayından başlayaraq məscidin həm daxilində, həm çöl hissəsində təmir-bərpa işlərinə start veriləcək. Azad edilmiş torpaqlarda hazırda 8 məscidin əsaslı təmiri, bərpası və tikintisi nəzərdə tutulub. Bütün bu istiqamətlər üzrə işlər gedir”, - deyə Prezident İlham Əliyev diqqətə çatdırıb.

Dövlətimizin başçısı deyib ki, bütün bu işləri Heydər Əliyev Fondu öz imkanları hesabına görür: “Bu, Heydər Əliyev Fondunun Azərbaycanın milli-mənəvi dəyərlərinin qorunmasına növbəti töhfəsidir. Bu, bizim borcumuzdur. Bunu biz edirik. Vətən qarşısında bu borcu şərəflə yerinə yetiririk”.

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva fevralın 13-də Ağdam rayonuna səfər ediblər. Səfər zamanı ölkə rəhbərliyi tərəfindən “Qarabağ” Regional Elektrik Şəbəkəsinin Rəqəmsal İdarəetmə Mərkəzinin və yarımstansiyaların açılışı ilə yanaşı şəhərdə yeni təməlqoymalar həyata keçirilib.

Milli Məclisin deputatı Vüqar Bayramov açıqlamasında bildirib ki,  Ağdamın təsdiq olunmuş Baş Planına uyğun olaraq şəhərin mərhələli şəkildə tikintisi davam etdirilir:

“Baş Plan və aparılan işlər göstərir ki, Ağdam bərpadan sonra regionun sənaye mərkəzinə çevriləcək.

İşğaldan əvvəl rayonda istehsal edilən məhsullar keçmiş SSRİ-də xüsusi tanınıb. Məsələn, şərab məhsulları keçmiş SSRİ-də xüsusi müqayisəli üstünlüyə malik idi. Ağdamda yeni yaradılacaq sənaye parkında 110 milyon manatlıq sərmayə qoyuluşu nəzərdə tutulub ki, bu, 333 iş yeri və 33 sahibkarın prosesə cəlb olunması anlamına gəlir. Dövlət tərəfindən infrastruktur formalaşdıqdan sonra yalnız sənaye parkında deyil, digər istiqamətlərdə də investisiyaların cəlb edilməsi nəzərdə tutulur”.

Millət vəkilinin sözlərinə görə, Ağdam ölkəmizdə az saylı rayonlardandır ki, torpaqlarının 92 faizdən çoxu məhsuldardır: “Bu da aqrar sektorun inkişafına geniş imkanlar yaradır. Ağdamda kənd təsərrüfatının və sənayenin, iqtisadiyyatın digər sektorlarının inkişaf potensialı yüksəkdir. 
Ağdama yerli investisiya ilə yanaşı, xarici investisiyanın da cəlb edilməsi proqnozlaşdırılır. Bu baxımdan yalnız kənd təsərrüfatı məhsulları deyil, sənaye məhsullarının istehsal edilməsi, onların bir qisminin daxili, bir qisminin xaricə ixrac edilməsi nəzərdə tutulur”.

Ağdamın eyni zamanda böyük turizm potensialına malik olduğunu deyən deputat rayonun təbiəti və tarixinin turist cəlb etmək baxımından üstünlüyü olduğunu vurğulayıb: “Ağdamda xüsusilə yay turizm imkanları genişdir. Ağdam istehsal olunan məhsulların bir qisminin Şimal-Cənub nəqliyyat dəhlizi ilə ixrac imkanına malik olacaq. Bu da rayonun qeyri-neft sektorunda ixracata xüsusi dəstəyindən xəbər verir”.

“İşğaldan azad edilən rayonlarımızda bərpa, yenidənqurma və iqtisadiyyatın formalaşması Azərbaycan iqtisadiyyatında artım tempini daha da sürətləndirəcək. İlkin proqnozlara görə, işğaldan azad edilən ərazilərimiz aqrar sektorda əlavə 10 faizə yaxın dəyərin yaradılmasına imkan verəcək ki, bu da sənayedə və Azərbaycan iqtisadiyyatında artım tempini daha da sürətləndirəcək”, - deyə V. Bayramov əlavə edib.

Fevralın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva 210 çarpayılıq Ağdam Rayon Mərkəzi Xəstəxanasının təməlinin qoyulması mərasimində iştirak ediblər.

Yol-xeber.az xəbər verir ki, Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov görüləcək işlər barədə dövlətimizin başçısına və birinci vitse-prezidentə məlumat verib.

Bildirilib ki, 6 hektardan çox ərazidə inşa olunacaq bu tibb müəssisəsində qəbul, terapiya, kardiologiya, cərrahiyyə, travmatologiya-ortopediya, ürək-damar cərrahiyyəsi, oftalmologiya, LOR, pediatriya, doğum, ginekologiya, yoluxucu xəstəliklər, anesteziologiya-reanimasiya, hemodializ şöbələri və əməliyyat bloku fəaliyyət göstərəcək.

Xəstəxananın ambulator xidmət hissəsi isə konsultativ poliklinika, uşaq poliklinikası, şüa-diaqnostika, funksional diaqnostika, fizioterapiya və tibbi bərpa şöbələrindən, klinik diaqnostika laboratoriyasından və aptekdən ibarət olacaq.

Müalicə ocağı ən müasir tibbi avadanlıqla, həmçinin Regional Kardiocərrahiyyə Mərkəzi xidmətini təmin etmək üçün angioqrafiya cihazı ilə təchiz olunacaq. Binanın zirzəmi hissəsindən isə stasionar tibbi xidmət və sığınacaq kimi istifadə ediləcək, ehtiyac yaranarsa, dərhal hərbi hospital kimi fəaliyyət göstərəcək.

Prezident İlham Əliyev xəstəxananın təməlini qoyub.

Qeyd olunub ki, növbəti mərhələdə Ağdam rayonu üzrə daha bir neçə səhiyyə müəssisəsinin inşası nəzərdə tutulub. Belə ki, qarşıdakı dövrdə burada Gigiyena və Epidemiologiya Mərkəzi, Təcili Tibbi Yardım Stansiyası, Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin binası, çoxprofilli modul tipli xəstəxana, onkoloji, 50 çarpayılıq psixiatriya və 50 çarpayılıq vərəm əleyhinə xəstəxanalar, 20 çarpayılıq Narkoloji Dispanser, Regional Perinatal Mərkəz və QİÇS-lə Mübarizə Mərkəzi, 20 həkim məntəqəsi və ya kiçik həcmli Ailə Sağlamlıq Mərkəzi, Regional Tibb Kolleci də inşa olunacaq.

****

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva fevralın 13-də Ağdam rayonuna səfər ediblər.

Dövlətimizin başçısı 210 çarpayılıq Ağdam Rayon Mərkəzi Xəstəxanasının da təməlini qoyub.

“Azərbaycanda demoqrafik mənzərə çox müsbətdir. Müstəqillik dövründə əhalimiz 7 milyondan 10 milyona çatıbdır. Bu, ölkədə gedən müsbət meyillərin təzahürüdür, sabitliyin, əmin-amanlığın, iqtisadi inkişafın, sosial rifahın təzahürüdür”.

Bunu Prezident İlham Əliyev “Qobu” Elektrik Stansiyasının açılışındandan sonra Azərtac-a müsahibəsində deyib. 

Dövlət başçısı bildirib ki, bütün sahələrdə olan potensial bu demoqrafik artıma uyğun olmalıdır: “Eyni zamanda, ölkə iqtisadiyyatı artır, sənaye potensialı artır. Keçən il biz xalqımızı gözəl göstəricilərlə sevindirə bildik. Keçən il iqtisadiyyatımız 5 faizdən çox artıb, qeyri-neft sektorunda sənaye istehsalı isə təxminən 20 faiz artıb. Yanvar ayının ilk yekunları mənə bu günlərdə məruzə edildi. Nəticələr daha da ümidvericidir. İqtisadi artım təxminən 6 faiz, qeyri-neft sektorunda ümumi daxili məhsul təxminən 9 faiz, qeyri-neft sənaye istehsalı sahəsində isə artım 24 faiz olmuşdur. 

Bu da rekord göstəricidir. Yəni, bu onu göstərir ki, müsbət dinamika bu il də təmin ediləcək. Yanvar ayı ilin başlanğıcıdır. Dünyanın istənilən ölkəsində yanvar ayında iqtisadi artım templəri adətən o qədər güclü olmur, o cümlədən Azərbaycanda. Amma qeyd etdiyim bu göstəricilər, necə deyərlər, özlüyündə bir nəticədir”.

Bu gündən Azərbaycan Mərkəzi Bankı 30 illik yubileyi ərəfəsində yenilənmiş 20 manatlıq əskinasları tədavülə buraxıb.

Bu barədə qurumdan bildirilib.

Yeni pul nişanları hazırda tədavüldə olan eyni nominallı pul nişanları ilə paralel olaraq dövriyyədə olacaq və tədavül vasitəsi kimi məhdudiyyətsiz istifadə ediləcək.

“Qarabağ” mövzusuna həsr olunmuş 20 manatlıqların mühafizə sistemləri və dizaynı mövcud kosepsiya çərçivəsində ən son texnologiya və innovasiyalar tətbiq edilməklə yenilənib. Pul nişanlarında ən son mühafizə elementləri olaraq 3D effektində rəngi dəyişən holoqram, möcüzəvi “Spark Live” elementi (dinamik işıq effekti saçan, rəngi dəyişən təsvirlər), su nişanı (pul nişanını işığa tutduqda Dövlət Gerbi və müvafiq nominalın rəqəmlə təsviri), görmə qüsuru olanlar üçün tanıma elementi (pul nişanlarının ön tərəfində sağ və sol kənarlarda görmə qüsuru olanlar üçün xüsusi qabarıq xətlər yerləşir ki, bu xətlərə toxunmaqla pul nişanının həqiqiliyini və nominalını müəyyən etmək mümkündür), şaquli dizayn (banknot istehsalı sahəsində dünyada ən müasir trendə uyğun olaraq pul nişanlarının arxa tərəfi şaquli olaraq dizayn edilib), mühafizə sapı, mürəkkəbsiz çap, mikromətnlər və s. tətbiq olunub.

Artıq ölkə ərazisində istifadə edilən bütün nağd pul sistemləri və avadanlıqları yenilənmiş 20 manatlıq pul nişanına uyğunlaşdırılıb (adaptasiya edilib).

 

 

 

 
 

Xəbər lenti