![]() |
|
Göygöl rayonunun Toğanalı qəsəbəsindən Kəlbəcər rayonuna çəkilən tunel yolun tikintisi davam etdirilir.
"Yol-xeber.az" xəbər verir ki, bunu REAL TV-yə açıqlamasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyəti sədrinin müavini Hidayət Rüstəmov deyib.
Onun sözlərinə görə, hazırda uzunluğu 11,5 kilometr olan tunelin tikintisi sürətlə davam edir.
"Tunel çox sərt qayalıqdan keçir. Artıq tunelin 500 metri hazırdır. İşlər 3 növbəli iş rejimində aparılır. Yol 2025-ci ildə istifadəyə verilməlidir. Ümumi uzunluğu 80,7 kilometr olacaq yoldakı tunelin tikintisi üçün Türkiyədən şirkət dəvət olunub.
Tunelin tikintisindən sonra Kəlbəcərdən İstisuya 26 kilometrlik yolun tikintisi başlanacaq. Sonra isə Kəlbəcərdən Laçına yol tikintisinə başlanacaq. Yol Laçın rayonunda tikiləcək hava limanına qədər uzanacaq", - deyə sədr müavini qeyd edib.
Azərbaycana fərdi qoruyucu zirehli geyimlərin, alətlərin, minaaxtaran itlərin, partlayıcı və pirotexniki vasitələrin idxalı 5 il müddətinə vergidən azad edilir.
Bu məsələ Vergi Məcəlləsinə təklif olunan əlavələrdə öz əksini tapıb.
Beləliklə, Məcəlləyə əlavə olunan yeni maddəyə əsasən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiqedici sənədi əsasında Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinin, habelə müharibə və hərbi əməliyyatların təsirinə məruz qalmış digər ərazilərin minalardan və partlamamış hərbi sursatdan, tərkibində partlayıcı olan qurğulardan və digər partlayıcı qalıqlardan təmizlənməsi çərçivəsində bütün növ texnikanın, avadanlıqların, texniki vasitələrin və qurğuların, onların ehtiyat hissələrinin, fərdi zirehli qoruyucu geyimlərin, alətlərin, minaaxtaran itlərin, partlayıcı və pirotexniki vasitələrin idxalı 15 oktyabr 2021-ci ildən 15 oktyabr 2026-cı ilə qədər vergidən azad edilir.
Dünya bazarında “Azeri Light” (CIF) markalı neft bahalaşıb.
Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,5 ABŞ dolları və ya 0,69% artaraq 73,26 dollar təşkil edib.
"Yol-xeber.az" xəbər verir ki, 46 kilometrlik Quba-Qonaqkənd avtomobil yolunun istismara verilməsi ilə 68 min nəfərin rahat gediş-gəlişi təmin olunur.
Bu yol uzun illər əsaslı təmir olunmadığı üçün hərəkət hissəsində qabarmalar, çalalar əmələ gəlmişdi. Bu isə yolda nəqliyyatın hərəkətini çətinləşdirirdi.
Onu da deyək ki, Quba-Qonaqkənd yolunun yenidən qurulması həm də əhalinin tədarük etdiyi kənd təsərrüfatı məhsullarını, meyvə-tərəvəzi qısa vaxtda istədikləri ünvana çatdırmağa imkan yaradır, həmçinin turizm imkanlarını daha da genişləndirir.
***
Quba-Qonaqkənd avtomobil yolunun açılışı olub.
Ölkə.az xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva dekabrın 6-da Quba rayonuna səfərləri çərçivəsində avtomobil yolunun açılışında iştirak ediblər.
“Vergi Məcəlləsi”nin 165-ci “Verginin sıfır (0) dərəcəsi ilə tutulması” maddəsinə bir sıra dəyişikliklər edilib. Artıq bu dəyişikliklər ötən cümə günü Milli Məclis tərəfindən təsdiq olunub.
“Yol-xeber.az” xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov deyib. O bildirib ki, yeni dəyişikliklərə əsasən, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları alan zaman ödənilən ƏDV geri qaytarılmayacaq. Qeyd edək ki, əvvəllər yalnız bu istisna neft və qaz məhsullarına tətbiq olunurdu:
“Bununla yanaşı, tibb müəssisələri tərəfindən göstərilən tibbi xidmətlərə görə ödənilən ƏDV-nin də bir hissəsi gələn ildən etibarən geri qaytarılacaq.
Digər dəyişiklik yaşayış və qeyri-yaşayış sahələrinin alınması ilə bağlıdır. Belə ki, yeni dəyişkiliyə əsasən, fiziki şəxs olan istehlakçılar eyni binadan bir və ya bir neçə yaşayış və (və ya) qeyri-yaşayış sahələrini aldıqda, ƏDV-nin qaytarılması alınmış yaşayış sahəsinin 500 kvadratmetr və qeyri-yaşayış sahəsinin 500 kvadratmetrdən çox olmayan hissəsinə mütənasib ödənilmiş ƏDV-yə tətbiq edilir.
Qeyd edək ki, qaytarılan məbləğ nağdsız qaydada ödənilmiş ƏDV-nin 15%-ni, nağd qaydada ödənilmiş ƏDV-nin 10%-ni təşkil edir”.
“Dəyişikliklər Azərbaycan Prezidenti tərəfindən təsdiq olunduqdan sonra gələn aydan qüvvəyə minəcək”, - deyə deputat əlavə edib.
Dünya birjalarında neft qiymətləri artıb.
ICE London qitələrarası birjasında “Brent” markalı neftin 1 barelinin qiyməti 1,42 dollar və ya 2,03% artaraq 71,30 dollar olub.
Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində “WTI” neftinin 1 barelinin qiyməti 1,44 dollar və ya 2,17% artaraq 67,70 dollar təşkil edib.
Bu gün Türkiyə lirəsinin Azərbaycan manatı qarşısında rəsmi məzənnəsi 0,1253 manat olub. Bu isə yeni tarixi minimum hesab olunur.
Bu, ötən rəsmi məzənnə ilə müqayisədə 6,1% azalma deməkdir.
Sonuncu dəfə türk lirəsinin manat qarşısında ən aşağı məzənnəsi cari ilin noyabrın 24-də və 30-da - 0,1334 manat qeydə alınmışdı.
Xatırladaq ki, indiyədək (denominasiyadan sonra) lirənin manata qarşı ən yüksək dəyəri 2008-ci ilin yanvarın 15-də qeydə alınıb. Bu isə 0,7363 manat təşkil edib.
Qeyd edək ki, dünən türk lirəsi dollar qarşısında da tarixi minimumunu yeniləyib və dolların məzənnəsi 13,95 lirə səviyyəsinə qədər yüksəlib.
“Azərbaycan və Türkiyə arasında “Yaşıl kart” sığorta sistemlərinin inteqrasiya edilməsi ilə bağlı iş aparılır”.
“Yol-xeber.az” xəbər verir ki, bunu İcbari Sığorta Bürosunun (İSB) icraçı direktoru Rəşad Əhmədov bildirib.
“Artıq Beynəlxalq İcbari Sığortalar Bürosu bu məsələni təsdiqləyib. Yəni Azərbaycana məxsus avtomobil Türkiyə ərazisinə daxil olanda sürücüdən sənədlərə baxılması tələb edilməyəcək. Çünki, onun “Yaşıl Kart”ı sistemdə görünəcək. Biz bu inteqrasiyanı Rusiyanın “Yaşıl Kart” sığorta sistemi ilə də etmək istərdik”, - o qeyd edib.
“Azərbaycandakı avtomobillərin 90%-dən çoxu avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığortalanıb”.
Report xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) Sığorta fəaliyyətinə nəzarət departamentinin direktoru Vüsal Qurbanov deyib.
“Bu səbəbdən də həmin sığorta növü üzrə sığorta şirkətlərinə müraciətlər çoxdur. Bu sahədə yeniliklər olacaq. Biz beynəlxalq təcrübəni öyrənirik. Hazırda belədir ki, sığorta hadisəsi olanda zərər görənə zərər verən kompensasiya ödəyir. Amma biz nəzərdə tutmuşuq ki, zərər görən öz sığorta şirkətinə müraciət etsin və bu da məsuliyyəti artıracaq”, - deyə o, qeyd edib.