![]() |
|
Bu gün Türkiyə lirəsinin Azərbaycan manatı qarşısında rəsmi məzənnəsi 0,1334 manat olub. Bu isə yeni tarixi minimum hesab olunur.
Bu, ötən rəsmi məzənnə ilə müqayisədə 10,4% azalma deməkdir.
Sonuncu dəfə türk lirəsinin manat qarşısında ən aşağı məzənnəsi cari ilin noyabrın 13-də - 0,1489 manat qeydə alınmışdı.
Xatırladaq ki, indiyədək (denominasiyadan sonra) lirənin manata qarşı ən yüksək dəyəri 2008-ci ilin yanvarın 15-də qeydə alınıb. Bu isə 0,7363 manat təşkil edib.
Qeyd edək ki, dünən türk lirəsi dollar qarşısında da tarixi minimumunu yeniləyib və dolların məzənnəsi 13,40 lirə səviyyəsinə qədər yüksəlib.
Bu gün Türkiyə lirəsinin Azərbaycan manatı qarşısında rəsmi məzənnəsi 0,1489 manat olub. Bu isə yeni tarixi minimum hesab olunur.
“Bu, ötən rəsmi məzənnə ilə müqayisədə 2% azalma deməkdir.
Sonuncu dəfə türk lirəsinin manat qarşısında ən aşağı məzənnəsi cari ilin noyabrın 12-də - 0,1521 manat qeydə alınmışdı.
Xatırladaq ki, indiyədək (denominasiyadan sonra) lirənin manata qarşı ən yüksək dəyəri 2008-ci ilin yanvarın 15-də qeydə alınıb. Bu isə 0,7363 manat təşkil edib.
Qeyd edək ki, dünən türk lirəsi dollar qarşısında da tarixi minimumunu yeniləyib və dollar 11,47 lirə səviyyəsinə qədər yüksəlib.
Azərbaycan və Pakistan gömrük tariflərinin azaldılması ilə iki ölkə arasında ticarəti artırmağa imkan verəcək preferensial ticarət sazişi üzərində işləyir.
Report xəbər verir, bunu Azərbaycanın Pakistandakı səfiri Xəzər Fərhadov bildirib.
O, həmçinin deyib ki, Pakistan şirkətlərinin, o cümlədən əczaçılıq müəssisələrinin Azərbaycanda istehsalla məşğul olmaq üçün geniş imkanlar mövcuddur: "Yerli investorları Bakı limanı yaxınlığındakı Ələt Azad İqtisadi Zonasında birgə müəssisə yaratmaq imkanlarını araşdırmalarını təklif edirəm".
Gələn ildən “Vergi Məcəlləsinə” ediləcək dəyişikliklərdən biri də istehsal tarixi 3 ildən və mühərrikinin həcmi 2500 kubsantimetrdən çox olmayan hibrid avtomobillərin idxalı və satışının növbəti 3 ildə Əlavə Dəyər Vergisindən (ƏDV) azad edilməsidir.
Bunu Milli Məclisin deputatı Vüqar Bayramov deyib. O bildirib ki, dəyişikliklərə əsasən yalnız elektrik mühərriki ilə işləyən avtomobillərin idxalı və satışı da ƏDV-dən azad ediləcək. Eyni zamanda, elektrik mühərriki ilə işləyən avtomobillər üçün ikinci və üçüncü səviyyə elektrik enerji doldurucularının idxalı da 3 il müddətinə sözügedən vergidən azad olunur:
"Gözlənilir ki, sözügedən dəyişikliklərdən sonra istehsal ili köhnə olmayan hibrid avtomobillərin qiymətində azalamlar olacaq. Belə ki, ƏDV-dən azad olma onların xərcinin orta hesabla 18% azalmasına səbəb olacaq. Hazırda Yaponiya istehsalı olan hibrid avtomobillərdən daha çox istifadə olunduğunu nəzərə alsaq, həmin maşınların qiymətlərində azalmaların olacağı qaçılmazdır. Söhbət təbii ki, son 3 ildə istehsal olunan avtomobillərdən gedir".
Millət vəkilinin sözlərinə görə, digər tərəfdən, son dəyişikliklərin qəbul olunması hibrid avtomobillərə də tələbin artmasına gətirib çıxaracaq.
"Elektrik mühərrikli avtomobillərin vergidən azad olunması da müsbət haldır. Bu, ölkəmizdə həmin avtomobillərdən istifadəyə marağı artıra bilər", - deyə V. Bayramov əlavə edib.
Prezident İlham Əliyevin bu gün açılışında iştirak etdiyi – “Azərbaycan Dəmir Yolları” QSC-nin yeni Biləcəri lokomotiv deposu MDB məkanında ilk təcrübədir və IV Sənaye Inqilabına keçidlə bağlı atılan addımlardan biridir.
Bu barədə dövlət başçısına məruzəsində səhmdar cəmiyyətinin sədri Cavid Qurbanov məlumat verib.
Onun sözlərinə görə, deponun üzərində günəş panelləri quraşdırılıb ki, alınan enerji depoda istifadə olunur. Burada zəruri infrastruktur yaradılıb, dünyanın aparıcı şirkətlərinin istehsalı olan müasir avadanlıq quraşdırılıb. Deponun tikintisi “Dəyişən cərəyanla işləyən 50 lokomotiv üçün iki deponun - Biləcəri və Gəncə lokomotiv depolarının tikintisi" layihəsi çərçivəsində həyata keçirilib. Yeni depoların nəzərdə tutulduğu dəyişən cərəyanlı 40 yük lokomotivi və ikili elektrik təchizatı sistemində işləyən 10 sərnişin lokomotivi dünyanın aparıcı şirkətlərinə sifariş edilib. 28-i yük və 10-u sərnişin lokomotivi olmaqla 38 müasir “Alstom” lokomotivi artıq Azərbaycana gətirilib. Ümumilikdə, bu deponun istifadəyə verilməsi enerji resurslarının qənaətinə, istismarın asanlaşmasına, qatarların hərəkət sürətinin artırılmasına və nəticə etibarilə yük və sərnişin daşımalarında səmərəlilik göstəricilərinin yaxşılaşdırılmasına, lokomotivlərin gücünün çoxalmasına imkan yaradacaq. Depoda xarici ölkələrdə təlim keçmiş 150-yə yaxın yüksək ixtisaslı işçi çalışacaq.
Son bir neçə ayda türk lirəsi dollar qarşısında sürətlə ucuzlaşmaqda davam edir. Buna Türkiyə Mərkəzi Bankının uçot faiz dərəcəsində ardıcıl azalmaya getməsi qərarlarının da xüsusi təsiri var.
Eləcə də, dünən Türkiyə Mərkəzi Bankının uçot dərəcəsini daha 1% azaldaraq 15%-ə endirməsi qərarı lirənin daha da dəyər itirməsinə yol açdı. Faiz endirimindən sonra dollar 10,45 lirədən 11,30 lirəyə qalxaraq rekordunu yeniləyib.
Bəs lirəni sürətlə ucuzlaşdıran bu qərarların hansı məqsədi var və Türkiyə iqtisadiyyatını nə gözləyir?
İqtisadçı ekspert Elman Sadıqov məsələ ilə bağlı açıqlamasında bildirdi ki, Türkiyə ucuz lirə siyasətini sürətləndirmək və bununla da həm ixracın artımına, həm də ucuz kreditlərlə iqtisadiyyatın sürətli bərpasına çalışırlar:
"Burada bir neçə vacib məqam var. Lirənin dəyər itirməsi sürəti ixracın artım və iqtisadiyyatın bərpa sürətini üstələyir. Türkiyəyə valyuta gətirən önəmli sahələrdən olan turizm üçün hazırda mövsüm deyil. Yəni turizm ucuz lirədən maksimum faydalana bilmir. Pandemiya da davam edir".
Ekspertin sözlərinə görə, faiz dərəcəsi faktiki olaraq illik inflyasiya dərəcəsinin altındadır ki, bu da qəbul olunmayan amillərdəndir: "Sözün həqiqi mənasında türk lirəsi, ixrac və türk iqtisadiyyatı həm öz aralarında, həm də zamanla yarışa girib. Bu qədər sürət isə təhlükəli ola bilər".
"Ucuz lirə siyasətini daha səbirlə və nəticələrini izləməklə aparmaq zənnimcə daha uyğun olardı. Çünki monetar siyasət həqiqətən incə sahədir. Nəzarətdən çıxması iqtisadiyyatın öz-özünü tənzimləməsinə imkan vermədən böhrana sürükləyər", - deyə E. Sadıqov əlavə edib.
Bu gün Türkiyə lirəsinin Azərbaycan manatı qarşısında rəsmi məzənnəsi 0,1565 manat olub. Bu isə yeni tarixi minimum hesab olunur.
“Bu, ötən rəsmi məzənnə ilə müqayisədə 0,4% azalma deməkdir.
Sonuncu dəfə türk lirəsinin manat qarşısında ən aşağı məzənnəsi cari ilin noyabrın 17-də - 0,1631 manat qeydə alınmışdı.
Xatırladaq ki, indiyədək (denominasiyadan sonra) lirənin manata qarşı ən yüksək dəyəri 2008-ci ilin yanvarın 15-də qeydə alınıb. Bu isə 0,7363 manat təşkil edib.
Qeyd edək ki, dünən türk lirəsi dollar qarşısında da tarixi minimumunu yeniləyərək 10,96 həddinə qədər geriləyib.
"1995-ci ildən bu il iyulun 1-nə qədər Azərbaycan iqtisadiyyatına 300 milyard ABŞ dolları investisiya qoyulub".
Report xəbər verir ki, bunu Bakıda keçirilən 25-ci Beynəlxalq Biznes Forumda (International Business Forum – IBF) iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.
Onun sözlərinə görə, bunun yarısı xarici sərmayələrdir: "O cümlədən ölkənin sənaye zonalarına qoyulması nəzərdə tutulan 6,7 milyard dollar investisiyanın 6,3 milyard dolları artıq yatırılıb".
Nazir deyib ki, bu il Azərbaycan iqtisadiyyatına həcminə görə, 2019-cu ildəki səviyyəni üstələyəcək, ölkənin strateji valyuta ehtiyatları 108 milyard manata (63,5 milyard ABŞ dolları) çatacaq ki, bu da xarici dövlət borcundan bir neçə dəfə çoxdur.
Bu gün Bakıda 25-ci Beynəlxalq Biznes Forum (International Business Forum – IBF) işə başlayıb.
3 gün davam edəcək tədbirdə 30-a yaxın ölkədən dövlət rəsmiləri, beynəlxalq təşkilatların, diplomatik korpusun, ticarət palatalarının və biznes assosiasiyaların nümayəndələri, 500-ə yaxın xarici investor, iş adamı iştirak edir.
IBF-in məqsədi Azərbaycanın investisiya potensialını xarici sərmayədarlara tanıtmaqdır. Forumda Azərbaycan iqtisadiyyatına, o cümlədən sənaye, kənd təsərrüfatı və turizm sahələrinə investisiya qoyuluşu imkanları, Qarabağın investisiya potensialı, dövlət-özəl sektor tərəfdaşlığı (PPP) barədə panellər, iş adamları arasında ikitərəfli görüşlər təşkil olunacaq, əməkdaşlığa dair bir sıra sənədlər imzalanacaq.
Tədbir çərçivəsində həmçinin iş adamları Bakıda və regionlarda bir sıra istehsal müəssisələri ilə tanış olacaq, yerli sahibkarlarla əməkdaşlıq imkanlarına və investisiya qoyuluşuna dair müzakirələr aparacaqlar.
Xatırladaq ki, IBF-i 1995-ci ildə Müstəqil Sənayeçi İş adamları Dərnəyi (MUSİAD) təsis edib və hər il müxtəlif ölkələrdə keçirilir. Forumun məqsədi ölkələr arasında ikitərəfli iqtisadi-ticarət əlaqələrinin inkişaf etdirilməsi, davamlı əməkdaşlıq modellərinin yaradılması, investisiya sahəsində əməkdaşlıq və biznes əlaqələrinin möhkəmləndirilməsi, eləcə də post-COVID dövründə ölkələr arasında ticarət və iqtisadi tərəfdaşlığın canlandırılması, birgə təşəbbüslərin reallaşdırılmasıdır.
IBF-in Bakıda keçirilməsi ilə bağlı bu ilin iyul ayında İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi təşkilatçı ilə anlaşma memorandumu imzalayıb. Forum İqtisadiyyat Nazirliyinin və Türkiyənin Azərbaycandakı Ticarət Nazirliyinin dəstəyi ilə, “Azərbaycan: Asiyanın incisi” şüarı ilə təşkil olunub.