![]() |
|
Dünya birjalarında neft ucuzlaşaraq son iki həftənin ən aşağı səviyyəsinə enib.
"Brent" fyuçersləri ticarət sessiyanın əvvəlində 6 dollardan çox ucuzlaşaraq bir barel üçün 100,05 dollara enib.
ABŞ-ın Qərbi Texas (WTI) markalı xam nefti isə martın 1-dən etibarən ilk dəfə 100 dollar səviyyəsindən aşağı düşüb, 4,58 dollar və ya 4,2% ucuzlaşaraq bir barrel üçün 98,43 dollar olub. Sessiyanın əvvəlində isə qiymət 96,70 dollara qədər enib.
Hər iki markalı neft ötən gün 5%-dən çox azalıb - "Brent" 5,1%, "WTI" isə 5,8% geriləyib.
Qeyd edək ki, buna səbəb Rusiya və Ukrayna arasında atəşkəs danışıqlarının təklifi aşağı endirəcəyi qorxusunu azaltması, eləcə də, Çində artan COVID-19 yoluxmalarının tələbi yavaşladacağı narahatlıqları olub.
Son bir ildə, xüsusilə 3 ayda ərzaq məhsullarının qiyməti kəskin artıb.
Dövlət Statistika Komitəsinin son açıqladığı məlumata görə, alıcılar ötən ilin fevral ayında aldıqları eyni məhsul qrupunu bu il almaq üçün 17,2 faiz daha artıq pul xərcləyiblər.
Qeyd edək ki, alıcılarla yanaşı, satıcılar da qiymətlərin xüsusilə son 3 ayda daha çox artdığını bildirirlər.
Deyirlər ki, firmalar daşıma xərcləri və xammal qıtlığını əsas gətirərək malları daha baha təklif edirlər. Mağazalar isə malı əsasən aldıqları qiymətdən 10-15 % baha satırlar.
İqtisadçı-ekspert Xalid Kərimli “Xəzər Xəbər”ə deyib ki, qiymət artımının əsas səbəbləri pandemiya, logistika xərclərinin artması, xammal qıtlığının yaranmasıdır. Üstəlik, dünyada ciddi ərzaq qıtlığının yarana biləcəyi qorxusu da var. Baş verən inflyasiyanın bu ildən azalacağı gözlənsə də, Rusiya-Ukrayna müharibəsi vəziyyəti dəyişdi.
Ekspertin fikrincə, Rusiya-Ukrayna müharibəsi və onun arealının genişlənə biləcəyi ehtimalı inflyasiyanın bu il aşağı düşmə şərtlərini xeyli çətinləşdirir. Bu isə o deməkdir ki, qiymət artımı bundan sonra da davam edə bilər.
Daha ətraflı süjetdə:
Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələri açıqlanıb.
"Avronun məzənnəsi 0,77% artaraq 1,8560 manat, Rusiya rublunun məzənnəsi 1,59% irəliləyərək 0,0128 manat, türk lirəsi 0,5% bahalaşaraq 0,1148 manat təşkil edib.
ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub.
Rusiyanın regionun əsas buğda ixracatçısı olan Ukraynaya hərbi müdaxiləsindən sonra qiymətlərin qalxması səbəbindən Şimali Afrikadakı ev təsərrüfatları un, manna və digər məhsulların ehtiyatını toplamağa başlayıb.
"Tunis, Mərakeş və Liviya, eləcə də bir sıra digər ərəb ölkələri buğdanın böyük hissəsini Ukrayna və Rusiyadan idxal edir.
Müsəlmanların ənənəvi olaraq sübhdən axşama qədər orucunu dəbdəbəli ailə yeməyi ilə açdıqları müqəddəs Ramazan ayının başlamasına cəmi bir neçə həftə qalmış qiymətlər artmağa başladı.
Bəziləri Rusiyanın işğalının aclığa və iğtişaşlara səbəb ola biləcəyindən qorxurlar, çünki ərzaq qiymətlərinin artması son on ildə ərəb üsyanlarına təkan verib.
Dünya bazarında “Azeri Light” (CIF) markalı neft ucuzlaşıb.
“Azərbaycan neftinin 1 barelə olan qiyməti 8,56 ABŞ dolları və ya 7,31% azalaraq 118,56 ABŞ dolları təşkil edib.
Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələri açıqlanıb.
"Avronun məzənnəsi 0,48% azalaraq 1,8703 manat, Rusiya rublunun məzənnəsi 1,6% irəliləyərək 0,0126 manat, türk lirəsi 1,4% ucuzlaşaraq 0,1142 manat təşkil edib.
ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub.
Kirayə qaydada satılan mənzillərlə bağlı bəzi dəyişikliklər edilib. Bu yolla mənzil alan şəxslərə bəzi güzəştlər ediləcək. Belə ki, ödənişləri 3 ildən tez etmək mümkün olacaq. Bununla yanaşı vətəndaş istədiyi vaxt öz öhdəliklərini digərinə ötürə biləcək.
"Kirayə yolu ilə satılan mənzillərilə bağlı yeni qaydalar tətbiq edilib. Bu prezident İlham Əliyevin İpoteka və Kredit Zəmanət Fondunun yaşayış sahələrini satmaq öhdəliyi ilə kirayəyə verməsi Qaydası"nda dəyişiklik edilməsi ilə bağlı fərmanda öz əksini tapıb.
Fondun Kirayə Mənzil departamentinin direktor müavini Aslan Zeynalov "Xəzər Xəbər"ə bildirib ki, yeniliklər kirayə yolu ilə mənzil almaq istəyən şəxslərin əhatə dairəsini genişləndirə bilər.Onun sözlərinə görə mənzil alan şəxslərin üzərinə götürdüyü öhdəliklərlə bağlı bəzi qadağalar aradan qaldırılıb. Direktor müavini qeyd edib ki, ödənişlərini vaxtından əvvəl edən şəxslərə güzəştlərdə ediləcək.
Daha bir mühüm dəyişiklik isə müqavilə üzrə öhdəliklərin digər şəxslərə ötürülməsi ilə bağlıdır.
Direktor müavini onu da bildirib ki, öz hüquq və öhdəliklərini başqa şəxsə ötürmək istəyən kirayəçi indiyə kimi ödədiyi məbləğlə bağlı qarşı tərəflə razılaşmalıdır. Aslan Zeynalov əlavə edib ki, kirayə üzrə aylıq ödənişlərdə çətinlik çəkən vətəndaşlar üçün müvəqqəti güzəştlər də nəzərdə tutulub.
Rusiya neftindən imtina edən ABŞ daha qısa zamanda yeni alternativlər tapmağa çalışır. Hətta “siyasətdə daimi düşmənlər və daimi dostlar olmur, daimi maraqlar olur” prinsipinə uyğun olaraq Venesueladan daha çox neft idxal etmək üçün danışıqlar da aparılır.
Bunu iqtisadçı deputat Vüqar Bayramov deyib. O bildirib ki, ABŞ sanksiyadan öncə Rusiyadan idxal etdiyi gündəlik 670 min barel nefti daha qısa müddətdə başqa mənbə hesabına əvəzləməklə həmçinin dünya petrol bazarında kəskin qiymət artımlarını əngəlləmiş olacaq. Digər tərəfdən, Birləşmiş Ştatlarda benzinin qiyməti tarixi rekordadək yüksəlib. Neftin dünya bazar qiymətindəki artımlar digər məhsullarının da qiymət artımını şərtləndirir:
"Bütün bunlarIN fonunda, dünən neft birjalarında volatillik qeydə alındı. Belə ki, 1 bareli 130 dolları keçən "Brent" markalı neftin qiyməti 110 dollaradək azalsa da, sonra 3%-ə yaxın artım qeydə alındı. Hazırda neft 114 dollara təklif olunur.
Qiymət azalmalarının səbəbi Birləşmiş Ərəb Əmirliyinin (BƏƏ) hasilatın artırılması ilə bağlı açıqlama verməsi oldu. Gözlənilir ki, OPEC+ alyansında Səudiyyə Ərəbistanı və BƏƏ ABŞ-in hasilatı artırmaq istəyinə dəstək olacaqlar. Qeyd edək ki, OPEC ötən aydan etibarən gündəlik hasilatı 560 min barel artırıb. Sanskiyalar fonunda isə Qərb üçün daha böyük həcmdə artımlara ehtiyac var".
"Bununla yanaşı, sanskiyalar nəticəsində boşalmaqda olan neft bazarını qısa zamanda doldurmaq texniki baxımdan real görünmür. Buna görə də, dünən azalan qiymətlər yenidən yüksəlməyə başladı. Amma görünən odur ki, Vaşinqton neftin yüksək qiymətlərində maraqlı olmadığı üçün OPEC-in hasilatı mümkün qədər qısa zamanda artırmasına çalışacaq. Bu da qiymətlərin kəskin artımının qarşısının alınması üçün yetərli ola bilər. Amma hələlik neft birjaları daha çox bəyanatlar ilə idarə olunur. Bazarlar isə real neft tələb edir", - deyə V. Bayramov əlavə edib.
Dünən dünya birjalarında neft 12%-dən çox ucuzlaşdı.
““Brent” markalı neft fyuçersləri 16,84 dollar və ya 13,2% ucuzlaşaraq bir barel üçün 111,14 dollar təşkil etdi. Bu isə 21 aprel 2020-ci il tarixindən bu yana ən böyük bir günlük eniş hesab olunur.
ABŞ xam neft fyuçersləri isə 15,44 dollar və ya 12,5% dəyər itirərək noyabr ayından bu yana ən böyük ucuzlaşma ilə 108,70 dollara düşdü.
Qeyd edək ki, neft qiymətlərindəki ucuzlaşmanın səbəbi kimi Ukrayna və Rusiyanın diplomatik danışıqları bərpa etməyə çalışması və Birləşmiş Ərəb Əmirliklərinin enerji bazarlarında qarışıqlığı azaltmaq üçün neft hasilatının artırılmasını dəstəklədiyini söyləməsi göstərilir. Belə ki, BƏƏ Neft İxrac Edən Ölkələr Təşkilatını (OPEC) daha yüksək hasilatı nəzərdən keçirməyə təşviq edəcəyini bildirib.
Bu isə qlobal neft qiymətlərinin təqribən iki il ərzində ən yüksək həddə ucuzlaşmasına yol açıb.
Dünyada baş verən qlobal qiymət artımı fonunda Azərbaycanda da bir sıra ərzaq məhsullarının qiymətində dəyişiklik müşahidə edilir.
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən verilən məlumata görə, bununla əlaqədar Dövlət Xidməti un və çörək bazarında antiinhisar qanunvericiliyinin tələblərinə əməl olunmasına nəzarət məqsədilə araşdırmalara başlayıb, təsərrüfat subyektlərinə zəruri sənəd və məlumatların təqdim olunmasına dair sorğular göndərilib.
Sorğulara əksər təsərrüfat subyektləri tərəfindən vaxtında cavab verilməsinə baxmayaraq, “Promart” MMC tərəfindən heç bir sənəd və məlumat təqdim edilməyib. Bununla əlaqədar, Dövlət Xidməti antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə “Promart” MMC barəsində iş qaldırıb və nəticəsindən asılı olaraq, qanuna müvafiq tədbir görüləcək.